Məhkəmə qərarları › İş №e-2(3-10)-598/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-598/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-598/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Niyazi qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2014 -cü il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 470,98 manat əsas borc, 270,31 manat faiz borcu və 151,77 manat cərimə borcu olmaqla - cəmi 893,06 manat, ##.##.2014-cü il tarixli DK*******/**D saylı müqaviləyə əsasən 91 manat əsas borc, 98 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla - cəmi 229 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Seyidəliyev İlyas Bəxtiyar oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014 -cü il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 1053 manat, ##.##.2014-cü il tarixli DK*******/**D saylı müqaviləyə əsasən 100 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum Seyidəliyev İlyas Bəxtiyar oğlunun 1122,06 manat banka borcu vardır. Seyidəliyev İlyas Bəxtiyar oğlu ##.##.2017 -ci il tarixdə vəfat etmişdir. Oğuz rayonu notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu Seyidəliyev İlyas Bəxtiyar oğlunun vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Qeyd olunan Məcəllənin 1306.1-1306.2-ci maddələrinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Birinci instansiya məhkəməsində icraat

3. Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu vəfat etdiyindən onun vərəsəsi banka bu barədə məlumat verməli idi, lakin vərəsə bunu etmədiyindən borclunun vəfat etməsi banka yalnız 2025-ci ildə məlum olmuşdur. Bu səbəbdən hesab edir ki, iddia müddətinin axımı da həmin tarixdən, yəni 2025-ci ildən hesablanmalıdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, onun əri Seyidəliyev İlyas Bəxtiyar oğlu ##.##.2017-ci il tarixdə vəfat etmişdir. Onun ərinin banka borcu olmasından xəbəri olmamışdır. Ərinin vəfatından sonra ondan miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alsa da, sonradan həmin torpaq sahəsini satmışdır. Həmçinin 2017-ci ildən sonra bank əməkdaşları borcun ödənilməsi ilə bağlı ona müraciət etməmiş və kredit borcu ilə əlaqəda hər hansı məlumat verməmişlər. Əgər həmin vaxt məlumat verilsəydi o, borcu ödəyə bilərdi. Bundan əlavə, hesab edir ki, hazırki tələblə bağlı iddia müddəti ötürülmüşdür və o,iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

6. Cavabdeh məhkəməyə ərizə təqdim etmiş və həmin ərizədə bildirmişdir ki, İddiaçı ASC ona qarşı pul tələbi ilə iddia qaldırmışdır. Həmin krediti mərhum əri Seyidəliyev İlyas Bəxtiyar oğlu vəfat etməmişdən qabaq, yəni təxminən, 10-12 il əvvəl götürmüşdür. İddiaçı bu müddət ərzində iddia qaldırmamışdır. İddiaçı iddia müddətini keçirdiyinə görə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir.

7. Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi (hakim E.Məmmədli) ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı "pul” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Seyidəliyev İlyas Bəxtiyar oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 1053 manat, DK*******/** saylı müqaviləyə əsasən 60 ay müddətinə 100 manat məbləğində kredit verilmişdir. Seyidəliyev İlyas Bəxtiyar oğlu ##.##.2017-ci il tarixdə ölmüşdür. Cavabdeh Seyidəliyev İlyas Bəxtiyar oğlunun vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan - Oğuz rayon Qarabaldır kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,42 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditlər üzrə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır.

10. Göründüyü kimi, Seyidəliyev İlyas Bəxtiyar oğlunun ##.##.2017-ci il tarixdə ölməsi ilə Oğuz rayon Qarabaldır kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,42 ha olan torpaq sahəsinə dair vərəsəlik açılmışdır.

11. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

13. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir.

14. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər.

15. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır.

16. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Seyidəliyev İlyas Bəxtiyar oğlunun vərəsəsi Cavabdeh mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verərək, ondan miras qalmış torpaq sahəsini qəbul etmişdir.

17. Göründüyü kimi, cavabdeh mirası qəbul etdiyini şəksiz nümayiş etdirməyinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişdir. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədir.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İlyas Seyidəliyev kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.

19. Göründüyü kimi, hazırki iddia tələbi təmin oluna bilən tələb olsa da qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən təmin oluna bilməz.

20. Belə ki, iddiaçı CC/*****/**/** saylı müqavilə və DK*******/** saylı müqavilə üzrə müddətinin bitdiyi tarixdən keçən 10 ildən çox müddət ərzində kredit borcunun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamış, belə bir iddia qaldırmasına mane olan hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

21. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh mərhum əri Seyidəliyev İlyas Bəxtiyar oğlunun kredit borcu barədə məlumatı olmadığını bildirmişdir. Kredit məbləğlərinin miqdarı nəzərə alınarsa məhkəmə cavabdehin bu mülahizəsini ağalabatan hesab edir. Belə olan halda cavabdehin bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikdirməsi öz təsdiqini tapmır. Bundan əlavə, iddiaçı hüququnun pozulmasını kredit müqavilələrinin bitmə tarixinə müvafiq olaraq ##.##.2015-ci il və ##.##.2019-cu il tarixlərdən bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə uzun müddət sonra, yəni ##.##.2026-cı il tarixdə müraciət etmiş, həmin tarixədək borclunun ünvanına, vərəsə iddiaçıya məlum olduqdan sonra da hətta vərəsnin, yəni hazırki iş üzrə cavabdehin ünvanına hər hansı xəbərdarlıq məktubu göndərilək borc məbləği tələb edilməmişdir.

22. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.

23. Məhkəmə hesab edir ki, iddia tələbinə dair iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur.

24. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir.

25. Məhkəmə, iddiaçının borclunun ölməsi və vərəsisi barədə məlumatı 2025-ci ildə əldə etməsi bununla da iddia müddətinin 2025-ci ildən başlanması ilə bağlı iddiaçının nümayəndəsinin dəlillərini əsassız hesab edir.

26. Belə ki, iddiaçı keçən müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməsinə mane olan hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, borclunun ölməsi və vərəsisi barədə məlumatın 2025-ci ildə alınması, bununla da iddia müddətinin ötürülməməsi ilə bağlı iddiaçının nümayəndəsinin dəlilləri inandırıcı və əsaslı deyildir.

27. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442, 443.1, 445.2.1, 448.1, 462.1, 372.2, 373.2, 375.1, 375.2, 1145, 1151.1, 1159.1.1, 1243, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin şərh edilməsi”nə dair ## #### 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair ## ###### 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 197, 119.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

29. Qətnamədən narazı qalan iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu halda iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğudan (##.##.2025) iddia müddətinin başlanğıc anı hesab edilməlidir.

31. İş materiallarına əlavə edilmiş Oğuz rayon notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, Seyidəliyev İlyas Bəxtiyar oğlunun mirasını cavabdeh qəbul etmiş, miras əmlakına dair JN:0089, KOD40504028 dövlət aktına əsasən Oğuz Rayonu Qarabalilar kəndində yerləşən ümumi sahəsi 2.42 ha olan torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin şəxsə verilmişdir. Lakin mərhumun vərəsəsi tərəfindən İddiaçı ASCyə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdeh qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız Oğuz rayon notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir.

32. Odur ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdeh Cavabdeh Niyazi qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

36. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Q ə r a r ı na əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

42. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

43. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-**/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Seyidəliyev İlyas Bəxtiyar oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 1053 manat, DK*******/** saylı müqaviləyə əsasən 60 ay müddətinə 100 manat məbləğində kredit verilmişdir. Seyidəliyev İlyas Bəxtiyar oğlu ##.##.2017-ci il tarixdə ölmüşdür. Cavabdeh Seyidəliyev İlyas Bəxtiyar oğlunun vərəsəsi kimi tanınmış və o miras əmlakdan-Oğuz rayon Qarabaldır kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,42 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır. İddiaçı ASC ilə Seyidəliyev İlyas Bəxtiyar oğlu arasında bağlanmış ##.##.2014-cü il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti ##.##.2015-ci il tarixdə, ##.##.2014-cü il tarixli, DK*******/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti isə ##.##.2019-cu il tarixdə bitmişdir. İddiaçı cavabdehdən ##.##.2014cü il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 470,98 manat əsas borc, 270,31 manat faiz borcu və 151,77 manat cərimə borcu olmaqla-cəmi 893,06 manat, ##.##.2014-cü il tarixli DK*******/**D saylı müqaviləyə əsasən 91 manat əsas borc, 98 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla - cəmi 229 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsini tələb edir. Cavabdeh isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhumun vərəsəsi tərəfindən İddiaçı ASC-yə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməməsi, cavabdeh qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərməsi, kreditor cavabdehlərin vərəsə olması barədə yalnız Oğuz rayon notariat ofisinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olması, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan ##.##.2014-ü il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Seyidəliyev İlyas Bəxtiyar oğluna 12 ay müddətinə, illik 26% olmaqla 1053 manat məbləğində kredit vermişdir. 49.İşdə olan ##.##.2014-ü il tarixli, BS-DK*******/** saylı kredit razılaşmasının 2.1-ci bəndindən görünür ki, kredit xəttindən ilkin olaraq istifadə edilməsi mümkün olan maksimal məbləğ 100,00 manat (yüz manat) təşkil edir. Qeyd edilən məbləğin artırılması “Bank”la “Müştəri” arasında əlavə olaraq yazılı, elektron eqd, bankomat, SMS və ya digər vasitələrlə razılaşdırıla bilər. Həmin Razılaşmaya əsasən -"Nağd kredit"- 2.2.1. Minimum 12 ay müddətinə (bundan sonra “Kredit müddəti”); 2.2.2. “Bank” tərəfindən müəyyən edilən məbləğdə komisyon haqların"14" aprel 2014-cü il tarixli BSDK*******/** saylı “Əqdlərin bağlanma şərtlərinə dair Baş Saziş”in 5.1.3-cü bəndinə əsasən müştərinin kart hesabınnan silinməsi şərti ilə; 2.2.3. Maksimum illik 36 faiz olmaqla; 2.2.4. Maksimum 10 000 (on min) manat/ABŞ dolları/Avro məbləğinədək və digər növ valyutanın maksimum 10 000 (on min) manat ekvavalentində olan kredit (bundan sonra “Kredit”) verir. “Dostlar Klubu” kartının alınması üçün ərizə-anketdən görünür ki, borcalan Seyidəliyev İlyas Bəxtiyar oğlu ona 60 ay müddətinə 100 manat məbləğində kredit xətti açılmasını xahiş etmişdir.

50. İşdə olan Oğuz rayon Notariat ofisinin ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ##.##.2017-ci il tarixdə vəfat etmiş Seyidəliyev İlyas Bəxtiyar oğlunun vərəsəsi kimi tanınmış və Oğuz rayon Qarabaldır kəndi ərazisində yerləşən, ümumi sahəsi 2,42 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır.

51. İşdə olan iddia ərizəsinə Oğuz Rayon Məhkəməsi tərəfindən vurulmuş daxil olma ştampından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi ## ###### 2026-cı il tarixdə Oğuz Rayon Məhkəməsinə daxil olmuş və icraata qəbul olunmuşdur.

52. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi ##.##.2014-cü il tarixli, CC/*****/**/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti ##.##.2015-ci il tarixə, ##.##.2014-cü il tarixli, DK*******/** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti isə ##.##.2019-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

54. İş materiallarından cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi hallarının mövcud olması görünmür.

55. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımını tərəflər arasında bağlanmış kredit müqavilələrində öhdəliyin icrası üçün müəyyənləşdirilmiş tarixdən sonrakı gündən hesablamaqla düzgün nəticəyə gəlmişdir.

57. Kollegiya qeyd edir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

58. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

59. Belə müqavilələrdən birini mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

60. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

61. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

62. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar