Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-565/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı vurulmuş maddi zərərə görə pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş maddi zərərə görə pul tələbinə” dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı ##.##.1997-ci il tarixdə “Babək” kəndli fermer təsərrüfatını təsis etməklə Zərdab RIH-nə torpaq sahəsini icarəyə götürməsi üçün müraciət etmişdir. Zərdab rayon Çallı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı və ##.##.2005-ci il tarixli icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan 50 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə İddiaçı icarəyə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonunun Çallı kəndi ərazisində icarəsində olan 50,0 hektar torpaq sahəsinə cavabdehlər tərəfindən ona dəymiş maddi zərərə görə 18750 manat, Azərbaycan Qiymətləndiricilər Palatasına mütəxəssis rəyi üçün ödənilmiş 300 manat, hüquqlarının müdafiəsi məqsədilə vəkilə ödədiyi 350 manat, dövlət rüsumuna görə ödədiyi 148,20 manat olmaqla, cəmi 19197,15 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1997-ci il tarixdə “Babək” kəndli fermer təsərrüfatını təsis etməklə Zərdab RIH-nə torpaq sahəsini icarəyə götürməsi üçün müraciət etmişdir. Çallı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, * saylı qərarı ilə iddiaçı ilə Çallı Bələdiyyəsi arasında müqavilə bağlanmasına razılıq verilmişdir. Zərdab RIH başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı ilə vergidən azad olmaq şərti ilə iddiaçıya Zərdab rayonunun Çallı kənd ərazisindən 50 hektar torpaq sahəsi 10 il müddətinə icarəsinə verilmişdir. Icarə müqaviləsinin sənədləri ##.##.1997-ci il tarixdə qeydiyyata alınmaqla ona Ədliyyə Nazirliyinin Göyçay Regional Şöbəsində */** saylı Şəhadətnamə verilmişdir. Cavabdehlər cavabdeh4 Abdullamid oğlu, cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 Çallı kəndində yaşamaqla Çallı kənd sakinləridir. Cavabdehlər tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsində qış üçün saxladığı otlaq hissəsinə 250-270 baş iribuynuzlu mal-qaranı salmaqla məhv etmişlər. Cavabdehlərdən cavabdeh3 iddiaçıya böhtana görə Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(035)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 280 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cavabdehlər əvvəlki illərdə də təsərrüfata ziyan vurduqları üçün Zərdab Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə əkinçiliyin inkişafı üçün iddiaçının icarəsində olan torpaq sahələrinə cavabdehlərin daxil olması və mal-qara otarmaları qadağan edilmişdir. Buna baxmayaraq cavabdehlər həm qoruyucu, həm də su kanalını torpaqlamaqla boru ataraq hər gün 250-270 baş iribuynuzlu mal-qaranı və 500 baş qoyun-keçini 45 gün ərzində icarəsində olan torpaq sahəsini otararaq ona maddi ziyan vurmuşlar. Vurulmuş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə “xxxx” MMC-ə müraciət etmiş və ümumi ziyan 18750 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin, cavabdeh2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi -vəkili Nümayəndə izahatında göstərmişdir ki, iddiaçı ##.##.1997-ci il tarixdə “Babək” kəndli fermer təsərrüfatını təsis etməklə Zərdab RIH-nə torpaq sahəsini icarəyə götürməsi üçün müraciət etmişdir. Çallı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, * saylı qərarı ilə iddiaçı ilə Çallı Bələdiyyəsi arasında müqavilə bağlanmasına razılıq verilmişdir. Zərdab RIH başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı ilə vergidən azad olmaq şərti ilə iddiaçıya Zərdab rayonunun Çallı kənd ərazisindən 50 hektar torpaq sahəsi 10 il müddətinə icarəsinə verilmişdir. Icarə müqaviləsinin sənədləri ##.##.1997-ci il tarixdə qeydiyyata alınmaqla ona Ədliyyə Nazirliyinin Göyçay Regional Şöbəsində */** saylı Şəhadətnamə verilmişdir. Cavabdehlər cavabdeh4 Abdullamid oğlu, cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 Çallı kəndində yaşamaqla Çallı kənd sakinləridir. Cavabdehlər tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsində qış üçün saxladığı otlaq hissəsinə 250-270 baş iribuynuzlu mal-qaranı salmaqla məhv etmişlər. Belə ki, cavabdehlər həm qoruyucu, həm də, su kanalını torpaqlamaqla boru ataraq hər gün 250- 270 baş iribuynuzlu mal-qaranı və 500 baş qoyun-keçini 45 gün ərzində icarəsində olan torpaq sahəsini otararaq iddiaçıya maddi ziyan vurmuşlar. Iddiaçı vurulmuş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə “xxxx” MMC-nə müraciət etmiş və ümumi ziyan 18750 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlər iddiaçıya maddi və mənəvi ziyan vurmaqla hüquqlarını kobud şəkildə pozmuşlar. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddianı əsassız hesab edir, ona görə ki, Bələdiyyənin ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdən, ##.##.2025-ci il tarixinədək 20 il müddətinə, 50 hektar torpaq sahəsi icarəyə verilmişdir. Iddiaçı İddiaçı verilmiş torpaq sahəsinin icarə müqaviləsinin müddəti artıq bitmişdir. Həmçinin bildirir ki, iddiaçı 30 ildir Bakıda yaşayır və torpaq sahəsindən xəbərsizdir. Iş materiallarında olan cd-diskdə olan görüntülər iddiaçıya məxsus torpaq sahəsində çəkilməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının ona və digər cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etməsinə səbəb onların 2020-ci ildə iddiaçıdan şikayət etməsi olmuşdur. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onlara böhtan atır. Iddiaçı heç bir əsas olmadan başqasının adına olan torpaq sahəsinə dəymiş maddi ziyanla bağlı iddia qaldırmışdır. Iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinin icarə müddəti bitmişdir. Onun tərəfindən iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinə heç bir ziyanlıq dəyməmişdir. Hesab edir ki, iddia əsassızdır. Iddianı həm də ona görə əsassız hesab edir ki, cavabdeh qismində cəlb edilmiş şəxslərdən Hilalın ümumiyyətlə mal-qarası yoxdur, onun və digər cavabdehlərin isə 3-5 baş iri buynuzlu mal-qarası vardır. Lakin, iddiaçı iddia edir ki, 270 baş iri buynuzlu və 500 baş xırdabuynuzlu heyvanlar ona ziyanlıq vurmuşdur. Eyni zamanda qeyd edir ki, iddiaçının ona və digər cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etməsinə səbəb onların 2020-ci ildə iddiaçıdan şikayət etməsi olmuşdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onlara böhtan atır. Iddiaçı heç bir əsas olmadan onlara qarşı dəymiş maddi ziyanla bağlı iddia qaldırmışdır. Iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinin icarə müddəti bitmişdir. Iddianın heç bir əsası yoxdur. Iddiaçıdan şikayət etdiklərindən onlara qarşı qərəzli yanaşaraq bu cür tələb üzrə vermişdir. Onun tərəfindən iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinə heç bir ziyanlıq dəyməmişdir. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onlara böhtan atır. Iddiaçı heç bir əsas olmadan başqasının adına olan torpaq sahəsinə dəymiş maddi ziyanla bağlı iddia qaldırmışdır. Iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinin icarə müddəti bitmişdir. Onun tərəfindən iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinə heç bir ziyanlıq dəyməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının ona və digər cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etməsinə səbəb onların 2020-ci ildə iddiaçıdan şikayət etməsi olmuşdur. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun ümumiyyətlə mal-qarası yoxdur. Iddiaçı ona qarşı qərəzli şikayət etmişdir. Onun tərəfindən iddiaçı İddiaçı icarəsində olan torpaq sahəsinə heç bir ziyanlıq dəyməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının ona və digər cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etməsinə səbəb onların 2020-ci ildə iddiaçıdan şikayət etməsi olmuşdur. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, onların ailə kəndli fermer təsərrüfatı var. Burada 6 ailə birləşsə də, lakin 3 ailənin icarəsində torpaq sahəsi var. Buna əsasən bələdiyyə onlara Zərdab rayon Icra Hakimiyyətin başçısının sərəncamı ilə 50 hektar ailə fermer təsərrüfatı yaratmaq üçün torpaq sahəsi ayırdı. 2020-ci ilin fevral ayının 17-si saat 16:30-dan başlayaraq bu şəxslər torpaq sahəsini basqın etdilər, çəpərlər yandırıldı, kanallar düzləndi, orada olan su xətləri bağlandı və kəndin mal-qarasını torpaq sahəsinə keçirdilər. Bu mübarizə 5 ay davam etdi. Zərdab Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərardadı olsa da, lakin bu şəxslər qərardada əməl etməmişdir. Həmin şəxslər bu zamana kimi də ziyan vurmağa davam edirlər.
13. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ##.##.1997-ci il tarixdə “Babək” kəndli fermer təsərrüfatını təsis etməklə Zərdab RIH-nə torpaq sahəsini icarəyə götürməsi üçün müraciət etmişdir. Çallı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, * saylı qərarı ilə iddiaçı ilə Çallı Bələdiyyəsi arasında müqavilə bağlanmasına razılıq verilmişdir. Zərdab RIH başçısının ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı ilə vergidən azad olmaq şərti ilə iddiaçıya Zərdab rayonunun Çallı kənd ərazisindən 50 hektar torpaq sahəsi 10 il müddətinə icarəsinə verilmişdir. Icarə müqaviləsinin sənədləri ##.##.1997-ci il tarixdə qeydiyyata alınmaqla ona Ədliyyə Nazirliyinin Göyçay Regional Şöbəsində */** saylı Şəhadətnamə verilmişdir.
14. Məhkəmə dəymiş ziyanla bağlı iddiaçının tələbinə münasibətdə bildirmişdir ki, iddiaçıya maddi ziyanlığın dəyməsi iş materiallarına əlavə olunmuş mütəxəssis rəyi ilə sübuta yetirilir. Lakin ziyanlığın konkret olaraq hansı şəxs və ya şəxslər tərəfindən vurulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 1 ədəd cd-diskdə olan görüntülərdə kənd sakinlərinin torpaq sahəsində şəxsiyyəti məhkəmə tərəfindən müəyyən olunmayan şəxslə mübahisə etdiyi müəyyən olunur. Təqdim olunmuş cd-diskdə cavabdehlərin bir neçəsi görsənsə də, digər cavabdehlər ümumiyyətlə görüntüdə yer almamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, görüntüdə bir sıra kənd sakinlərinin də ərazidə olması müşahidə olunur. Bununla da məhkəmə ziyanlığın konkret olaraq hansı şəxs və ya şəxslər tərəfindən vurulmasını müəyyən edə bilməmişdir. Ümumilikdə isə məhkəmə qeyd edir ki, cd-diskdə mübahisə olunan torpaq sahəsinin iddiaçıya məxsus olması eyni zamanda ərazidə olan iri buynuzlu heyvanların da cavabdehlərə məxsus olması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin bəziləri isə ümumiyyətlə iri buynuzlu mal-qaralarının olmadığını, digər cavabdehlər isə 1-2 baş iri buynuzlu mal-qaralarının olmasını etiraf etmişdir. Məhkəmə sübutların kifayət qədər yetərli olmaması səbəbi ilə hesab etmişdir ki, iddia rədd olunmalıdır.
15. Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ilqam Həsənquliyev) iddia təmin edilməmiş, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş maddi zərərə görə pul tələbinə“ dair iddia ərizəsinin təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71, 72.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 84.1 və 84.2-ci maddələrinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X5 Hüququna dair JN-9700 KOD 90511018 olan Şəhadətnamə; “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, QCM/S 06-089 /** saylı mütəxəssis rəyi; ****** saylı qəbz; ##.##.2025-ci il tarixli etibarnamə; Mədaxil qəbzləri.
18. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia ərizəsində yazılanlar sənədlər və video görüntülərlə təsdiq olunsa da, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməyərək, 6 ildir ki, təsərrüfatlarına külli miqdarda ziyan vuran şəxslərin müdafiəsinə qalxır, faktları təhrif edir, olmayan və görülməyən hallar bəhanə gətirir. Belə ki, məhkəmənin gəldiyi nəticə budur ki, cavabdeh5 çıxışında bildirir ki, guya bələdiyyənin ##.##.2005-ci il tarixli ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2025-ci il tarixədək 20 il müddətinə 50 ha torpaq sahəsi icarəyə verilmişdir. Iddiaçı İddiaçı verilmiş torpaq sahəsinin icarə müqaviləsinin müddəti artıq bitmişdir. Ümumiyyətlə, bu məsələləri bələdiyyə özü yaradır. Çünki Bələdiyyə iştirakı və məlumatı olmadan müqavilə şərtlərini dəyişdirərək, icarə haqqını 100 faiz artırmışdır. Onun iştirakı olmadan özbaşına və birtərəfli qaydada Çallı Bələdiyyəsi icarə haqqını fantastik məbləğdə artırmışdır. Onun iştirakı və məlumatı olmadan müqavilə şərtlərini dəyişdirərək qanunazidd hərəkət etmişdir. Məhkəmə isə bütün bunlara göz yumaraq bələdiyyənin iddiasını təmin etmişdir. Məhkəmə araşdırmalı idi ki, iddiaçı niyə başqasına satdığı torpağın icarə haqqını ondan istəyir. Müqavilə şərtlərinə görə iddiaçı 5 ildən sonra icarə haqqı məsələsinə baxa bilərdi, o da icarədarla birgə. Lakin müqavilənin bağlanmasından 2 il keçən kimi Bələdiyyə onun şərtlərini kobud surətdə pozmuşdur. Ən mühüm hal isə Bələdiyyənin ##.##.2008-ci il tarixli saxta, qanunazidd və əsassız qərarı idi ki, məhkəmə onu araşdırmamışdır. Hakim həmin qərarlar kitabını məhkəmədə işin hərtərəfli araşdırılması üçün təmin etməli idi. Həmin qərar qəbul edildiyi vaxtda icarədar məlumatlandırılmalı idi. Bu da olmamışdır. Məhkəmə sözügedən qərarı əsas götürərək ondan iddiaçının xeyrinə böyük məbləğdə icarə haqqının ödənilməsi tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi bilərəkdən sənədləri, bələdiyyənin qərarını, dövlət şəhadətnaməsini əsas götürməyərək təhrif etməyə çalışır. Onda nə üçün məhkəmə ##.##.2025-ci il tarixli **(***)-**/**** nömrəli və ##.##.2026-cı il tarixli e-**(*-***)-*/**** nömrəli qərardadları ilə həmin şəxslərin İddiaçı icarəsində olan torpaq sahələrinə girmələrinə, təsərrüfat işlərinin, suvarma və əkin işlərinin aparılmasına mane olmamalarına qadağa qoymuşdur? Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı ilə təsərrüfata vurduqları ziyana görə təsərrüfat rəhbərinin verdiyi kassasiya şikayəti qismən təmin edilmişdir. Zərdab Rayon Məhkəməsinin verdiyi əsassız qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsi video diskdəki görüntülərə diqqət yetirmədi. Əgər diqqətlə izləmiş olsaydı, cavabdeh Möylam Vəliyevin necə mədəniyyətsiz davranışına qiymət verərdi. Nədənsə məhkəmə Möylam Vəliyevin, cavabdeh2 mal-qarasının olmamasını əsas gətirir. Lakin cavabdeh2 qoyun sürüsü ilə təsərrüfatın həyətinə daxil olmasını, orada çalışan qadın Türfə Abdullayevaya qarşı “kişi”yə yaraşmayan davranışı barədə heç nə demir, şahid T.Abdullayevanı dindirməyi unudur. Məhkəmə cavabdeh cavabdeh3 videoda əlində “torbanı” göstərərək dediyi sözləri, yəni torpaq sahəsinin iddiaçıya aid olmasını diqqətdən qaçırır? Nə üçün birinci instansiya məhkəməsi ekspertiza keçirməyi unudur? Torpaq sahəsinin kimə məxsus olmasını yalnız qətnamə yazarkən xatırlayır? Zərdab rayonunun Çallı kəndi ərazisində iddiaçının icarəsində olan 50,0 hektar torpaq sahəsinə cavabdehlər - cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 tərəfindən 18750 (on səkkiz min yeddi yüz əlli) manat maddi zərər vurulmuşdur. Məhkəmə, dəymiş ziyanın mütəxəssis rəyi ilə sübuta yetirilməsini etiraf etsə də, ziyanlığın kim tərəfindən vurulması məhkəmə tərəfindən araşdırma zamanı müəyyən olunmadığını süni şəkildə bildirir. Məhkəmə video görüntülərdə mal-qaranı atın üstündə, əlində ağac, telefonla danışan cavabdeh5, Möylam Vəliyevi və video çəkən cavabdeh3, naxırı torpaqdan çıxarmağa qoymayan cavabdeh1 nədənsə tanıya bilməyib. Məhkəmə görüntüdə “kənd sakinləri” qeyd edir, amma aktiv şəxsləri tanıya bilmir və buna görə də mal-qara naxırının ziyan vurmasını müəyyən edə bilməməsi təəssüf doğurur. Məhkəməyə təqdim etdiyi müqavilə və dövlət şəhadətnaməsinin surətlərini məhkəmə sənəd hesab etməmişdir. Kəndin yuxarı hissəsinə məxsus 250-270 baş mal-qaranın onlar tərəfindən əraziyə sürüldüyü videolarla sübut olunsa da, məhkəmə bildirir ki, mal-qaraların üstündə ad yazılmadığı üçün kimə məxsus olduğu bilinmir və buna görə də iddia rədd olunmalıdır. Bax budur Zərdab Rayon Məhkəməsinin “ədalət”ə yanaşması. Ona görə də Zərdab Rayon Məhkəməsinin onların təsərrüfatına qarşı ədalətsiz qərarlarının 3 qətnaməsi və 1 hökmü yuxarı instansiya məhkəmələrində ləğv olunub. Çünki məhkəmənin onlara qarşı qərəzli və ədalətsiz mövqeyi Şəki Məhkəmə Kompleksində rədd edilir və bu qətnaməsi də rədd olunacaq. Cavabdehlərin onun icarəsində olan torpaq sahəsinə qanunsuz daxil olub, mal-qara otarmaları 45 gün ərzində - # #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək davam etmişdir. Və təsərrüfatın rəhbəri tərəfindən 45 dəfə Baş Prokurorluğa teleqram vurulmasına, 60- a yaxın DIN-nin “102 xidməti”nə və Zərdab Rayon Polis Şöbəsinə müraciətlər edilməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Bunların nəticəsində də cavabdehlər düşünmüşlər ki, etdikləri qanunsuz əməllər cavabsız qalacaq və onlar həmişə “müdafiə” olunacaqlar. Buna görə də öz qanunsuz əməllərini davam etdirərək təsərrüfatlarına ziyan vurmaqda israrlı olmuşlar. Yuxarı orqanlara edilmiş müraciətlərə isə hələ də münasibət bildirilməyib. ## #### 2025-ci il tarixdə Zərdab Rayon Polis Şöbəsinin müdaxiləsi nəticəsində onlar ərazidən kənarlaşdırılmışlar.
20. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
23. Iddiaçı İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: 60.1-ci maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72.2-ci maddəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2-ci maddəsinə görə Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Iddiaçı Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
31. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, iddiaçıya maddi ziyanlığın dəyməsi iş materiallarına əlavə olunmuş mütəxəssis rəyi ilə sübuta yetirilir. Lakin ziyanlığın konkret olaraq hansı şəxs və ya şəxslər tərəfindən vurulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 1 ədəd cd-diskdə olan görüntülərdə kənd sakinlərinin torpaq sahəsində şəxsiyyəti məhkəmə tərəfindən müəyyən olunmayan şəxslə mübahisə etdiyi müəyyən olunur. Təqdim olunmuş cd-diskdə cavabdehlərin bir neçəsi görsənsə də, digər cavabdehlər ümumiyyətlə görüntüdə yer almamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, görüntüdə bir sıra kənd sakinlərinin də ərazidə olması müşahidə olunur. Bununla da məhkəmə ziyanlığın konkret olaraq hansı şəxs və ya şəxslər tərəfindən vurulmasını müəyyən edə bilməmişdir. Ümumilikdə isə məhkəmə qeyd etmişdir ki, cd-diskdə mübahisə olunan torpaq sahəsinin iddiaçıya məxsus olması eyni zamanda ərazidə olan iri buynuzlu heyvanların da cavabdehlərə məxsus olması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin bəziləri isə ümumiyyətlə iri buynuzlu mal-qaralarının olmadığını, digər cavabdehlər isə 1-2 baş iri buynuzlu malqaralarının olmasını etiraf etmişdir. Məhkəmə sübutların kifayət qədər yetərli olmaması səbəbi ilə hesab etmişdir ki, iddia rədd olunmalıdır.
32. Iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin hazırki qətnamənin 31-ci bəndində qeyd edilən mövqeyi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 19-cu bəndində sadalanan hallardan ibarət olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
33. Işin hallarından göründüyü kimi iddiaçı İddiaçı ##.##.1997-ci il tarixdə “Babək” kəndli fermer təsərrüfatını təsis etməklə Zərdab RIH-nə torpaq sahəsini icarəyə götürməsi üçün müraciət etmişdir. Işdə olan X5 Hüququna dair JN-9700 KOD 90511018 olan Şəhadətnamənin surətindən görünür ki, Zərdab rayon Çallı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı və ##.##.2005-ci il tarixli icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan 50 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə İddiaçı icarəyə verilmişdir. Işdə olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, QCM/S 06-089 /** saylı mütəxəssis rəyindən görünür ki, Zərdab rayonu Çallı kənd sakini İddiaçı icarə əsasında istifadəsində olan 50 ha torpaq sahəsində dəymiş maddi ziyanın məbləği 18750 manat müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Hazırki iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh1 Zərdab rayonunun Çallı kəndi ərazisində icarəsində olan 50,0 hektar torpaq sahəsinə 18750 manat maddi zərər vurduqlarını iddia etsə də, hərçənd ki “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, QCM/S 06-089 /** saylı mütəxəssis rəyi ilə Zərdab rayonu Çallı kənd sakini İddiaçı icarə əsasında istifadəsində olan 50 ha torpaq sahəsinə 18750 manat maddi ziyanın vurulduğu müəyyən edilmişdir, lakin iddiaçı maddi ziyanın cavabdehlər tərəfindən vurulması ilə bağlı halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.