Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-586/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğluna qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğlundan müştərək qaydada əsas borc üzrə 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 65,66 (altmış beş manat altmış altı qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin cavabdeh1 qarşı 4251,99 manat əsas borc, 1083,39 manat faiz borcu olmaqla, cəmi 5335,38 (beş min üç yüz otuz beş manat otuz səkkiz qəpik) məbləğində problemli borcu üzrə tələb hüququ ##.##.2017-ci il tarixli S-FK- SHE-*** saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirirlər ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli ****-M-**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASCnin Şəki filialı ilə Vələdov İlham Əli oğlu arasında ## ###### 2013-cü il tarixli ****-M-**** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Vələdov İlham Əli oğlu cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin Kredit Təşkilatı qarşısında bu müqavilənin III bəndində göstərilən məbləği Kredit Təşkilatının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və Kredit Təşkilatının filiallarında və digər banklarda hesablarında olan vəsaitin Kredit Təşkilatı tərəfindən tutulmasına icazə verir. Kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 0,1 % həcmində cərimə tətbiq edir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, belə ki, cavabdeh cavabdeh1 hazırda olan əsas borc üzrə 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdeh cavabdeh1 və onun zamini Vələdov İlham Əli oğluna dəfələrlə müraciət olunmağına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır.
3. Cavabdeh cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğlundan müştərək qaydada əsas borc üzrə 3481.99 manat, faiz borcu üzrə 1083.39 manat olmaqla cəmi 4565.38 manat məbləğində borcun və ödənilmiş 65.66 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ****-M-**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə Vələdov İlham Əli oğlu arasında ## ###### 2013-cü il tarixli ****-M-**** saylı Zaminlik müqaviləsi bağlanmışdır. O, cavabdeh cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ona qarşı qaldırılmış iddia ilə əlaqədar iddia müddəti keçdiyi üçün işə məhkəmə tərəfindən baxılmadan iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin müddət öhdəlik üzrə icra müddətinin başa çatdığı gündən hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddia tələbindən də görünür ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ****-M-**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Öhdəliklərin icra müddəti ##.##.2018-ci ildə başa çatdığından, kreditor isə cavabdehə qarşı 7 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən cavabdehə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş üç illik müddət ötürülmüşdür. Qeyd etdiklərini və cavabdehə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş üç illik müddət ötürüldüyündən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ona- cavabdeh1 qarşı qaldırılmış iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Cavabdeh Vələdov İlham Əli oğlu da iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğlundan müştərək qaydada əsas borc üzrə 3481.99 manat, faiz borcu üzrə 1083.39 manat olmaqla cəmi 4565.38 manat məbləğində borcun və ödənilmiş 65.66 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası olaraq bildirilmişdir ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ****-M-**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə Vələdov İlham Əli oğlu ilə ## ###### 2013-cü il tarixli ****-M-**** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbindən də görünür ki, “xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ****-M**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Həmin kredit müqaviləsinə əsasən öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə Vələdov İlham Əli oğlu ilə ## ###### 2013-cü il tarixli ****-M-**** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Öhdəliklərin icra müddəti ##.##.2018-ci ildə başa çatdığından, kreditor isə zaminə qarşı 7 il sonra, yəni 2025-ci ildə iddia irəli sürdüyündən zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Bu hal isə zaminliyə xitam verilməsi deməkdir. Qeyd etdiklərinə və zaminə qarşı iddia irəli sürülməsi üçün nəzərədə tutulmuş iddia müddəti ötürüldüyündən iddia tələbinin Vələdov İlham Əli oğluna aid hissədə rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli (Kamran Musayev) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat əsas, 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat faiz, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat borc və 65,66 (altmış beş manat altmış altı qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, bank ilə cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh cavabdeh1 isə öhdəliklərin icrasını lazımi qaydada həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı ərizəsi əsassızdır və təmin edilməməlidir.
10. İş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə öhdəliyi ##.##.2018-ci il tarixdə başa çatsa da, cavabdeh (borclu) ##.##.2017-ci il tarixdən ##.##.2025-ci il tarixədək mütəmadi olaraq ödənişlər həyata keçirmişdir ki, bu da Mlki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan halın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də iddia tələbi cavabdeh cavabdeh1 pulun tutulması hissəsində təin edilməlidir.
11. Cavabdeh Vələdov İlham Əli oğlundan pulun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Zaminlik müqaviləsi ## ###### 2013-cü il tarixli ****-M-**** nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Vələdov İlham Əli oğluna münasibətdə iddia təmin edilə bilməz. Çünki Vələdov İlham Əli oğlunun öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
12. Tərəflər arasında bağlanmış ## ###### 2013-cü il tarixli ****-M-**** nömrəli zaminlik müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının ##.##.2014-cü il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və cavabdeh Vələdov İlham Əli oğluna qarşı tələb irəli sürülməsi əsassız və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
13. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 65,66 (altmış beş manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 65,66 (altmış beş manat altmış altı qəpik)manat məbləğində dövlət rüsumu cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1, 380.2, 385.1, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.1, 477.0.4, 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə istinad edərək iddia müddətinin kəsildiyini müəyyən etmişdir. Həmin maddəyə görə iddia müddəti o halda kəsilir ki, "borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etsin." Lakin məhkəmə bu normanı tətbiq edərkən aşağıdakı əsaslı məsələləri nəzərə almamışdır: a) Ödənişlər iddia müddəti başlamazdan əvvəlki dövrə aiddir: Müqavilə üzrə öhdəliklərin son icra tarixi ##.##.2018-ci ildir. Qətnamədə isə göstərilmişdir ki, ödənişlər ##.##.2017-ci il tarixdən ##.##.2025-ci il tarixədək həyata keçirilmişdir. Yəni, ödənişlərin böyük hissəsi müqavilənin hələ qüvvədə olduğu dövrdə edilmişdir—bu isə "borcun etirafı" deyil, müqavilə öhdəliyinin adi icrası sayılır. İddia müddəti isə ##.##.2018-ci ildən başlayır. Məhkəmə bu iki dövrü — müqavilənin icra dövrünü və iddia müddəti dövrünü—bir-birindən ayırd etməmişdir. b) İddia müddəti ötürüldükdən sonra edilən ödəniş müddəti yenidən başlatmır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə görə: "Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir." Bu normanın tətbiqi üçün kəsilmə faktı iddia müddəti daxilində baş vermiş olmalıdır. İddia müddəti ##.##.2018-ci ildən başlamış, ##.##.2021-ci ildə bitmiş, bank isə məhkəməyə ##.##.2025-ci ildə müraciət etmişdir — yəni müddətin bitməsindən 4 il sonra. Məhkəmənin qəbul etdiyi mövqeyə görə isə müddətin bitməsindən sonra edilən ödəniş müddəti kəsir—bu isə AR MM 380-ci maddəsinin mətnindən və ruhundan tamamilə kənardır, belə ki, artıq ötürülmüş müddəti yenidən başlatmaq qanunla nəzərdə tutulmamışdır. c) Ödənişin "borcun etirafı" sayılması üçün kifayət əsas yoxdur: AR MM 380.1-ci maddəsindəki "borcu etiraf etməsini göstərən hərəkətlər" anlayışı açıq, birmənalı və şüurlu etirafı nəzərdə tutur. Qətnamədə isə hansı ödənişin, nə vaxt, nə məbləğdə edildiyi və bu ödənişin məhz iddia müddəti daxilindəki borca münasibətdə etiraf niyyəti daşıdığı hüquqi cəhətdən əsaslandırılmamışdır. Məhkəmə yalnız ödənişin mövcudluğunu müəyyən etmişdir — bu isə MM 380.1-ci maddəsinin tətbiqi üçün kifayətsizdir. AR MM 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir və öhdəliyin icra müddəti başa çatdığı gündən hesablanır. Bu normanın tələbləri birmənalıdır: Müqavilə üzrə son ödəniş tarixi: ##.##.2018 3 illik iddia müddəti: ##.##.2021-ci ildə bitib Bankın məhkəməyə müraciəti: ##.##.2025 Müddətin ötürülməsi: təxminən 4 il Məhkəmə bu faktı müəyyən etməsinə baxmayaraq, müddətin kəsildiyini qəbul edərək 373.2ci maddənin tətbiqindən imtina etmişdir. Bu isə açıq hüquq pozuntusudur AR MM 382-ci maddəsinə görə iddia müddəti tərəfin ərizəsi əsasında tətbiq edilir. Cavabdeh cavabdeh1 iddia müddətinin keçməsi barədə ərizə vermişdir. Məhkəmə həmin ərizəni "əsassız" hesab etmişdir. Lakin ərizənin əsassız sayılması üçün hüquqi dəlil—müddətin kəsilməsinin qanuni əsaslarla sübut edilməsi — lazım idi. Yuxarıda göstərildiyi kimi, bu sübut olmamışdır. Nəticə etibarilə məhkəmə MM 382-ci maddəni faktiki olaraq tətbiq etməkdən imtina etmişdir.
17. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər cavabdeh1 və Vələdov İlham Əli oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh cavabdeh1 ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin *(***)- ****/**** saylı qətnaməsinin onun barəsində olan hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyator Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xxxx” ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli ****-M-**** saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə cavabdeh cavabdeh1 60 ay müddətinə illik 26%-lə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC-nin Şəki filialı ilə Vələdov İlham Əli oğlu ilə ## ###### 2013-cü il tarixli ****-M-**** saylı Zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** №li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin cavabdeh1 qarşı 4251,99 manat əsas borc, 1083,39 manat faiz borcu olmaqla, cəmi 5335,38 (beş min üç yüz otuz beş manat otuz səkkiz qəpik) məbləğində problemli borcu üzrə tələb hüququ ##.##.2017- cü il tarixli S-FK- SHE-*** saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı cavabdehlərdən ## ###### 2013-cü il tarixli ****-M-**** saylı kredit müqaviləsinə əsasən 3481,99 (üç min dörd yüz səksən bir manat doxsan doqquz qəpik) manat əsas borc, 1083,39 (bir min səksən üç manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 4565,38 (dörd min beş yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində borcun 65.66 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsini tələb edir. Cavabdeh isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
33. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ****-M-**** saylı kredit müqaviləsindən görünür ki, cavabdeh1 60 (altmış) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir.
34. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş cədvəlindən görünür ki, tərəflər arasında müqavilə öhdəliyi ##.##.2018-ci il tarixdə başa çatsa da, cavabdeh (borclu) ##.##.2017-ci il tarixdən ##.##.2025-ci il tarixədək mütəmadi olaraq ödənişlər həyata keçirmişdir.
35. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında müqavilə öhdəliyi ##.##.2018-ci il tarixdə başa çatsa da, cavabdeh (borclu) ##.##.2017-ci il tarixdən ##.##.2025-ci il tarixədək mütəmadi olaraq ödənişlər həyata keçirmişdir ki, bu da Mlki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan halın yaranmasına səbəb olmuşdur.
37. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.