Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-526/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X10 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh cəmi 3700 (üç min yeddi yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 57 (əlli yeddi) manat məbləğindəki dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazıki iş üzrə cavabdeh Cavabdeh qızı X6 ilə nikahlarını 2016-cı ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 1 övladları dünyaya gəlmişdir. 2023-cü ilin may ayında hazırki iş üzrə cavabeh olan qaynatası Cavabdeh ona müraciət edərək oğlu Aslana toy edəcəyini, ancaq maddi imkanı zəif olduğundan bunu edə bilmədiyini, bu səbəbdən də, ona borc pul verməyini xahiş etmişdir. O, isə ona özündə ümumiyyətlə pul olmadığını, ancaq kimdənsə borc alıb verə biləcəyimi bildirmiş, sonuncu isə onunla razılaşaraq onun üçün kimdənsə borca pul tapmağını istəmiş, aldığı borcu ən geci 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. O, da onun xahişi ilə ilk olaraq atasına müraciət edərək onda pul olub-olmadığını soruşmuş, atası isə cavabında 1200 manat pul olduğunu bildirmişdir. O, Cavabdeh bu barədə məlumat verdikdə sonuncu bununla razılaşmış və 1200 manat pulu atası X7 götürərək Cavabdeh vermişdir. Daha sonra isə toy ərəfəsində Cavabdeh yenidən ona müraciət edərək toy zamanı el adətinə uyğun olaraq bəylə gəlinin ayağının altında kəsilməsi üçün qurbanlıq heyvan lazım olduğunu bildirmişdir. Həmin vaxtı onun özündə iri və ya xırdabuynuzlu heyvan olmadığı üçün yenidən atasına müraciət edərək ondan 300 manat dəyərində olan 1 baş xırdabuynuzlu heyvanı (erkək toğlunu) alıb, Cavabdeh vermişdir. Cavabdeh həmin heyvanın pulunu da, daha əvvəl aldığı borcla birlikdə 2023-cü ilin sentyabr ayında qaytaracağını bildirmişdir. Iddiaçı hər-hansı ali təhsilinin və ya ali savadının olmadığını çobanlıq edərək ailəsinin dolanışığını təmin etdiyini qeyd etmişdir. Hazıki iş üzrə cavabdeh Cavabdeh qızı X6 ilə ailəli olarkən yaşadıqları kənddə iş yeri olmadığından o, işləmək üçün müxtəlif rayonlarda iş axtarmış, bu barədə ayrı-ayrı şəxslərdən də, xahiş etmiş ki, iş yerləri olsa ona məlumat versinlər. Bir müddət sonra keçmiş qaynatası Cavabdeh ona Bərdə rayonunun, Qasımbəyli kəndində X3 məxsus olan fermada çoban işi olduğunu, ailəsi ilə birlikdə həmin fermada işləyə biləcəyini bildirmiş, o, qaynatasının təklifi ilə razılaşaraq X3 məxsus Bərdə rayonunun, Qasımbəyli kəndində yerləşən fermada işləməyə başlamışdır. Onların razılaşmağına əsasən o, aylıq 250 manat əmək haqqı almalı imiş, bu minvalla o, 1 (bir) il 2 (iki) ay X3 məxsus fermada işləmişdir. Ancaq o, işlədiyi müddətdə Ibrahim Aslanov ona hər-hansı bir ödəniş etməmiş, bu və bir neçə başqa səbəbdən onunla aralarında narazılıq yaranmışdır. Bundan sonra o, Ibrahim Aslanovdan işlədiyi ayların əmək haqqını tələb etdikdə sonuncu ona çatası 2200 manat əmək haqqını Cavabdeh göndərdiyini, ona hər-hansı bir verəcəyinin olmadığını bildirmişdir. O, X3 hərəkətlərindən müvafiq olaraq Bərdə RPŞ-nə müraciət etmiş, Bərdə RPŞ-də müvafiq araşdırma aparılsa da, hər-hansı bir nəticəsi olmamışdır. Daha sonra o, göstərilən məsələ ilə bağlı Cavabdeh soruşduqda sonuncu ona həmin pulun qızına məxsus olduğunu, bu səbəbdən pulları özünün aldığını bildirmişdir. O, etiraz edərək dəfələrlə pullarını tələb etdikdə sonuncu ona pulları qaytarmayacağını, lazım gələrsə onun ailəsini dağıdacağını bildirmişdir. Yekunda dediyinə də nail olaraq, onun ailəsini dağıtmışdır, belə ki, Cavabdeh əməlləri nəticəsində onun sonuncunun qızı X6 ilə ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. O, Cavabdeh əməlləri ilə bağlı müvafiq olaraq Şəki RPŞ-nin X4 ərizə ilə müraciət etmiş, bu xüsusatla bağlı orada müvafiq izahatlar da alınmışdır.
3. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddia qismən təmin edilmiş,cavabdeh Cavabdeh borc olaraq aldığı 1200 manat məbləğində pul vəsaiti, xırda buynuzlu heyvanın dəyəri olaraq 245 manat məbləğində pul vəsaiti, fermanın sahibindən əldə etdiyi 1200 manat məbləğində pul olmaqla, ümumilikdə 2645 manat məbləğində pul və dövlət rüsumu olaraq 56 manat alınaraq iddiaçı İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 442, 739.1, 739.2, 1091.1, 1091.2 və 1093.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “Cinayət barədə şifahi şikayətin qəbul edilməsi” haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, şikayətçi İddiaçı 2023-cü ilin sentyabr ayından 2024-cü ilin noyabr ayınadək, olan müddət ərzində Bərdə rayonu Qasımbəyli kəndində yerləşən X5 məxsus fermada çoban işləmiş, lakin hazırda Ibrahimdən pulunu tələb etdikdə Ibrahim onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmçinin onun əməkhaqqını verməmişdir. Ümumilikdə 4200 manat pulunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. ##.##.2024-cü il tarixli Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaş İddiaçı müraciətində göstərdikləri xüsusatlar mülkü xarakterli və etmiş olduğu müraciət barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə rəsmi cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X2 Mərkəzi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-**/*-*/**** nömrəli məktubda 12-18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. AZEMIS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Şəki Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında # ######## 2016-cı il tarixdə Şəki şəhər IHB-nin Turan qəsəbə IƏD-si üzrə nümayəndəliyində bağlanmış ** nömrəli nikahın pozulması qət edilmişdir. 01 ədəd fləş kartda təqdim edilmiş telefon danışıqlarında İddiaçı atası Ələkpər Mahmudovla ferma sahibi X5 arasında danışıq zamanı X5 1200 manat məbləğində pulu Cavabdeh göndərdiyini demişdir. Həmin fləş kartda təqdim edilmiş digər telefon danışığı zamanı cavabdehin oğlu Aslan Babayev toyu üçün aldıqları heyvanın pulunu qaytaracağını iddiaçının atası Ələkpər Mahmudova bildirmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cıil tarixli, e-*(***)-****/**** saylı qətnaməsini iddia tələbinin təmin edilən hissəsində qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ilk öncə iddiaçının iddiasının nələrdən ibarət olmasına zərər salır: Belə ki, iddiaçının iddiası 3 hissədən ibarətdir;
1. Guya iddiaçının ona verdiyi 1200 manat borc pul.
2. Guya iddiaçının ona verdiyi 300 manat dəyərində xırda buynuzlu heyvan.
3. Guya iddiaçının işəgötürəni tərəfindən ona göndərilmiş 1200 manat pul. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatından və iddiaçının təqdim etdiyi materiallarla cavabdehin iddiaçıdan yuxarıda qeyd edilən 1200 manat məbləğində pulu, fermada işləyən zaman 1 baş xırdabuynuzlu (erkək toğlunu) heyvanı borc olaraq aldığı lakin həmin pulun, eləcə də heyvanın dəyərinin ödənilmədiyi müəyyən olunur. Bununla yanaşı iş üzrə cavabdeh həmin heyvanın ona pay olaraq verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən təqdim edilmiş 01 ədəd fləş kartda olan səs yazılarından da görünür ki, cavabdehin oğlu Aslan iddiaçının atası Ələkpərə aldıqları heyvanın pulunu qaytaracağını bildirmişdir. ” Göründüyü kimi məhkəmə qeyd edilən hissədə iddia tələbinin ilk iki hissəsinə hüquqi qiymət vermişdir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla tamamilə formal mülahizlərdən ibarətdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun izahatı təhrif edilmiş və iddianının xeyrinə şərh edilmişdir. Halbuki, məhkəmənin gəldiyi nəticə ilə onun izahatı ziddiyyət təşkil etməkdədir. Belə ki, o, məhkəmənin hazırkı iclasında verdiyi izahatında qeyd etmişdir ki, qızının keçmiş həyat yoldaşı İddiaçı borca pul almamışdır, əksinə iddiaçının ona borcu var. Oğlunun toyunda verdikləri xırda buynuzlu heyvan quzu olmuş, çəkisi təxminən 4 kiloqram yarım olmuş, quzunun qarşılığında pul vermək istədikdə isə iddiaçı və onun ailə üzvləri quzunu ona pay olaraq verdiklərini qeyd etmişlər. Qızı Alagöz əri Behbudla birlikdə fermada işləmişlər, onlar birgə ailə olaraq yaşadıqları zaman 2024-cü ildə qızına çatası olan 1200 manat məbləğində pulu kart vasitəsi ilə fermanın sahibindən almışdır, həmin pulu qızı öz ehtiyacları üçün xərcləmişdir, ona görə də iddiaçıya qaytarılmamalıdır. Göründüyü kimi onun məhkəmənin hazırlıq iclasında verdiyi izahatla qətnamənin “Məhkəmənin mövqeyi” hissəsində qeyd edilən məhkəmənin gəldiyi nəticədə guya onun iddianı qismən etiraf etməyi ilə bağlı qeyd edilənlə üst-üstə düşmür. O, heç vaxt iddiaçıdan 1200 manat borc pul almağını etiraf etməmişdir və bunu etiraf etməyi belə mümkün deyildi. Çünki o, izahatında da qeyd etdiyi kimi onun iddiaçıya heç vaxt borcu olmamışdır. Bundan əlavə iddiaçı ondan 300 manat dəyərində xırdabuynuzlu heyvanı tələb edir ki, həmin hissədə də məhkəmə onun izahatını təhrif edərək guya onun tərəfindən həmin heyvanın borc olaraq alınmağı etiraf edilmişdir. Halbuki, o, belə bir etiraf etməmişdir. Əksinə o, həmin heyvanın iddiaçı tərəfindən oğlunun toy məclisinə hədiyyə edildiyini bildirmişdir. Onun belə bir məzmunda izahatına qarşılıq birinci instansiya məhkəməsi onun həmin heyvanın ona pay olaraq verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etmədiyini qeyd etsə də, nəyə görəsə birinci instansiya məhkəməsi tərəfindən həmin heyvanın ona hədiyyə olaraq deyil borc olaraq verilməsi barədə iddiaçı tərəfindən hər hansı sübuta istinad etməmişdirdi ki, belə bir sübuta istinad edilməsi mümkün də deyildi. Belə ki, iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi təəfindən iddia olunan heyvanın dəyərinin 245 manat olması qənaətinə gəlmiş və buna görə də iddia tələbini həmin miqdarda təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin miqdarda təmin edilərkən iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X2 Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**/*-*/**** nömrəli məktubuna istinad edilmiş və həmin qanunsuz və əsassız qətnamədə qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X2 Mərkəzi tərəfindən təqdim edilən məktubda 12-18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. Bunun üçün də məhkəmə 1 baş xırdabuynuzlu (erkək toğlunu) heyvanın qiymətini 300 manat hissəsində iddianın xırda buynuzlu heyvanın dəyərini 245 (35X7=245) manat olduğunu hesab edir.” Deməli göründüyü kimi qeyd edilən məktubda 12-18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən heyvanın bir kiloqramının qiyməti müəyyən edilmişdir. Lakin heyvanın bri kiloqramının qiymətinin müəyyən edilməsi özü özlüyündə iddianın həmin hissəsinə hüquqi qiymtə vermək üçün kifayət etmir. Belə ki, heyvanın dəyərini müəyyən etmək üçün bir kiloqramının qiymətindən başqa heyvanın çəkisi də müəyyən edilməlidir ki, iddiaçı tərəfindən həmin hüyvanın neçə kq olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. O, isə izahatnda heyvanın çəkisinin 4.5 kq olmasını qeyd etmişdir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi heyvanın qiymətini 7 manat götürməklə 35 kq vurmuşdur. Lakin heyvanın çəkisinin 35 kq olmasının hansı üsul və vasitələrlə və ya məntiqi metodlarla müəyyən edilməsi naməlumdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tamamilə formal mülahizələr əsasında iddia tələbinin həmin hissəsi təmin edilmişdir. Iddia tələbinin üçüncü hissəsi ilə bağlı məhkəmə öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə iddiaçının cavabdehdən fermada işlədiyi dövrdə ona çatmalı olan 2200 manat məbləğində-pul vəsaitinin alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı həmin məbləğdə pulun fermanın sahibi tərəfindən cavabdehə verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən fermanın sahibi X3 şahid qismində məhkəmə iclasına dəvət edilsə də, o,məhkəməyə gəlməmişdir. Lakin cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi izahatında fermanın sahibi tərəfindən ona 1200 manat məbləğində pulun göndərildiyini, həmin pulun qızı X6 çatmalı olduğunu qeyd etmiş, beləliklə də, ona 1200 manat məbləğində pulun verildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, X6 ilə İddiaçı arasında olan nikah məhkəmə qaydasında ## #### 2025-ci il tarixdə pozulduğundan, onlar fermada işlədikləri dövrdə əldə etməli olduqları pulun 1200 manat hissəsinin cavabdeh Cavabdeh verildiyi 2024-cü ildə ailə olaraq birlikdə təsərrüfat apardıqları işin mübahisəsiz halını təşkil etdiyindən, məhkəmə hesab edir ki, cavabdeh həmin pulu heç bir əsas olmadan əldə etmiş, iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, həmin məbləği əldə etmək üçün hər hansı hüquqi əsası olmamışdır.” Lakin göründüyü kimi bu hissədədə birinci instansiya məhkəməsi yenə də formal mülahizələr əsasında qətnamə qəbul etmiş və onun izahatını təhrif etmişdir. Belə ki, qızı Alagöz əri Behbudla birlikdə fermada işləmişlər, onlar birgə ailə olaraq yaşadıqları zaman 2024-cü ildə qızına çatası olan əmək haqqının 1200 manat məbləğində pulu kart vasitəsi ilə fermanın sahibindən almışdır, həmin pulu qızı öz ehtiyacları üçün xərcləmişdir. Həmin 1200 manat pul onun qızına çatası əmək haqqı olmuşdur və buna görə də fermanın sahibi tərəfindən iddiaçıya deyil, qızına göndərilmişdir. Iş materiallarından da göründüyü kimi iddiaçı daha öncə X5 qarşı şikayət ərizəsi ilə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş və həmin şikayətində 4200 manat əmək haqqı tələb etmişdir. Işin təkzib olunmaz halları ilə də təsdiq edilir ki, onun qızı və iddiaçı həmin fermada birlikdə işləmişlər. Lakin birinci instansiya məhkəməsi onun qızının aldığı əmək haqqının ondan alınaraq iddiaçıya verilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsində həmin məbləğin qızıyla iddiaçının birgə nikah zamanı əldə etdikləri əmlak kimi qiymətləndirsə də həmin məbləğin onun tərfindən deyil onun vasitəsiylə qızı tərəfindən əldə edilməsinə, qızı tərəfindən xərclənməsinə hüquqi qiymət verməmiş, qızını məhkəmə iclasına dəvət edərək dindirməmiş onun belə bir iddiaya cavab verməli olmamağına hüquqi qiymət verməmişdir. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə təmin edərkən istinad etdiyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazısı da MPM-nin tələblərinə cavab vermir və buna görə də həmin səs yazısının sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, qanunsuz və əsassız qətnamədə qeyd edilmişdir ki, həmin səs yazısı guya iddiaçının atası Ələkpər Mahmudovla ferma sahibi X5 danışığıdır. Həmçinin qətnamədən görürük ki, səs yazısının olması ehtimal edilən şəxslərdən heç biri məhkəmə iclasında şahid qismində dindirilməmişdir. Belə olan halda həmin səs yazılarının qeyd edilən şəxslərə məxsus olmasının birinci insatansiya məhkəməsi tərəfindən hansı yolla müəyyən edilməsi anlaşılan deyil. Belə ki, qeyd edilən səs yazısının iddiaçının atası Ələkpər Mahmudovla ferma sahibi X5 məxsus olmasının müəyyən edilməsi üçün mütləq şəkildə iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilməli və həmin ekspert rəyinin nəticəsinə uyğun olaraq həmin sübuta hüquqi qiymət verilməli idi.
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi və tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 28.5 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı İddiaçı alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X2 Mərkəzi tərəfindən təqdim edilən məktubda 12- 18 aylıq xırda buynuzlu heyvanların diri çəkidə 1 kiloqramının satış qiymətinin təqribən 7-8 manat təşkil etdiyi qeyd edilmişdir. Bunun üçün də məhkəmə 1 baş xırdabuynuzlu (erkək toğlunu) heyvanın qiymətini 300 manat hissəsində iddianın xırda buynuzlu heyvanın dəyərini 245 (35X7=245) manat olduğunu hesab etmişdir. Məhkəmə iddiaçının cavabdehdən fermada işlədiyi dövrdə ona çatmalı olan 2200 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı həmin məbləğdə pulun fermanın sahibi tərəfindən cavabdehə verildiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən fermanın sahibi X3 şahid qismində məhkəmə iclasına dəvət edilsə də, o,məhkəməyə gəlməmişdir. Lakin cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi izahatında fermanın sahibi tərəfindən ona 1200 manat məbləğində pulun göndərildiyini, həmin pulun qızı X6 çatmalı olduğunu qeyd etmiş, beləliklə də, ona 1200 manat məbləğində pulun verildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, X6 ilə X8 arasında olan nikah məhkəmə qaydasında ## #### 2025-ci il tarixdə pozulduğundan, onlar fermada işlədikləri dövrdə əldə etməli olduqların pulun 1200 manat hissəsinin cavabdeh Cavabdeh verildiyi 2024-cü ildə ailə olaraq birlikdə təsərrüfat apardıqları işin mübahisəsiz halını təşkil etdiyindən, məhkəmə hesab edir ki, cavabdeh həmin pulu heç bir əsas olmadan əldə etmiş, iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, həmin məbləği əldə etmək üçün hər hansı hüquqi əsası olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh borc olaraq aldığı 1200 manat məbləğində pul vəsaiti, xırda buynuzlu heyvanın dəyəri olaraq 245 manat məbləğində pul vəsaiti, fermanın sahibindən əldə etdiyi 1200 manat məbləğində pul olmaqla, 2645 ümumilikdə və dövlət rüsumu olaraq 56 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.