Məhkəmə qərarları › İş №e-2(3-10)-752/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-752/2026

12.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-752/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı "subroqasiya hüququ ilə əlaqədar pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı "subroqasiya ilə əlaqədar pul" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı “xxxx” X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı " subroqasiya hüququ ilə əlaqədar pul " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ödənilmiş 3333.33 (üç min üç yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində vəsaitin və məhkəmə xərclərinə görə 54.54 (əlli dörd manat əlli dörd qəpik) manat məbləğin “xxxx” Sığorta Şirkəti X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadına əsasən e-*(-***)-***/**** saylı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası MPM-nin 255.0.5 və 256.0.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəməyə təqdim edilənədək işin icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı “xxxx” X1 nümayəndəsi Ehtiram Əliyev şikayət verib şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsinin ləğv edilməsini və mülki iş üzrə prosesin davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi məsələsinə baxılmalıdır. Beləliklə MPM-in 255.0.5 və 256.0.2-ci maddələrinə əsasən məhkəmə hesab etmişdir ki, iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 97.1-ci maddəsinin İ cümləsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Azərbaycan Respublikasının MPM-in 99.2ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı "subroqasiya ilə əlaqədar pul" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı “xxxx” X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar