Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-726/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı "kredit borcunun tutulması tələbinə dair" mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan ##.##.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında istehlak məqsədləri üçün 48 ay müddətinə aylıq 1.4167 % ödəmək şərtilə 29850 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır.
2. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2026-cı il tarixə İddiaçı QSC-yə 22627,11 manat məbləğində kredit borcu, 1253,37 manat məbləğində faiz borcu və 294,6 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 24175,08 manat borcu vardır.
3. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 22627 manat 11 qəpik məbləğində kredit borcu, 1253 manat 37 qəpik məbləğində faiz borcu və 294 manat 60 qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 24175 manat 08 qəpik məbləğində borcun və ödənilmiş 162 manat 52 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə ##.##.2024cü il tarixdə bağladığı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.4167% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 29850 manat məbləğində kredit götürmüşdür. O, ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 7222 manat 89 qəpik ödəniş etmiş və onun iddiaçıya 22627 manat 11 qəpik məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən kredit borcu və faiz borcu kreditora qaytarılmadığı üçün ##.##.2026cı il tarixə 93 gün üçün hesablanmış faiz borcu 1253 manat 37 qəpik təşkil edir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahat verərək bildirmişdir ki, İddiaçı QSC-dən ##.##.2024-cü il tarixdə 29850 manat məbləğində kredit almışdır. 2025-ci ilin sentyabr ayında işdən çıxdığına görə qalan kredit borcunu ödəyə bilməmişdir. Sonuncu ödənişini 2025-cı ilin oktyabr ayında ödəmişdir. İddiaçıya qalan kredit borcunu hissə-hissə ödəyəcəkdir.
7. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) ## ### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 22627 manat 11 qəpik məbləğində kredit borcu, 1253 manat 37 qəpik məbləğində faiz borcu və 294 manat 60 qəpik məbləğində cərimə olmaqla, cəmi 24175 manat 08 qəpik pul tutularaq iddiaçı İddiaçı QSC-yə verilməsi, cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 162 manat 52 qəpik alınaraq iddiaçı İddiaçı QSC-yə verilməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, cavabdeh Cavabdeh bank qarşısında borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi ilə aldığı krediti iddiaçı İddiaçı QSC-yə qaytarmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 743.1, 743.2, 742.5, 742.5.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İş üzrə qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona ##.##.2026-cı il tarixdə göndərilmiş bildirişdə müqavilə üzrə borcun ##.##.2026-cı il tarixədək hesablandığı göstərilmişdir. Lakin iş materiallarında borcun ##.##.2028-ci il tarixədək hesablandığı müəyyən edilmişdir. Bu isə borcun hesablanma dövrünün düzgün müəyyən edilməməsi və nəticədə borc məbləğinin əsassız olaraq artırılması ilə nəticələnmişdir. Belə olan halda, məhkəmə ilk növbədə borcun hansı tarixədək və hansı əsasla hesablandığını, iddiaçı tərəfindən təqdim edilmiş borc hesablamasının müqavilənin şərtlərinə və faktiki hallara uyğun olub-olmadığını araşdırmalı idi. Borcun məbləğinin düzgün müəyyən edilməsi üçün isə, zəruri olduğu halda, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək borcun müvafiq tarixə olan real məbləği müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş borc hesablamasının düzgünlüyü və borcun faktiki olaraq hansı tarixədək hesablanmalı olduğu lazımi qaydada araşdırılmamışdır. Bununla da qətnamə qəbul edilərkən iddia ərizəsində göstərilən halların işin faktiki hallarına uyğun olub-olmaması tam və hərtərəfli yoxlanılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hesablanmış dəbbə pulunun (cərimənin) məbləğinə və onun azaldılmasının mümkünlüyünə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılmasını, bocrun məhz ##.##.2026-cı il tarixə olan miqdarı hesablanmaqla və dəbbə pulunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək hazırkı mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirərək ləğv olunmasını xahiş etdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
22. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
25. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
26. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
27. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
31. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
32. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
33. Maddə 742.5.2. Borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinin ##.##.2024-cü il tarixində ##.##.2028-ci il tarixinədək aylıq 1.4167 % ödəmək şərtilə 29850 manat məbləğində cavabdeh Cavabdeh kredit verilməsi barədə tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır.
48. Göründüyü kimi, cavabdeh Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir.
49. Beləliklə iddiaçı hazırkı iddia tələbi ilə müraciət etmiş, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
50. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunması ilə yanaşı bocrun miqdarının yenidən hesablanması və dəbbə pulunun azaldılması barədə qətnamə qəbul edilməsixahiş edillir. Apellyator məhkəmə kollegiyasının iclasına gəlmədiyindən onun apellyasiya şikayəti üzrə mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır.
51. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin işin halları ilə lazımi araşdırma aparmaması, məhkəmə-mühasibatlıq ekspertizasının təyin etməməsi ilə bağlıdır.
52. Kollegiya qeyd edir ki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.
53. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətini əsaslandırmamış, məhkəmə iclasına gəlməmiş və hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq göstərməmişdir.
54. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum yoxdur.
55. Bundan başqa apellyasiya şikayətində borc hesablamasının düzgünlüyünün və borcun faktiki olaraq hansı tarixədək hesablanmalı olduğunun birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmadığı qeyd edilmişdir.
56. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş maliyyə arayışını araşdıraraq cavabdehin ##.##.2026-cı il tarixə 22627 manat 11 qəpik əsas kredit borcu, 1253 manat 37 qəpik faiz borcu və 294 manat 60 qəpik cərimə borcunun olduğunu müəyyən etmiş və iddia tələbi məhz həmin tarixə hesablanmış məbləğlər həddində təmin edilmişdir. Odur ki, apellyasiya şikayətində borcun əslində ##.##.2028-ci il tarixədək hesablanması barə dəlili də əsassızdır.
57. Daha sonra apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin) məbləğinə münasibət bildirilməməsi vurğulanmış və dəbbə pulunun (cərimənin) azaldılması xahiş edilmişdir.
58. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.20-ci bəndinə əsasən, müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəyir. İşdə olan maliyyət arayışından görünür ki, ##.##.2026-cı il tarixə 93 gün üçün kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu (cərimə) məbləği 294,6 manat təşkil edir.
59. Həmin 294,6 manat dəbbə pulu (cərimə) məbləği kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğinin (22627,11 manat) 1 faizindən bir qədər artıqdır. Həmin cərimə məbləği bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından da aşağı məbləğdir.
60. Belə olan halda Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə cərimə dəbbə pulu (cərimə) məbləğinin azaldılması yolverilməzdir.
61. Göründyü kimi apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
62. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
66. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
67. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov