Məhkəmə qərarları › İş №e-2(3-6)-1470/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1470/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1470/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(005)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə həmin Məhkəmənin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “xxxx” MMC iləcavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən əsas borc 25000 manat, faiz borcu isə 7600 manat olmaqla ümumilikdə 32600 manat olmaqla kredit borcu həmçinin, ödənilmiş 188 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 32788 manat məbləğin cavabdeh Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə öhdəliklərini icra etmədiyindən ona vurulmuş 5.000 manat dəyərində maddi, 3.000 manat dəyərində isə mənəvi zərərin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005)- ****/**** saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili İsmayılov Sərdar Əbülfət oğlu yazılı vəsatət ilə müraciət edərək, e-2(005)-1484/2025 sayllı mülki işin aidiyyatı üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(005)- ****/**** saylı qərardadı ilə iddiaçı X1 Olmayan Kredit Təşkilatı” MMCnin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili İsmayılov Sərdar Əbülfət oğlu tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair yazılı vəsatət təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ağahüseyn qızı şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadın ləğv edərək, mülki işin aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ağahüseyn qızı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aşağıdakı mühüm hallar nəzərə alınmamışdır: Sözügedən qərardad ##.##.2026-cı il tarixdə, yəni qeyri-iş günü elektron sistemə yerləşdirilmişdir. Qərardadın elektron kabinetə yerləşdirilməsi barədə nə cavabdehə, nə də onun nümayəndəsinə elektron poçt, SMS və ya digər elektron bildiriş vasitəsilə hər hansı məlumat göndərilməmişdir. Bununla da tərəflərin məhkəmə aktı barədə vaxtında məlumatlandırılması təmin edilməmiş, nəticədə apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsi faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə işdə iştirak edən şəxslər sistemdə qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri onların elektron kabinetlərində yerləşdirilir və bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s.) çatdırılmalıdır. Qanunun imperativ tələbinə əsasən, məhkəmə sənədinin yalnız elektron kabinetə yerləşdirilməsi kifayət hesab edilmir; eyni zamanda həmin sənədin yerləşdirilməsi barədə iştirakçılara elektron bildiriş göndərilməsi də təmin olunmalıdır. Hazırkı halda isə bu tələbə əməl edilməmişdir. Belə olan halda, şikayət müddətinin hesablanması tərəfin real məlumatlandırıldığı andan başlanmalıdır. Məhkəmə tərəfindən bildiriş göndərilmədiyi üçün müddətin ötürüldüyü qənaəti hüquqi baxımdan əsaslı deyildir. Göstərilənləri nəzərə alaraq, ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyək baxılması üçün iş materiallları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı cavabdeh Cavabdeh nümayəndəsi və vəkili İsmayılov Sərdar Əbülfət oğlunun “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Ağahüseyn qızı qərardaddan şikayəti ##.##.2026-cı il tarixdə vermişdir. Şikayətə müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Kollegiya qeyd edir ki, MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Məcəllənin 130.3cü maddəsinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh Cavabdeh qərardaddan şikayəti prosessual müddət keçdikdən sonra verdiyi, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq onun şikayətini geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar