Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-936/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirlməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin ##.##.2024 tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə(artırılmaqla) himayəsində olan ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək baxılıb saxlanmasından ötrü hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq (tutularaq) onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ##.##.2017-ci il tarixdə borclu Cavabdeh ilə nikahlarını Balakən rayon Talalar kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə ** nömrəli akt qeydi ilə rəsmiləşdirməklə evlənmiş, həmin nikahdan övladları ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2023-cü il təvəllüdlü X3 doğulmuşlar. Sonradan borclu ilə aralarında mütəmadi baş verən münaqişələr səbəbindən ayrılmışlar. Faktiki olaraq ailə münasibətləri pozulduğundan qərara gəlmişlər ki, bunu rəsmiləşdirsinlər. Bu məqsədlə də Şəki * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin təşkilatın mediatoru X5 tərəfindən ##.##.2024cü il tarixli “Barışıq sazişi” təsdiq edilmişdir. Həmin barışıq sazişi ilə birgə nikahdan anadan olmuş ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2023-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılması, hər ay hər bir uşaq üçün 150 manat manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment verilməsi barədə razılıq əldə olunmuşdur. Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini icra etmədiyinə görə barışıq sazişinin təsdiqi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ## ###### 2024-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək barışıq sazişi təsdiq edilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2025 tarixli *(***)- ***/**** nömrəli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Qeyd edir ki, 150 manat alimentlə uşaqların geyiminin sağlamlığının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Uşaqların istər geyim, istər qidalanma, istərsə də idman, təhsil və s. xərcləri təbii olaraq artmışdır. Ölkə üzrə ildən-ilə hər bir şeyin, ərzaq, qida, geyim, nəqliyyat, digər əşya və xidmətlərin qiyməti də qalxmışdır. Ona görə də aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin şəxsi mebel sexi vardır, o sosial şəbəkələrdə də istehsal etdiyi mebelləri nümayiş etdirməklə satışı ilə məşğul olur və kifayət qədər gəlirə malikdir. Alimentin artırılması tələbi ilə Balakən * saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş, razılıq bildirməmişdir. Bu barədə Balakən * saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuş və 50 manat mediasiya xərci tərəfindən ödənilmişdir. 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 400 manat təşkil etməsi nəzərə alınaraq, tutulacaq aliment miqdarının minimum əmək haqqının 0,65 misli həddində təyin edilməsi məqsədə müvafiqdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı əlavədə müəyyən olunmuşdur). 361.1.5-ci maddəsinə əsasən şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən şikayəti verən şəxsin istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə * saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, iddiaçı şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə * saylı əlavədə apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin nədən ibarət olmasının qeyd edilməli olmasının vacibliyi nəzərdə tutulsa da, apellyator qanunvericiliyin apellyasiya şikayətinin həmin forma tələblərinə riayət etməyərək, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair qrafalar ümumiyyətlə mövcud olmamaqla, apelyator tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinin nədə ifadə edilməsinə aydınlıq gətirilməmişdir. Beləliklə iş materiallarından müəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə * saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1- 1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-10)-936/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-936/2026
08.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver