Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1363/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İstehsalat Birliyi ilə cavabdeh1 arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdehlər tərəfindən bu qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya aktlara əsasən zərər vurulmuşdur. Hazırda iddiaçı aktlara və debitor borcuna əsasən hesablanmış məbləğin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 18604,90 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 351,32 manat və 146,87 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 19103,09 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi tutularaq iddiaçı İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent cavabdeh1 arasında ##.##.2024-cü il tarixində **/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 122,40 manat; ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 288,10 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 200,80 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 336,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 1062,20 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 8812,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 2203,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli 0392597saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 357,60 manat (video) cəmi 18610,70 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdeh 122,40 manat zərərdən 5.80 manat ödəniş etmişdir. Belə ki, cavabdehlərin 18604,90 (on səkkiz min altı yüz dörd manat 90 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və cavabdeh2 Ağahüseyn qızı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehlərin ödənilməmiş 2024-cü ilin noyabr-dekabr ayları üzrə 46,92 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar avqust ayları üzrə 299,84 manat sərfiyyat borcu və limitdən əlavə 4,56 manat sərfiyyat borcu, cəmi 351,32 manat sərfiyyat borcu qalmışdır. 2024-cü ilin noyabr ayından 2025-ci ilin avqust ayına qədər cavabdehlər ödəniş etməmişdilər. Yuxarda qeyd olunlardan əlavə cavabdehlərin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 351,32 (üç yüz əlli bir manat 32 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və “Gasrep” üzrə ümumi 18956,22 (on səkkiz min doqquz yüz əlli altı manat 22 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 288,10 manat məbləğində dəymiş zərər və 345.52 manat debitor borc olmaqla, cəmi 633.62 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməsi, cavabdeh cavabdeh2 isə ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 357,60 manat məbləğində dəymiş zərərin tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ##.##.2015-ci il tarixli ****** saylı, ##.##.2016-cı il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı aktlara münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2015-ci il tarixli, ****** saylı akt məhkəməyə ümumiyyətlə təqdim edilməmişdir, odur ki, sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ##.##.2015-ci il tarixli, ****** saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış məbləğin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən–cavabdeh1 ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 288,10 manat məbləğində dəymiş zərərin və 345.52 manat debitor borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsində-##.##.2022-ci il tarixli ******* saylı akt, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024 cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlara münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında həmin aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən ##.##.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iddiaçı, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdehdən ##.##.2022-ci il tarixli ******* saylı akt, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında dəymiş zərərin əvəzinin tələb edilməsi əsassızdır. Məhkəmə hesab etmişdir ki, iddia ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 357,60 manat məbləğində dəymiş zərərin əvəzinin cavabdeh cavabdeh2 tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Sonuncunun qazın talanmasında təqsirli olması müvafiq orqanın qərarı ilə müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qaz paylayıcı (iddiaçı İddiaçı İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermədiyini, iddiaçının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi cavabdehin istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması məhz qeyd edilmiş qərarlar əsasında müəyyən edilməli olduğunu və yalnız bundan sonra, məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğunu və hazırkı işdə isə məhkəməyə cavabdehin təqsirini təsdiq edən belə bir sübut təqdim edilmədiyini göstərərək iddia tələbi üzrə təqdim edilən sübutları araşdırmadan iddianın qismən təmin edilməsi qərarına gəlmişdir. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında Məhkəmə Kollegiyası hesab etmişdir ki, “Qazdan istifadə Qaydaların”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Beləliklə cavabdehin illər ərzində qanunsuz qoşulmadan isifadə etdiyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə iş materiallarını araşdırmadan mülki işə formal münasibət bildirmişdir. İş üzrə təqdim edilmiş aktlar, onlara əlavə edilmiş şəkillər və cavabdehin saldosu qanunsuz qoşulma hallarını müəyyən edən sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı tərəfin yerində müayinə keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarında Məhkəmə Kollegiyası hesab etmişdir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisənin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (Mülki Prosessal Məcəllə, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə müəyyən prosedur qaydalarına riayət edilmədiyini göstərərək digər maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və təqdim edilən sübutlarla müəyyən oluna bilən faktları araşdırmadan iddianı rədd etmişdir. Mülki iş, abonent saldosu, aktlar araşdırılmamış və qeyri-obyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 6-2-ci maddəsinə görə 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il ###ın #-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı cavabdehlərdən qazdan istifadə qaydalalarının pozulmasına görə müxtəlif dövrlərdə aktlar üzrə hesablanmış borcun tutulmasını xahiş edir. Belə ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh1 arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. İddia tələbinə əsasən cavabdeh tərəfindən bu qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunması iddia olunur. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi aktlar aşağıdakılardır: ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 122,40 manat; ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 288,10 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 200,80 manat; ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 336,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 1062,20 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 8812,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 2203,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 357,60 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, 2022-ci ilin may ayından sonra hesablanmış borcun yoxlanılması zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci ilin ## ### tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş prosedur nəzərə alınacaqdır. Qanuna dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyindən, digər borclara həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində göstərilmiş prosedur tətbiq olunmayacaqdır. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli ***-Q saylı Qanunu Azərbaycan Respublikasının # #### 2025-ci il tarixli ***-VIIQ nömrəli ilə Qanunu ilə ləğv edilmişdir və yeni redaksiyada verilmişdir). Belə ki, ##.##.2022-ci il tarixli ******* saylı akt, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024 cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlara münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, həmin aktlar üzrə pozuntu ilə bağlı qaz paylayıcısının aktının 1 (bir) nüsxəsinin barəsində akt tərtib edilmiş şəxsə, 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim olunması və bununla bağlı müvafiq inzibati və ya cinayət işi üzrə icraatın aparılması müəyyən edilmədiyindən, həmin borc silinməlidir. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı İstehsalat Birliyi istinad etdiyi həmin aktlar üzrə göstərilən sübutları (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdehlərdən ##.##.2022-ci il tarixli ******* saylı akt, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024-cü il tarixli ******* saylı, ##.##.2024 cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlar əsasında dəymiş zərərin əvəzinin tələb edilməsi əsassızdır. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2017-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış məbləğin cavabdehdən tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehlər qeyd edilən aktlar yazılan dövr ərzində mübahisəli ünvanda daimi yaşamaqla təbii qazdan istifadə etmişlər və həmin dövr üçün ödənişlər etməmişlər. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə Kollegiyası hesab edir ki, 2017-2018-ci illərdə qazdan istifadəyə görə hesablanmış borclar mübahisələndirildiyindən, bu dövrə aid olan və ödənişlərin aparılmadığı müddət üçün qaz həcminin hesablanması cihazların göstəriciləri üzrə günlük 6 saat əsas götürülərək, 1 aylıq yoxlama müddəti nəzərə alınmaqla aparılmalıdır. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, həmin aktlara görə hesablanmış borcun məbləği düzgün olmamışdır. Belə ki, qeyd edilən dövr ərzində qış və yay ayları üçün hesablanmış borcun məbləği eyni olması mümkün deyil və bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, 1 il üçün noyabr ayı daxil olmaqla aprel ayına qədər 6 ay qış ayları üçün, yerdə qalan 6 ayı isə yay ayları üçün ödəniş hesablanmalıdır. Belə ki, abonent sadosundan görünür ki, cavabdehlərin yaşadığı ünvanda ##.##.2017ci il-##.##.2018-ci il tarix aralığında qaz sərfiyyatı olmuşdur, başqa sözlə həmin ünvanda yaşayış olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2017-ci il-##.##.2018-ci illər üzrə tərtib edilmiş yuxarıda göstərilən tarixli aktlara münasibətdə yazılmış borcla bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən dövr ərzində qış və yay ayları üçün hesablanmış borcun məbləği eyni olması mümkün deyil və bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, 1 il üçün 6 ay qış ayları ( 01 noyabrdan 30 aprelə kimi) üçün hər aya görə 73.80 manat, yerdə qalan 6 ay isə yay ayları üzrə (01 may 30 oktyabr ayınadək) 48,6 manat ödəniş hesablanmalıdır. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, saldo məlumatlarına əsasən iddiaçı həmin evdə İran istilik qaz peç (1/1), 2 gözlü qaz plitələri (PQ-2)(1/1), Samovar(1/1) istifadə edir. 1 il üçün qış ayları daxil olmaqla aprel ayınadək 6 ay qış ayları üçün hər aya görə 73.60 manat aşağıdakı qaydada hesablanmışdır: 1,2x6x30=216 m3 ( plitə PQ-2) 1,5x6x30=270 m3 ( su qızdırıcısı (samovar) 1,4x6x30=252 m3 (dəmir soba) 216+270+252=738 m3 x 0,10 = 73.80 manat Qeyd edilən hesablamalar iş materiallarında olan bəzi aktlar üzrə aparılmış hesablamalarda öz əksini tapmışdır. Yay ayları üzrə: 1,2x6x30=216 m3 ( plitə PQ-2) 1,5 x 6 x 30=270 m3 (su qızdırıcısı) 216+270= 486 m3 x 0,10 = 48,6 manat Məhkəmə Kollegiyası qeyd edir ki, ##.##.2017-ci il-##.##.2018-ci ilədək tarixli aktlar üzrə 417,60 manat cavabdehdən tutulmalıdır. Belə ki, Məhkəmə Kollegiyası işdə olan abonent saldosunun və aktlar üzrə müqayisəli tədqiqat aparılmasını aşağıdakı cədvəl üzrə hesablamışdır.
Kollegiy a tərəfind ən hesabla Saldoda nan S/s Akt üzrə Tarix Həcm olan məbləğ məbləğ Səhifə m3 manat manat
1 0114011 ##.##.2017 2916 583,20 73,80 45 2 0115648 ##.##.2017 1004 200,80 73,80 48 3 0125027 ##.##.2017 1682 336,40 48,60 51 4 0140849 ##.##.2018 5310 1062,20 73,80 54 5 0140512 ##.##.2018 972 194,40 73,80 56 6 0152157 ##.##.2018 972 194,40 73,80 57 2571,40 417,60 Bundan başqa Məhkəmə Kollegiyası iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ##.##.2015-ci il tarixli, ****** saylı akt məhkəməyə ümumiyyətlə təqdim edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin 2017-2018-ci illər üzrə aktlarla bağlı nəticəsi ilə razılaşmır və hesab edir ki, nəqədər ki, cavabdehlər həmin dövr üzrə təbii qazdan istifadə etmişdirlər, belə olan halda da istifadə edilmiş təbii qazın dəyəri ödənilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməklə, iddia tələbi həmin hisədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Biricnci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlərdən 2017-2018-ci illər üçün aktlar üzrə hesablanmış 417,60 manat borc tutularaq iddiaçıya ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə iddiaçı tərəfindən rəsmi qaydada ona verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.