Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1357/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın və debitor borcun ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. İddiaçı Istehsalat Birliyi ilə Cavabdeh arasında ##.##.2020-ci il tarixində **** nömrəli, ##.##.2025-ci il tarixində **/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlanmışdır.
2. Abonentin saldosuna əsasən, Cavabdeh sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 845,99 manat borcu (debitor borc) mövcuddur.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2017-cü il tarixli aktdan görünür ki, ünvan 1 0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1296 m3 itki hesablanmışdır.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1 0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 89 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 91 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 91 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2392 m3 itki hesablanmışdır.
5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1 0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat , orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1008 m3 itki hesablanmışdır.
6. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5832 m3 itki hesablanmışdır.
7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2019-cu il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1422 m3 itki hesablanmışdır.
8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2019-cu il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 8 saat hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır.
9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2019-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1332 m3 itki hesablanmışdır.
10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8656 m3 itki hesablanmışdır.
11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 7920 m3 itki hesablanmışdır.
12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13500 m3 itki hesablanmışdır.
13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1-0770-0001 ünvanında Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu 100461907700001 olan abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacınin nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 17280 m3 itki hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “maddi ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 7212,20 manat maddi zərər, 845,99 manat debitor borc və 100,59 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8158,73 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2020-ci il tarixində **** nömrəli, daha sonra ##.##.2025-ci il tarixində **/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı Istehsalat Birliyi abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Istehsalat Birliyinin Bakı X1 Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı Istehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 478,40 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; - ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat; - ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 1530 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 2073,60 manat olmaqla, cəmi 7212,20 manat məbləğində İddiaçı Istehsalat Birliyinə maddi zərər dəymişdir. Cavabdehin 2012-ci ilin ayları üzrə qalıq 51,20 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 78,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 324,30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 244,88 manat sərfiyyat borcu və limitdən əlavə 12,32 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 329,12 manat sərfiyyat borcu və limitdən əlavə 9,28 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 509,61 manat sərfiyyat borcu və limitdən əlavə 1,39 manat sərfiyyat borcu, 2025-ci ilin yanvarsentyabr ayları üzrə 365,64 manat sərfiyyat borcu və limitdən əlavə 13,30 manat sərfiyyat borcu olmaqla, cəmi 1939,74 manat sərfiyyat borcu qalmışdır. 2013-cü ilin yanvar ayından 2025-ci ilin sentyabr ayına qədər cavabdeh 1093,80 manat ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 845,99 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı Istehsalat Birliyinə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 8058,14 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
16. Cavabdeh Cavabdeh iddiaya yazılı qaydada etiraz təqdim etmişdir. O, etirazını bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır. ##.##.2015-ci ildə G-4 elektron markalı, smart-kart tipli, 1202AQ1********** nömrəli qaz sayğacının naməlum şəxslər (ehtimal olunan İddiaçı Istehsalat Birliyinin əməkdaşları) tərəfindən aparılması barədə Sabunçu RPI-nin 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sabunçu RPI-nin 14-cü PB-nin ##.##.2015-ci il tarixli, 076/15 №li arayışına əsasən ##.##.2015-ci ildə yeni sayğacın quraşdırılması üçün İddiaçı Istehsalat Birliyinin Bakıxanov qəsəbəsində yerləşən idarəsinə rəsmi müraciət olunmuşdur. ##.##.2025-ci ildə İddiaçı Istehsalat Birliyin * saylı xidmət ərazisi tərəfindən inventarizasiya işləri aparılmış, ##.##.2015-ci ildə sayğacın oğurlanması barədə iş tapşırığı tərtib edilmiş və tezliklə sayğacın quraşdırılması bildirilmişdir. Həmin ərəfələrdə Nardaran hadisələri ilə əlaqədar Nardaran qəsəbəsində İddiaçı Istehsalat Birliyi tərəfindən yenidənqurma işləri aparıldığından, cavabdeh Cavabdeh ünvanına qaz sayğacının quraşdırılması mümkün olmamışdır. O, bir neçə dəfə müraciət etsə də, sayğac çatışmazlığından Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanına sayğac quraşdırılmamış və İddiaçı Istehsalat Birliyinin əməkdaşları müvəqqəti olaraq rezin boru vasitəsi ilə mənzili qaz ilə təmin etmişlər. ##.##.2016-cı ildə mənzili rezin boru vasitəsi ilə qaz təchizatı ilə təmin edən rezin boru İddiaçı Istehsalat Birliyin əməkdaşları tərəfindən ləğv edilmişdir. Iddiaçı İddiaçı Istehsalat Birliyi ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanada guya təbii qazdan qanunsuz istifadə etdiyinə görə cərimə aktları tərtib etmiş və hal-hazırda dəymiş zərərin ödənilməsini tələb edir. Halbuki, o, istixanada istiliyə tələbatı olmayan məhsullar əkir və bu vaxta qədər yalnız maye qazdan və odunla yanan dəmir sobadan istifadə etmişdir. Iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya dəfələrlə baxış keçirilmiş və təbii qazdan istifadə etməsi faktı aşkar edilməsə də, İddiaçı Istehsalat Birliyi tərəfindən qeyri-qanuni olaraq hesab koduna əsassız borclar yazılmışdır. Əsassız yazılmış borcla razılaşmamış və Maştağa qəsəbəsi qaz satışı üzrə müraciət etmiş və yenidən cavabdehə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, ev 85 ünvanında yerləşən həyətindəki istixanaya baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və əkilən məhsulların istiliyə tələbatı olmayan məhsullar olması sübut edilmişdir. ##.##.2018-ci ildə iddiaçı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə T/17349 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 elektron markalı 1202AQ1********** №li qaz sayğacı qeyd olunmuşdur. ##.##.2020-ci ildə iddiaçı İddiaçı Istehsalat Birliyi ilə onun arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 4746 №li müqavilə bağlanmış və müqavilənin 4.4-cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli, 60019639 №li qaz sayğacı qeyd olunmuşdur. ##.##.2025-ci ildə iddiaçı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 04/14025 №li müqavilə bağlanmış və müqavilənin 4.4- cü bəndində, istehlakçının qaz sayğacı haqqında məlumat qrafasında G-4 mexanika tipli 20110744 №li qaz sayğacı quraşdırılma tarixi 28.04.21 üzərindəki plombların nömrəsi 12765716 kimi qeyd olunmuşdur. Tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə olunmayıb. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə sübut edilməmişdir. Əraziyə nəzarət edən İddiaçı Istehsalat Birliyinin əməkdaşları təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirir və elektron tablodakı göstəricilər İddiaçı Istehsalat Birliyinin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalı və ya sayğacdan kənar qaz xəttindən istifadə olunması üçün küçədəki qaz xətti deşilməli idi. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Iddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də, abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə ailə üzvlərinin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya ailə üzvlərinə və ya qonşulara təqdim olunmamış, abonent və ya ailə üzvləri və ya qonşular aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin iddiaçı İddiaçı Istehsalat Birliyi aktları abonentə təqdim etməmişdir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı vaxtlarda və harada çəkilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası IXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində qanunsuz qoşulma faktı olduğu halda, iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. İddiaçı Istehsalat Birliyi qanunsuz qoşulma halları ilə bağlı akt tərtib etdikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı İddiaçı Istehsalat Birliyi göstərilən qaydaya riayət etməmişdir. Iş üzrə istehlakçının qaz xəttinə qanunsuz qoşulması, habelə sayğaca müdaxiləsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iddiaçı tərəfindən təqdim olunmadığından hesab edir ki, dəymiş zərərin tutulması ləğv edilməlidir. Iddiaçının tərtib etdiyi aktIara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. İddiaçı Istehsalat Birliyinin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşkar görünür ki, istixanada heç bir istilik sistemi quraşdırılmamışdır. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, 80 li Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə» Qaydalarına əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslər isə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Həmin Qaydaların 5.2- ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi, fiziki şəxslər üçün quraşdırılmış qaz sayğaclarının qorunmasına, işlək vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması, qaz kəmərinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair iddiaçı İddiaçı Istehsalat Birliyinin heç bir sübutu yoxdur və imzasız, qeyriqanuni tərtib etdikləri aktları sadalamaqla dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş edir. Imzasız və qeyri-qanuni tərtib edilmiş aktlar isə cavabdehə məxsus fərdi yaşayış evində və ya istixanada təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudolduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir ( 76.3). Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsində qeyd edilir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu AKTları qəbul etmiş orqanın üzərinə düşür. Iddiaçı İddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair" iddia tələbinin təmin edilməməsinə və qeyriqanuni hesablanmış borcun Cavabdeh hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. 17.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə və iddia ərizəsinin təmin edilməsi üçün əsasdır. Belə ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı IB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı (iddiaçı İddiaçı IB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, Ispəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası hesab etmişdir ki, “Qazdan istifadə Qaydaların”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə cavabdehin illər ərzində qanunsuz qoşulmadan isifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, Ispəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Iş üzrə təqdim edilmiş aktlar, onlara əlavə edilmiş şəkillər və cavabdehin saldosu qanunsuz qoşulma hallarını müəyyən edən sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı tərəfin yerində müayinə keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarında (Vüqar Həsənov, Əhməd Əhmədov və Ispəndiyar Şəfiyev) məhkəmə kollegiyası hesab etmişdir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisənin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88),kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə müəyyən prosedur qaydalarına riayət edilmədiyini göstərərək digər maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və təqdim edilən sübutlarla müəyyən oluna bilən faktları araşdırmadan iddianı rədd etmişdir. Mülki iş, abonent saldosu, aktlar araşdırılmamış və qeyriobyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. 21.1-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
28. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
29. 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
32. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
33. 6.5-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh Cavabdeh Mirqəvan oğlu arasında ##.##.2020-ci il tarixli **** nömrəli, habelə ##.##.2025-ci il tarixli **/***** nömrəli qaz alqı-satqısı müqavilələri bağlanmışdır. Cavabdeh abonent qismində qazdan istifadə etmişdir. Iddiaçı istehlakçı tərəfindən qazdan qeyri-qanuni istifadə edildiyini, bunun nəticəsində maddi zərərin əvəzinin tutulmasını tələb edərək tələbinin əsasını tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və həmin aktlar əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrlə əsaslandırır.
43. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında qaz xəttinə texniki müdaxilə, kənar qoşulma nöqtəsi barədə mötəbər və təkzibolunmaz sübut mövcud deyil. Qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin cavabdehə təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsini təsdiq edən sənədlər təqdim edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər tərəfindən cavabdehin aktı qəbul etməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, aktlar prosessual qaydalara zidd tərtib edilmişdir. Təqdim edilmiş aktlar abonentin iştirakı olmadan, abonentin və ya ailə üzvlərinin imzası olmadan, aktın abonentə təqdim edildiyini təsdiq edən sənəd olmadan birtərəfli qaydada tərtib edilmişdir. Bu isə həmin aktların sübut əhəmiyyətini aradan qaldırır. Həmçinin, təqdim edilmiş fotoşəkillərin çəkilmə vaxtı, ünvanı və mənbəyi müəyyən olunmadığından onlar prosessual sübut hesab edilə bilməz. Zərərin hesablanması elmi-texniki cəhətdən əsaslandırılmamışdır. Iddiaçı tərəfindən təqdim edilən itirilmiş qaz hesablamaları konkret müdaxilə tarixi ilə əlaqələndirilməmiş, müstəqil ekspertiza ilə təsdiq edilməmiş, istifadə edilmiş norma və iş rejimi sübuta yetirilməmişdir. Bu səbəbdən zərərin məbləği obyektiv meyarlara əsasən müəyyən edilməmişdir.
44. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
45. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
46. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur.
47. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı sübuta yetirilmədiyindən iddia 7212,20 manat maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
49. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, iddianın təmin olunan hissəsinə mütənasib olaraq məhkəmə xərclərinin bölünməsi hissəsində məhkəmənin qənaəti əsaslıdır. Hazırkı halda isə apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.