Məhkəmə qərarları › İş №e-2(3-10)-555/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-555/2026

30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-555/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı X4 və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş 32595.00 (otuz iki min beş yüz doxsan beş) manat məbləğində maddi ziyanın və 188.18 (yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus “DAF FTXF 105 460T” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ## ###### 2024-cü il tarixdə Bakı-Qazax yolunun 205.1-ci km-də hərəkətdə olarkən qarşıda olan maneəyə görə sürətini azaldaraq qəza işıqlarını yandırmış vəziyyətdə olarkən qəflətən arxa tərəfdən gələn Cavabdeh idarə etdiyi “KAMAZ 5511” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili “xxxx” MMC-ə məxsus yük avtomobilini arxa tərəfdən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus yük avtomobilinin arxa hissəsi zədələnmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “KAMAZ 5511” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus yük avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsində iştirak etmək barədə hadisəni törətmiş Cavabdeh ## #### 2024-cü il tarixli məktubla təklif olunsa da, həmin şəxs qiymətləndirmədə iştirak etməmişdir. Bundan sonra qüsur aktı tərtib edilərək “xxxx” MMC-ə məxsus yük avtomobilinə dəymiş ziyan, ehtiyat hissələri və təmir xərcləri 32595.00 (otuz iki min beş yüz doxsan beş) manat müəyyən edilmişdir. Cavabdeh həmin xərclərin ödənilməsi və yaxud özü tərəfindən təmir etdirilməsi təklif olunmuşdur. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün ##.##.2024-cü il tarixdə məktub göndərilmiş, lakin cavabdeh təkliflərin heç birini icra etməmişdir. Cavabdehdən təmirlə bağlı heç bir məlumat alınmadıqdan sonra “xxxx” MMC-yə özünə məxsus DAF FTXF 105 460T markalı yük avtomobilini öz hesabına təmir etdirdikdən sonra dəymiş ziyanın ödənilməsini cavabdehə bildirmişdir. Cavabdeh Cavabdeh hal-hazıradək dəymiş ziyanla bağlı heç bir ödəniş etməmişdir. Ona görə də vurulmuş 32595.00 manat məbləğində ziyan cavabdeh Cavabdeh tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir.

3. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmiş və həmin ərizədə qeyd etmişdir ki, idiaçı "xxxx" MMC Oğuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ## ###### 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 32595.00 (otuz iki min beş yüz doxsan beş) manat məbləğində maddi ziyanın və 188.18 (yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin İddiaçı MMC məxsus "DAF FTXF 105 460T FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 2598.75 (iki min beş yüz doxsan səkkiz, 75) manat məbləği "xxxx" ASC-i tərəfindən sığorta ödənişi olaraq sürücü X1 ödənilmişdir. Belə olan halda sığorta ödənişi dəymiş ziyan məbləğindən çıxılmalıdır. Ona görə də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. ## ###### 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə dəymiş 29.996.25 (iyirmi doqquz min doqquz yüz doxsan altı manat, iyirmi beş qəpik) manat məbləğində maddi ziyanın və 188.18 (yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Rəşad Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 17091,25 manat məbləğində pul vəsaiti və 107,26 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 17198,51 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 80,92 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi ilə bağlı ödənilməli olan 300 manat xərcin 171 manatdan ibarət hissəsi cavabdeh Cavabdeh, 129 manatdan ibarət hissəsinin isə iddiaçı “xxxx” MMC-dən müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296; SWIFT kod: AIIBAZ2XXXX) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DIN VII Tağım YPX inspektoru X2 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə saat 04:05-də KAMAZ 5511 YÜK markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə cərimə tətbiq edilmişdir. Iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Qüsur aktından görünür ki, “DAF FTXF 105 460T” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə və yarımqoşquya (** ZX ***) dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 32595,00 manat müəyyən edilmişdir. Iş materiallarına əlavə olunmuş “xxxx Şirkəti” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh idarə etdiyi "KAMAZ 5511" markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəmiyyətdə PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il il tarixinə qədər sığortalanmışdır. ##.##.2024cü il tarixdə Bakı-Qazax yolunun 205,1 km-də baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi "KAMAZ 5511" markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 3 nəqliyyat vasitəsinə, o cümlədən İddiaçı MMC-yə məxsus və X1 idarə etdiyi "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7500 manat məbləğində müəyyən edilmişdir. "Icbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 20.4.-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. "Icbari sığortalar haqqında" AR Qanununun 20.4.-cü maddəsinə müvafiq olaraq və İddiaçı MMC-nin ## ### 2024-cü il tarixli etibarnaməsinə əsasən "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı Cəmiyyət tərəfindən 2598,75 (iki min beş yüz doxsan səkkiz, 75) manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. Iş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli İ-***/** nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Bakı-Qazax yolunun 205,1 km-də baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi "KAMAZ 5511" markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İddiaçı MMC-yə məxsus və X1 idarə etdiyi "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulması nəticəsində ##.##.2022-cu il tarixdə 2598,75 manat sığorta ödənişi X3 hesabına ödənilmişdir Iş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 188,18 manat dövlət rüsumu ödənilmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə razı deyil, belə ki, hadisə zamanı nəqliyyat vasitəsinə çox zərər dəyməmişdir. Belə ki, "xxxx" MMC məxsus "DAF FTXF 105 460T FTXF 105 460T" markalı, 77JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı aşmamış, kabinanın kənarı əzilmiş və qabaq təkər boşalmışdır. Iddiaçının təqdim etdiyi ziyan aktı və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNI/O 83-713/2025nömrəli ekspert rəyi ilə razı deyil və rəylərdə qeyd olunan məbləğlər həddən artıq yüksək məbləğdir və gerçəkliyi əks etdirmir, çünki onun avtomobili iddiaçı şirkətə məxsus avtomobilin sadəcə yük yerinə dəymiş, mühərrikində heç bir zədə olmamışdır. Onu da qeyd edir ki, hadisə zamanı yerində Sığorta şirkətinin əməkdaşları qiymətləndirmə aparmış və maddi ziyanı 7500 manat müəyyən etmiş və Sığorta şirkətitərəfindən iddiaçıya 2598,75 manat sığorta ödənişi də edilmişdir. Iddiaçı da həmin məbləği qəbul etmiş və yalnız bir il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Iddiaçı şirkət sığorta şirkətinin müəyyən etdiyi ziyan aktında onlara sığorta müqaviləsinə əsasən mütanasib həcmdə verilə biləcək məbləği qəbul edib həmin vaxt mübahisələndirmədiyi halda hazırda necə hesablandığı məlum olamayan bir neçə dəfə şişirdilmiş 32000 manatı tələb etməsi sual doğurur və ağlabatan görünmür. Həmçinin, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixliUNI/O **- ***/**** nömrəli ekspert rəyi tərtib edərkən onunla telefon əlaqəsi saxlanılmış, qiymətləndiricinin rəyində dəymiş zərərin aşağı yazılması üçün müəyyən məbləğdə pul istənilmiş və həmin vəsait verilmədiyi üçün bu cür məbləğ müəyyən edilmişdir. "DAF FTXF 105 460T FTXF 105 460T" markalı, 77 JL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı real dəymiş ziyanın 7500 manat olduğunu qəbul edir, lakin "xxxx"ASC-i tərəfindən sığorta ödənişi olaraq "DAF FTXF105 460T FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 ödənilmiş 2598,75 manat sığorta ödənişinin də nəzərə alınmaqla cəmi 4901,25 manat iddiaçıya ödəməyə razıdır. Lakin qeyd etdikləri məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Onu da qeyd edir ki, “xxxx Şirkəti” ASC-nin qiymətləndiriciləri tərəfindən tərtib edilmiş ziyan aktı məhkəməyə sorğu əsasında ##.##.2025-ci il tarixdə daxil olmuş və həmin vaxta qədər məhkəmənin icraatında “xxxx” MMC-nin##.##.2025-ci il tarixli UNI/O 83- ***/**** nömrəli yəni “DAF FTXF 105 460T”markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı - dəyişilməli ehtiyat hissələrinin qiyməti (11280,0 manat) və təmir xərcləri (8410,0 manat) ilə birlikdə cəmi 19690,0 manat manat təşkil etməsi barədə ekspert rəyi var idi. Ona görə “xxxx”xxxx“xxxx Şirkəti” ASC-nin qiymətləndiriciləri tərəfindən tərtib edilmiş ziyan aktından məlumatsız olmuş və yalnız şırkət tərəfindən bir neçə dəfə şişirdilmiş şəkildə verilən ziyan aktı olmuşdur ki, sonda qiymətləndirici müqayisəli şəkildə qiymətləndirmə aparmamışdır. Ona görə də məhkəmə tələb olunan məbləğin şişirdilmiş rəqəm olması, həqiqi dəymiş ziyan olub-olması barədə hadisə zamanı ilkin sığorta şirkətinin qiymətləndiricilərinin tərtib etdiyi ziyan aktı ilə müqayisəli təkrar ekspertiza təyin etmədən, Sığorta şirkətinin qiymətləndiricilərinin müəyyən etdiyi 7500 manat məbləğində maddi ziyan aktı ilə müqayisə oluna bilməyən ilkin qiymətləndiri-ekspert rəyini əsas götürməklə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, mülki iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə Oğuz Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

9. Ona görə də, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müDAF FTXF 105 460Tiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Cavabdeh Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- **/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Bakı-Qazax yolunun 205,1 km-də baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi "KAMAZ 5511" markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İddiaçı MMC-yə məxsus X1 idarə etdiyi "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə cərimə tətbiq edilmişdir. Cavabdeh idarə etdiyi "KAMAZ 5511" markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalandığı “xxxx Şirkəti” ASC tərəfindən "DAF FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2598,75 (iki min beş yüz doxsan səkkiz, 75) manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, hadisənin baş verməsi və cavabdeh tərəfindən iddiaçının avtomobilinə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır. Iddiaçı hazırda cavabdehdən avtomobilə dəymiş maddi ziyanı və ödənilmiş dövlət rüsumunu tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, cəmi 4901,25 manat ödəməyə razı olduğunu bildirir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNI/O 83- ***/**** nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, “DAF FTXF 105 460T” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı - dəyişilməli ehtiyat hissələrinin qiyməti (11280,0 manat) və təmir xərcləri (8410,0 manat) ilə birlikdə cəmi 19690,0 manat manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməklə vurulmuş zərərin hesablamanın əsasını təşkil etmişdir və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNI/O **-***/**** nömrəli ekspert rəyi Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş və rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ekspert rəyinə əsasən cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə, saat 04:05 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “DAF FTXF 105 460T” markalı, ** JL *** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 19690,0 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 19690,0 manat vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır. Lakin məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC məxsus "DAF FTXF 105 460T FTXF 105 460T" markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 2598.75 (iki min beş yüz doxsan səkkiz, 75) manat məbləği "xxxx" ASC-i tərəfindən sığorta ödənişi olaraq sürücü X1 ödənilmişdir. Belə olan halda cavabdehin sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi dəymiş ziyan məbləğindən çıxılmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, avtomobilə dəymiş ziyanın məbləği 19690,0 manat təşkil etsə də, cavabdehin sığorta şirkəti tərəfindən ödənilmiş 2598,75 manat (19690- 2598,75=17091,25) həmin məbləğdən çıxılmalı, son nəticədə iddiaçıya ödənilməli olan maddi ziyan 17091,25 manat manat məbləğində müəyyən edilməlidir.

24. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

25. Belə ki, ekspert rəyinə əsasən cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə, saat 04:05 radələrində törətdiyi yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “DAF FTXF 105 460T” markalı, ** JL *** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 19690,0 manat müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iş materialında olan ekspert rəyinin əsassız olmasını təsdiq edən və ya etibarlı olmasını şübhə altına alan hər hansı hal mövcud deyildir.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar