Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-682/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 20114,64 manat məbləğində kredit bоrcu, 1671,28 manat məbləğində faiz bоrcu və 565,81 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 22351,73 manat məbləğində bоrcun və ödənilmiş 157,06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan cavabdeh2 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ##.##.2024-cü il tarixdə bağladığı ***A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, kredit alan cavabdeh2 aylıq faiz dərəcəsi 1,5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı Əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3885,36 manat ödəniş etmiş və оnun iddiaçıya 20114,64 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 134 gün üçün hesablanmış faiz borcu 1671,28 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 134 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 565,81 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Müqavilənin 7.32ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə kredit alan cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh1 Zaminlik müqaviləsinə əsasən zamin qismində Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zamin cavabdeh1 həmin Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). Iddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş müvafiq sənədlər, o cümlədən də Ödəniş Planı, maliyyə arayışı, Hesabdan Çıxarış, borcun qaytarılması ilə əlaqədar Borcalana və Zaminə göndərilmiş Xəbərdarlıqlar (pretenziya məktubları) və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## #### 2026-cı il tаrixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 20114,64 manat əsas borc, 1406,13 manat faiz borcu, 50 manat cərimə, cəmi 21570,77 (iyirmi bir min beş yüz yetmiş manat 77 qəpik) manat borc və 154,71 (yüz əlli dörd manat 71 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh cavabdeh2 məhkəmə iclasında gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında iddianın qismən etirafına dair yazılı izahat verərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdeh cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında cavabdeh cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, qardaşı cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı bankdan 48 ay müddətinə 24000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə onunla iddiaçı bank arasında zaminlik müqaviləsi bağlanmış, lakin müqavilə ilə tanış olmamışdır. cavabdeh2 əvvəllər işlədiyinə görə ödənişləri vaxtında etmiş, lakin sonradan işdən çıxdığına görə kredit borcunu ödəyə bilməmişdir. Hesab edir ki, əsas borclu cavabdeh2 olduğundan yaranmış borc da onun tərəfindən ödənilməlidir. Iddianı özünə qarşı əsassız hesab edir. Iddianın özünə münasibətdə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş, ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş və iddiaçı bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,5833 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit verilmişdir. Işdə olan iddiaçı bankla cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq zamin borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Işdə olan arayışdan görünür ki, cavabdeh2 iddiaçı banka kredit müqaviləsi üzrə 20114,64 manat əsas borc, 1671,28 manat faiz borcu, 565,81 manat cərimə, cəmi 22351,73 (iyirmi iki min üç yüz əlli bir manat 73 qəpik) manat borcu vardır. Işdə olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdeh cavabdeh2 tələb edilmiş, bağlanmış kredit müqaviləsini ləğv etmək cavabdehə təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ##.##.2024-cü il tarixdə bağladığı ***A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh2 aylıq faiz dərəcəsi 1,5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3885,36 manat ödəniş etmiş və onun iddiaçıya 20114,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcunu ödəməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan iddiaçı Bankla cavabdeh cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Iş materiallarından göründüyü kimi, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı banka borcu yaranmışdır. Məhkəmə iddianın faiz borcu hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini ##.##.2025-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir (həmin tarixli bildirişdən görünür ki, cavabdehin faiz borcu həmin tarixə 1406,13 manat təşkil edir). Belə olan halda, iddiaçı kredit müqaviləsinə istinadən ##.##.2025-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 20114,64 manat əsas borc, 1406,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 21570,77 (iyirmi bir min beş yüz yetmiş manat 77 qəpik) manat borcun iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ödənilmiş tələbin məbləğinə mütənasib olaraq cavabdehlərdən tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
3. Apellyasiya şikayəti və ona etiraz - 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ona, yəni cavabdeh1 aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona, yəni cavabdeh1 qarşı “borcun tutulması” tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və ona, yəni cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 20114,64 manat əsas borc, 1406,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 21570,77 manat borc və 154,71 manat dövlət rüsumunun iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. O, məhkəmə iclasında iddianı etiraf etməmişdir. O, izahatında göstərmişdir ki, qardaşı cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı bankdan 48 ay müddətinə 24000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə onunla iddiaçı Bank arasında zaminlik müqaviləsi bağlanmış, lakin o, həmin müqavilənin şərtləri ilə real şəkildə tanış edilməmişdir. Krediti almış qardaşı cavabdeh2 əvvəllər işlədiyinə görə ödənişləri vaxtında etmiş, lakin sonradan işdən çıxdığına görə kredit borcunu ödəyə bilməmişdir. Hesab edir ki, cavabdeh2 “əsas borclu” olduğundan yaranmış borc da ilk növbədə onun tərəfindən ödənilməlidir. O, zamin kimi sənədlərə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Mingəçevir filialında imza etmişdir. Lakin əsas borclu cavabdeh2 kredit müqaviləsini Gəncə şəhərində bağlamışdır. O, əsas kredit müqaviləsinin bağlandığı yerdə iştirak etməmiş, kreditin verilməsi, kreditin mühüm şərtləri, faiz dərəcəsi, ödəniş qrafiki, cərimə şərtləri və zamin kimi üzərinə düşəcək məsuliyyətin real həcmi barədə Gəncədə aparılan rəsmiləşdirmə prosesində onun iştirakı olmamışdır. Mingəçevir Filialında sənədlərə imza etdiyi zaman bank əməkdaşı ona zaminlik müqaviləsinin hüquqi nəticələrini, əsas borclunun öhdəliyi icra etməyəcəyi halda hansı həcmdə və hansı şərtlərlə məsuliyyət daşıyacağını, kreditin faiz və cərimə öhdəliklərinin zaminliyə daxil olub-olmadığını, müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi halda zamin kimi hansı nəticələrlə üzləşə biləcəyini izah etməmişdir. Ona kredit müqaviləsinin mühüm şərtləri barədə tam və aydın məlumat verilmədiyi halda, məhkəmə yalnız imza faktını əsas götürərək, onun Bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Məhkəmə bu halları formal qiymətləndirmişdir. Qətnamədə yalnız zaminlik müqaviləsinin mövcudluğuna və həmin müqaviləyə əsasən onun borclu ilə birlikdə məsuliyyət daşımağına istinad edilmişdir. Lakin məhkəmə zaminlik müqaviləsinin hansı şəraitdə bağlandığını, onun müqavilənin şərtləri ilə real tanış edilib-edilmədiyini, zaminlik öhdəliyinin həcmini, faiz və cərimə öhdəliklərinin zaminliyə daxil olub-olmadığını ayrıca araşdırmamışdır. Qətnamədən görünür ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli bildiriş əsas borclu cavabdeh2 ünvanlanmışdır. Məhkəmə həmin bildirişin ona — zaminə göndərilib-göndərilmədiyini, onun bank tərəfindən yaranmış borc, müqavilənin vaxtından əvvəl ləğv edilməsi, borcun dərhal tələb olunması və məhkəməyə müraciət ediləcəyi barədə əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmadığını müəyyən etməmişdir. Halbuki, bu hal zaminin məsuliyyətinin yaranması, məsuliyyətin həcmi və zaminə qarşı tələbin əsaslılığı baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə həmçinin, iddiaçı bankın təqdim etdiyi borc arayışını əsas götürərək, borcun mövcudluğu və məbləği barədə nəticəyə gəlmişdir. Lakin əsas borcun, faiz borcunun və cərimənin hesablanması qaydası, kredit hesabı üzrə hərəkətlər, edilmiş ödənişlərin hansı qaydada silinməsi, faizlərin hansı tarixədək hesablanması, zaminin hansı məbləğə görə məsuliyyət daşımalı olması hərtərəfli araşdırılmamışdır. Bütün bu hallara görə də, hesab edir ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ona münasibətdə qanunsuz və əsassızdır. Məhkəmə əsas borclu ilə zaminin hüquqi vəziyyətini eyniləşdirmiş, zaminlik münasibətlərinin müstəqil hüquqi təbiətini nəzərə almamış, onun etirazlarını formal qiymətləndirmiş və iddianı ona münasibətdə kifayət qədər sübut edilməmiş hallar əsasında təmin etmişdir. Müqavilə tərəflər arasında bütün mühüm şərtlər üzrə razılıq əldə edildiyi halda bağlanmış sayılır. Hazırkı işdə məhkəmə zaminlik müqaviləsində onun hansı konkret məbləğ, hansı müddət, hansı faiz dərəcəsi, hansı cərimə və əlavə ödənişlər üzrə məsuliyyət götürdüyünü ayrıca müəyyən etməmiş, bununla da mühüm şərtlər üzrə razılığın mövcudluğunu formal qəbul etmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin bu məsuliyyət zaminlik müqaviləsinin məzmunu və həcmi ilə məhdudlaşır. Məhkəmə zaminlik münasibətini ayrıca qiymətləndirmədən, əsas borclunun kredit öhdəliyinin mövcudluğunu avtomatik olaraq zaminin eyni həcmdə məsuliyyəti kimi qəbul etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 477.0.1-ci maddəsindəki “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsi və digər əlverişsiz halları əhatə edir. Məhkəmə onun razılığı olmadan məsuliyyətinin artıb-artmadığını, faiz və cərimə öhdəliklərinin zaminliklə əhatə edilibedilmədiyini, habelə müqavilənin vaxtından əvvəl ləğvinin onun üçün əlverişsiz nəticə yaradıb-yaratmadığını araşdırmamışdır. Hazırkı işdə məhkəmə zaminlik müqaviləsində məhz hansı əsas öhdəliyin, hansı məbləğin, hansı faiz dərəcəsinin, hansı müddətin, hansı cərimə və əlavə ödənişlərin onun razılığı ilə təmin edildiyini müəyyən etmədən, Bankın tələbini ona münasibətdə təmin etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə məhkəmə bankın təqdim etdiyi sənədləri formal qəbul etmiş, lakin zaminlik müqaviləsinin məzmunu, borcun hesablanması, zaminə bildiriş göndərilməsi və zaminin məlumatlandırılması ilə bağlı sübutların kifayətliliyini real araşdırmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı Bank onun zaminlik müqaviləsinin mühüm şərtləri ilə tanış edildiyini, əsas kredit müqaviləsinin şərtlərinin ona izah olunduğunu, zamin kimi məsuliyyətinin həcmini bildiyini və borcun tələb edilməsinə dair lazımi qaydada məlumatlandırıldığını sübut etməli olduğu halda, məhkəmə bu sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə əsas kredit müqaviləsinin Gəncə şəhərində, zaminlik sənədlərinin isə Mingəçevir filialında imzalanması, bank əməkdaşının ona hər hansı məlumat verib-verməməsi, onun müqavilənin mühüm şərtləri ilə tanış edilib-edilməməyi kimi mühüm halları araşdırmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutları obyektiv, hərtərəfli və qərəzsiz qiymətləndirməlidir. Qətnamədə bank arayışı, kredit sənədləri və zaminlik müqaviləsi yalnız ümumi şəkildə sadalanmış, onların məzmunu, etibarlılığı, zaminin etirazları ilə əlaqəsi və nəticəyə təsiri ayrıca qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyan bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Bu hallar araşdırılmadan, ona münasibətdə borcun müştərək qaydada tutulması barədə nəticəyə gəlmək qanuni və əsaslı sayıla bilməz. Bu hal ona görə mühümdür ki, zaminlik müqaviləsi zamin üçün əsas borclunun öhdəliyini ödəmək kimi ciddi maliyyə nəticələri yaradır. Məhkəmə müqavilənin sadəcə imzalanması faktı ilə kifayətlənmiş, bankın ona müqavilənin şərtlərini, borcun həcmini, faiz və cərimə risklərini izah edib-etmədiyini araşdırmamışdır. Məhkəmə əsas kredit müqaviləsinin Gəncədə, zaminlik sənədlərinin isə Mingəçevir filialında imzalanması şəraitini aydınlaşdırmamışdır. Bu hal mühüm əhəmiyyət daşıyır, çünki əsas borclunun kredit müqaviləsini başqa şəhərdə bağlaması, zaminin isə başqa filialda sənədlərə imza etməsi zaminin kredit şərtləri ilə real tanış olub-olmaması məsələsini ayrıca araşdırmağı tələb edir. Məhkəmə Mingəçevir filialının əməkdaşının ona hansı məlumatları verdiyini, kreditin məbləği, müddəti, faiz dərəcəsi, ödəniş qrafiki, cərimə şərtləri və zaminlik məsuliyyətinin həcminin ona izah edilib-edilmədiyini müəyyən etməmişdir. Zaminin məsuliyyəti kredit müqaviləsinin bütün nəticələrinə avtomatik şamil edilə bilməz; bu məsuliyyətin hüdudları zaminlik müqaviləsinin mətnindən və tərəflərin razılığından irəli gəlməlidir. Məhkəmə faiz, cərimə, vaxtından əvvəl tələb edilən borc və dövlət rüsumu üzrə onun məsuliyyətinin hansı konkret müqavilə şərtindən yarandığını göstərməmişdir. Məhkəmə yalnız zaminlik müqaviləsinin mövcudluğuna və onun həmin müqaviləni imzalamağına istinad etmişdir. Lakin zaminlik müqaviləsində kreditin məbləği, müddəti, faiz dərəcəsi, cərimə şərtləri, vaxtından əvvəl tələb edilmə qaydası və zaminin məsuliyyətinin həcmi barədə məlumatların ona aydın şəkildə təqdim olunub-olunmadığı araşdırılmamışdır. Məhkəmə ##.##.2025-ci il tarixli bildirişin zaminə göndərilib-göndərilmədiyini araşdırmamışdır. Qətnamədə həmin bildirişin əsas borclu cavabdeh2 ünvanlandığı qeyd olunur, lakin ona münasibətdə belə bildirişin mövcudluğu müəyyən edilmir. Bu hal vacibdir, çünki bank müqaviləni vaxtından əvvəl ləğv edib, borcun dərhal ödənilməsini tələb etmişdirsə, zaminin də bu barədə vaxtında məlumatlandırılması və müdafiə imkanı olmalı idi. Məhkəmə əsas borcun və faiz borcunun hesablanmasının düzgünlüyünü hərtərəfli yoxlamamışdır. Bankın arayışında göstərilən məbləğlər özlüyündə borcun mövcudluğu və həcmi üçün yetərli hesab oluna bilməz. Kredit hesabı üzrə çıxarış, ödəniş qrafiki, edilmiş ödənişlərin hansı tarixlərdə və hansı borc növünə yönəldilməsi, faizlərin hansı tarixədək hesablanması və zaminin bu məbləğlərə görə hansı həddə məsuliyyət daşıması araşdırılmalı idi. Məhkəmə onun etirazlarının əsaslarını və iddianın ona münasibətdə niyə əsaslı sayıldığını ayrıca müəyyən etməmişdir. Qətnamədə onun iddianı etiraf etmədiyi qeyd edilsə də, bu etirazların hüquqi təhlili aparılmamışdır. Məhkəmə əsas borclu ilə zaminin prosessual və maddi hüquqi vəziyyətini fərqləndirmədən, onun cavabdeh kimi müdafiə mövqeyini formal şəkildə kənarda qoymuşdur.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdeh cavabdeh2 və apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdeh tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh1 isə məhkəməyə teleqram göndərib, “səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini” bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bu halı təsdiq edən sənədləri, yəni xəstəliyini təsdiq edən sənədləri elektron kabinet vasitəsilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini və eləcə də, apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak etməsini və işin digər hallarını nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ona, yəni cavabdeh1 aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona, yəni cavabdeh1 qarşı “borcun tutulması” tələbinin əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh cavabdeh1 apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş hissələrdə və hədlərdə öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eləcə də, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, kredit ödənişləri tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və kredit müqaviləsi əsasında tərəflərin imzaladıqları ödəniş qrafiki (ödəniş planı) üzrə müəyyən edilmiş qaydada aparılmadıqda, ödənişlərdə qrafikdən kənaraçıxmalar və gecikmələr olduqda, zaminliklə təmin olunmaqla verilmiş kredit vəsaitinin və həmin kreditə görə hesablanmış faiz və cərimə məbləğlərinin Bank tərəfindən kredit alanla yanaşı, zamindən də ödənilməsinin tələb olunması - Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə və tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.