Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1362/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı İstehsalat Birliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Cavabdeh İsmayıl oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 12.424,68 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,28 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında ##.##.2024cü il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yerləşən fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda “G-4” tipli qaz sayğacı quraşdırılmış və ünvana **************** nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz qaydada istifadə etmiş, təbii qazı talamışdır. Birliyin əməkdaşları qeyd edilən faktları aşkar edərək bu barədə ##.##.2012-ci il tarixdə ****** saylı, ##.##.2016-cı il tarixdə ******* saylı, ##.##.2021-ci il tarixdə ******* saylı, ##.##.2021-ci il tarixdə ******* saylı, ##.##.2021-ci il tarixdə ******* saylı, ##.##.2021-ci il tarixdə ******* saylı, ##.##.2021-ci il tarixdə ******* saylı, ##.##.2022ci il tarixdə ******* saylı, ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2022ci il tarixdə ******* saylı, ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2023cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı, ##.##.2024-cü il tarixdə ******* saylı, ##.##.2024cü il tarixdə ******* saylı aktlar tərtib etmişlər. Tərtib olunmuş aktlar əsasında vurulmuş zərərin həcmi hesablanmış və müəyyən edilmişdir ki, yuxarıda qeyd edilmiş aktlar üzrə iddiaçı Birliyə dəymiş zərər ümumilikdə 12.536,07 manat təşkil edir. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 127,28 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Birliyə vurulmuş maddi zərərin əvəzi olaraq 339,99 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsini, bu məqsədlə 30 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya yalnız 339,99 manat məbləğində maddi zərər vurulmuşdur. Buna görə də, iddia həmin hissədə təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq Birliyə ödənilməlidir. İddianın qalan hissəsi isə sübuta yetmir. Buna görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Birlik tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu da, təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehə aid edilməli və buna görə də, cavabdehdən Birliyin xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Apellyatorun - iddiaçı Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yerləşən fərdi yaşayış evi əvvəllər onun babasına – Cavabdeh Həsən oğluna məxsus olmuşdur. Babası 2024-cü ilin aprel ayında vəfat etmişdir. O vaxtdan etibarən evdə əmisi öz ailəsi ilə yaşayır. Babasının vəfatından təxminən 5 ay sonra onunla Birlik arasında “Qazın alğı-satqısı barədə” yeni müqavilə bağlanmışdır. O, qaz xəttinə müdaxilə etməmişdir. Buna baxmayaraq Birlik, 2012-ci ildən etibarən tərtib edilmiş aktlar üzrə hesablanmış borcun ödənilməsini ondan tələb edir. Hesab edir ki, iddia əsassızdır. e) apellyasiya baxışının həddi barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
10. İddiaçı Birlik qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışr.
11. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat
13. İşdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozunda yerləşən fərdi yaşayış evi əvvəllər cavabdehin babasına – Cavabdeh Həsən oğluna məxsus olmuşdur. Cavabdehin babası ilə Birliklə arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən həmin ev təbii qaz ilə təchiz olunmuşdur.
14. “Ölüm haqqında şəhadətnamədən” görünür ki, cavabdehin babası Cavabdeh Həsən oğlu ##.##.2024-cü il tarixində vəfat etmişdir.
15. Birlik ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və Birlik həmin fərdi yaşayış evini təbii qaz ilə təchiz etməkdə davam etmişdir. Birlik tərəfindən həmin ünvanda “G-4” tipli qaz sayğacı quraşdırılmışdır.
16. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2012-ci il tarixli ****** saylı, ##.##.2016-cı il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, yuxarıda qeyd edilən yaşayış sahəsinə aid qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi faktı aşkar olunmuşdur.
17. Birlik tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, həmin aktlar əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği ##.##.2012-ci il tarixli akt üzrə 151,20 manat; ##.##.2016-cı il tarixli akt üzrə 97,20 manat; ##.##.2021-ci il tarixli akt üzrə 1.188 manat; ##.##.2021-ci il tarixli akt üzrə 194,40 manat; ##.##.2021-ci il tarixli akt üzrə 194,40 manat; ##.##.2021-ci il tarixli akt üzrə 194,40 manat; ##.##.2021-ci il tarixli akt üzrə 784,80 manat; ##.##.2022-ci il tarixli akt üzrə 1.088,64 manat; ##.##.2022-ci il tarixli akt üzrə 1.378,08 manat; ##.##.2022-ci il tarixli akt üzrə 1.088,64 manat; ##.##.2022-ci il tarixli akt üzrə 362,88 manat; ##.##.2022ci il tarixli akt üzrə 483,84 manat; ##.##.2022-ci il tarixli akt üzrə 734,40 manat; ##.##.2022ci il tarixli akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli akt üzrə 354,24 manat; ##.##.2023cü il tarixli akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli akt üzrə 907,20 manat; ##.##.2023-cü il tarixli akt üzrə 362,88 manat; ##.##.2023-cü il tarixli akt üzrə 246,24 manat; ##.##.2023-cü il tarixli akt üzrə 311,04 manat; ##.##.2023-cü il tarixli akt üzrə 302,40 manat; ##.##.2024-cü il tarixli akt üzrə 302,40 manat; ##.##.2024-cü il tarixli akt üzrə 339,99 manat olmaqla, ümumilikdə cəmi 12.536,07 manat təşkil edir.
18. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının müfəttişi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, iş üzrə cavabdeh özünə məxsus və yaşadığı fərdi yaşayış evində ##.##.2024-cü il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla təbii qazı talamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
19. Həmin Filialın rəisinin ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarından görünür ki, yuxarıda qeyd edilən protokolda nəzərdə tutulmuş inzibati əmələ görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati qaydada 100 manat məbləğində cərimə olunmuşdur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
20. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh Həsən oğlu olmuş və o, ##.##.2024-cü il tarixində vəfat etmişdir. Onun vəfatından təxminən 5 ay sonra, yəni ##.##.2024-cü il tarixdə həmin ünvanın təbii qazla təchiz edilməsi ilə bağlı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə Birlik ilə mərhum mülkiyyətçinin nəvəsi – iş üzrə cavabdeh ilə bağlanmışdır.
21. Göründüyü kimi “qaz qurğusu istifadəçisi” olaraq cavabdehin “qazpaylayıcısı” olan Birlik qarşısında öhdəliyi də, yalnız həmin müqavilə bağlandıqdan sonra yaranmışdır. O vaxta qədər müddət üçün isə cavabdehin iddiaçı Birlik qarşısında öhdəliyi olmamışdır ki, həmin öhdəliyin icra edilməməsinə görə də o mülki məsuliyyət daşısın.
22. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
23. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi iddiaçı Birliyin üzərinə düşür. Birliyin sübut kimi istinad etdiyi və Rayon Məhkəməsinə təqdim etdiyi inzibati xəta haqqında ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, iş üzrə cavabdeh yalnız ##.##.2024-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” daha əvvəlki tarixlərdə tərtib edilmiş aktlarda göstərilən inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməmişdir.
26. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən digər aktlar əsasında hesablanmış borcun tutulması ilə bağlı iddiaçı Birliyin tələbinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlillərini isə əsassız hesab edır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Buna görə də, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
30. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı İstehsalat Birliyi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh İsmayıl oğlu hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.