Məhkəmə qərarları › İş №e-2(3-10)-727/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-727/2026

07.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-727/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri Sadiqov Zülfüqar Əhmәd oğlu (sәdrlik edәn vә mәruzәçi), Hüseynov Elçin Şirin oğlu vә X1 ibarәt tәrkibdә, iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsinin qaytarılması haqqında qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 35.1 vә 149.2.2-ci maddәlәrinә istinad olunmaqla, hәmin Mәcәllәnin 152.1.1 vә 152.1.3-cü maddәlәrinә әsasәn geri qaytarılmışdır. Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә şikayәt verilәrәk, Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi vә iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul edilmәsi barәdә yeni qәrardad qәbul olunması xahiş edilmişdir. Hәmin şikayәt üzrә qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardadan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403- 1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kasasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası - Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә aşağıda tәsvir olunanlara әsasәn iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, hәmin iddia әrizәsinin icraata qәbulu mәsәlәsinin tәrәflәrin iştirakı ilә çәkişmә prinsipinә riayәt edilmәklә, birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e-*(*-***)-***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, iş materialları vә iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla müәyyәn olunur ki, iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “borcun tutulması” tәlәbinә dair iddia әrizәsi ilә Ucar Rayon Mәhkәmәsinә müraciәt edәrәk, kredit alan X2 vәrәsәlәri cavabdeh1 vә cavabdeh2Əhmәd oğlundan iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin xeyrinә ##.##.2024-cü il tarixli, BPM************ nömrәli kredit müqavilәsinә әsasәn 7928,15 manat mәblәğindә әsas borcun, ##.##.2023-cü il tarixli, BPM************ nömrәli kredit müqavilәsinә әsasәn 437,44 manat әsas borc vә 3,80 manat faiz borcu olmaqla, cәmi 441,24 manat mәblәğindә borcun vә ödәnilmiş 103,69 manat dövlәt rüsumunun vә 0,4 manat bank xidmәt haqqının tutulması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tәlәbinә dair hәmin iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 35.1 vә 149.2.2-ci maddәlәrinә istinad olunmaqla, hәmin Mәcәllәnin 152.1.1 vә 152.1.3-cü maddәlәrinә әsasәn geri qaytarılmışdır. Birinci instansiya mәhkәmәsi hәmin qәrardadında iddia әrizәsinin qaytarılmasını onunla әsaslandırmışdır ki, “... Iddiaçının mәhkәmәyә göndәrdiyi iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr tәdqiq olunarkәn müәyyәn olunmuşdur ki, elektron qaydada tәrtib edilmiş iddia әrizәsindә cavabdeh cavabdeh2 ata adı göstәrilmәmişdir. Bundan әlavә, cavabdeh cavabdeh2 yaşayış yerini tәsdiq edәn sәnәd iddia әrizәsinә әlavә edilmәmişdir. Eyni zamanda, “Elektron mәhkәmә” informasiya sistemindәn edilmiş çıxarışla da müәyyәn olunur ki, cavabdeh cavabdeh2 şәxsi mәlumatları aşkar olunmamışdır.” Lakin, iş materialları vә iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla müәyyәn olunur ki, birinci instansiya mәhkәmәsi - Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrәli qәrardadında “... elektron qaydada tәrtib edilmiş iddia әrizәsindә cavabdeh cavabdeh2 ata adı göstәrilmәmişdir. Bundan әlavә, cavabdeh cavabdeh2 yaşayış yerini tәsdiq edәn sәnәd iddia әrizәsinә әlavә edilmәmişdir. Eyni zamanda, “Elektron mәhkәmә” informasiya sistemindәn edilmiş çıxarışla da müәyyәn olunur ki, cavabdeh cavabdeh2 şәxsi mәlumatları aşkar olunmamışdır” kimi әsaslarla mәlum iddia әrizәsini geri qaytarmaqda tamamilә haqsız olmuşdur. Çünki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia әrizәsindә göstәrilәnlәr vә iddia әrizәsinә әlavә edilmiş sәnәdlәr, o cümlәdәn dә ata adı göstәrilmәyәn cavabdehin şәxsiyyәtini tәsdiq edәn rәsmi sәnәdlәr, onun vәtәndaşlığı vә digәr cavabdehin isә rәsmi qeydiyyat ünvanının Ucar rayonu әrazisindә yerlәşmәsi kimi işin konkret halları vә elәcә dә, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin aşağıda qeyd olunan tәlәblәri nәzәrә alınmadan - hәmin qәrardadla mәlum iddia әrizәsinin qaytarılması qanunvericiliyin tәlәblәrinә uyğun olmamışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 35.1-ci maddәsinә әsasәn, qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Hәmin Mәcәllәnin 36.1-ci maddәsinә әsasәn, yaşayış yeri mәlum olmayan, yaxud Azәrbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehә iddia onun әmlakının olduğu yerә görә vә ya mәlum olan axırıncı yaşayış yerinә görә verilә bilәr. Hәmin Mәcәllәnin 36.2-ci maddәsinә әsasәn, rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. Hәmin Mәcәllәnin 149.2.2-ci maddәsinә әsasәn, iddiaçının, onun nümayәndәsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin, şahidin vә mәhkәmә iclasına dәvәt etmәk istәdiyi digәr şәxslәrin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şәxsiyyәti eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrәlәri, o cümlәdәn mobil telefon nömrәlәri, elektron poçt ünvanı, cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin eynilәşdirmә mәlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstәrilmәlidir. Hәmin Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn, iddia әrizәsinin Mülki-Prosessual Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş formasına vә mәzmununa riayәt edilmәdikdә vә ya bu Mәcәllәnin 150.1.1-ci maddәsindә göstәrilәn sәnәdlәr iddia әrizәsinә әlavә edilmәdikdә - iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılır. Hәmin Mәcәllәnin 152.1.3-cü maddәsinә әsasәn, әgәr iş әrazi vә ya mәhkәmә aidiyyәti üzrә hәmin mәhkәmәdә baxılmalı deyildirsә - iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılır. Göründüyü kimi, işin yuxarıda qeyd olunan konkret hallarına və qanunvericiliyin tələblərinə əsasən Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadında qeyd olunan əsaslarla iddia ərizəsini geri qaytarılması kifayət qədər əsaslı olmamışdır. Halbuki, birinci instansiya məhkəməsi - iddia ərizəsinin icraata götürülməsi zamanı yaranmış anlaşılmazlıqları və çatışmamazlıqları aradan qaldırmaq məqsədilə, o cümlədən də öz qərardadını əsaslandırdığı halların səbəblərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə - çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə baxa bilərdi. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 151.2-ci maddәsinә әsasәn, mәhkәmә tәrәfindәn zәruri hallarda iddia әrizәsinin mümkünlüyü haqqında mәsәlәyә çәkişmә prinsipinә riayәt edilmәklә, tәrәflәrin iştirakı ilә baxıla bilәr. Hәmin Mәcәllәnin 2-ci maddәsinin tәlәblәrinә görә, mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda təsvir olunanlara əsasən belə nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadından iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilməli və Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı tam ləğv edilərək, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinə birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə çəkişmə prinsipinə riayət edilməklə yenidən baxılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149-152, 263, 264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ: Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilsin. Iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “borcun tutulması” tәlәbi barәdә iddia әrizәsinin icraata qәbulu mәsәlәsinin tәrәflәrin iştirakı ilә çәkişmә prinsipinә riayәt edilmәklә birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e-*(*-***)-***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar