Məhkəmə qərarları › İş №e-2-3(103)-64/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-3(103)-64/2024

11.09.2024 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-3(103)-64/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iş üzrə (Açar sözlər:seçki hüquqlarının müdafiəsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “38/- 193№-li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38/-193№-li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112.1, eləcə də 112-1.14.1-ci maddələrini əsas tutaraq 119 saylı X6 baş vermiş cinayət tərkibli qanun pozuntuları ilə bağlı şikayətinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixdə 38-193 saylı Qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, bu qərar tamamilə qanunsuz və əsassızdır. İddiaçı bitərəf namizəd olaraq 2024-cü ilin 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmişdir. Ağdamın özünün, həmçinin Goranboy, Yevlax, Ağdaş, Ağsu, Tərtər, Bərdə, Gəncə ərazilərində yerləşən çoxsaylı məntəqələr üzrə seçki təbliğatı və təşviqatını aparmışdır. Digər namizəd X3 tərəfindən yol verilmiş ciddi qanun pozuntuları ilə bağlı 20 avqust və 21 avqust 2024-cü il tarixlərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının 115 qaynar xəttinə müraciət etmişdir. Şikayət elektron qaydada qeydə alınıb, lakin heç bir tədbir görülməmişdir. 21 avqust 2024-cü il tarixdə təcili surətdə Bakı şəhərinə gələrək Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin kobud surətdə pozulduğunu və bu əməlin AR İnzibati Xətalar Məcəlləsinə, eləcə də AR Cinayət Məcəlləsində tövsif olunan əməl olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Baş X5 və AR Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova rəsmi qaydada yazılı şikayət təqdim etmişdir. Şikayətində bildirmişdir ki, deputatlığa namizəd X3 artıq neçə dəfədir seçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə, eləcə də aidiyyəti icra nümayəndələrinin iştirakı və başqa rəsmi şəxslərlə gedir. Bəxtiyar Əliyev avqustun 20-də saat 11:00 radələrində Ağdam rayonunun «Dördyol-1» köçkün qəsəbəsində, sonra isə digər məntəqələrdə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevi, həmçinin Ağdam RİH-nin digər bir şöbə müdirini, həmçinin qəsəbənin Musa adlı icra nümayəndəsini öz təbliğatına cəlb etmişdir. Bu barədə seçiciləri tərəfindən iddiaçıya video-görüntü təqdim olunmuşdur. Eləcə də Allahverən Əliyev məntəqə sədrlərinə və icra nümayəndələrinə, idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır və özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranırdı ki, deməli, Bəxtiyar Əliyev rəsmi şəkildə dəstəklənir, qutudan deputat kimi o çıxacaq. Həm MSK rəhbərliyinə, həm də Baş Prokurorluğa şikayət ərizəsində qeyd etmişdir ki, Bəxtiyar Əliyev və Allahverən Əliyevin AR Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün onlara AR Cinayət Məcəlləsinin 159cu, 159.1-ci, 160-cı və 161-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti müəyyən edilməlidir. Nəticədə, X2 namizədliyi ləğv olunmalı, hər iki məsul şəxsin əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlər də təsdiqləyir ki, iddiaçının Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyi rəsmi şikayət ərizəsi 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılıb müzakirə edilmiş, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmış, MSK özü təcili və təsirli tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiyasının sədri X1 göndərilmişdir. Hansı ki, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir: “7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır”. Lakin bu günədək Dairə sədri qanunlara saymazlıq nümayiş etdirərək heç bir tədbir görməmiş, iddiaçıya rəsmi cavab verməmişdir. Buna səbəb isə odur ki, 119 saylı Ağdam DS-nın sədri X8 Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozmuş Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyevin oğludur. Bundan başqa, eyniməzmunlu şikayətçi və seçicisi Fikrət Əliyev avqustun 22-də MSK-nın 115 qaynar xətinə zəng edərək şikayət etmişdir ki, Allahverən Əliyev qanunları kobud surətdə pozaraq inzibati resurslardan digər namizəd X2 xeyrinə istifadə etməkdədir. Bu şikayət də qeydə alınmışdır, lakin yenə də heç bir tədbir görülməmişdir. Əksinə, bir gün sonra şikayətçi F.Əliyev Ağdam rayon İcra Hakimiyyətinə çağrılmış, ona təzyiq göstərilmişdir. Məhkəmənin diqqətinə bir daha çatdırır ki, Ağdamın özünün, həmçinin Goranboy, Yevlax, Ağdaş, Ağsu, Tərtər, Bərdə, Gəncə ərazilərindəki 68 məntəqələr üzrə seçki təbliğatı və təşviqatını apardığından, səsvermə günü baş verən qanunsuzluqları sənədləşdirmək, toplayaraq Bakı şəhərinə gəlib Mərkəzi Seçki Komissiyasına yazılı şikayət vermək fiziki cəhətdən mümkünsüz idi. Odur ki, iddiaçı və müşahidəçiləri sentyabrın 1-də, 2-də və 3-də MSK-nın 115 Qaynar xəttinə rəsmi şikayətlər vermişlər, qeydə alınıb, amma tədbir görülməyib. İddiaçı, həmçinin, MSK-nın elektron poçtuna həmin günlərdə dəfələrlə rəsmi şikayətlər göndərmişdir. Eləcə də videogörüntü ilə canlı çıxış edərək sosial media üzərindən baş verən qanunsuzluqları MSK sədri Məzahir Pənahova müraciətlə onun diqqətinə çatdırmış, tədbir görməsini xahiş etmişdir. Bütün bu sadalalanlar bir daha sübut edir ki, MSK rəhbərliyi 21 avqust 2024-cü il tarixli şikayətilə bağlı ciddi tədbir görsəydi, sonradan digər qanunsuzluqlar baş verməzdi. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və operativ surətdə yazılı və elektron qaydada Mərkəzi Seçki Komissiyasına şikayətlər təqdim etmişdir. Təqdim edilmiş sənədlərə diqqət olunsa: 1.Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərilmiş yazılı şikayət MSK səlahiyyətlisi S.İbadov tərəfindən imzalanaraq qəbul edilmişdir (qəbzin surəti təqdim edilir). 2. 21 avqust 2024-cü il tarixdə göndərilmiş yazılı şikayətə Mərkəzi Seçki Komissiyasında baxılmış, 29 avqust tarixdə 35-163 saylı Qərar qəbul edilmiş və tədbir görülməsi üçün 30 avqust 2024-cü il tarixdə MSK Katibliyindən 119 saylı X7 göndərilmişdir 3. Azərbaycan Baş Prokurorluğuna göndərilmiş şikayət ərizəsinə 28 avqust 2024-cü il tarixdə rəsmi cavab verilmiş (№2-2-171-112666-2024) və şikayət tədbir görülməsi üçün mərkəzi Seçki Komissiyasına göndərilmişdir (məktubun surəti təqdim edilir). Bütün bunlar bir daha sübut edir ki, Mərkəzi Seçki Komissiyasının şikayətinin guya müddət bitməsi səbəbindən geri qaytarılması barədə xx.xx.2024-sü il tarixli, 38-193 saylı Qərarı qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Cavadov iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ- İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. - 112-1.1-ci maddəsinə əsasən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”): - 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. - 130.2-ci maddəsinə əsasən Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və ərizənin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, irəli sürülən iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir, iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli N 38/193 saylı Qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsassız olması ilə bağlı hazırki işin faktiki hallarını nəzərdən keçirir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qabaq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə günü 119 saylı Ağdam seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 38/193 saylı Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 119 saylı Ağdam seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 6 sentyabr 2024-cü il tarixli 60 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilməsi qərara alınmışdır. Beləliklə, hazırki iddia tələbində iddiaçı Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 38/193 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin Preambulasında qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər, gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsindəreferendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Sadalanan normalardan göründüyü kimi seçki hüquq münasibətlərində vətəndaşın seçmək, seçilmək, referendumda iştirak etmək hüququ varsa, bu hüquqa qarşılıq olaraq dövlətin həmin hüquqların realizə edilməsini təmin etmək öhdəliyi vardır ki, dövlət bu öhdəliyi seçki qanunvericiliyi ilə müəyyən edilmiş prinsip və normalara, seçkilərin təşkili və keçirilmə qaydalarına riayət edilməsini təmin etməklə həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. AR Seçki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir; ... Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VİQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98ci maddəsinin İ hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutularaq - 1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması; 2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi qərara alınmışdır. İddia ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdən göründüyü kimi, səsvermə günü seçki məntəqələrində iddia olunan pozuntular ilə bağlı hissədə İddiaçı şikayəti cavabdeh inzibati orqana seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər. Həmin Məcəllənin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından da məlum olur ki, iddiaçı 29 avqust 2024-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək 119 saylı Ağdam seçki dairəsi üzrə qeydə alınmış digər namizəd tərəfindən seçkiqabağı təşviqat qaydalarının pozulduğunu iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 35/163 saylı Qərarı ilə 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 119 saylı Ağdam seçki dairəsi üzrə qeydə alınmış namizəd İddiaçı 29 avqust 2024-cü il tarixli 34 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı 06 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səsvermə günü 119 saylı Ağdam seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda sadalanan qanunvericilik normalara əsasən müəyyən olunmuş müddəti ötürməklə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 130.5-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsası kimi faktiki və hüquqi halları sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 87, 90 və 130-cu maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddia ərizəsi təmin edilməsin. Qərardan, qərarın təqdim olunduğu gündən 3 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar