Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1395/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı X2 cavabdeh Əhmədzadə İlqar Arif oğluna qarşı “dəymiş zərərin ödənilməsi” barədə iddia ərizəsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı İddiaçı ərizəsi ilə müraciət edərək cavabdeh Əhmədzadə İlqar Arif oğlundan iddiaçı İddiaçı xeyrinə vurulmuş zərərin əvəzi kimi 87531,1 AZN məbləğində pulun tutuması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən sürücülər İddiaçı və Əhmədzadə İlqar Arif oğlunun əməlində Azərbaycan Respublikası CM-nin hər hansı bir maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, sürücü Əhmədzadə İlqar Arif oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə BDYPİ-YPXA-ya göndərilmişdir. Cavabdeh Əhmədzadə İlqar Arif oğlu barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Masallı Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qəbul olunmuş məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı İddiaçı cavabdeh Əhmədzadə İlqar Arif oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.2, 170.3, 254.1.4-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquq pozuntusundan irəli gələn vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi əsas ünsürlərdən biri də təqsirdir və müvafiq mülki iş üzrə icraatın aparılması cavabdeh Əhmədzadə İlqar Arif oğlu ##.##.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin nəticəsindən asılıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında və ya qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan hər hansı biri qəbul edilə bilər. Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinə şikayət verilmiş və *(*-***)-***/**** nömrəli iş üzrə qeydiyyata alınaraq Masallı Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat qurtardıqdan sonra məhkəmə icraatının davam etdirilməsi mümkündür. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, yeni qərardad qəbul edilərək cavabdehin vəsatətinin rədd edilməsi və işə prosessual qanunvericiliyə uyğun baxılması üçün tədbirlər görülməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki prosessual Məcəllənin 254.1.4-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Binəqədi rayon məhkəməsi, heç bir əsas olmadan hazırkı iş üzrə icraatı dayandırmaqla, iddiaçı İddiaçı iddiasına MPM-də nəzərdə tutulmuş müddətdə baxılması imkanını aradan qaldırmışdır.Cavabdehin barəsində tərtib edilmiş inzibati xəta protokolunu mübahisələndirməsinin hazırkı işlə heç bir əlaqəsi olmadığı ortadadır. Çünki cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar olmasaydı belə, hadisənin baş vermə şəkli (idarə etdiyi avtomobillə yol kənarında dayanmış iddiaçıya məxsus avtomobilə saat 140 km/saat sürətlə arxadan çırpılması) və hadisədən sonra cavabdehin davranışı (xüsusən də, zərərin əvəzini ən qısa zamanda ödəyəcəyi barədə vədləri) və məhkəmədəki izahatı onun zərər görə məsuliyyət daşımasını demək üçün yetərlidir.1. Cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması # #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarla tam təsdiqini tapır. 2. Cavabdehin inzibati xəta protokolunu mübahisələndirməsi üçün heç bir əsas yoxdur. Məqsəd “prosessual fənd” işlədib, hazırkı işi uzadaraq məsuliyyətdən yayınmaqdır. Sağ olsun, məhkəmə də buna tam münbit şərait yaradıb. Maraqlıdır, aşağıdakı məqamlar məhkəmədə niyə sual işarəsi yaratmayıb: 2.1. Cavabdeh İ.Əhməzadə barədə inzibati tənbeh vermə barədə qərar # #### 2025-ci ildə tərtib edilib, cavabdeh bu qərardan 8 ay sonra, yəni ## ###### 2026-cı ildə, ona qarşı hazırkı iddia qaldırıldıqdan sonra şikayət vermə qərarına gəlib. 2.2. İXM 129.1.3 və 130.1-ə əsasən inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə özü də 10 gün ərzində verilə bilən bir şikayət niyə Masallı rayon məhkəməsinə verilib? Bütün bunlar bir daha təsdiq edir ki, cavabdeh hazırkı işi uzatmaq üçün bir plan qurub və məhkəmədə də bu planın həyata keçirilməsinə tam şərait yaradıb. Hazırkı mülki işlə Masallı rayon məhkəməsinin icraatına qanunsuz bir şəkildə qəbul edilmiş inzibati xəta icraatı arasında heç bir bağlılıq yoxdur. Məsələn, cavabdeh İ.Əhmədzadə saat 140 km/saat sürətlə iddiaçıya məxsus avtomobili tam məhv etməsinə necə haqq qazandırmağı düşünür ki, hələ inzibati tənbeh vermə barədə qərardan da şikayət verir?! Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X3 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 81, 88, 254-258, 267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin tələbləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Belə ki, cinayət işinin rədd edilməsi qərarı ilə təqsir müəyyən edilməmiş və bu məsələnin inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təşkilata göndərmişdir ki, sonuncu qərarı ilə şəxsin inzibati xəta hadisəsində təqsirliliyi müəyyən edilmiş,cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərara əsasən sürücü Əhmədzadə İlqar Arif oğlunun və İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin hər hansı bir maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barələrində cinayət işnin başlanması rədd edilmiş, sürücü Əhmədzadə İlqar Arif oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə BDYPİ-nin YPXA-na göndərilmişdir. Qeyd edilən inzibati xəta haqqında qərarın birbaşa aidiyyəti olmasa belə, sübut növü kimi mümkünlüyü müəyyən edilə bilər və prosessual qanunvericilik də sübutlara öncədən qiymət verilməsi və müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməsinin yolverilməzliyini ehtiva edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88ci maddələri). Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)- ***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1395/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1395/2026
27.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver