Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-702/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X1, Şəki Regional “ASAN” xidmət Mərkəzində Notariat Ofisinə qarşı “Icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh X1 və Şəki Regional“Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 22 may 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh X1 və Şəki Regional“Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs BOKT “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən müqavilə üzrə vaxtında ödənilməmiş 1285 (bir min iki yüz səksən beş) manat borcun “BOKT “xxxx” MMC-nin xeyrinə tutulmasına dair ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Ceyhun Əhmədov) iddiaçı İddiaçı cavabdeh X1 və Şəki Regional“Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (üçüncü şəxs BOKT “xxxx” MMC) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi onun tələbi notariat ofisinin xüsusi notariusu X1 tərəfindən müqavilə üzrə vaxtında ödənilməmiş 1285 (bir min iki yüz səksən beş) manat borcun “BOKT “xxxx” MMC-nin xeyrinə tutulmasına dair ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsinə nail olmaq olmuşdur. Iddia tələbi üzrə tərəfindən dövlət rüsumu ödənilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, tərəfindən dövlət rüsumu tələb olunan məbləğdə ödənilməliyib. Məhkəmənin gəldiyi nəticəyə görə iddia tələbi qiymətləndirilməyən iddia tələblərinə aiddir və buna görə 100 manat dövlət rüsumu ödənilməli olduğu halda az ödənildiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia tələbi icra qeydinin ləğv olunsada yekunda onun çatmaq istədiyi niyyət faiz və cərimə məbləğinin silinməsinə nail olmaqdan ibarətdir. Bundan başqa Mülki Prosessual qanunvericilikdə iddiaların qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.7-ci maddəsinə əsasən ödəməyə xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Həmin maddənin digər bəndi, 112.1.1-ci bəndinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə qanunla müəyyən edilmiş məbləğlə müəyyən edilir. Daha sonra başqa bir bəndi üzrə, 112.1.11-ci bəndinə əsasən tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda—barəsində mübahisə edilən məbləğlə müəyyən edilir. Yəni hər üç halda ondan tutulmalı məbləğin dəyəri ilə götürüldükdə iddianın qiyməti 1285 manat təşkil edir. Buda göründüyü kimi Qiymətləndirilən iddia tələblərinə daxildir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci iltarixli Qərardadında oxşar münasibətlər üzrə məsləyə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin sözü gedən qərardadında Iddiaçı cavabdehlər Bakı şəhəri ** saylı notariat ofisi və Cavabdeh 2-ə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2025-ci il ## #### tarixli qətnaməsindən Cavabdeh 2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, 7-ci bəndi-Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 2-nin qətnaməni mübahisələndirdiyi hissəsində iddianın qiyməti 885,69 manat təşkil edir ki, bu da MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş beş min manatdan az olduğundan, cavabdeh Bankın həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunur. Məhz bu kimi əsaslara görə hesab edir ki, məhkəmə qərardadı ləğv edilərək və iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmalıdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizəsinə baxılması üçün sonrakı hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər X1 və Şəki Regional“Asan” Xidmət Mərkəzində Notariat Ofisinə, üçüncü şəxs BOKT “xxxx” MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi 1285 manat borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə ərizəsi qiymətləndirilməyən iddia hesab edildiyindən 100 manat dövlət rüsumu ödəməli idi. Lakin, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsinə 100 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə görə, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən iddialar üzrə, 8.2-ci maddəsində isə qiymətləndirilməyən iddialar üzrə hansı məbləğdə dövlət rüsumu ödənilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin iddia tələbi icra qeydinin ləğvi olsada yekunda onun çatmaq istədiyi niyyət faiz və cərimə məbləğinin silinməsinə nail olmaqdan ibarət olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi faiz və cərimə məbləğinin silinməsi deyil, notariat orqanı tərəfindən verilmiş icra qeydinin ləğv olunmasıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının ərizəsi qiymətləndirilməyən iddia hesab edildiyindən 100 manat dövlət rüsumu ödəməli olmuşdur. Lakin, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 67 manat dövlət rüsumu ödənilməklə, iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsi təmin edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia ərizəsinin rüsum ödənilməməsi əsası ilə geri qaytarılması iddiaçının gələcəkdə bu iddia ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır. Belə ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM maddə 152.4.) MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 397-399, 400 və 402.2- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-702/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-702/2026
24.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver