Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1401/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. Iş üzrə “Bank” qismində İddiaçı ASC ilə “Borcalan” qismində Cavabdeh arasında bağlanılmış ##.##.2024-cü il tarixli, ******-******/* saylı istehlak kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 18,5% ödəmək şərti ilə 19.100 manat məbləğində kredit vermişdir.
2. Iş üzrə İddiaçı ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlığa əsasən həmin tarixə onun bank qarşısında olan öhdəliyi - əsas borc üzrə 16.499,22 manat, faiz borcu üzrə 656,27 manat, cəmi 17.155,49 manat təşkil etmiş, bank tərəfə ##.##.2025-ci il tarixədək həmin öhdəliyi icra etməyi, ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə məlumat vermişdir.
3. Iş üzrə İddiaçı ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 16.187,51 manat əsas, 1.327,98 manat faiz borcu olmaqla, cəmi 17.515,49 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ******-******/* nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18,5% dərəcəsi ilə 19.100 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. ##.##.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 16.1887,51 manat məbləğində əsas borcu və 1327,98 manat faiz borcu olmaqla, cəmi 17.515,49 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 16.187,51 manat məbləğində əsas borc və 1327,98 manat faiz borcu olmaqla, cəmi 17.515,49 manat borcun və 142,55 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli, ******-******/* saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə yaranmış 16.187,51 manat əsas borcun, ##.##.2025-ci il tarixə yaranmış 656,27 manat faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140,53 manatın, cəmi 16.984,31 (on altı min doqquz yüz səksən dörd manat, otuz bir qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ ##.##.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın ədalətli müəyyən edilmiş məbləğdə qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın qismən, yəni göstərilən məbləğlərlə təmin edilməsinə dair nəticəsi və əsaslandırılması ilə razılaşmır. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbdə borc məbləğinin şişirdilmiş olmasına düzgün qiymət verməmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, iddia dəlillərinin real və faktiki vəziyyətə uyğun olmamasına tərəfindən təqdim edilmiş dəlil və izahatları üzrə arqumentlərinin əsasında hüquqi qiymət verməmişdir. Banka borcu vardır. Krediti bir ildir götürmüşdür, əvvəllər ödənişi vaxtında edirdi, sonradan ailədə və səhhəti ilə bağlı problem olduğundan vaxtında ödəniş edə bilməmiş, gecikmələr olmuşdur. Banka müraciət etmişdir ki, restrukturizasiya tətbiq etsinlər, bank bundan imtina etmiş, bildirmişdir ki, cari borcu ödəməlidir. Lakin bu borcun dəqiq məbləği deyilməyib. Lakin məhkəmə faiz borcunu iddia tələbində qeyd edilən həddə tutulmalı olmamasını nəzərə alsa da, əsas borc üzrə ödənişlər üzrə araşdırma aparmamışdır. Ən azından tam, hərtərəfli və obyektiv araşdırılma aparılması və tərəflər arasında əmələ gəlmiş hazırkı mübahisəyə obyektiv hüquqi qiymət verilməsi məqsədilə borc məbləğini düzgün müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin etməli idi. Məhkəmə həmçinin hazırkı iş üzrə yaranmış borcla bağlı həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmamış, Mülki Məcəllənin qeyd olunan maddələrinə istinad etməklə İddiaçı ASCnin xeyrinə məhz cəmi 16.984,31 manat məbləğində borc əvəzi ödənilməli olmağını göstərsə də bunu dəqiq müəyyən etməməklə səhvə yol vermişdir ki, bu da sonda məbləğ hissəsində qismən əsassız və ədalətsiz qətnamə çıxarması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və X1 və Azadlıqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş Ədalətli Məhkəmə Araşdırması hüququ pozulmuşdur. Məhkəmə iddia üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına iddianın dəlillərinə, məhkəməyə təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, bununla da ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur, yəni məhkəmə araşdırma dövründə xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin etsə idi, iddianın borc məbləğinin düzgün olmamasını müəyyən edər və əsassız tələbə düzgün qiymət verərək iddianı məbləğ hissədə ədalətli qaydada qismən təmin edərdi. Məhkəmə qətnamə çıxararkən məhkəmə iclasında əsasən iddiaçı tərəfin izahatlarına, sübutlara əsaslanmış, bir sözlə, qətnamə çıxarılarkən cavabdehin qanuni mənafelərinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdir ki, dəymiş zərəri dərhal ödəyə bilmək imkanı var ya yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat veməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddianın ədalətli borc məbləği müyyən edilməklə qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 18,5%-lə 19.100 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh Quliyev Vahid Zahid oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
26. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
27. Göründüyü kimi, borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin ## ###### 2025-ci il tarixə banka borcu 16187,51 manat əsas və 1327,98 manat faiz borcu təşkil edir. Iş materiallarına əsasən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə tərəfə bildiriş göndərilmiş, müqavilə birtərəfli qaydada ləğv edilmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ ##.##.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. X3 göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (pul vəsaitindən istifadə haqqını (faizləri)) ödənilməsini tələb edə bilər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyə görə müqavilənin ləğv edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi (ona bildirişin göndərilməsi) ilə həyata keçirilir və müqavilə üzrə pul vəsaitindən istifadə haqqı – faiz, həmin tarixə (müqavilənin birtərəfli qaydada ləğv olunduğu tarix) hesablanmalıdır. Həmin tarixdən sonra bank yalnız zərərin - pul vəsaitindən istifadə haqqının (faizləri - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin) ödənilməsini tələb edə bilər.
29. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi Plenum Qərarında formalaşan hüquqi mövqeyi nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı olan faiz borcu maliyyə arayışında qeyd edilən tarixə ##.##.2025-ci il tarixə yaranmış borc (1327,98 manat) məbləğində deyil, bildirişin göndərildiyi,müqavilənin birtərəfli qaydada ləğv edildiyi tarixə - ##.##.2025-ci il tarixə yaranmış faiz borcu həddində (656,27 manat) müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində işin yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında həll edildiyini qeyd etsə də, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-
30. Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri Prosessual sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə cavabdehin istinad etdiyi halları təsdiq edən və iş materiallarında sübut qismində qəbul edilən sənədləri təkzib edən hər hansı sübut mövcud deyil. Məhkəmə iclasında verdiyi izahatda cavabdeh borcun hissə-hissə ödənilməsini, yeni müqavilə bağlanmaqla ödəniş planının tərtib olunmasını xahiş etsə də, özünün də təsdiq etdiyi kimi, bu barədə banka hər hansı müraciəti yaxud ərizəsi olmamışdır.
31. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə göstərilənlər qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
33. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
36. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya məhkəmə xərcinə münasibətdə hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Hazırkı halda isə apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.