Məhkəmə qərarları › İş №e-2(3-10)-904/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-904/2026

15.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-904/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1, cavabdeh4, cavabdeh5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1, cavabdeh4, cavabdeh5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi prosessual müddətinin bərpa edilməsi barədə cavabdeh4 ərizəsinin təmin edilməməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(075)-79/2025 nömrəli qərardadından cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh5 və cavabdeh4 tərəfindən ona vurulmuş 21.700 manat məbləğində maddi zərərin və ödənilmiş 175,80 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh5 və cavabdeh4 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh4 və cavabdeh1 21.700 manat pul və 175,80 ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər cavabdeh4 və cavabdeh1 127 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmiş, ##.##.2026-cı il tarixdə qətnamə Elektron Məhkəmə Informasiya Sisteminə yerləşdirilmişdir. Cavabdehlər cavabdeh4 və cavabdeh1 ##.##.2026-cı il tarixdə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərаrdаdı ilə cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh cavabdeh4 həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh cavabdeh4 qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində apellyasiya şikayəti verməmişdir. Ərizəçi müddətin buraxılmasını uşağının xəstəliyi ilə əlaqələndirmişdir. Məhkəmə ərizədə göstərilən səbəbləri prosessual müddətin bərpası üçün üzrlü hesab etmir və ərizənin təmin edilməsi üçün qanuni əsasların olmadığı qənaətinə gəlir. Buna görə də məhkəmə ərizəni (vəsatəti) əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar