Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-765/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*- ***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı MMC arasında ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli alğı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr əsasında cavabdeh Cavabdeh İddiaçı MMC tərəfindən nisyə mal satılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024- cü il tarixli müqaviləyə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 867837062872046 POCO X6 üçün 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1750.94 manat borc, 37.51 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti, Imei kod 867837062872046 POCO X6 almış və nəticədə 1750.94 (min yeddi yüz əlli manat 94 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2707.95 (iki min yeddi yüz yeddi manat 95 qəpik) manat (18 ay x 128.22 manat + 399.99 manat ilkin ödəniş) olan Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün ümumilikdə, 1490.51 (min dörd yüz doxsan manat 51 qəpik) manat olmaqla ondan, 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 840.00 (səkkiz yüz qırx manat 00 qəpik) manat (18 ay x 42 manat + 84 manat ilkin ödəniş) olan Imei kod 867837062872046 POCO X6 üçün ümumilikdə, 260.43 (iki yüz altmış manat 43 qəpik) manat olmaqla ondan, 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1977.64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri "Müqavilə"-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ” “mal"-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın IMEI kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən Innovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri"nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 867837062872046 POCO X6 üçün 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1750.94 manat borc, 37.51 manat ödənilmiş dövlət rüsumu borcu yaranmışdır.
5. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Azər Mövlayev) iddia təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 867837062872046 POCO X6 üçün 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu, ümumilikdə 1750.94 manat borc, 37.51 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445.1, 445.2.1, 465, 567.1, 600.1, 600.4 və 739.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2024-cü il tarixli müqavilə; ##.##.2024-cü il tarixli müqavilə.
8. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsinin qət etdi hissəsi ümumiyyətlə anlaşılan deyil. Belə ki, qət etdi hissəsində iddia tələbini köçürməklə kifayətlənmiş, iddia tələbinin xahiş etdim hissəsinin qətnamənin qət etdi hisəsinə uyğunlaşdırmamışdır. Bundan əlavə işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi kobud şəkildə pozaraq işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxmışdır. MPM-nin 284-5.4.4-cü maddəsinə əsasən iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa, məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmalıdır. O da iddiaya qarşı əsaslandırılmış vəsatətini göndərərək borcun şişirdilməsini bildirmişdir. Buna görə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə araşdırmanın aparılması və ekspertiza rəyinin alınması zərurəti yaranmasını nəzərə alaraq məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442,445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 867837062872046 POCO X6 üçün 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60(iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1750.94 manat borc, 37.51 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir.” Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən hansı mötəbər sübutlara istinad etməsi bəlli deyil. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər isə birtərəfli, saxta sənədlərdir. Onun iddiaçıya həmin məbləğdə borcunun olmasını təsdiq edəcək heç bir mötəbər sübut yoxdur. Həmçinin rüsum və cərimə pulunun hansı qaydada hesablanması bəlli deyil. Buna görə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etməkdən ötrü mütləq şəkildə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri idi. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Halbuki, o, müqavilə üzrə razılaşdırılmış məbləğləri bir müddət ərzində vaxtlı-vaxtında ödəmişdir. Lakin iddiaçı tərəfindən tələb edilən əsas borc, faiz borcu və cərimə düzgün hesablanmamış, birinci instansiya məhkəməsi də buna fikir verməmiş, iddiaçı tərəfindən təqdim edilən, onun tərəfindən tərtib edilmiş və təsdiq edilmiş birtərəfli sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər isə onun tərəfindən tərtib edilən birtərəfli, qərəzli və saxta sənədlərdir. İddiaçı MMC ilə onun arasında mövcud müqavilə üzrə borcun nə qədər olduğunu yalnız iş üzrə qərəzsiz olaraq hesablama aparan ekspert tərəfindən müəyyən edilə bilər. Ona görə də mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Mülki prosessual qanunvericilik mülki prosesdə sübutetmə vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Lakin iddiaçı iddia ərizəsinə qeyd edilənləri sübut edəcək hər hansı bir sübutu əlavə etməmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir. Iddiaçı İddiaçı MMC-nin təqdim etdiyi sənədlər isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilməməlidir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda görürük ki, işə baxan məhkəmənin iddia tələbini təmin edərkən istinad etdiyi sübutlar sadəcə olaraq iddiaçı tərəfindən tərtib edilmiş, təqdim edilmiş birtərəfli sübutlardır. Cavabdeh tərəfindən iddia tələbində tələb edilən əsas borc, faiz borcu və cərimə düzgün hesablanmamış və buna görə də iddiaçı ondan həddən artıq pul tələb edir. Iddiaçı tərəfindən təqdim edilmiş sənədlər isə onun tərəfindən tərtib edilən birtərəfli, qərəzli və saxta sənədlərdir. Cavabdeh ilə onun arasında mövcud kredit müqaviləsi üzrə borcun nə qədər olduğunu yalnız iş üzrə qərəzsiz olaraq hesablama aparan ekspert tərəfindən müəyyən edilə bilər.
10. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 19 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı İddiaçı MMC-dən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
15. Cavabdeh Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 9-cu bəndində qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətində işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etməkdən ötrü mütləq şəkildə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruri olduğu, onun müqavilə üzrə razılaşdırılmış məbləğləri bir müddət ərzində vaxtlı-vaxtında ödədiyi, lakin iddiaçı tərəfindən tələb edilən əsas borc, faiz borcu və cərimənin düzgün hesablanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğləri vaxtlı-vaxtında ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
18. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ilkin 84 AZN ödəməklə toplam məbləği (ilkin ödəniş daxil olmaqla) 840 AZN olan XIAOMI POCO X6 5G 12/256 GB BLUE model, IMEI Kod 867837062872046, 867837062872053 olan mobil telefon almışdır. ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında IMEI Kod 358397768793810, 358397769225218 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidmətinə görə ilkin 399.99 AZN ödənilməklə toplam məbləği (ilkin ödəniş daxil olmaqla) 2707.88 AZN olan müqavilə bağlanmışdır. İddiaçı MMC-nin Şəki Rayon Məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış, IMEI Kod 867837062872046 POCO X6 markalı mobil telefonun açılb-bağlanılması xidmətinə görə Innovativ Layihələr Mərkəzinə 23.60 (iyirmi üç manat 60 qəpik) AZN pul ödənilmişdir. ## #### 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Imei kod 867837062872046 POCO X6 modelinə görə ##.##.2024-cü il tarixli müqaviləyə görə Cavabdeh tərəfindən ümumilikdə ödənilməmiş məbləğ 260.43 manat, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidmətinə görə ##.##.2024-cü il tarixli müqaviləyə görə Cavabdeh tərəfindən ümumilikdə ödənilməmiş məbləğ 1490.51 manatdır ki, bununla da ödənilməmiş cəmi məbləğ 1750.94 manat təşkil edir. Maliyyə və ödəniş cədvəlinin qeyd hissəsində qeyd edilmişdir ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 1219.51 manatı, ##.##.2024-cü il tarixli müqavilə üzrə 193.77 manatı müştəriyə güzəşt edilir. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh bildirmişdir ki, Siz İddiaçı MMC ilə aranızda bağlanmış ##.##.2024-cü, ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti, Imei kod 867837062872046 POCO X6 almısınız. Lakin Siz aldığınız malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinizə düşən öhdəliklərin icrasını gecikdirmisiniz, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmisiniz. Qeyd olunanlara əsasən, mövcud müqavilənin 3.11-ci bəndinə əsasən, üzərinizə götürdüyünüz öhdəlikləri pozduğunuz üçün yuxanda göstərilən malları “xxxx MMC”-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalısınız. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri tərəfinizdən tam şəkildə ödənilməlidir. Odur ki, tərəfinizdən hazırki Xəbərdarlığdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaq.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Işin hallarından göründüyü kimi cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli müqavilələrə əsasən öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və bununla da iddiaçı İddiaçı MMC-yə ümumilikdə 1750.94 manat borcu yaranmışdır.
21. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı MMC ##.##.2024- cü il tarixli müqaviləyə əsasən, Imei kod 358397768793810 IPHONE 14, adapter, QIZIL ZƏMANƏT ULTRA 1 IL, PAKET XXXL xidməti üçün 1355.01 (min üç yüz əlli beş manat 01 qəpik) manat ödənilməmiş hissə, 135.50 (yüz otuz beş manat 50 qəpik) manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Imei kod 867837062872046 POCO X6 üçün 215.30 (iki yüz on beş manat 30 qəpik) manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 21.53 (iyirmi bir manat 53 qəpik) manat cərimə pulu borcunu cavabdeh Cavabdeh tələb etməklə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.