Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-631/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İlham oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İlham oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh İlham oğlundan iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tariхli, ******-******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən 16684,93 manat əsas borc, 1186,65 manat faiz borcu olmaqla, cəmi 17871,58 manat məbləğində pulun və ödənilmiş 143,62 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh İlham oğlu arasında bağlanmış ## ##### 2024-cü il tariхli, 200804 ******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. ## ###### 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 16684,93 manat əsas borc və 1186,65 manat faiz borcu olmaqla, cəmi 17871,58 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İş üzrə iddiaçı İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh İlham oğlu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh İlham oğlundan ##.##.2024-cü il tarixli 200804 ******/* nömrəli müqavilə üzrə 16239,85 (on altı min iki yüz otuz doqquz manat səksən beş qəpik) manat əsas, 430,36 (dörd yüz otuz manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 16670,21 (on altı min altı yüz yetmiş manat iyirmi bir qəpik) manat məbləğində pulun alınıb iddiaçı İddiaçı ASC-yə verilməsi, cavabdeh Cavabdeh İlham oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143,62 (bir yüz qırx üç manat altmış iki qəpik) manat alınaraq iddiaçı İddiaçı ASC-yə verilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 200 (iki yüz) manat xərcin cavabdeh Cavabdeh İlham oğlundan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ**CTRE******************** saylı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh İlham oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli ******-******/* nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə, 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə 16239,85 manat əsas, 430,36 manat faiz borcu olmaqla, cəmi 16670,21 manat kredit borcu yaranmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Cavabdeh Cavabdeh İlham oğlu ##.##.2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə iddiaçı İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddiaçı isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malikdir.
8. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh İlham oğluna məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (##.##.2025-ci il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər.
9. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh İlham oğlundan ##.##.2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə 16239,85 manat məbləğində əsas və ##.##.2025-ci il tarixə hesablanmış 430,36 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
10. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh İlham oğlundan ##.##.2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə 16239,85 manat əsas, 430,36 manat faiz borcu olmaqla, cəmi 16670,21 manat məbləğində pul alınıb iddiaçı İddiaçı ASC-yə verilməlidir.
11. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 143,62 manat dövlət rüsumu cavabdeh Cavabdeh İlham oğlundan alınaraq iddiaçı İddiaçı ASC-nə ödənilməlidir.
12. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc cavabdeh Cavabdeh İlham oğlundan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ**CTRE******************** saylı hesabına ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 740.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur.
16. Ekspert öz rəyində bu məcburi müqavilə şərtini tamamilə kənara qoymuşdur. Müştərinin gecikmədə olduğu dövrlərdə etdiyi ödənişləri qanunsuz olaraq birbaşa əsas borcun azaldılmasına yönəltmişdir. Bu səbəbdən əsas borcun qalığı riyazi zəncirvari xəta ilə 445.08 AZN azaldılmışdır.
17. Əsas borcun süni şəkildə aşağı göstərilməsi avtomatik olaraq həmin dövr üçün hesablanmalı olan qanuni faiz məbləğinin də səhv formalaşmasına zəmin yaratmışdır. Nəticədə bankın tam qanuni və müqaviləyə uyğun hesabladığı 1,186.65 AZN faiz borcu ekspert tərəfindən əsassız olaraq 756.29 AZN azaldılaraq 430.36 AZN-ə endirilmişdir. Ödənişlərin müqaviləyə zidd ardıcıllıqla silinməsi həm əsas məbləğin, həm də faizlərin tamamilə təhrif olunmasına səbəb olmuşdur.
18. Qüvvədə olan müqavilə şərtləri yalnız tərəflərin razılığı və ya qanunla müəyyən olunmuş xüsusi hallarda məhkəmə qaydasında dəyişdirilə bilər. Ekspertin mühasibatlıq hesabatı xətti ilə müqavilənin silinmə ardıcıllığını fərqli tətbiq etməsi və məhkəmənin buna əsaslanması, müqavilə şərtlərinin birtərəfli və qanunsuz şəkildə dəyişdirilməsi deməkdir.
19. Birinci instansiya məhkəməsi tərəflərin azad iradəsi ilə imzaladığı İstehlak Kredit Müqaviləsinin məcburi şərtlərini ignores etmişdir. Qüvvədə olan müqavilə tərəflər üçün qanun qüvvəsindədir. Ekspert tərəfindən bu müqavilə şərtlərinin kənara qoyulması və məhkəmənin bu xətanı qəbul etməsi müqavilə azadlığı prinsipini birbaşa pozmuşdur.
20. Müqavilənin 3.4-cü bəndində daxil olan vəsaitlərin silinmə növbəliyi dəqiq təsbit olunmuşdur: vəsaitlər əvvəlcə faiz borclarının, sonra isə əsas borcun silinməsinə yönəldilməlidir. Məhkəmə borclunun öhdəliyi müqavilə şərtlərinə uyğun icra etməməsi faktını və bank proqramının müqavilə əsasında apardığı qanuni silinmələri rədd edərək, bu normanı səhv tətbiq etmişdir.
21. Qanunvericiliyə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyil və digər sübutlarla məcmuda qiymətləndirilməlidir. Ekspert hüquqşünas deyil, texniki işçidir və onun müqavilə bəndlərini hüquqi cəhətdən ignores etmək səlahiyyəti yoxdur. Birinci instansiya məhkəməsi isə bu rəyi mütləq sübut kimi qəbul edərək prosessual xətaya yol vermişdir.
22. Cavabdeh tərəfindən bankın rəsmi hesab çıxarışlarını təkzib edən, daxil edilmiş vəsaitlərin başqa cür silinməsini və ya əks-hesablamanı təsdiq edən heç bir kassa mədaxil qəbzi və ya maddi sübut təqdim edilməmişdir.
23. Məhkəmə cavabdehin etirazlarını qanunla nəzərdə tutulmuş rəsmi ilkin sənədlərlə təsdiq edilmədiyi halda sübut olunmuş hesab etmişdir. Qarşı tərəfin heç bir maddi sübutu olmadığı halda, müqavilə müddəalarını pozan qeyri-mötəbər və ziddiyyətli ekspert rəyi əsas götürülərək qətnamə çıxarılmışdır.
24. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində (445.08 AZN əsas borc və 756.29 AZN faiz borcu hissəsində) qismən ləğv edilməsi, iddiaçı İddiaçı ASC-nin iddia tələbinin tam həcmdə təmin edilərək, cavabdeh Cavabdeh İlham oğlundan əlavə olaraq 445.08 AZN əsas borcun və 756.29 AZN faiz borcunun tutularaq banka ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının iclasına gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarının: 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, o, iddianın təmin edilməmiş hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsini xahiş etməkdədir.
33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh İlham oğlu arasında bağlanmış ## ##### 2024-cü il tarixli, 200804 ******/* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 18 faiz olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı bank ##.##.2025-ci il tarixdə cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq göndərmişdir. ## ##### 2024-cü il tarixli 200804 ******/* saylı kredit müqaviləsinə əsasən cavabdehin ##.##.2025-ci il tarixə 16239.85 manat əsas, 430.36 manat faiz borcu yaranmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertin öz rəyində məcburi müqavilə şərtini tamamilə kənara qoyması, müştərinin gecikmədə olduğu dövrlərdə etdiyi ödənişləri qanunsuz olaraq birbaşa əsas borcun azaldılmasına yönəltməsi, ekspertin mühasibatlıq hesabatı xətti ilə müqavilənin silinmə ardıcıllığını fərqli tətbiq etməsi və məhkəmənin buna əsaslanması, qanunvericiliyə əsasən ekspert rəyinin məhkəmə üçün məcburi olmaması və digər sübutlarla məcmu halında qiymətləndirilməsi, cavabdeh tərəfindən bankın rəsmi hesab çıxarışlarını təkzib edən, daxil edilmiş vəsaitlərin başqa cür silinməsini və ya əks-hesablamanı təsdiq edən heç bir kassa mədaxil qəbzi və ya maddi sübut təqdim edilməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
39. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.
40. Buna baxmayaraq mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
41. Məhkəmənin qərardadı əsasında verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İlham oğlunun ##.##.2025-ci il tarixə əsas borcu 16239,85 manat, faiz borcu 430,36 manat, ekspert rəyinin verildiyi tarixə, yəni ##.##.2026-cı il tarixə əsas borc 16239,85 manat, faiz borcu 2281,70 manat müəyyən olunmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli */*** nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bank tərəfindən bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
44. məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, birinci instansiya məhkəməsinin qətnaməsininin tamamilə ədalətsiz və əsassız olması dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
45. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 46.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.