Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-796/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 3342.74 manat pulu və 300 ABŞ Dolları məbləğində pulu, ümumi dəyəri 7705 manat olan, 1 ədəd 585 əyar 8,65 qıram 2119 manat dəyərində boyunbağı, 1 ədəd 585 əyar 7,8 qıram 1911 manat dəyərində qızıl üzük, 1 ədəd 585 əyar 6 qıram 1470 manat dəyərində Klon, 1 ədəd 585 əyar 9 qram 2205 manat dəyərində qolbağı, mövcud olmadıqda onların naturada dəyərini, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat pulun və qızılların qiymətləndirilməsi üçün çəkilmiş xərc olaraq 150 manat pulun və ödənilmiş 126 manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 3342.74 manat pulu və 300 ABŞ Dolları məbləğində pulu, ümumi dəyəri 7705 manat olan, 1 ədəd 585 əyar 8,65 qıram 2119 manat dəyərində boyunbağı, 1 ədəd 585 əyar 7,8 qıram 1911 manat dəyərində qızıl üzük, 1 ədəd 585 əyar 6 qıram 1470 manat dəyərində Klon, 1 ədəd 585 əyar 9 qram 2205 manat dəyərində qolbağı, mövcud olmadıqda onların naturada dəyərini, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat pulun və qızılların qiymətləndirilməsi üçün çəkilmiş xərc olaraq 150 manat pulun və ödənilmiş 126 manat məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaydığı məlumatların təkzib edilməsi, şərəflərini, ləyaqətlərini alçaltdığı və nüfuzlarına xələl gətirdiyi üçün cavabdeh İddiaçı Azərbaycan Respublikası, Şəki rayonu, Ikinci Biləcik kənd camaatının ən çox toplaşdığı Icra Nümayəndəliyinin inzibati binasının qarşısında hər birindən ayrı-ayrılıqda üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixində iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə cavabdeh2, cavabdeh1 .cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Iş üzrə cavabdeh cavabdeh1 Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ## #### 2026-cı il tarixdə “elektron kabinet” vasitəsi ilə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh2, cavabdeh1, cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-158)- ***/**** saylı qərardadından qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Iş üzrə cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixində Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı cavabdeh cavabdeh1 “elektron kabinetinə” ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin cavabdeh cavabdeh1 apellyasiya şikayətini rəsmi qaydada verildiyi gündən 10 gün müddətində,yəni ##.##.2026- cı il tarixinədək verməli olduğu halda, Məcəllədə nəzərdə tutulmuş müddəti ötürmüş və onun apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə,yəni 2 aydan daha çox müddəti ötürərək məhkəməyə daxil olmuşdur. Şərh edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(5-158)- ***/**** saylı qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-796/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-796/2026
19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver