Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1443/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı «xxxx» ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1443/2026 (Açar sözlər: kredit müqaviləsi üzrə borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 33 ay müddətinə illik 18% ödəmək şərtilə 6609 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “xxxx” KB ASC cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5740,04 AZN əsas, 175,83 AZN faiz, 56,49 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5972,36 AZN borcun və dövlət rüsumuolaraq ödənilmiş 80,17 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 33 ay müddətinə illik 18% ödəmək şərtilə 6609 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə ## ######## 2025, cümə tarixinə «xxxx» KB ASC-yə 5740,04 AZN əsas, 175,83 AZN faiz, 56,49 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5972,36 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmışmübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 5740,04 manat əsas, 175,83 manat faiz, 56,49 manat cərimə borcu olmaqla, cəmi 5972,36 manat borc və 80,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı «xxxx» ASC-yə verilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 462.1, 467, 739.2-ci madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətində bildirmişdir ki, cavabdeh olaraq prosesdə iştirakı təmin edilmədən, o cümlədən tərəfindən icra edilmiş ödənişlər nəzərə alınmadan qətnamə çıxarılmışdır. Hazırda borcun yaranma əsası cavabdehin maddi vəziyyətinin qənaətbəxş olmamasıdır. Bu səbəbdən hazırkı borcu hissə-hissə ödənilməsi iqtidarındadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ödəməkdən imtina etmir, lakin hissə-hissə ödəmək imkanı var. Faiz və cərimə məbləğlərinin azaldılması daha yaxşı olardı.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
13. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
21. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh ##.##.2024-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğinə münasibətdə dəyişdirilməlidir.
26. Belə ki, iş materiallarında olan «xxxx» KB ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ***nkNAR/** saylı ##.##.2024-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 33 ay müddətinə illik 18% ödəmək şərtilə 6609 manat məbləğində kredit verilmişdir.
27. Mülki işin materiallarında olan ***nkNAR/** saylı ##.##.2024-ci il tarixli kredit müqaviləsinə * saylı əlavədən görünür ki, kredit alan kredit ödənişini gecikdirdikdə, gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizədək miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür.
28. Bank tərəfindən aidiyyəti məhkəmə orqanlarına ünvanlanmış ## ######## 2025-ci il tarixli BANK/PİKMD/1311582 saylı məktubun surətindən görünür ki, ***nkNAR/** saylı ##.##.2024-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdehnun banka olan borcu 5740,04 AZN əsas, 175,83 AZN faiz, 56,49 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5972,36 AZN təşkil edir.
29. “xxxx” KB ASC Bank tərəfindən Cavabdeh göndərilmiş ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, ona kredit Müqaviləsi üzrə yaranmış borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə, aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edilmişdir. Əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və oun qaytarılması üçün iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
30. Məhkəmə ilk növbədə adıçəkilən iş materiallarını araşdırıb hesab edir ki, borcalan qismində cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
31. Lakin bununla belə məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə borc məbləğinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmalıdır.
32. Belə ki, həmin qərarda əks etdirilən hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
33. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyi hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılan ##.##.2024-ci il tarixli kredit müqaviləsinə əsasən borcun məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan, daha doğrusu, pretenziya məktubunda iddiaçının müqaviləyə xitam verilməsini nəzərdə tutduğu tarixə müvafiq olaraq hesablanmalıdır.
34. “xxxx” KB ASC Bank tərəfindən Cavabdeh göndərilmiş ## #### 2025-ci il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borc məbləğini 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etməklə bağlı xəbərdarlıq edilmişdir. Bu da o deməkdir ki, kreditor tərəfindən kredit müqaviləsinə ən geci ##.##.2025-ci il tarixində xitam verilməsi ilə bağlı iradə ifadəsi göstərilmişdir və müvafiq bildirişə əsasən borclu Cavabdeh ##.##.2024-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə 5802.96 manat əsas, 124.01 manat faiz və 16.62 manat cərimə olmaqla, ümumilikdə 5943.59 manat təşkil edir. Lakin Bank tərəfindən aidiyyəti məhkəmə orqanlarına ünvanlanmış ## ######## 2025-ci il tarixli BANK/PİKMD/1311582 saylı məktubun surətindən görünür ki, ***nkNAR/** saylı ##.##.2024-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdehnun banka olan borcu 5740,04 AZN əsas, 175,83 AZN faiz, 56,49 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5972,36 AZN təşkil edir.
35. Göründüyü kimi, faktiki olaraq, tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsinə baxmayaraq, faiz və cərimə borcu hesablanmağa davam etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
36. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ödənilməli olan borc məbləği ilkin olaraq 5943,59 manat həcmində nəzərə alınmalı idi.
37. Həmçinin iş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, borclu tərəfindən ona xəbərdarlıq verildiyi ##.##.2025-ci il tarixindən sonra ##.##.2025-ci il tarixində ##.##.2024-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 300 manat ödəniş həyata keçirilmişdir.
38. Odur ki, borclu tərəfindən xəbərdarlıq verilmə müddətindən sonrakı 300 manat məbləğindəki ödəniş də nəzərə alınmalı, ##.##.2025-ci il tarixə mövcud olan 124.01 manat faiz və 16.62 manat cərimə borcu olmaqla cəmi 140.63 manat həmin ödənişə əsasən silinməli, əsas borcun qalıq hissəsindən isə edilmiş ödənişdən geriyə qalan 159,37 manat silinməli, nəticə etibarilə birinci instansiya məhkəməsinin dəyişdirilərək cavabdeh Cavabdeh ümumilikdə 5643,59 manat (5943,59 – 300 = 5643,59) məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilməlidir.
39. Kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə zəruri məlumat verilməsinə baxmayaraq, onun tərəfindən iclasda iştirak təmin edilməmiş, buna görə də müvafiq nəticələrə dair hər hansı məsuliyyətin məhkəməyə aid edilməsi istisna olunmuşdur.
40. Kollegiya apelyatorun borcun hissə-hissə ödənilməsinə dair tələbinə münasibətdə qeyd olunmasını zəruri hesab edir ki, Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.
41. Odur ki, cavabdeh tərəfindən qeyd olunan dəlil borcun hissə-hissə ödənilməsi ilə əlaqədar olduğu təqdirdə də göstərilən tələblə icra mərhələsi çərçivəsində məhkəməyə aidiyyatı qaydasında müraciət etmək hüququ istisna edilmir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirililsin. Cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5643,59 AZN (beş min altı yüz qırx üç manat əlli doqquz qəpik) məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev