Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1385/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı «icra qeydinin ləğvi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” ) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8I-***** reyestr nömrəli borcun tutulması haqqında Icra Qeydinin ləğv edilməsi və cavabdeh2 aldığı 2800 manat pulu borcun ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 ilə aralarında bağlanmış Bakı şəhəri ** saylı Notariat ofisində rəsmiləşdirilmiş ##.##.2024-ci il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən, cavabdeh2 2800 manat pulu borc almışdır. Borcu ##.##.2024-cü il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bildirir ki, həmin borc məbləğini artıqlaması ilə cavabdeh2 əri X1 hesabına ödəmişdir. Lakin buna baxmayaraq, cavabdeh2 cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət edərək, guya onun 2800 manat pul borcunu qaytarmadığını bildirmiş və buna görə də Bakı şəhəri ** saylı Notariat ofisi ##.##.2025-ci il tarixli 8I-***** reyestr nömrəli Icra qeydi vermişdir. Icra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh2 (AA5553359, ##.##.2023 00:00 - Asan 4; FIN: *******; d/t: ##.##.1988) xeyrinə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı (AA5244328, ##.##.2023 - Asan 7; FIN: *******; d/t: ##.##.1981) ##.##.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) tutulmalıdır. Hesab edir ki, Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8I-***** reyestr nömrəli borcun tutulması barədə Icra Qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Notariat ofisi tərəfindən ona borcun ödənilib ödənilməməsi ilə bağlı heç bir bildiriş və xəbərdarlıq göndərilməmiş, onun məlumatı və xəbəri olmadan cavabdeh2nin tələbi əsasında icra qeydi verilmişdir. Bütün bunlara görə hesab edir ki, Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 8I-***** reyestr nömrəli borcun tutulması haqqında Icra qeydinin verilməsi qanunsuz olduğundan icra qeydi məhkəmə qaydasında ləğv edilməlidir.
3. Cavabdeh cavabdeh2 iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, onunla hazırkı iş üzrə iddiaçı arasında ## ##### 2024-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndinə əsasən tərəfindən həmin müqavilə üzrə borc alan İddiaçı, yəni hazırkı iş üzrə iddiaçıya 2800,00 (iki min səkkiz yüz manat) manat məbləğində borc pul verilmişdir. Iddiaçı həmin borc məbləğinin ## ###### 2024-cü il tarixinədək qaytarılmasını öz öhdəsinə götürmüşdür. Bundan əlavə borcalan tərəfindən yenə də pula ehtiyacı olduğu bildirilərək ümumilikdə yenidən 2000,00 (iki min) manat məbləğində ondan borc olaraq pul istənilmişdir. O isə aralarında olan etibara və şifahi əqdə əsasən ##.##.2024-cü il tarixdə milliön ödəniş terminalı vasitəsilə həmin məbləği, yəni 2000,00 (iki min) manat məbləğində pul vəsaitini iddiaçıya məxsus son dörd rəqəmi “6861” olan bank kartına göndərmişdir. Iddiaçı tərəfindən 2000,00 (iki min) manat məbləğində borcun isə əvvəlki borcla birlikdə ##.##.2024-cü il tarixdə qaytarılacağı bildirilmişdir. Lakin artıq öhdəliyin icrası müddətindən 1 ildən çox müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən borc məbləğləri ona qaytarılmamış və qərəzli olaraq müqavilələr üzrə öhdəliyin icrasından imtina edilmişdir. Bildirir ki, ## ##### 2024-cü il tarixli borc müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Qeyd edilən bəndə istinadən tərəfindən iddiaçıya borcun ödənilməsinə dair ##.##.2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş bildiriş göndərilmiş (göndəriş nömrəsi:SX039753545AZ) və iddiaçı həmin bildiriş məktubunu ##.##.2025-ci il tarixdə əldə etmişdir (müvafiq sənədlər qoşma kimi əlavə edilir). Həmin bildirişdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla tərəfindən müvafiq notariusa müraciət edilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq notarius tərəfindən icra qeydi verilmişdir. Lakin qeyd edilənlərə baxmayaraq, hal-hazırda iddiaçı tərəfindən qərəzli olaraq icra qeydinin ləğvinə dair iddia ərizəsi verilmiş və bu yolla iddiaçı borcun ödənilməsindən yayınmaq niyyətindədir. Əlavə olaraq bildirir ki, 2000 (iki min) manat borc məbləği şifahi əqd üzrə verildiyi üçün həmin borc tərəfindən Binəqədi rayon Məhkəməsində mübahisələndirilir (iş nömrəsi-e-2(001)-6573/2025, hakim:Ilkin Əliyev). Həmçinin hazırkı iş üzrə iddiaçı tərəfindən borcun tələbkar şəxsə cavabdeh2 ödənilməsini təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində qeyd edilən faktların heç biri həqiqəti əks etdirmir və iddiaçı tərəfindən irəli sürülmüş tələb mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş “icra qeydinin ləğv edilməsi və borcun ödənilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Həbibə Miriyeva) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş 8I-***** reyestr nömrəli, ## ####### 2025-ci il tarixli icra qeydi ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməmişdir.
5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, eyni zamanda təqdim edilmiş sübutları tam tədqiq etməyərək və onlara düzgün hüquqi qiymət verməyərək maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, icra qeydini formal əsaslarla qanunsuz hesab etmiş, beləliklə də iş üzrə düzgün hüquqi nəticəyə gəlməyərək qətnamə qəbul etmişdir. Notariat işində SX039753545AZ göndəriş nömrəli bildirişin iddiaçıya göndərilməsinə dair qəbz mövcud olmuş, bildirişin iddiaçıya çatdırılmasına dair xəbərnamə isə onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin bildirişin çatdırılmasına dair təsdiqedici sənədin notariat işində aşkar edilməməsinə dair mövqeyi icra qeydinin ləğvi üçün yalnız formal əsas olmuş, bu hal notarius tərəfindən sənədləşmə işlərinin natamam aparılması ilə əlaqədar olmaqla borcun mübahisəsizliyini istisna etməmişdir. Belə ki, qanunvericiliyin bildirişin çatdırılmasına dair sənədin notariat işində mövcud olması ilə bağlı tələbi borclunun həmin bildirişi alıb almadığını müəyyən etmək məqsədinə xidmət etmişdir. Hazırki iş üzrə xəbərnamənin onun tərəfindən məhkəməyə təqdim edilməsi ilə həmin bildirişi borclunun əldə etmiş olduğu məhkəməyə məlum olmuş, yəni bu və ya digər qaydada “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 7-ci hissəsinin məqsədinə nail olunmuşdur. Yəni borcluya bu cür bildirişin çatdırılması onu borcu könüllü şəkildə ödəmək imkanından xəbərdar etmək məqsədi daşıyır. Bu halda xəbərnamə notariat işində mövcud olmasa da, onun məhkəməyə təqdim edilməsi ilə məhkəməyə borclunun bildirişi əldə etmiş olduğu, borcu könüllü şəkildə ödəmə imkanının olduğu, lakin ödəmədiyi, həmçinin heç bir etiraz etmədiyi və bu barədə cavab məktubu göndərmədiyi məlum olmuşdur. Başqa sözlə, borclunun borcu ödəmək niyyətində olmadığı bu və ya digər formada aydın olmuşdur. Bu halda hesab edir ki, bu əsasla icra qeydinin ləğv edilməsi formal mülahizəyə əsaslanmışdır və qanunvericilikdə icra qeydinin mövcud olmasının məqsəd və təyinatına zidd olmuşdur. Hazırki halda borclunun borcu qaytarmaq niyyətinin olmadığı açıq aydın məlum və mübahisəsiz olduğu üçün borcun icra qeydi əsasında ödənilməsi prosessual qənaət prinsipini qoruyaraq izafi məhkəmə proses və xərclərinin qarşısını almış olacaqdı. Lakin məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda da bildirdi ki, tərəflər arasında borc-pul tələbi ilə bağlı başqa məhkəmə mübahisələri də var və davam edir.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Belə olan halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. cavabdeh2 ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən: 1. "Borc verən" notariusun bankda açılan depozit hesabı vasitəsilə "Borc alana" 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) məbləğində pul borc verir. 2. "Borc alan" borcu ##.##.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. 4. Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. "Borc alan" borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər. 6. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissəhissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Kredit müqaviləsinin ləğv edilməsi zamanı "Borc alan" ona verilən pul məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsilə "Borc verənə" geri qaytarmalıdır 7. Ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. 10. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. 11. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir. 12. Bu müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir.
12. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Binəqədi RPI-nin Istintaq şöbəsinin qərarından müəyyən olur ki, X1 (cavabdehin əri) ərizə ilə müraciət edərək, İddiaçı onu işə düzəltmək məqsədilə ondan 28650 (iyirmi səkkiz min altı yüz əlli) manat pul aldığını, həmin pulun 6290 manatını qaytarsa da, qalan hissəsini qaytarmadığını bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı əməlində cinayət tərkibi mövcud olmadığına görə barəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X1 müraciəti mülki xarakterli olduğundan MPM-in 4-cü maddəsinə əsasən mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.
13. Ilkin təhqiqat araşdırması dövründə Binəqədi RPI-nin 5-ci PB-nə izahatında X1 bildirmişdir ki, İddiaçı ilə onun arvadı cavabdeh2 Memar Əcəmi metrosunun yanında yerləşən “Mcdonalds” restoranında tanış olublar. İddiaçı Təhsil Nazirliyində işlədiyini deyərək arvadının müəllimə işlədiyini bilib ona dərd saatlarının artırılmasında köməklik göstərəcəyini bildirib, əvvəlcə 6000 (altı min) manat istəyib, sonradan 2800 (iki min səkkiz yüz) manat istəmişdir. Arvadı razılaşıb 20 yanvar metro stansiyasının yanında yerləşən notariat ofisdə borc müqaviləsi bağlayaraq, 2800 manat pulu ona vermişdir..... Sonradan İddiaçı F.Əhmədovun Aztelecomda işlədiyini bilib Rabitə Nazirliyində tanışının olduğunu, onun şöbə müdiri vəzifəsinə keçirilməsinə kömək edə biləcəyinə söz vermiş, 8000 (səkkiz min) manat pul istəmişdir. O, razılaşmış və iyunun 8-də Qəbələ rayonunda olduğu vaxt orada yerləşən ödəniş terminalından onun kart hesabına 8100 (səkkiz min yüz) manat pul göndərmişdir..... (i\v səh. 84-90).
14. Bakı şəhəri ** saylı Notariat Kontorunun 8I-***** reyestr nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh2 (AA5553359, ##.##.2023 00:00 - Asan 4; FIN: *******; d/t: ##.##.1988) xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AA5244328, ##.##.2023 - Asan 7; FIN: *******; d/t: ##.##.1981) ##.##.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 2800 manat 00 qəpik (iki min səkkiz yüz manat sıfır qəpik) tutulması, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2825 manat 00 qəpik (iki min səkkiz yüz iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir.
15. cavabdeh2 iddiaçıya ünvanlanmış Bakı şəhəri ** saylı notariat ofisində təsdiqlənmiş ************* nömrəli ərizəsinə əsasən Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə, 3M/-**** reyestr nömrəsilə qeydiyyatı aparılaraq təsdiq edilmiş borc müqaviləsinə əsasən, ondan ##.##.2024-cü il tarixədək 2800 (iki min səkkiz yüz) manat borc almış, borcunu qaytarmağı ondan xahiş edir. Əks təqdirdə bu məsələ ilə bağlı icra qeydi çıxarılacağını bildirmişdir.
16. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil Idarəsinin ** saylı tam orta ümumi təhsil məktəbinin *** saylı ##.##.2025-ci il tarixli arayışına əsasən cavabdeh2 qszına ondan ötrü ki,o həqiqətən ##.##.2009-cu ildən Bakı şəhəri ** nömrəli tam orta ümumtəhsil məktəbində informatika müəllimi vəzifəsində çalışır. 2024/2025- ci tədris ilində məktəbin informatika müəllimi X4 qismən ödənişli sosial məzuniyyətə çıxdığı üçün cavabdeh2 2024/2025-ci tədris ilində dərs yükü artırılaraq 29 saat olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Madə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” Bənd 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. Icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
23. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ## ###### 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”: Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Tətbiq edilən prosessual hüquq normaları:
24. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
27. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, icra qeydinin aparılması ilə bağlı notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçıya bildiriş göndərilmişdir, həmin bildirişin ona çatmasına dair xəbərnamə onun tərəfindən rayon məhkəməsinə təqdim edilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
30. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
31. Qanunun istinad edilən maddəsində həm də qeyd edilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
32. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan notariat işinin təsdiq edilmiş kserosurətindən də müəyyən olnur ki, bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməmişdir. Eləcə də, tələbkar - cavabdeh tərəfindən notariusa yalnız borc müqaviləsi təqdim edilmiş, borcun mübahisəsiz olduğunu təsdiq edən, borclu tərəfindən hər hansı ödəniş edilib edilməməsini göstərən sübutlar təqdim edilməmişdir. Belə olan halda borcun mübahisəsiz olduğu müəyyən edilmir, notarius da icra qeydi verməmişdən əvvəl borcun mübahisəsizliyini yoxlamamışdır. Iddiaçının hazırkı iddia tələbi də borcun mübahisəli olduğunu göstərir.
33. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır ki, bu da olduqca əhəmiyyətli haldır, çünki borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi bu hal icra qeydinin verilib-verilməməsi məsələsinə birbaşa təsir edir.
34. Beləliklə müəyyən olur ki, mübahisələndirilən icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən, rayon məhkəməsinin bu barədə qənaəti əsaslı olmuşdur. Cavabdeh tərəf məhkəmə iclasında cavabdehin əri və iddiaçının aralarında pul tələbləri ilə bağlı başqa məhkəmə mübahisələrinin olduğunu təsdiq etmişdir. Tərəflər arasında hələ də davam edən digər mübahisələrin olması da rayon məhkəməsinin düzgün nəticəyə gəldiyini təsdiq edir. Cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
35. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:
38. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
40. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.