Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-549/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin cavabdeh Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilə ləğv edilmədən gecikdirilmiş kredit borcunun tələb edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin cavabdeh Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2.597,53 manat məbləğində əsas, 391,94 manat məbləğində faiz, 289,63 manat məbləğində cərimə borcu, 53,79 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 3.333,29 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2.597,53 manat əsas, 171,73 manat faiz, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.774,26 manat borc və 47,74 manat məbləğində ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün 0,40 manat xidmət haqqının tutularaq iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 6,05 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edillməməsi qət edilmişdir.
4. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
5. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun iddiaçı tərəfindən göndərildiyi ##.##.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı həmin tarixdən (##.##.2025-ci il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı ##.##.2026-cı il tarixə olan əsas və faiz borcunu tələb edir.
7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində tam, faiz borcunun ödənilməsi hissəsində qismən təmin olunmamlıdır.
8. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır.
9. Işin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 289,63 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq saymışdır.
10. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır.
11. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 53,79 manat dövlət rüsumunun 6,05 manatı iddiaçıya, 47,74 manatı cavabdehə aid edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 447.1, 462.1, 467-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC apellyаsiyа şikаyəti vermişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsi Konstitutsiya Məhkəməsi Plenumunun normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan ##.##.2026-cı il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu - 2597,53 (iki min beş yüz doxsan yeddi manat 53 qəpik) əsas borcu nəzərə alınsa da, 391,94 (üç yüz doxsan bir manat 94 qəpik) faiz borcunu nəzərə almamışdır.
16. Cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda lazımi şəkildə, kredit müqaviləsinin şərtlərini icra etməkdən yayınmasına baxmayaraq, məhkəmə qətnaməsində bu maddi hüquq pozuntusunu da nəzərə almamışdır.
17. Məhkəmə sadələşdirilmiş icraat qaydasında iddia tələbini qismən təmin edərkən prosessual hüquq normasını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə obyektiv və ədalətli araşdırma aparılması üçün işi iddia icraatı qaydasında baxılmağa çıxarmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir.
18. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından görünür ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ağsu rayon məhkəməsi tərəfindən çıxarılan qətnamə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına əsas verdiyindən apellyasiya qaydasında ləğv edilməlidir.
19. Ağsu rayon məhkəməsi iş materiallarına əlavə edilən sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, BOKT “xxxx” QSC tərəfindən ##.##.2025-ci iltarixdə göndərilən bildirişdə qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil yalnız ##.##.2025-ci il tarixə olan borc məbləğinin (əsas və faiz borc məbləği) ödənilməsi tələb edilmişdir. Iddiaçı tərəf Bildirişdə bütün borc məbləğinin deyil yalnız həmin aya münasibətdə olan borcun tələb edilməsini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış Istehlak Krediti Müqaviləsində borcun ödənilməsinin müvafiq cədvələ uyğun olaraq aylara bölünməklə hissə-hissə icra edilməsi qaydası nəzərdə tutulmuşdur. Bu səbəbdən cavabdehdən ona ünvanlanmış Bildirişdə konkret aya münasibətdə olan əsas borcu və hesablanmış faiz borcu üzrə öhdəliyin icrası tələb edilmişdir. Həmin Bildirişdə tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən qeyd olunan müddət ərzində icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənməyə davam edəcəkdi.
20. Belə ki, BOKT “xxxx” QSC sözügedən bildirişdə ##.##.2025-ci il tarixə olan mövcud borc məbləğinin ödənilməsini tələb etmiş, bu borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı tədbirlər görüləcəyinə dair niyyətini ifadə etmişdir və müvafiq olaraq borc ödənilmədiyi təqdirdə 2597,53 (iki min beş yüz doxsan yeddi manat, 53 qəpik) ümumi əsas borcun, məhkəməyə müraciət edilidiyi günə qədər hesablanmış faiz borcunun, hesablanmış cərimə məbləğinin, eyni zamanda dəymiş zərərin əvəzinin və çəkilən xərclərin tam olaraq ödənilməsinin tələb ediləcəyini bildirmişdir. Ağsu rayon məhkəməsi ##.##.2025-ci il tarixdə göndərilən Xəbərdarlıq məktubunda kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb edilməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmununun müqavilədən imtinaya yönəlməsi kimi qiymətləndirməklə düzgün nəticəyə gəlməmişdir.
21. Odur ki, BOKT “xxxx” QSC ##.##.2025-ci il tarixdə cavabdehə ünvanlanmış olan bildirişdə həmin tarixə münasibətdə hesablanmış borcun ödənilməsini, ödənilmədiyi təqdirdə isə müqavilənin ləğv edilməsinə dair tədbirlər görüləcəyini bildirmişdir.
22. Bunlardan əlavə qeyd edilməsini zəruri hesab edirlər ki, Ağsu Rayon Məhkəməsi tərəfindən gəlinən nəticəyə uyğun olaraq ##.##.2025-ci il tarixdə göndərilən Bildiriş BOKT “xxxx” QSC-nin müqavilənin ləğv edilməsinə dair iradə ifadəsi hesab edilsə belə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışı düzgün tövsif edilməyərək faiz borcunun məbləği əsassız olaraq azaldılmışır. Belə ki, iş materiallarına əlavə edilən Istehlak Krediti Müqaviləsindən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlandığı andan “Borcalana” (Cavabdeh) verilən kredit məbləği və həmin məbləğə münasibətdə aylıq ödənişlər üzrə ödəniləcək faiz məbləğləri razılaşdırılmaqla müqavilədə ayrıca cədvəl formasında əks etdirilmişdir. Yəni Istehlak Krediti müqavilə bağlandığı andan (Borcalana kredit məbləği verildiyi andan) cavabdehin verilən kredit məbləğini və ona münasibətdə hesablanmış faizləri ödəmək öhdəliyi yaranır.
23. Göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilən və müqavilə üzrə ödənilməmiş ümumi borc məbləğini təsdiq edən maliyyə arayışını nəzərə almadan qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə 2597,53 (iki min beş yüz doxsan yeddi manat 53 qəpik) manat məbləğində əsas, 391,94 (üç yüz doxsan bir manat 94 qəpik) manat məbləğində faiz, 289,63 (iki yüz səəksən doqquz manat 63 qəpik) manat məbləğində cərimə borcu, 53,79 (əlli üç manat 79 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3333,29 (üç min üç yüz otuz üç manat 29 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməyərək iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq 2597,53 (iki min beş yüz doxsan yeddi manat, 53 qəpik) manat əsas, 171,73 (yüz yetmiş bir manat, 53 qəpik) manat faiz, 5 (beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2774,26 (iki min yeddi yüz yetmiş dörd, 26 qəpik) manat borc və 47,74 (qırx yeddi manat, 74 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir.
24. Bütün bunlarla yanaşı onu da qeyd etmək zəruridir ki, apellyasiya şikayətinə əlavə edilmiş anoloji işlərdən İddiaçı Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər X5, X4 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işlər üzrə müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamələrindən də göründüyü kimi məhkəmə kollegiyaları iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəliblər ki, İddiaçı Kredit Təşkilatı“xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməlidir.
25. Hesab edirlər ki, qətnamə iddiaçının qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarına əlavə olunan sənədlər üzrə düzgün araşdırma aparmalı idi. Qeyd olunanlara əsasən hesab edirlər ki, Ağsu Rayon məhkəməsi iddaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, işdə olan materiallara düzgün baxış keçirməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticə çıxartmışdır.
26. Odur ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilərək, cavabdeh X3 2597,53 (iki min beş yüz doxsan yeddi manat, 53 qəpik) manat məbləğində əsas, 391,94 (üç yüz doxsan bir manat, 94 qəpik) manat məbləğində faiz, 289,63 (iki yüz səksən doqquz manat, 63 qəpik) manat məbləğində cərimə borcu, 53,79 (əlli üç manat, 79 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3333,29 (üç min üç yüz otuz üç manat, 29 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Kredit Təşkilatı“xxxx” QSC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Iddiaçı İddiaçı Kredit Təşkilatı“xxxx” QSC ## #### 2026-cı il tarixdə məhkəmə kollegiyasına daxil olmuş müraciətində apellyasiya şikayətinin tələb hissəsində cavabdeh qismində “X3” adı texniki səhv olaraq yanlış qeyd olunduğunu göstərmiş və apellyasiya şikayətinin tələb hissəsinin aşağıdakı redaksiyada qəbul edilməsini xahiş etmişdir. “Ağsu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə iddia tələbinin təmin edilərək, cavabdeh Cavabdeh 2597,53 (iki min beş yüz doxsan yeddi manat, 53 qəpik) manat məbləğində əsas, 391,94 (üç yüz doxsan bir manat, 94 qəpik) manat məbləğində faiz, 289,63 (iki yüz səksən doqquz manat, 63 qəpik) manat məbləğində cərimə borcu, 53,79 (əlli üç manat, 79 qəpik)manat məbləğində ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3333,29 (üç min üç yüz otuz üç manat, 29 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Kredit Təşkilatı “xxxx” QSCnin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilsin.”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC və cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC məhkəmə kollegiyasına göndərdiyi müraciətində üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərsə də, cavabdeh Cavabdeh gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarı.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Apellyasiya şikayətindən müəyyən edildiyi kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni iddianın rədd edilmiş hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Kredit Təşkilatı «xxxx» QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2025-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən İddiaçı Kredit Təşkilatı «xxxx» QSC tərəfindən cavabdeh Cavabdeh 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3200 manat məbləğində kredit verilmişdir. İddiaçı Kredit Təşkilatı «xxxx» QSC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik icra edilərək kredit məbləğinin verilməsi təmin edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh tərəfindən kredit məbləğinin müqavilə şərtlərinə uyğun olaraq tam şəkildə qaytarılması təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin BOKT “xxxx” QSC tərəfindən ##.##.2025-ci il tarixdə göndərilən bildirişdə qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil yalnız ##.##.2025-ci il tarixə olan borc məbləğinin (əsas və faiz borc məbləği) ödənilməsinin tələb edilməsi, məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışının düzgün tövsif edilməyərək faiz borcunun məbləğinin əsassız olaraq azaldılmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan BOKT “xxxx” QSC-nin cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx” QSC həmin bildirişdə müqavilə üzrə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində əsas borc üzrə 488,73 manat, faiz borcu üzrə 171,73 manat, 135,06 manat cərimə olmaqla ##.##.2025-ci il tarixə cəmi 1050,09 manatın 5 təqvim günü müddətində ödənilməsinin təmin edilməli olmasını, əks təqdirdə müqavilə üzrə 2597,53 manat əsas borcun, məhkəməyə müraciət edildiyi günə qədər hesablanmış faiz borcunun, hesablanmış cərimə məbləğinin, eyni zamanda dəymiş zərərin əvəzinin və çəkilən xərclərin tam olaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyini Cavabdeh diqqətinə çatdırmışdır.
44. Kollegiya qeyd edir ki, məzmunundan da müəyyən edildiyi kimi “xxxx” QSC ##.##.2025-ci il tarixli xəbərdarlıqda cavabdehdən bütün borcun ödənilməsini deyil, ##.##.2025-ci il tarixədək gecikmədə olan borcun ödənilməsini tələb etmiş, həmin xəbərdarlıqda müqavilənin ləğvi ilə bağlı iddiaçı tərəfindən əlavə bir fikir ifadə edilməmişdir.
45. Kollegiya həmçinin qeyd edir ki, müqavilənin ləğvi barədə tələbin ifadə edilməməsi, müqavilədən birtərəfli qaydada imtinanı ehtiva edən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində müqavilə üzrə bütün əsas məbləğin, ona hesablanmış faiz və cərimənin deyil, yalnız xərəbradlığın göndərildiyi ərəfəyə aid öhdəliklərin icrasının tələb edilməsi müqavilənin ləğvi kimi şərh edilə bilməz.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.
47. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.
48. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş 220,21 manat faiz borcuna və həmin məbləğə mütənasib olan 2.20 manat dövlət rüsumuna dair hissələrdə gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab verməməklə, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, həmin hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamaqla, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iş materiallarında olan sübutları MPM-in 88ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmişdir.
49. Məhkəmə kollegiyası iddianın rədd edilmiş 220,21 manat faiz borcu və həmin məbləğə mütənasib olan 2.20 manat dövlət rüsumuna dair hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, həmin hissələrdə də iddianın təmin edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələbi əsaslı hesab etsə də, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilmiş digər hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
50. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın rədd olunmuş 220,21 manat faiz borcu və həmin məbləğə mütənasib olan 2.20 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi 220,21 manat faiz borcu və həmin məbləğə mütənasib olan 2.20 manat dövlət rüsumuna dair hissələrdə də təmin edilərək, cavabdeh Cavabdeh 220,21 manat faiz borcu və 2.20 manat dövlət rüsumu da tutularaq iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-yə ödənilməli, qətnamə iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın rədd olunmuş 220,21 manat faiz borcu və həmin məbləğə mütənasib olan 2.20 manat dövlət rüsumuna dair hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Iddia tələbi 220,21 manat faiz borcu və 2.20 manat dövlət rüsumuna dair hissələrdə də təmin edilərək, cavabdeh Cavabdeh 220,21 manat faiz borcu və 2.20 manat dövlət rüsumu da tutularaq iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-yə ödənilsin. Qətnamə iddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.