Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-3(3-9)-7/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, müəyyən etdi: İddiaçı MMC tərəfindən təqdim edilmiş müraciət “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsilə apellyasiya instansiyası məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmalı indekslə (2-3(3-9)-7/2026) inzibati iş kimi qeydə alınmışdır. Müraciətin mətni sistemə yerləşdirilmədiyindən və məzmunu bəlli olmadığından sistem üzərindən araşdırma aparılsa da, sənədin məzmunu ilə bağlı məlumat almaq mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı MMC tərəfindən təqdim edilmiş kimi qeydə alınan müraciət “Elektron Məhkəmə” Informasiya Sisteminin təkmilləşdirilməsi tədbirlərinin aparıldığı zaman kəsiyində baş vermiş, səhv olaraq 2-3(3-9)-7/2026 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apelyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki ərizəyə inzibati məhkəmə icraatı qaydasında, o cümlədən apellyasiya instansiyası məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmalı indekslə baxılması mümkün olmadığından ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 81-82-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin müraciəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-3(3-9)-7/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-3(3-9)-7/2026
13.05.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver