Məhkəmə qərarları › İş №e-2(3-6)-1370/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1370/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1370/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının prosessual hüquqi varisi “xxxx” ASC-nin nümayəndəsi Həsənova İlhamə İlham qızı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 9837,17 manat əsas, 1069,59 manat faiz, 1051,87 manat cərimə borcu olmaqla, cəmi 11958,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 125,88 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. cavabdeh4 222mic ADJ/23 * saylı zaminlik müqaviləsinə əsasən, kreditor qarşısında borclunun ##.##.2023-cü il tarixli, 222mic ADJ/** saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. cavabdeh3 və cavabdeh2 222mic ADJ/23 * saylı zaminlik müqaviləsinə əsasən, kreditor qarşısında borclunun ##.##.2023-cü il tarixli ***micADJ/** saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ##### 2025, çərşənbə axşamı tarixinə «xxxx» KB ASC-yə 9837,17 AZN əsas, 1069,59 AZN faiz, 1051,87 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11958,63 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh cavabdeh1 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir; - “xxxx” KB ASC, cavabdeh1 ilə cavabdeh4 arasında bağlanmış 222micADJ/23 * saylı ## #### 2023-cü il tarixli 1saylı zaminlik müqaviləsinə əsasən, cavabdeh4 “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür; - “xxxx” KB ASC, cavabdeh1 ilə cavabdeh3 və cavabdeh2 arasında bağlanmış 222micADJ/23 * saylı zaminlik müqaviləsinə əsasən, cavabdeh3 və cavabdeh2 “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür; - 222micADJ/23 * saylı kredit müqaviləsinə əlavəyə əsasən, cavabdeh cavabdeh1 sonuncu ay 775 manat olmaqla 24 ay müddətinə hər ay 775 manat kredit ödəməlidir; - ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh cavabdeh1 əsas borcu 9837,17 manat, faiz borcu 1069,56 manat, cərimə borcu 1051,87 manat borcu olmaqla cəmi 11958,63 manatdır; - ##.##.2025-ci il tarixli bildirişə əsasən, bank cavabdeh X3 krediti ödəməyəcəyi halda məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadına əsasən, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş ekspertiza keçirilməsinə dair vəsatət təmin edilməmişdir; - ********** nömrəli qəbzin surətinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 125,88 manat məbləğində dövlət rüsumu ödəmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 462, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad edilməklə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 müştərək qaydada 9837,17 manat əsas borc, 1069,56 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 11406,76 manat borc və 124,20 manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi icra etməmiş, zaminlər cavabdeh4, X1, cavabdeh2 isə borcalanın iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də borcalan və zaminlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsas və faiz borcun cavabdehlərdən tutulması hissəsi təmin edilməlidr. Bundan başqa məhkəmə iddia tələbinin 1051,87 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən cərimə məbləği hesablanarkən əsas və faiz borca münasibətdə tənasüblülük gözlənilmədiyindən, iddia tələbi bu hissədə də qismən 500 manat hissədə təmin edilməsi daha ədalətli hesab edilə bilər. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125,88 manat dövlət rüsumunun 124,20 manat hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, iddia tələbinin qismən təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamədən görünür ki, cavabdeh cavabdeh1 ərizə ilə müraciət edərək onkoloji xəstə olduğu üçün, səhhətindəki problemlərlə bağlı olaraq məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, elektron məhkəmə sisteminə daxil etdiyi vəsatətə onun iştirakı olmadan baxaraq təmin edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş ekspertiza keçirilməsinə dair vəsatət təmin edilməmişdir. İddia tələbi olduqca şişirdilmiş tələb olduğu üçün qismən təmin edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi (Hakim Cəfərli Nilufər Arif qızı) ləğv edilməlidir. 1. Cavabdehlərə qarşı irəli sürülmüş iddia tələblərinin əsasını təşkil etmiş hesabdan çıxarışı, digər göstərilən nəticələri birmənalı qəbul etmək mümkün deyil. Belə ki, borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, iddiaçının maraqlarına uyğun əsaslandırma aparılmaqla iddiaçı tərəfindən ümumi məbləğin göstərilməsi ilə kifayətlənilmişdir. Bu isə heç cür cavabdehlərin həqiqətən də həmin hərəkətləri etməsinin sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğundan bu məsələyə rəy verməkdən ötrü neytral və müstəqil mütəxəssis cəlb edilməlidir.

2. Məhkəmənin diqqətinə həmçinin çatdırmaq istəyir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilmiş borcun məbləğləri müxtəlifdir və onların fərqlənmələrinin səbəbləri nə iddia ərizəsində, nə də ki məhkəməyə təqdim edilmiş digər sənədlərdə izah edilməmişdir. 3. Beləliklə görünür ki, nə bildirişdə, nə iddia ərizəsində göstərilən məbləğlərin heç biri, göstərilən rəqəmlərlə uyğun gəlmir. Çünki tərəfindən ödənilmiş pul vəsaitlərinin bir qismi əsassız olaraq faiz və cərimələrin ödənilməsinə hesablanmışdır. Bunu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan da aydın şəkildə görmək olar. Belə olduğu təqdirdə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yaransa da, məhkəmə tərəfindən vəsatəti əsassız olaraq təmin edilməyib. Hazırkı iş üzrə iddiaçı tərəf bu halları sübut etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən etməli, qanunla müəyyən olunmuş qaydada əldə etdiyi səhih, düzgün məlumatları mötəbər sübut hesab etməliydi. İş materiallarına diqqət etdikdə məlum olur ki, məhkəmə tərəfində sübutlar hərtərfli araşdırılmamış və nəticə olaraq bu sübutlara qərəzli yanaşma mövcud olmuşdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır. Tərəfindən verilmiş vəsatət təmin edilməmiş və iş birtərəfli olaraq iddiaçının lehinə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi sübutların qiymətləndirilməsi baxımından natamam olmuşdur və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, ***micADJ/** nömrəli kredit müqaviləsi üzrə tələb hüququ ##.##.2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə ##.##.2026-ci il tarixli, ** saylı əlavə əsasında “xxxx” KB ASC-dən “xxxx” ASC-yə (VÖEN 1501960111, əvvəlki adı “xxxx” MMC) keçmişdir. Bu səbəbdən də mülki işdə “xxxx” ASC-ni prosesdə iştiraka cəlb edilməsinə zərurət vardır, qeyd edilənləri nəzərə alaraq mülki iş üzrə iddiaçı “xxxx” KB ASC-nin “xxxx” ASC (VÖEN 1501960111) ilə əvəz edilməsi, yaxud həmin hüquqi şəxsi iddiaçının tərəfində çıxış edən üçüncü şəxs kimi prosesdə iştiraka cəlb edilməsini xahiş edirlər.

6. ## #### 2022-ci il tarixli, 02/22 UB saylı müqaviləyə ** nömrəli əlavəyə əsasən cavabdeh cavabdeh1 aid borc qalıqlarını tələb etmək hüququ “xxxx” ASC-yə keçmişdir.

7. Apellyasiya icraatı zamanı “xxxx” ASC iddiaçının prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir.

8. İddiaçının prosessual hüquqi varisi xxxx” ASC-nin nümayəndəsi Həsənova İlhamə İlham qızı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. Cavabdeh cavabdeh1 Nəriman qızı ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, səhhətində olan problemlə bağlı məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmir. Hazırda fevral ayının 10 dan etibarən davamlı olaraq , hər ay 150 manat olmaqla ödəniş edir, etdiyi ödənişlərin nəzərə alınmasını xahiş edir və apellyasiya şikayətini müdafiə edir.

10. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər cavabdeh1, cavabdeh4, X1, cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi);744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır. 745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun. 745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər. 745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. 745.4. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cavabdeh cavabdeh1 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. “xxxx” KB ASC, cavabdeh1 ilə cavabdeh4 arasında bağlanmış 222micADJ/23 * saylı ## #### 2023-cü il tarixli * saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh4 “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür. “xxxx” KB ASC, cavabdeh1 ilə cavabdeh3 və cavabdeh2 arasında bağlanmış 222micADJ/23 * saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh3 və cavabdeh2 “xxxx” KB ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərini üzərinə götürmüşdür. 222micADJ/23 * saylı kredit müqavilısinə əlavədən görünür ki, cavabdeh cavabdeh1 sonuncu ay 775 manat olmaqla 24 ay müddətinə hər ay 775 manat kredit ödəməlidir. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh1 əsas borcu 9837,17 manat, faiz borcu 1069,56 manat, cərimə borcu 1051,87 manat borcu olmaqla cəmi 11958,63 manatdır. Qeyd edilməlidir ki, məhkəmə kollegiyası cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini müəyyən (şikayətinin əsasını təşkil) edən və borcun fərqli olmasını sübutedici halların olmaması, habelə apellyasiya icraatı zamanı borcun ödənilməsi barədə etirafedici ərizənin mövcudluğu birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan suiistifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.

15. Eyni zamanda cavabdehin diqqətinə çatdırılır ki, proses zamanı borcdan ödənişlər edilməsinin nəzərə alınması üçün borclular icra sənədinin icrası üzrə məsul icra qurumuna müraciət edə bilərlər. Belə ki, hazırki borcun məbləği iddia tələbi üzrə müəyyən edilən müddətə aiddir və məhkəmə də yalnız bu hədlər həddində tələbə qiymət verməkdə səlahiyyətlidir.

16. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar