Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1398/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı 1 İddiaçı 2cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı İddiaçı 1 İddiaçı 2cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1 Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı 1 Istehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı 1 Istehsalat Birliyi müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
2. ##.##.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu 100319508500529, ünvan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X4 Düşərgəsi ailə tərkibi 1, qaz cihazları: PQ-4 və həmin abonent koduna 02/2025ci il tarixinə 1316.57 manat borc mövcuddur.
3. ##.##.2018-cuil tarixli (******* saylı) “Təbii X5nın pozulması haqqında” Aktın (bundan sonra– Akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra– tələbnamə) surətindən görünür ki, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 799.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. Qaz işlədici avadanlıqlar olaraq PQ-4 və QSSQ qeyd olunmuşdur.
4. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 133.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir). Qaz işlədici avadanlıqlar olaraq PQ-4 və QSSQ qeyd olunmuşdur.
5. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 133.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir). Qaz işlədici avadanlıqlar olaraq PQ-4 və QSSQ qeyd olunmuşdur.
6. ##.##.2018-ci il tarixli (******* saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 133.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir). Qaz işlədici avadanlıqlar olaraq PQ-4 və QSSQ qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı 1 Istehsalat Birliyi (bundan sonra - İddiaçı 1 IB) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı 1 Istehsalat Birliyinə vurulmuş 1180,80 manat zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 135,77 manat və 33,17 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1349,74 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı 1 IB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1 Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2020-ci il tarixində **-**** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı 1 IB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı 1 IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı 1 IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:- ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 799,20 manat; - ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat;- ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat;- ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; cəmi 1180,80 manat məbləğində İddiaçı 1 IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildirir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin aprel - dekabr ayları üzrə 29,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar - dekabr ayları üzrə 30,86 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar - dekabr ayları üzrə 28,32 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar - dekabr ayları üzrə 38,64 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar - dekabr ayları üzrə 36,12 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar - fevral ayları üzrə 2,13 manat sərfiyyat borcu, cəmi 165,77 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayına qədər cavabdeh 30 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 135,77 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı 1 IB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 1316,57 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı 1 IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 135,77 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun məbləğinin tutularaq iddiaçı İddiaçı 1 Istehsalat Birliyinə ödənilməsi qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə, hazırki mübahisənin predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı 1 IB-nin üzərinə düşür. Qanunvericiliyin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğularına və qazpaylayıcı şəbəkəyə 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki, iddiaçı qurum tərəfindən texniki baxış keçirilməsi barədə cavabdehin məlumatlandırılması, baxış zamanı istehlakçının iştirakının təmin edilməsi və tərtib olunmuş aktların bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Iş materiallarından görünür ki, həqiqətən də aktların heç birində cavabdehin imzası yoxdur və bütün aktlarda onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilir. Həmçinin yuxarıda qeyd olunan akt və tələbnamələrdə zərərin hesablanması zamanı qaz işlədici avadanlıq olaraq PQ-4 və QSSQ nəzərə alınsa da, iddiaçının özünün tərtib etmiş olduğu abonent saldosunda cavabdehin yalnız PQ-4 avadanlığından istifadə etməsi qeyd olunmuşdur. Qeyd olunan hal isə iddiaçının məhkəməyə təqdim etmiş olduğu sübutlar arasında ziddiyət yaradır və abonet saldosunda qeyd olunmayan cihazdan istifadəyə görə istehlakçının cərimə edilməsi əsassızdır. Iş materialarına əlavə edilmiş foto-şəkillərə münasibətdə isə qeyd olunmaldır ki, həmin fotoşəkillərin hansı ünvana aid olması, onların hansı tarixdə və hansı şəraitdə çəkilməsi müəyyən edilmədiyindən, onlar hazırkı mülki iş üzrə mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Digər tərəfdən, cavabdeh barəsində iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlarda abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii X5nın pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii X5n pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, 2018-ci ildə təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə iddiaçı qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, dörd ay davamlı akt tərtib etsə də, başqa heç tədbir görməmişdir. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar, tələbnamələr və onlara əlavə edilmiş fotoşəkillər qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı 1 IB tərəfindən ##.##.2018-cu il tarixindən ##.##.2018-ci il tarixinədək tərtib edilmiş 4 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz. Iddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Işin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” ##.##.2020-ci il tarixində bağlanmışdır. Belə olduğu təqdirdə, cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq, abonentlə arasında “Qazın alqı-satqısı müqaviləsi” bağlandığı tarixdən sonrakı dövr üçün ödənilməmiş olan debitor borcun da cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi debitor borcun tutulması hissəsində təmin edilməli və cavabdeh Cavabdeh 135.77 manat məbləğində debitor borc tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 135,77 manat hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 448, 1096.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4, 11.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 3.1.3, 4.8, 4.9, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı 1 Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni, iddianın təmin olunmamış hissəsində ləğv edilərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi üçün əsasdır. Belə ki, İddiaçı 1 IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı 1 IB tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə də rəsmi müraciət edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı 1 IB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı 1 IB-nin əməkdaşları tərəfindənqanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirilir ki, İddiaçı 1 IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbimizi tam təmin edərdi. Çünki tərəfindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbimizin əsaslı olduğunu sübut edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar ## ### 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbimizin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Qeyd edilir ki, iddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi, məhkəmə prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnaməsindən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində oaylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Bildirilir ki, İddiaçı 1 İddiaçı 2iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı 1 İddiaçı 2hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Iddiaçı məhz istehlakçıtərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına qismən uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.4. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “X5”: Maddə 3.1.3. Qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia rədd olunduğu hissədə ləğvi xahiş edildiyi, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş müvafiq aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, cavabdeh tərəfindən imzalanmamış, bütün aktlarda cavabdehin adının qarşısında “imtina etdi” qeyd edilmişdir, o cümlədən aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər dörd akt iddiaçı İddiaçı 1 İddiaçı 2əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindəne düzgün araşdırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə qiymətləndirmə aparılmasına zərurət görmür və gəlinən nəticə ilə razılaşır.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı 1 Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.