Məhkəmə qərarları › İş №e-2(3-6)-1366/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1366/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1366/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul" tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında ## ##### 2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 40.000 manat məbləğində faizsiz borc vermiş, müqavilənin 3-cü bəndinə uyğun olaraq borcun ## ##### 2023cü il tarixədək qaytarılması nəzərdə tutulmuşdur.

2. İş materiallarında olan ## #### 2022-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan əlavə olaraq 10.000 manat məbləğində borc pul almışdır.

3. İş materiallarında olan “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli, ** nömrəli blankında tərtib edilmiş sənədə əsasən cavabdeh iddiaçı İddiaçı ümumilikdə 50.000 manat məbləğində borc aldığını etiraf etmiş, həmin borcu ## #### 2024-cü il tarixdən etibarən hissə-hissə, hər dəfə 3.000 manat məbləğində qəbz (çek) təqdim edilməklə ödəməyi öhdəsinə götürmüş, habelə həyata keçirilən hər bir ödənişin ümumi borc məbləğindən çıxılacağını göstərmişdir.

Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 32.000 manat pulun alınıb ona ödənilməsi, ödədiyi 186 manat rüsumun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ##.##.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh 32.000 manat pulun, ##.##.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi, ödədiyi 186 manat rüsumun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, ## ##### 2022-ci il tarixdə aralarında notarial qaydada tədiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə 50.000 manat məbləğində borc vermişdir. Kredit müqaviləsinin 40.000 manat hissəsini Cavabdeh onunla «xxxx» MMC-nin adından bağlasa da həmin vəsaiti ondan şəxsən qəbul etmişdir. ## #### 2022-ci il tarixdə əlavə olaraq ona 10.000 manat borc almışdır. Aralarında olan müqavilə şərtinə əsasən qarşı tərəf ona olan borcunu borcu verdiyi tarixdən 1 il keçənədək, yəni ## ##### 2023-cü il tarixədək ödəməsi şərtilə razılaşsalar da, qarşı tərəf ona olan borcundan hazırki tarixədək 18.000 manatı qaytarmış, 32.000 manatı qaytarmaqdan imtina edir. Qeyd etmişdir ki, ## #### 2024-cü ildə Cavabdeh ondan aldığı 50.000 pulu ## #### 2024-cü ildən etibarən 3.000 qaytaracağını vəd etsə də vədinə riayət etməmiş, ona ancaq 18.000 manat pul qaytarmışdır. Dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu sona çatdırmaqdan yayınmışdır.

4. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıdan ## ##### 2022-ci ildə 12 ay müddətində 40.000 manat, ## #### 2022-ci ildə isə 10.000 manat pul almışdır. ## ##### 2022-ci il tarixdə müqavilə Fortuna ilə bağlansa da, pul ona şəxsən verilmişdir. Fortuna olaraq bağlanılmasını iddiaçı istəmişdir. O, “xxxx” MMC-nin təsisçisidir, alqı-satqı şirkətidir. Pul ona faizə verilmişdir. İddiaçı notariat ofisində faizlə bağlı bəndin qeyd edilməməsini bildirdi, o da onun tələbi ilə razılaşdı. İddiaçının qızı Fidanın kart hesabına ödənişlər etmişdir, kartı iddiaçının özü təqdim etmişdir. 18.000 və 10.500 manatla bağlı ödəniş qəbzləri var və bunları məhkəməyə təqdim etmişdir. ##.##.2023-cü ildə iddiaçının evində həmin vaxta edilən ödənişlərlə bağlı iddiaçı tərəfindən də imzalanmış razılaşma vardır. Həmin qəbzin əsli iddiaçı idi. Elə həmin gün surətini evindəki printerdə çıxardıb hər iki tərəf imzalamışdır. Həmin tarixə qədər olan ödənişlər orada qeyd edilmişdir. Digər ödənişlərlə bağlı isə qəbzlər təqdim edilmişdir. Ümumilikdə faizləri ilə birlikdə 50.000 manatdan çox ödəniş etmişdir. Əslində iddiaçı ilə münasibətləri pis də olmamışdır. Sadəcə iddiaçının verdiyi puldan da çox ona pul geri qaytarılmışdır. Hal-hazırda ona borcu yoxdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan ödəniş qəbzləri cavabdeh tərəfindən ümumilikdə 50.000 manatdan artıq məbləğdə ödənişlərin edildiyini göstərir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, 2023cü ilin noyabr ayınadək 28.900 (iyirmi səkkiz min doqquz yüz) manat ödəniş olunmuşdur. Eyni zamanda iş materiallarında olan ödəniş qəbzlərindən də müəyyən olunur ki, 2023-cü ilin noyabr ayınadək cəmi 21.500 (iyirmi bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir.

7. Beləliklə, ümumi ödəniş məbləği 21.500+28.900 =50.500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı ödənilməli olan 50.000 manat borc məbləğindən də çox ödəniş olunduğundan, məhkəmə araşdırması zamanı 32.000 (otuz iki min) manat məbləğində qalıq borc qalması müəyyən edilmədiyindən 32.000 (otuz iki min) manat borcun və ##.##.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi barədə iddia əsassızdır və təmin edilməməlidir.

8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 14, 14.2, 386.1 və 739 -cu maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh təqdim etdiyi ## ###### 2023-cü il tarixli qəbzdə Cavabdeh etiraf edir ki, ## ##### 2022-ci ildə İddiaçı 40.000 manat və sonra 10.000 manat məbləğində borc pul almışdır. Müqavilə şərtləri belə idi ki, Cavabdeh buməbləğin müqabilində hər ay 1.200 və 500 manat qazancından ona gəlir şəklində ödəməyi öhdəsinə götürmüşdür. Həmin qəbzə əsasən Cavabdeh 28.900 manat qazancından gəlir olaraq ona verdiyini göstərmişdir. Həmin qəbz ##.##.2023-cü ildə tərtib olunmuşdur. Məhkəmə göstərmişdir ki, «Eyni zamanda iş materiallarında olan ödəniş qəbzlərindən də müəyyən olunur ki, 2023-cü ilin noyabr ayınadək cəmi 21.500 (iyirmi bir min beş yüz ) manat məbləğində ödəniş edilmişdir». Bu dəyərləndirmə ilə məhkəmə onun eyni tarixə istinad etdiyi həm ödəniş qəbzlərini və həmdə yazılı qəbzini ayrı ayrı ödənişlər olmaqla hesablamaqla borcun qalmaması qənaətinə gəlmişdir. Halbuki, Cavabdeh həmin qəbzində yanvar 2024-cü ildən əsas pulu qaytaracağını vəd etmişdir. Həmin borcunu yenə də vəd etdiyi kimi qaytarmadığından aralarında yeni razılaşma olmuş və ## #### 2024-cü ildə cavabdeh onun qarşısında öhdəlik götürmüşdür ki, ondan borc aldığı 50.000 manat puldan ## #### 2024-cü ildən etibarən 3.000 manat ödəməklə çek vasitəsilə göndərməyi, 50.000 manatdan çıxılacağını göstərmişdir. Bundan sonra Cavabdeh ona sonuncu dəfə ## ###### 2025-ci ildə 1.000 manat ödəniş etmişdir. ## #### 2024-cü ildən cəmi 18.000 manat pul qaytardığından cavabdehə qarşı 32.000 manat borc pul tələbinə dair iddia qaldırmışdır. Cavabdehin 21.500 manat ona qaytarması ilə əlaqədar bildirir ki, məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri cəmi 58 ədəd olmuşdur. Həmin qəbzlərdən 45 ədədinin 20 ədədinin təkrar olmasını göstərmişdir. 13 ədəd qəbz isə oxunmaz vəziyyətdə olmuşdur. 45 ədəd qəbz üzrə 1. ##.##.2024 (saat 18:45:23) - 3000 manat 2. ##.##.2024 (qəbz nömrəsi 9687) - 3000 manat 3. ##.##.2024 (qəbz nömrəsi 14005) - 3000 manat 4. ##.##.2024 (qəbz nömrəsi 25024) - 2000 manat 5. ##.##.2024 (qəbz nömrəsi 1420) - 2000 manat 6. ##.##.2025 (qəbz nömrəsi 11329) - 200 manat 7. ##.##.2025 (qəbz nömrəsi 25389) - 500 manat 8. ##.##.2025 (saat 17:55:04) - 300 manat 9. ##.##.2025 (saat 19:26:30) - 200 manat 10. ##.##.2025 (qəbz nömrəsi 15461) – 1.000 manat ödəniş edildiyini, ancaq ümumiyyətlə ## #### 2024-cü ildən cavabdeh tərəfindən ona 18.000 manat pulun qaytarılmasını göstərmişdir. Məhkəmə isə olmayan qəbzlərə istinad etməklə həmin məbləği süni surətdə şişirdərək həm 30.500 manat müəyyən etmiş, həmçinin nəzərə almamışdır ki, həmin məbləğin böyük bir hissəsi ## #### 2024-cü il tarixədək olan məbləğlərdir. Hansı ki, həmin qəbzlər onun adına olan kart hesabı olmuş və həmçinin onlar arasında da pulla bağlı sövdələşmələr olmuşdur. Məhkəmədə onu göstərirdi ki, ## #### 2024cü il tarixdə onunla cavabdeh arasında yeni razılaşma olmuş və həmin razılaşmaya əsasən Cavabdeh həmin tarixə ona 50.000 manat borclu oduğunu təsdiq etmişdir. Məhkəmə isə işin bu halına ümumiyyətlə qiymət verməmişdir. Qiymət verməməsi səbəbindən iddiasının təmin olunmaması əsası ona aydın deyildir. Məhkəmə qətnaməsi müəyyən olmadığından, qeyri müəyyən olduğundan ədalətli hesab oluna bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsivəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir. 18.Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın # #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı “##.##.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi”nə dair iddia tələbindən imtinası qəbul olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - “##.##.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş; iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata qismən - “##.##.2021-ci ildən gecikdirilən məbləğin hər il üçün 5% pul məbləğinin hesablanmaqla ona ödənilməsi” hissəsində xitam verilmişdir.

Tətbiq edilən hüquq 19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 25.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsindəxitam verilir. 26.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidi. 27.739.1 və 739.2-cu maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 28.882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 29.882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 30.882.3-ci maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 31.882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 32.882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 36.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 38.Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların məcmusunu qiymətləndirərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 50.500 manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapmışdır. Belə ki, tərəflərin imzaladığı əlyazmadan görünür ki, 2023-cü ilin noyabr ayınadək cavabdeh tərəfindən 28.900 manat ödənilmişdir. Bundan əlavə, iş materiallarında olan ödəniş qəbzləri ilə əlavə 21.600 manat məbləğində ödəniş edildiyi təsdiq olunur. Beləliklə, iş üzrə təqdim edilmiş yazılı sübutlarla cavabdeh tərəfindən ümumilikdə 50.500 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən edilir. Göstərilən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh 50.000 manat məbləğində borc öhdəliyini tam həcmdə icra etmiş, hətta borc məbləğini üstələyən ödəniş həyata keçirmişdir. 39.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 40.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, borcun etirafı institutu tərəflər arasında mövcud olmuş hər hansı öhdəliyin (müqavilədən və ya qanundan irəli gələn) nəticəsi kimi yaranmış borcun təsdiq edilməsinə xidmət edir. Belə halda borcun mövcudluğu əvvəlki hüquq münasibətlərindən ayrıca olaraq, borclu tərəfindən etiraf edilmiş məbləğ və şərtlər əsasında qiymətləndirilir. 41.Başqa sözlə, tərəflərin borcun etirafına dair sənəd tərtib etməsi əvvəlki münasibətlərdən irəli gələn mübahisəli və ya qeyri-müəyyən halların yeni yazılı razılaşma ilə rəsmiləşdirilməsi anlamına gəlir. Bu zaman tərəflər əvvəlki hüquqi münasibətlərin detallarını yenidən mübahisələndirmədən, etiraf edilmiş borc öhdəliyini müstəqil hüquqi əsas kimi qəbul edirlər. Belə razılaşma mahiyyət etibarilə barışıq sazişinə oxşar nəticə doğuraraq tərəflər arasında mövcud olmuş qeyri-müəyyənliyi aradan qaldırır və yeni öhdəlik münasibəti yaradır. 42.Qanunverici Mülki Məcəllənin 882.2-ci maddəsində nəzərdə tutmuşdur ki, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan tələbə qarşı həmin borcun yaranmasına səbəb olmuş əsas əqddən irəli gələn etirazlar irəli sürülə bilməz. Bu səbəbdən borcun etirafına dair sənədə istinad edən kreditor həmin sənəddə göstərilən məbləğdə alacağının mövcudluğunu ayrıca sübut etmək öhdəliyindən azad olunur. 43.Eyni zamanda, borcu etiraf etmiş borclu mübahisə yarandığı halda həmin öhdəliyin icra edildiyini sübut etməlidir. Öhdəliyin icrası zamanı kreditor borclunun tələbi ilə icranı tam və ya qismən qəbul etdiyini təsdiq edən sənəd verməlidir. Beləliklə, borclu tərəfindən öhdəliyin kreditorun xeyrinə lazımi qaydada icra edilməsi həmin öhdəliyə xitam verilməsi üçün hüquqi əsas yaradır. 44.Məhz bu baxımdan Mülki Məcəllənin 882-ci maddəsində mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə kimi nəzərdə tutulmuşdur. Borcun etiraf edilməsi ilə tərəflər əvvəlki hüquq münasibətlərindən irəli gələn mübahisəli halları aradan qaldıraraq, borcun mövcudluğunu və həcmini müstəqil hüquqi əsas kimi qəbul etmiş olurlar. Bu səbəbdən borclunun sonradan həmin borcun yaranmasına səbəb olmuş əvvəlki münasibətlərə, mübahisəli hallara və ya ümumiyyətlə belə bir öhdəliyin mövcud olmamasına istinad etməsi yolverilməzdir. 45.Qeyd edilməlidir ki, borcun etiraf edilməsini və həmin etirafın öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış etməsini nəzərdə tutan müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) hüquqi qüvvəyə malik olması üçün borc öhdəliyi yazılı formada rəsmiləşdirilməli və mövcudluğu etiraf edilən borcun təsdiqi üçün qanunvericilikdə müəyyən edilmiş formaya uyğun tərtib edilməlidir. 46.İş materiallarından göründüyü kimi, “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli, ** nömrəli blankında tərtib edilmiş yazılarla cavabdeh iddiaçı İddiaçı 50.000 manat məbləğində borc aldığını etiraf etmiş, həmin borcu ## #### 2024-cü il tarixdən etibarən hissə-hissə, hər dəfə 3.000 manat məbləğində qəbz (çek) vasitəsilə ödəməyi öhdəsinə götürmüş və edilən hər bir ödənişin ümumi 50.000 manat borc məbləğindən çıxılacağını göstərmişdir. Razılaşma “xxxx” MMC-nin blankında tərtib edilsə də, onun məzmunundan borcalan qismində məhz cavabdeh Cavabdeh çıxış etdiyi aydın olur. Bu hal tərəflər arasında mübahisələndirilmədiyindən iş üzrə müəyyən edilmiş faktiki hal kimi nəzərə alınmalıdır. 47.Göründüyü kimi də, tərəflər arasında borc pulun hissə-hissə qaytarılması barədə razılaşma olmuş və borcun məhz razılaşdırılmış şərtlər əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilən hallar tərəflərin hər biri tərəfindən yazılı formada təsdiq edilmişdir. Tərəflər arasında əldə edilmiş razılaşmanın predmeti cavabdehin iddiaçıya 50.000 manat məbləğində pul vəsaitini qaytarmaq öhdəliyindən ibarət olmuşdur. Bu səbəbdən hazırkı mübahisənin həlli zamanı məhz həmin razılaşmadan sonra həyata keçirilmiş ödənişlər nəzərə alınmalıdır. 48.İş materiallarında olan ödəniş qəbzlərindən də görünür ki, Cavabdeh tərəfindən Ə***** F***** A***** qızının 416973****8134** nömrəli kart hesabına 2023-cü ilin noyabr ayından sonra aşağıdakı ödənişlər həyata keçirilmişdir: ##.##.2024-cü il tarixdə 3.000 manat, ##.##.2024-cü il tarixdə 3.000 manat, ##.##.2024-cü il tarixdə 3.000 manat, ##.##.2024-cü il tarixdə 2.000 manat, ##.##.2024-cü il tarixdə 2.000 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 800 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 300 manat, ##.##.2025-ci il tarixdə 200 manat və ##.##.2025-ci il tarixdə 1.000 manat. Göstərilən ödənişlərin ümumi məbləği 16.200 manat təşkil etmişdir. 49.İddiaçı müxtəlif tarixlərdə həyata keçirilmiş ödənişlərə dair qəbzlərə istinad edərək cavabdeh tərəfindən ödənilməmiş borc qalığının 32.000 manat təşkil etdiyini bildirmişdir. 50.İş materiallarında olan sübutların məcmusu və ödənişlərin xronoloji ardıcıllığı nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh tərəfindən edilmiş ödənişlərin ümumi məbləği borc öhdəliyinin məbləğini tam əhatə etməmişdir. Cavabdehin iddiaçı qarşısında 32.000 manat məbləğində ödənilməmiş borcunun qalması iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə qaytarılmaq şərti ilə ümumilikdə 50.000 manat məbləğində pul vəsaitinin verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Pul vəsaitinin verilməsi faktı müəyyən edildiyindən, həmin borcun tam qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 51.Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Hazırki işdə verildiyi öz təsdiqini tapmış pulun qaytarıldığını sübut etmək yükünü cavabdeh daşıyır. 52.Lakin cavabdeh tərəfindən 18.000 manatdan artıq məbləğin qaytarıldığını təsdiq edən sübutlar təqdim edilməmiş, qalan hissədə borc öhdəliyinin tam və lazımi qaydada icra edildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borc öhdəliyinin həmin hissədə icra edilməsi sübuta yetirilməmiş, nəticədə iddiaçının əmlak mənafelərinin pozulması müəyyən edilmişdir. 53.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh ilə onun arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn öhdəliyə əsasən verdiyi pul vəsaitinin qaytarılmasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə götürdüyü borc öhdəliyini tam icra etməməklə iddiaçının həmin hüququnu pozmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsinə müraciət etmək hüququ yaranmışdır. Bu baxımdan iddiaçının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi məqsədilə irəli sürdüyü tələblər hüquqi əsaslara malikdir. 54.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar). 56.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiada əks olunan hallar öz təsdiqini tapdığından pulun qaytarılmasına dair sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən verilmiş pul vəsaitinin tam həcmdə iddiaçıya qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, cavabdeh Cavabdeh 32.000 (otuz iki min) manat məbləgində pul iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. 57.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Cavabdeh 32.000 (otuz iki min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 279 manat (186+93) məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar