Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1445/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əhəmiyyətsiz əqd üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X6 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. ##.##.2024-cü il tarixli, 7E-**** reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamədən (hazırda qüvvədən düşmüş) müəyyən olunur ki, X4 (etibar edən) tərəfindən buraxılış ili 2015-ci il olan, “BMW 320i” minik markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək, sürücülük hüququ olduqda idarə etmək, ipotekaya qoymaq, bağışlamaq və s. hüquqlar 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə, yəni ##.##.2025-ci il tarixinədək İddiaçı etibar edilmişdir.
2. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadından müəyyən olunur ki, ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmış və qərardadın ##.##.2025-ci il tarixədək qüvvədə olduğu qeyd edilmişdir.
3. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadından müəyyən olunur ki, ərizəçi Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə vəsatət təmin edilmiş, Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır.
4. ##.##.2025-ci il tarixli iltizamdan müəyyən olunur ki, Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-**(***)- **/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə ##.##.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini ##.##.2025-ci il tarixdə verir, Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır, həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır.
5. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadından müəyyən olunur ki, Cavabdeh ərizəsi təmin edilmiş, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)- **/**** nömrəli qərardadı ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə və Qax rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Qax Rayon Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş e-**(***)-**/**** nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- **(***)-**/**** nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə və Qax rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh cavabdeh X4 və “xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı ilə “xxxx” MMC-nin direktoru X4 arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 82.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı (bundan sonra– iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra– cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əhəmiyyətsiz əqd üzrə alınmış 6000 manat məbləğində pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və ödənilmiş 82 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixində X4 **-MF-*** dövlət qeydiyyat nişanlı, “BMW 320I” minik markalı nəqliyyat vasitəsini almışdır. Tərəflər arasında real alğı-satqı müqaviləsi olmasa da, formalaşmış alğı-satqı adətinə görə Hüseynli Elvin iddiaçıya sözügedən nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Iddiaçı həmin etibarnaməyə əsasən qeyd olunan nəqliyyat vasitəsini öz oğlunun adına rəsmiləşdirməli olsa da, etinadsızılq edərək bunu vaxtında etməmişdir. Bundan sonra, cavabdeh ilə X4 arasında pul tələbi mübahisəsi yaranmış və cavabdeh tərəfindən Elvin Hüseynliyə qarşı Qax Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bununla yanaşı, cavabdeh müvəqqəti təminat tədbiri çərçivəsində Elvin Hüseyinlinin adında qalmış, lakin faktiki olaraq iddiaçıya məxsus **-MF-*** dövlət qeydiyyat nişanlı, “BMW 320I” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barəsində ərizə ünvanlanmış və Qax Rayon Məhkəməsi tərəfindən e-**(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad qəbul edilərək həmin avtomobilin özgənikləşdirilməsi hüququ qadağan edilmişdir. Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilən qərardad nəticəsində nəqliyyat vasitəsinə həbs tətbiq edildiyi üçün iddiaçı öz nəqliyyat vasitəsindən faktiki olaraq məhrum edilmiş və həmin nəqliyyat vasitəsini öz oğlunun adına keçirdə bilməmişdir. Iddiaçı bununla bağlı cavabdeh ilə əlaqə saxlamış, avtomobilin faktiki olaraq ona məxsus olduğunu bildirmiş və cavabdehdən MTT-nin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsini xahiş etsə də, cavabdeh bunu yalnız iddiaçıdan pul almaq şərti ilə edəcəyini bildirmişdir. Cavabdeh iddiaçının onunla razılaşmadığı halda Hüseynli Elvinin ona olan 20000 manat pul borcunu tam olaraq iddiaçının əmlakına yönəldəcəyini və avomobili ondan alcağını bildirmişdir. Buna görə də, iddiaçı məcburiyət qarşısında nəqliyyat vasitəsini öz adına keçirilməsi istiqamətində qanun çərçivəsindən kənar olan təklif ilə razılaşmış və cavabdehə 6000 manat pul vermişdir. Bu fakt tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli sənəddə öz əksini tapmışdır. Tərəflər arasında bağlanan əqd əhəmiyyətsiz əqd olduğu səbəbindən etibarsızdır. Tərəflər arasında əldə edilmiş razılaşma əhəmiyyətsiz əqddir buna görə ki, ilk növbədə qanunvericiliydə bu cür əqd mövcud deyil, yəni heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçı 6000 manat məbləği cavabdehə məcburiyyət qarşısında vermişdir. Əks halda o, əmlakından tam olaraq məhrum qala bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmçinin həmin məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmçinin həmin məcəllənin 351.1-ci maddəsinə əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Göründüyü kimi tərəflər arasında bağlanılmış əqd tamamilə etibarsızdır və cavabdeh etibarsız əqdin nəticəsində iddiaçının xeyrinə əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci madddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmçinin həmin məcəllənin 1091.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Xatırladım ki, həmin məcəllənin 1092.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən o nəticəyə gəlmək olur ki, iddiaçı və cavabdeh arasında bağlanılan əqd etibarsızdır (əhəmiyyətsiz) və etibarsız əqd nəticəsində cavabdeh əsassız varlanmışdır. Buna əsasən isə iltizam əsasında cavabdehə təqdim edilmiş pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (sədrlik edən – Səlimə Miriyeva) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas təşkil edən ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, hazırkı iş üzrə iddiaçı faktiki olaraq sahibliyində olan, lakin digər şəxsin– X4 mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəmə qərardadının (müvəqqəti təminat tədbirinin tətbiqi barədə) ləğvinə dair ərizə verilməsi üçün hazırkı iş üzrə cavabdehə 6000 manat məbləğində pul vəsaitini verməyi, cavabdeh isə həmin pul vəsaitini qəbul edərək müvafiq məhkəməyə müvəqqəti təminat tədbiri barədə qərardadın ləğvinə dair ərizə verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh həmin müqavilə üzrə əldə etdiyi 6000 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasını, yeganə şərtdən– Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı etmişdir.
13. Qarşılıqlı hüquq və vəzifələrin tənzimləndiyi müvafiq müqavilə münasibətlərindən görünür ki, hazırkı iş iddiaçı 6000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh də öz növbəsində həmin pul vəsaitini qəbul edərək, Qax Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə müraciət etmiş və Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə və Qax rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Yəni, müqavilə tərəfləri müvafiq müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmişlər. Həmçinin, işin qeyd edilən halları tərəflər arasında mübahisəsizdir.
14. Sözügedən müqavilə üzrə iddiaçının əldə etdiyi geriyə tələb hüququ isə Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı edilmiş, lakin müvafiq qətnamənin tam şəkildə icrası barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin qətnamə əsasında verilmiş icra sənədi və açılmış icra işi ilə tanış olmaq, icra sənədi üzrə icraatın yekunlaşıb-yekunlaşmaması barədə məlumat almaq üçün aidiyyəti icra şöbəsinə müraciət etmək, bu müraciətə qanunla müəyyən edilmiş müddət ərzində cavab verilmədikdə və ya müraciətin təmin edilməsindən imtina edildikdə müvafiq sübutların təmin edilməsini məhkəmədən xahiş etmək iddiaçının qanunla müəyyən edilmiş hüquqlarıdır. Hər bir halda, iddiaçı həmin icra sənədinin tam şəkildə icra edildiyini iddia etməsə belə, iddianın uğurluluğu baxımından işin qeyd edilən halına da mütləq qiymət verilməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbinin əsasını isə yuxarıda şərtləri sadalanan müqavilənin məcburetmə nəticəsində bağlanıldığına görə etibarsız hesab edilməsi təşkil edir. Iddiaçı tərəf həm müvafiq müqavilənin etibarlılıq şərtlərindən biri olan iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğuna dair şərti, həm də ümumiyyətlə belə bir müqavilənin bağlanmasının məcburi hüquq qaydalarının tələblərinə zidd olduğunu mübahisələndirmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilənin əhəmiyyətsiz, yəni məcburi hüquq qaydalarına zidd olan müqavilə olmadığı artıq müəyyən edildiyindən, əqdin mübahisə edilən, yəni iddiaçının iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanan əqd olub olmaması müəyyən edilməlidir.
17. Işin faktiki hallarından görünür ki, ##.##.2025-ci il tarixli əqdin bağlanmasından yalnız cavabdeh deyil, həmçinin iddiaçı da müəyyən hüquqi nəticələrə çatmaq üçün istifadə etmişdir. Belə ki, həmin əqdin bağlanması nəticəsində cavabdeh nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə məhkəmə qərardadı əsasında qoyulmuş qadağanı aradan götürməklə, iddiaçıya həmin nəqliyyat vasitəsi üzərində faktiki sahibliyi qanuniləşdirmək, yəni nəqliyyat vasitəsi üzərində “həqiqi” sərəncam əqdi bağlamaq imkanı yaratmışdır. Həmçinin, cavabdeh bu hərəkəti etməklə Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli qətnaməsinin icrasını öz xeyrinə “risk”ə atmaqla, həmin qətnamənin icrasından əldə edəcəyi gəlirdən qat-qat aşağı məbləğ əldə etmişdir. Halbuki, həmin qətnamənin icrasının nə qədər müddət davam edəcəyi, qətnamənin icrasının qanunla müəyyən edilmiş müddət ərzində mümkünlüyü, habelə qətnamənin icrasında bu və ya digər çətinliklərin yaranıb-yaranmayacağı belə şübhə doğurur. Həmçinin, qeyd edilən qaydada “əldəetmənin” müvəqqəti xarakter daşıması, yəni gələcəkdə qətnamənin icrası nəticəsində verilmiş 6000 manat pul vəsaitinin iddiaçıya qaytarılması da nəzərdə tutulmuşdur ki, bu halda da hər hansı “ağır şərtdən” söhbət gedə bilməz.
18. Iddiaçının istinad etdiyi bir digər əsas olan əqdin məcburetmə nəticəsində bağlanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Lakin, iddiaçı tərəfindən müvafiq əqdin bağlanmasına məcburetmə xarakteri daşıyan bu və ya digər hərəkətin cavabdeh tərəfindən törədilməsi barədə mötəbər və kifayətedici sübutlar təqdim edilməmiş, iddiaçının istinad etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 328.1-328.3, 328.6, 329.1, 329.2, 331.1, 337.1-337.5, 339.1, 339.4, 390.1, 406.1-ci; “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə tərəflər sözügedən iltizamnamədə 3 məsələ barədə razılığa gəliblər: 1. iddiaçının 6000 manatı cavabdehə ödəməsi və cavabdehin isə MTT-nin ləğvi barədə ərizə verməsi barədə; 2. 6000 manatın cavabdehə hansı şərtlə qaytarması; 3. iddiaçının 6000 manat pulu hansı halda cavabdehdən tələb etməsi barədə. 1-ci məsələ, yəni cavabdehin MTT-nin ləğvi barədə ərizə verməsi cavabdehin arzusundan asılı olan məsələdir. Belə ki, cavabdeh əqdi bağladıqdan sonra düşünə bilərdi ki, o həmin pulu iddiaçıdan almaq əvəzinə, Qax Rayon Məhkəməsinin icraatında olan iş üzrə qətnamə onun xeyrinə çıxsa iddianı MTT predmeti olan avtomobilə yönəltməklə qətnamənin icrasını daha rahat və əlçatan formada həyata keçirsin. Bu baxımdan sözügedən iltizamnamədə nəzərdə tutulan 1-ci məsələ sırf cavabdehin arzusundan asılı olan bir şərtdir. AR MM-nin 328.3-cü maddəsinə əsasən həmin şərt etibarsız hesab edilməli və nəticədə əqd etibarsız hesab edilməli idi. Lakin, işə baxan məhkəmə sözügedən iltizamnamədə qeyd edilən 2-ci və 3-cü məsələni (6000 manatın qaytarılmasına dair şərtləri) əsas götürərək qeyd etmişdir ki, müvafiq məhkəmə qətnaməsinin tam şəkildə icrasından asılı edilməklə bağlanmış, hazırkı iş üzrə iddiaçının 6000 manat məbləğində pul vəsaitini geriyə tələb etmək hüququ həmin şərtin gələcəkdə baş verməsindən asılı edilmişdir. Bununla da məhkəmə sözügedən iltizamnamədə qeyd edilən 1-ci məsələnin, yəni cavabdehin MTT-nin ləğvi barədə ərizə verməsinin cavabdehin arzusundan asılı olan məsələ olması halını nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Işə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq əqdin bağlanmasına məcburetmə xarakteri daşıyan bu və ya digər hərəkətin cavabdeh tərəfindən törədilməsi barədə mötəbər və kifayətedici sübutlar təqdim edilməmiş, iddiaçının istinad etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur. Bu mülahizə ilə bağlı bildirir ki, işin hallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında iddiaçının cavabdehə 6000 manat verməsini şərtləndirən heç bir əsas olmamışdır, yəni iddiaçı cavabdehə nə zərər vurmamış, nə onların arasında icra edilməmiş müqavilə olmuş, nə də iddiaçı cavabdehin vəsaiti hesabına əsassız varlanmışdır. Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilən MTT barədə qərardad nəticəsində nəqliyyat vasitəsinə həbs tətbiq edildiyi üçün iddiaçı öz nəqliyyat vasitəsindən faktiki olaraq məhrum edilmiş və həmin nəqliyyat vasitəsini öz oğlunun adına keçirdə bilməmişdir. Iddiaçı bununla bağlı cavabdeh ilə əlaqə saxlamış, avtomobilin faktiki olaraq ona məxsus olduğunu bildirmiş və cavabdehdən MTT-nin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsini xahiş etsə də, cavabdeh bunu yalnız iddiaçıdan pul almaq şərti ilə edəcəyini bildirmişdir. Cavabdeh iddiaçının onunla razılaşmadığı halda Hüseynli Elvinin ona olan 20000 manat pul borcunu tam olaraq iddiaçının əmlakına yönəldəcəyini və avomobili ondan alcağını bildirmişdir. Buna görə də, iddiaçı məcburiyət qarşısında nəqliyyat vasitəsini öz adına keçirilməsi istiqamətində qanun çərçivəsindən kənar olan təklif ilə razılaşmış və cavabdehə 6000 manat pul vermişdir. Bu fakt tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli sənəddə öz əksini tapmışdır. Yəni, iddiaçı avtomobilinin əlindən çıxması ehtimalı yüksək olduğuna görə və cavabdehin bunun müqabilində ondan pul tələb etməsinə görə məcbur qalıb sözügedən iltizama imza çəkmişdir. Göründüyü kimi sözügedən iltizamnamənin şərtləri əlavə heç bir sübuta əsaslanmadan onu deməyə əsas verir ki, iddiaçı bu iltizamnaməni cavabdehin məcburetməsi ilə imzalamışdır. Buna görə də həmin iltizamnamə məhkəmənin qərarı əsasında etibarsız hesab edilməlidir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Işə baxan məhkəmə isə qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş və iddia tələbininin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı avtomobilinin əlindən çıxması ehtimalı yüksək olduğuna görə və cavabdehin bunun müqabilində ondan pul tələb etməsinə görə məcbur qalıb sözügedən iltizama imza çəkmişdir. Göründüyü kimi sözügedən iltizamnamənin şərtləri əlavə heç bir sübuta əsaslanmadan onu deməyə əsas verir ki, iddiaçı bu iltizamnaməni cavabdehin məcburetməsi ilə imzalamışdır. Yəni, sözügedən iltizam iddia tələbinin təmin edilməsi üçün ən əsas sübut qismində çıxış edir. Işə baxan məhkəmə isə bu sübuta formal yanaşmış, tərəflərin həqiqi iradə ifadəsinin nə olduğunu nəzərə almamışdır. Buna görə də həmin iltizamnamə məhkəmənin qərarı əsasında etibarsız hesab edilməlidir. Işə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki, göründüyü kimi, səlahiyyətli subyektlərin iştirakı ilə bağlanmış müqavilə məhz təxirəsalıcı şərtlə, yəni müvafiq məhkəmə qətnaməsinin tam şəkildə icrasından asılı edilməklə bağlanmış, hazırkı iş üzrə iddiaçının 6000 manat məbləğində pul vəsaitini geriyə tələb etmək hüququ həmin şərtin gələcəkdə baş verməsindən asılı edilmişdir. Odur ki, müvafiq müqavilə (əqd) qanunvericiliyin tələblərinə zidd olmadığına, tərəflərdən hər hansısa birinin müstəsna iradəsindən və ya icrası mümkün olmayan şərtdən asılı edilmədiyinə görə həmin müqavilənin məzmuna dair şərtlərin də hər hansı pozuntusu aşkar edilmir. Bu mülahizə ilə bağlı bildirir ki, tərəflər arasında imzalanan “iltizam” sənədindən də göründüyü kimi: Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e*(***)-***/**** nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-**(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə ##.##.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini ##.##.2025-ci il tarixdə verir; Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır; Həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024)- ***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı avtomobilinin əlindən çıxması ehtimalı yüksək olduğuna görə və cavabdehin bunun müqabilində ondan pul tələb etməsinə görə məcbur qalıb sözügedən iltizama imza çəkmişdir. Göründüyü kimi sözügedən iltizamnamənin şərtləri əlavə heç bir sübuta əsaslanmadan onu deməyə əsas verir ki, iddiaçı bu iltizamnaməni cavabdehin məcburetməsi ilə imzalamışdır. Yəni, sözügedən iltizam iddia tələbinin təmin edilməsi üçün ən əsas sübut qismində çıxış edir. Işə baxan məhkəmə isə bu sübuta formal yanaşmış, tərəflərin həqiqi iradə ifadəsinin nə olduğunu nəzərə almamışdır. Buna görə də həmin iltizamnamə məhkəmənin qərarı əsasında etibarsız hesab edilməlidir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
23. Iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, cavabdeh Cavabdeh və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırki halda iddiaçı qətnaməni bötövlükdə mübahisələndirdiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 30.Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, hazırkı iş üzrə cavabdeh Cavabdeh Qax Rayon Məhkəməsinin icraatında olan e *(***)- ***/**** nömrəli mülki iş üzrə 20000 manat pul tələbinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə əlaqədar, yekun məhkəmə aktı çıxarılanadək, e-**(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardad ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2015-ci il olan, qara rəngli), B1351100 mühərrik nömrəli, WBA3B1C53FK139747 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə ilə ##.##.2025-ci il tarixdə həmin məhkəməyə müraciət edir, İddiaçı isə öz istəyinə və sərbəst iradəsinə əsasən, MTT barədə qərardadın ləğv edilməsinə dair ərizə verilməsi müqabilində Cavabdeh 6000 manat məbləğində pul vəsaitini ##.##.2025-ci il tarixdə verir, Cavabdeh və İddiaçı razılaşırlar ki, Cavabdeh aldığı 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən ona 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini İddiaçı hesabına geri qaytaracaqdır, həmçinin İddiaçı isə 6000 manat pul vəsaitini yalnız və yalnız Qax Rayon Məhkəməsinin icraatında olan e-2(024) ***/**** nömrəli mülki işlə bağlı qəbul ediləcək yekun məhkəmə aktının icrası ilə əlaqədar həmin iş üzrə cavabdeh tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti qaytarılacağı təqdirdə həmin pul vəsaitini Cavabdeh tələb edəcək, qalan heç bir halda, yəni həmin iş üzrə veriləcək icra sənədi üzrə Cavabdeh 20000 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilməyəcəyi təqdirdə Cavabdeh qarşı pul tələbi, iddiası, şikayəti və hər hansı formada digər icraatlar qaydasında müraciəti olmayacaqdır.
31. Istinad olunan ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, hazırkı iş üzrə iddiaçı faktiki olaraq sahibliyində olan, lakin digər şəxsin– X4 mülkiyyətində olan nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəmə qərardadının (müvəqqəti təminat tədbirinin tətbiqi barədə) ləğvinə dair ərizə verilməsi üçün hazırkı iş üzrə cavabdehə 6000 manat məbləğində pul vəsaitini verməyi, cavabdeh isə həmin pul vəsaitini qəbul edərək müvafiq məhkəməyə müvəqqəti təminat tədbiri barədə qərardadın ləğvinə dair ərizə verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh həmin müqavilə üzrə əldə etdiyi 6000 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasını, yeganə şərtdən - Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı etmişdir.
32. Tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr müəyyən edən həmin müqavilənin şərtlərinə uyğun olaraq, hazırkı iş üzrə iddiaçı 6000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh də öz növbəsində həmin pul vəsaitini qəbul edərək, Qax Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə müraciət etmiş və Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı və həmin qərardad əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi, Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı ilə X4 mülkiyyətində olan “BMW 320i” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağaların aradan qaldırılması və qərardadın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə və Qax rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Yəni, müqavilə tərəfləri müvafiq müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmişlər. Həmçinin, işin qeyd edilən halları tərəflər arasında mübahisəsizdir.
33. Sözügedən müqavilə üzrə iddiaçının əldə etdiyi geriyə tələb hüququ isə Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli qətnaməsinin tam şəkildə icrasından asılı edilmiş, lakin müvafiq qətnamənin tam şəkildə icrası barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
34. Məhkəmə sorğusu ilə əldə edilmiş Qax rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən müəyyən edilir ki, Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən tələbkar Cavabdeh ilə «xxxx» MMC-i şirkətinin direktoru X4 arasında bağlanmış ## ##### 2025-ci il tarixli müqavilə ləğv edilmişdir, tələbkar tərəfindən ödənilmiş 20.000 manat pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti borclu X4 və «xxxx» MMC-dən tutularaq Cavabdeh ödənilməlidir. - Qeyd olunan icra sənədi 12 yanar 2026-cı il tarixdə Qax rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. - Borcluların əmlak vəziyyəti və gəlirləri “Elektron icra” sistemindən araşdırılmış, «xxxx» MMC-nə məxsus hər hansı əmlak və.s gəlir aşkar olunmamış, X4 mülkiyyətində “Zongshen RX3S” markalı, 34-A-24 dövlət qeydiyyat nişanlı motosikl aşkar olunmuş və tərəflərindən həmin əmlaka həbs qoyulmuşdur. - Araşdırma zamanı borclu X4 hələ məhkəmə baxışından və icra vərəqinin icraata daxil olduğundan aylar öncə, daha dəqiqi ## ### 2025-ci il tarixdə ölkə ərazisinin tərk edərək (Abu- Dhabi) getmişdir. - ## ##### 2026-cı il tarixli təqdimatımız əsasında Qax rayon Məhkəməsinin ## ##### 2026 cı il tarixli, *(*-***)-**/**** saylı qərardadıyla Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqi icra olunanadək borclu X4 (gələrkən çıxmasının qarşısının alınması məqsədilə) ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. - Həmçinin tərəflərindən Bakı şəhəri, Lokal Gəlirlər Baş Idarəsindən «xxxx» MMC-nin ötən dövr ərzində hər hansı vergi ödəmədiyi, ümumi dövriyyəsinin olmadığı, Qax rayonu, Qaşqaçay kəndi üzrə IƏD-də isə onun hər hansı əmlakının belə olmadığı müəyyən edilmişdir.
35. Hazırkı tələbində cavabdehdən tutularaq ona ödənilməsi tələb olunan 6000 manat vəsaiti əhəmiyyətsiz əqd əsasında cavabdehə verdiyini iddia edən iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh MTT barədə ərizəni yalnız iddiaçıdan pul almaq şərti ilə edəcəyini, o cümlədən iddiaçının onunla razılaşmadığı halda Hüseynli Elvinin ona olan 20000 manat pul borcunu tam olaraq iddiaçının əmlakına yönəldəcəyini və avomobili ondan alcağını bildirdiyindən iddiaçı 6000 manat məbləği cavabdehə məcburiyyət qarşısında vermişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ##### 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. 37.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
38. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
39. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
40. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).
41. Iddia tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 328.6-cı maddəsinə əsasən, əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
43. Hazırki işin faktiki halları baxımından səlahiyyətli subyektlərin iştirakı ilə bağlanmış müqavilə məhz təxirəsalıcı şərtlə, yəni müvafiq məhkəmə qətnaməsinin tam şəkildə icrasından asılı edilməklə bağlanmış, hazırkı iş üzrə iddiaçının 6000 manat məbləğində pul vəsaitini geriyə tələb etmək hüququ həmin şərtin gələcəkdə baş verməsindən asılı edilmişdir.
44. Iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ##.##.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. Iradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.
45. Xüsusi olaraq qeyd olunmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş “əqd mübahisə edilə bilər” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülməməlidir. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
46. Göründüyü kimi hazırki müqavilə mübahisələndirilən əqddir.
47. Iddiaçı iddia edir ki, o, məcburiyyət qarşısında müqaviləni bağlamağa razı olmuş, birinci instansiya məhkəməsi həmin müqavilə şərtlərinin yalnız cavabdehin mənafeyinə uyğun olmasını nəzərə almamışdır.
48. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, əqdin bağlanması nəticəsində birtərəfli deyil, qarşılıqlı maraqların balanslaşdırılması təmin edilmişdir. Belə ki, həmin əqdin bağlanması nəticəsində cavabdeh nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə məhkəmə qərardadı əsasında qoyulmuş qadağanı aradan götürməklə, iddiaçıya həmin nəqliyyat vasitəsi üzərində faktiki sahibliyi qanuniləşdirmək, yəni nəqliyyat vasitəsi üzərində “həqiqi” sərəncam əqdi bağlamaq imkanı yaratmışdır. Həmçinin, cavabdeh, 20000 manatlıq real iddia tələbinin təminatı olan yeganə likvid əmlakı (avtomobili) həbsdən azad etməklə öz qanuni maraqlarını birbaşa risk altına atmışdır.
49. Hazırkı mərhələdə də Qax rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli rəsmi məktubunda əks olunan faktlar cavabdehin əqd zamanı götürdüyü risklərin nə qədər real olduğunu subut edir. Belə ki, icra sənədi üzrə borclu olan X4 hələ məhkəmə baxışı mərhələsindən aylar öncə (## ### 2025-ci il tarixdə) ölkə hüdudlarını tərk edərək Abu-Dabi şəhərinə getməsi, habelə təsisçisi olduğu «xxxx» MMC-nin aktiv dövriyyəsinin və əmlakının olmaması səbəbindən qətnamə hələ də icra edilməmiş qalır.
50. Bundan başqa qeyd edilən qaydada “əldəetmənin” müvəqqəti xarakter daşıması, yəni gələcəkdə qətnamənin icrası nəticəsində verilmiş 6000 manat pul vəsaitinin iddiaçıya qaytarılması da nəzərdə tutulmuşdur ki, bu halda da hər hansı “ağır şərtdən” söhbət gedə bilməz.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
52. Göründüyü kimi əqdin Mülki Məcəllənin 339.4-cü maddəsi əsasında məcburetmə (hədə) nəticəsində bağlandığını qəbul etmək üçün tətbiq edilən təzyiq qanuna zidd (illegitim) olmalı və şəxsdə özünün və ya yaxınlarının əmlakına, yaxud şəxsiyyətinə qarşı qaçılmaz, real təhlükə hissi formalaşdırmalıdır.
53. Əgər tərəflərdən biri digərinə sadəcə olaraq özünün qanuni hüquqlarını (məsələn, qanuni qüvvəyə minmiş MTT qərardadının icrasını tələb etmək) həyata keçirəcəyini bildirirsə, bu növ xəbərdarlıq hüquqi mənada məcburetmə və ya hədə-qorxu hesab edilə bilməz.
54. Beləliklə, iddiaçı tərəfindən müvafiq əqdin bağlanmasına məcburetmə xarakteri daşıyan bu və ya digər hərəkətin cavabdeh tərəfindən törədilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. 55.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 56.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
57. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
58. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli