Məhkəmə qərarları › İş №e-2(3-6)-1374/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1374/2026

27.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1374/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab olunması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınıb. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi 3-cü şəxs kimi cəlb edilməklə) cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, * saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, * saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)***/**** saylı qətnaməsi qanuni qüvvəsini almamış, həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti əsasında mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçının 1-ci tələbi cavabdeh tərəfindən mülkiyyətində olan mənzillərin istinad divarlarının sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyanın ödənilməsi, 2-ci tələbi isə yuxarıda qeyd edilən mülki iş üzrə təyin edilmiş ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi ilə bağlıdır. İddiaçının 1-ci tələbi üzrə Səbail rayon Məhkəməsinin icraatında olmuş *(***)***/**** saylı mülki işə baxılmış, iddiaçının hazırki tələbi araşdırılmış, cavabdehin mənzillərində hər hansı rekonstruksiya işlərinin, iddiaçının hazırda mübahisələndirdiyi istinad divarlarının sökülməsi müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilməmişdir, yəni iddiaçının birinci tələbi qeyd edilən mülki işin predmeti olmuş və ona hüquqi qiymət verilmişdir. Hakim digər 2-ci tələbi üzrə qeyd edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla işə baxılan zaman məhkəmə tərəfindən qiymətləndirilir. Sübut növü kimi ekspert rəyinin ayrıca icraatda mübahisələndirilməsi yolverilməzdir. İddiaçı İddiaçı şikayətdə qərardadın ləğv edilməsini xahiş edib göstərir ki, qeyd olunan tələblər digər qonşu * saylı mənzil üzrə tikinti və məhkəmə ekspert xərcləri daxil tələb olunandır. Ancaq hazırki iddia tələbi konkret digər mənzil 9A mənzilinə cavabdehin vurduğu (ehtimal) maddi zərərin tələbi üzrədir. Bu maddi zərər sonradan yaranmış (yaranacaq) mülkiyyətçisi olduğu *A saylı mənzildə mülkiyyət sahəsinin 3.5 kvadrat metr azalmağı nəticəsində yaranan (yaradılan) cavabdehin günahı (təmin olunmuş iddiası) ucbatından yaranmış zərərdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbi ilə müraciət edərkən təqdim etdiyi ekspert vəsatəti, akt, texniki pasport və s. sənədlərin kserosurətlərini yenidən təqdim eib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi maddi ziyanın ödənilməsi və ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)***/**** saylı qanuni qüvvəyə minməmiş qətnaməsi mövcud olduğundan hazırkı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi düzgün olmuşdur. Belə ki, hazırkı tələbin - maddi ziyanın ödənilməsi hissəsinə mahiyyət etibarı ilə digər işdə baxılıb və yekun məhkəmə aktı çıxarılıb. Tələbin digər - ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi hissəsi isə ümumiyyətlə ayrıca iddianın və icraatın predmeti ola bilməz. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları da ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Əlbətdə ki, yeni əsaslar və hallar yarandığı halda iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər və bunu ona hər hansı bir formada qadağan etmək olmaz. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar