Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1373/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi ziyan, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı R Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilib ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Altima” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü İddiaçı əməlində İXMnin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü İddiaçı barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X1 Şöbəsinə göndərilmişdir
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Xəzər rayon DYPŞ-nin ##.##.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 28.210,53 manat miqdarında dəymiş zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 manat və ödənilmiş dövlət rüsumuna görə 175 manat tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh “Nissan” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 22.300 manat ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, ##.##.2024-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Nissan” markalı, 90- VZ-407 dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsində Bakı şəhərinə istiqamətdə saatda 70-80 km/sürətlə hərəkət edirdi. Hava yağışlı olduğundan o, idarəetməni itirmiş və yol kənarında olan dəmir arakəsməyə, daha sonra isə arxada hərəkətdə olan “Jeep” markalı avtomobillə toqquşmuşdur. Hava şəraitindən dolayı yollarda sürət hədləri müvafiq icra hakimiyyəti orqan tərəfindən dəyişdirilir. Həmin gündə yağışlı hava olduğundan surət həddi avtomagistral yolda normal sürət həddindən aşağı salınmışdır və o, həmin gün 70-80 km surətlə hərəkət etdiyini bildirmişdir və bu da sürücünün sürət həddinə diqqət etməyərək və hava şəraitini nəzərə almayaraq yol hərəkəti qaydalarını pozduğu nəticəsinə gəlir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində “Nissan” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X2” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.300 manat dəyərində ziyan dəymişdir. Hal-hazırda eksprt rəyi məhkəməyə daxil olduqdan sonra və Xəzər Rayon Prokurorluğunda mövcud olan sözügedən iş ilə bağlı materiallarla tanış olması nəticəsində təqsirin “X2” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 hesab edir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməyərək, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində iddiaçı idarə etdiyi “Nissan Altima” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan arakəsmələrə, daha sonra arxada hərəkətdə olan X4 idarə etdiyi “X2” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Nissan Altima” markalı 90- VZ-407 dövlət nömrə avtomobilinin sürücüsü İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü İddiaçı barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin X1 Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən Xəzər rayon DYPŞnin ##.##.2024-cü il tarixli İXP6188647 saylı protokol əsasında qəbul edilmiş həmin tarixli TP ******* saylı qərarından verilmiş şikayət ərizəsi əsasında toplanmış *(***)-**/**** saylı inzibati iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)- **/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən Xəzər rayon DYPŞ-nin ##.##.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)x- ****/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs İddiaçı müdafiəçisi vəkil2 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 28.210,53 manat miqdarında dəymiş zərər, 300 manat hüquqi yardım haqqı olmaqla, cəmi 28510,53 manat və ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. X4 məhdudiyyətli görmə şəraitini yəni, yağışlı havanı və yol şəraitini nəzərə alaraq həmin yolda hərəkət etməli olduğu surətdən daha az sürətdə hərəkət etməli və avtomobillər arasındakı ara məsafəni və distansiyanı saxlamalı və hava şəraiti səbəbindən baş verə biləcək yol nəqliyyat hadisələrini qabaqcadan fikirləşməli, tədbirlər həyata keçirməli olduğu halda bunları etməmiş və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunduğu kimi nəqliyyat hadisəsini gördüyü anda avtomobilini kənara çəkməmişdən əvvəl ilk növbədə surət həddini 0-a qədər endirməli və digər tədbirləri görməli idi. Hava şəraitindən dolayı yollarda sürət hədləri müvafiq icra hakimiyyəti orqan tərəfindən dəyişdirilir. Həmin gündə yağışlı hava olduğundan surət həddi avtomagistral yolda normal sürət həddindən aşağı salınmışdır və o, həmin gün 70-80 km surətlə hərəkət etdiyini bildirmişdir və bu da sürücünün sürət həddinə diqqət etməyərək və hava şəraitini nəzərə almayaraq yol hərəkəti qaydalarını pozduğu nəticəsinə gəlir. Sözügedən nəqliyyat hadisəsi nəticəsində “Nissan” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X2” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.300 manat dəyərində ziyan dəymişdir. Hal-hazırda ekspert rəyi məhkəməyə daxil olduqdan sonra və Xəzər Rayon Prokurorluğunda mövcud olan sözügedən iş ilə bağlı materiallarla tanış olması nəticəsində təqsirin “X2” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 hesab edir. Bu səbəbdən iddiaçı cavabdeh Cavabdeh “Nissan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 22.300 manat dəyərində ziyanın tutulmasını xahiş etmişdir. Mülki işin materialları ilə baş verən yol-nəqliyyat hadisəsində məhz iddiaçı İddiaçı təqsirli olması müəyyən edildiyindən, bununla da hadisənin baş verməsində təqsirli olmaması, bu səbəbdən onun avtomaşınına vurulmuş ziyanın cavabdehdən tutulmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə əsaslı hesab etmir. Başqa sözlə iş materialları ilə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində yetirilməsi təsdiq olunmur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, hadisə yağışlı hava şəraitində baş vermişdir və sürücü yalnız zərəri minimuma endirmək üçün yol və hava şəraitinə uyğun manevr etməli idi. Bu səbəbdən təqsirin yalnız iddiaçının üzərinə qoyulması düzgün deyil, qarşılıqlı təqsir və hadisənin bütün şəraiti nəzərə alınmalıdır. İddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq vəsatət nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nəqliyyat vasitəsinə dəymiş zərər üzrə heç bir ekspertiza keçirilməmişdir. Bu isə hadisənin tam mexanizminin müəyyən edilməməsinə, tərəflərin təqsir dərəcəsinin düzgün qiymətləndirilməməsinə, zərərin obyektiv bölüşdürülməməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
19. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
22. Mübahisəyə tətbiq edilməsi nəzərdə tutulan yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarından da görünür ki, hazırki iddianın təmin edilməsi üçün istər maddi, istərsə də prosessual hüquqi əsas yoxdur. Çünki iddianın təmin edilməsi üçün onun əsaslılığını irəli sürən subyekt, yəni iddiaçı təsdiq etməlidir. Bu, tərəflər arasında sübutetmə vəzifəsini bölüşdürən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbidir. Lakin iddiaçı bu prosessual vəzifəsini yerinə yetirmədiyindən, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bununla da mübahisənin mahiyyəti üzrə düzgün qənaətə gəlmişdir.
23. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı, o cümlədən həmin icraat zamanı keçirilən yol nəqliyyat hadisələri ekspertizası ilə təsdiq olunub ki, “Nissan Altima” markalı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozuntusuna yol verilməyib. Ona görə də iddiaçının həmin icraat zamanı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmə qərarı ilə rədd olunub. Bu cür vəziyyətdə hadisənin yağışlı hava şəraitində baş verməsi o demək deyil ki, qarşı tərəfin də bu hadisənin baş verməsində təqsiri olub. Qeyd olunduğu kimi “Nissan Altima” markalı avtomobilin sürücüsünün baş vermiş hadisə zamanı təqsirinin olmaması məhkəmə qərarı ilə təsdiq olunub. Bu halda qarşı tərəfin təqsiri sübuta yetirilmədiyi halda iş üzrə iddiaçının avtomobilinə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə hansısa ekspertizanın keçirilməsinə də əsas və zərurət yoxdur, üstəlik zərərin bölüşdürülməsindən də söhbət gedə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.