Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1478/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və Azad Nizami oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə2, İddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 200.600 ABŞ doları, vəkil xidmətlərinə görə xərclənmiş 15.000 manat, bir il ərzində işsiz qaldığına görə əldən çıxmış gəlir olaraq 24.000 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 670,02 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” şirkətinin rəhbəri Cavabdeh 2003–2011-ci ilərdə müxtəlif vəzifələrdə işləyən İddiaçı etibarından sui-istifadə etmiş, onu bank kredit müqavilələrinə imza atmağa məcbur etmişdir. Cavabdeh vəsaitlərin bankdan özü tərəfindən götürüləcəyini və borcun da özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Cavabdeh dələduzluğa görə təqsirli bilinmişdir. Hal-hazırda o, Azərbaycan Respublikasının CM-nin 179.3.2, 178.3.2, 213.2 və 302.2-ci maddələri ilə məhkum olunaraq * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 2019-cu ildə “xxxx” ASC İddiaçı qarşı ## #### 2007ci il tarixli, 67 E saylı kredit müqaviləsini əsas gətirərək Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsində işə baxıldığı dövrdə cavabdeh Cavabdeh və onun oğlu X1, eləcə də İddiaçı nümayəndəsi Gülarə İlyasovanın iştirakı ilə iddiaçıya bildirilmişdir ki, guya həmin kredit müqaviləsi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-**/**** saylı hökmündə nəzərə alınmışdır. Bu yolla İddiaçı aldadılaraq məhkəməyə getməməyə inandırılmış, nəticədə Cavabdeh onun etibarından təkrarən sui-istifadə etmişdir. “xxxx” ASC-nin İddiaçı qarşı iddiası qismən təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə 170.000 ABŞ dolları əsas borc, 30.600 ABŞ doları faiz olmaqla, cəmi 200.600 ABŞ doları məbləğin iddiaçıdan tutulmasına qərar verilmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra məlum olmuşdur ki, bu məhkəmə mübahisəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra baş vermiş, lakin həmin kredit müqaviləsi sözügedən hökmə daxil edilməmişdir. İddiaçı yalnız bu qətnamə qəbul edildikdən sonra Cavabdeh kredit borcunu ödəmədiyini öyrənmişdir. Daha sonra, İddiaçı nümayəndəsi Gülarə İlyasova tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, lakin dövlət rüsumunun düzgün ödənilməməsi səbəbindən şikayətin icraata qəbulundan imtina edilmiş və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir. Sonradan İddiaçı bəlli olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2016cı il tarixli, *(***)-**/**** saylı hökmündə 67 E saylı kredit müqaviləsi üzrə borc məbləği müzakirə olunmamışdır. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı təmsil etmiş nümayəndəsi və vəkili olan İlyasova Gülarə Qəzənfər qızı kredit müqaviləsi üzrə pul götürən məhkum və eyni zamanda cavabdehin keçmiş müdiri Cavabdeh nümayəndəsidir və onun maraqları üçün hərəkət edir. Bu Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadında da qeyd edilmişdir. İddiaçı bu səbəbdən Cavabdeh qarşı Xətai Rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən ## ###### 2024-cü il tarixində “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarda cavabdeh Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixində yazılmış etiraf ərizəsi də mövcuddur. Həmin ərizədə cavabdeh, 2007-ci ildə İddiaçı “xxxx” ASC-yə apararaq kredit müqaviləsinə imza atdırdığını, 200.000 ABŞ doları məbləğində krediti özü götürdüyünü və əsas borc ilə faizləri ödəməli olduğunu etiraf etmişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vəsaiti mənimsəmiş və İddiaçı külli miqdarda zərər vurmuşdur. İddiaçı kredit müqaviləsini imzalasa da, həmin müqavilə üzrə heç bir pul vəsaiti almamış, vəsaiti cavabdeh götürmüşdür. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Qeyd edilənlərə əsasən, Cavabdeh tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində faktiki olaraq İddiaçı dəymiş zərər, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş 200.600 ABŞ dollarının əvəzi cinayətə görə dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar zərər çəkmiş şəxs qismində çıxış edən İddiaçı ödənilməlidir. Yuxarıda göstərilmiş işin hallarından məlum olur ki, İddiaçı iddiaçı “xxxx” ASC tərəfindən iddia verildikdən və Nərimanov Rayon Məhkəməsində bu xüsusda işə baxılanda onun mövcud haldan xəbəri olub, Cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə bu əməlin nəzərə alınmaması və mövcud olmamasından xəbərdar olmayıb. Buna əsasən demək olar ki, İddiaçı adı çəkilən kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımamışdır, o sadəcə müqaviləni imzalamış, Cavabdeh ona pul vəsaitini özü götürəcəyini, sonradan əsas borc və hesablanmış faizləri də ödəyəcəyini bildirib, İddiaçı müqaviləyə imza atmış, həmin müqavilənin predmeti olan pul vəsaitini götürməmişdir. İddiaçı, ona Cavabdeh tərəfindən vurulmuş külli miqdarda zərərin əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır, bununla yanaşı məhkəməyə müraciətlə əlaqədar çəkdiyi xərclər də Cavabdeh tərəfindən ödənilməlidir.
a) Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qəbul edilmiş məhkəmə qətnamələri əsasında müəyyən edilir ki, iddiaçı bankla arasında bağlanmış müqavilə əsasında kredit götürmüş, götürdüyü kredit məbləğini ödəmədiyi üçün ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Sözügedən mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Şıxsaidova Tamara Rasim qızından pulun tutulması qət edilmişdir. İddiaçı hazırda ona cavabdeh tərəfindən ziyan vurulmasına istinad edərək 200.600 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Lakin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasını təsdiq edən hallar mövcud deyildir. Belə ki, cavabdehin etirafı olsa da, iddiaçıya qeyd olunan məbləğdə cavabdeh tərəfindən zərər vurulması faktı yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsi əsasında ondan tutulan pul vəsaitini ödəmiş olsa idi, o zaman cavabdehdən ona vurulan ziyanı tələb etməkdə haqlı olardı. X3 Cavabdeh ona qarşı dələduzluq əməli törətməsi halında müqavilə bağlanmasına məcbur olduğunu bildirməklə kifayətlənmişdir. İstinad olunan məhkəmə qətnaməsinin əsasında isə etibarlı kredit müqaviləsi dayanır. Məhkəmə iddia tələbinin işsiz qaldığı müddətdə əldən çıxmış fayda şəklində pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, hətta bu halda da iddiaçının məhz cavabdehin ona qarşı hüquqazidd əməli nəticəsində işsiz qalması və bununla da gəlirdən məhrum olması arasında səbəbli-əlaqənin olmasına dəlalət edən əsaslar müəyyən edilməmişdir. Odur ki, Tamara Şıxsaidova hər hansı maddi itkiyə məruz qalmadığından ona maddi ziyan dəyməsi halı mövcud deyildir. Qeyd edilənlərə istinadən hazırkı iddia ərizəsi əsaslı sayıla bilməz. Məhkəmə cavabdehin iddianı etiraf etməsini işin hallarına uyğun hesab etmir, cavabdehin etirafı ilə iddia tələbinin əsaslı sayılması mümkün deyildir. Habelə, iddia tələbi öz-özlüyündə əsassız olduğundan iddiaçının çəkdiyi xərc olaraq vəkilə edilmiş ödəniş məbləği də cavabdehdən tutula bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilmiş maddi hüquq normaları iddia predmeti üzrə məhkəmə araşdırması aparılan zaman tərəflər arasında çəkişmə prinsipinin bərabərliliyin qorunması, təqdim edilmiş sübutların mötəbərliyini iddia predmeti üzrə təsdiq etdiyi məqamları aşkar şəkildə göstərilməsi vəzifələrini müəyyən etmişdir. Qeyd edilən halların birinci instansiya tərəfindən qəbul edilmiş qətnaməyə tətbiqi zamanı məhkəmə tərəfindən kobud pozuntulara yol verilmişdir. Belə ki, iş materiallarında sadalanmış sübutlardan “Xətai RPİ-nin İŞ-nin müstəntiqi Məhərrəm Hüseynov tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı” təhrif olunmuş formada təqdim edilmişdir. Məhkəmə həmin qərara dair məqamları təsvir edən zaman “Şıxsaidova X4 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, 2003-2011-ci illərdə müxtəlif vəzifələrdə işlədiyi “xxxx” şirkətinin rəhbəri olan Cavabdeh ona olan etibarından sui-istifadə etməklə qeyd etdiyi banklara gedərək kredit müqavilələrinə imza atmağı göstəriş verməklə, həmin kredit müqavilələri üzrə bank tərəfindən veriləcək pul vəsaitinin bankdan özü götürmüş, kredit müqavilələri üzrə hesablanmış əsas borc və faizlərin isə Tamara Şıxsaidovanın üzərinə qoyaraq onu aldatdığını bildirmişdir.” Halbuki, qeyd olunan qərarda iddiaçının ərizəsinə dair məqamları araşdıran Xətai RPİ-nin İŞ-nin müstəntiqi, R Məhərrəm Hüseynov müəyyən etmişdir ki, “Materiallardan göründüyü kimi, Cavabdeh, İddiaçı etibarından sui-istifadə edərək, tutduğu vəzifədən istifadə etməklə, «xxxx» ASC-də ## #### 2007-ci il tarixli, **E saylı kredit müqaviləsi üzrə ayrılmış 200.000 ABŞ dolları məbləğində pul vəsaitini mənimsəyərək dələduzluq etmişdir. Azərbaycan Respublikasının CM-nin 75.1.3-cü maddəsinə əsasən, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Buna görə də Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi müstəntiq tərəfindən qəbul edilmiş qərarda məhkəmənin bildirdiyi məlumatlar həmin mötəbər sübutun iddia predmetinə yönəlməmiş, yəni qərarın əsas sübut mahiyyətini zəiflədən hissədən təsvir verilmişdir. Lakin qərardan açıq şəkildə müəyyən olunur ki, cavabdeh iddiaçıya zərər vurmaq məqsədi ilə onun rəhbəri olaraq, yəni ondan asılı iddiaçının etibarından sui-istifadə edərək ağır cinayət hərəkətinə yol vermişdir. Eyni zamanda, qərarda cavabdehin qeyd olunan əməlləri etiraf etməsi açıq şəkildə göstərilmişdir. Müstəntiq tərəfindən aşkar edilmiş hallara dair cinayət işinin açılmamasına yeganə səbəb törədilmiş əmələ dair cəlbetmə müddətinin keçməsi olmuşdur. Birinci instansiya məhkəməsi demək olar ki, iddia tələbinin əsaslılığını təsdiq edən bu (qərarı) sübutu təhrif etmək və ya səthi olaraq göstərməklə iddia tələbinin rədd edilməsinə yönəlmiş əsaslandırmasını möhkəmləndirməyə çalışmışdır. İstinad olunan bu yanaşma birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində digər məqamlarında da öz əksini tapmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Birinci instasiya məhkəməsinin qətnamədə öz hüquqi mövqeyində “cavabdehin iddianı etiraf etməsini işin hallarına uyğun hesab etmir, cavabdehin etirafı ilə iddia tələbinin əsaslı sayılması mümkün” olmadığı bildirilmişdir. Lakin bu mövqeyə dair hər-hansı əsaslandırma təqdim etməmişdir. Məhkəmənin qeyd olunan mövqeyinə dair əsaslandırması yalnız prosessual normaların sadalanmasından ibarət olmuşdur. Məhkəmə yuxarıda göstərilən prosessual normalara zidd olaraq cavabdehin iddianı etiraf etməsi barədə ərizəsini əsassız olaraq qəbul etməmişdir. Halbuki, məhkəmənin mövqeyinin (iddiaçıya qeyd olunan məbləğdə cavabdeh tərəfindən zərər vurulması faktı yoxdur) yanlış və absurd olmasını təsdiq edən Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi və Xətai Rayon Polis İdarəsi tərəfindən ## ###### 2024-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarıdır. İstinad olunan aktlardan iddiaçının hazırda Azərbaycan Respublikası adından çıxarılmış qətnamə ilə müəyyən edilmiş öhdəlik olması və bu öhdəliyin birbaşa cavabdehin dələduzluq əməlləri nəticəsində yaranması faktını birbaşa təsdiq edir. Belə olan halda cavabdehin iddianı etiraf etməsi qüvvədə olan qanunvericiliyin tələbinə uyğundur. Mülki Prosessual Məcəllənin 106.1 və 106.4-cü maddələrinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə, o cümlədən iddianın etirafı ilə bağlı izahatlarını, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Göründüyü kimi, iddianın etirafının qanunazidd olub-olmamasını müəyyənləşdirmək, zərurət yarandıqda üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozub-pozmamasını qiymətləndirmək işə baxan məhkəmələrin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Belə qiymətləndirmə isə bəzən tərəflərin izahatlarının dinlənilməsini, əldə edilmiş sübutların tədqiq edilməsini zəruri edə bilər. İddianın cavabdeh tərəfindən etiraf edilməsi və həmin etirafın məhkəmə tərəfindən təsdiqi nəticəsində qəbul edilən iddia tələbinin təmin olunması barədə qətnamə işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır. Hazırda cavabdeh tərəfindən təqdim edilmiş etiraf ərizəsinin həm prosessual qanunvericliklə, həmçinin Konstitusiya Məhkəməsinin müəyyən etdiyi mövqeyinə tam uyğundur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həm qüvvədə olan qanunvericiliyin imperativ tələblərini, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyinə zidd olaraq şəxsi mülahizəsi əsasında qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə cəzaçəkmə müəssisəsində olduğundan, apellyasiya şikayətinə yazılı mülahizəsini təqdim etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
17. Belə ki, işin hallarından görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında ##.##.2007-ci il tarixli, **E saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə əlaqədar “xxxx” ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ##.##.2007-ci il tarixli, **E saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 170.000 ABŞ dolları əsas, 30.600 ABŞ dolları faiz, cəmi 200.600 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Şıxsaidova Tamara Rasim qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Şıxsaidova Tamara Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ## ###### 2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh İddiaçı 82.776,38 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq iddiaçı LPO “xxxx” ASC-yə verilməsi, əldən çıxmış faydanın tutulmasına dair iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2022 ci il tarixli qətnaməsi “cavabdeh Şıxsaidova Tamara Rasim qızından 82.776,38 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pulun alınaraq iddiaçı LPO “xxxx” ASC-yə verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin **(***)- **/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Şıxsaidova Tamara Rasim qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 2020-ci il ## ###### tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsinin rədd edilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ##.##.2024-cü il tarixli qərardadı ilə Tamara Şıxsaidova və onun nümayəndəsi və vəkili nümayəndə2 şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.
25. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2016-cı il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 21.3.2.2-ci maddəsi ilə 01(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları toplamaqla Cavabdeh qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh məhkəməyədək həbsdə olduğu 2 gün müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh ittihamından CM-nin 213.1-ci maddəsi və zərərçəkmiş şəxs X5 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu çıxarılmış, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## #### 2014-cü il tarixdən hesablanması, barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir.
26. Xətai RPİ-nin İŞ-nin müstəntiqi Məhərrəm Hüseynov tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şıxsaidova X4 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, 2003-2011-ci illərdə müxtəlif vəzifələrdə İşlədiyi “xxxx” şirkətinin rəhbəri olan Cavabdeh ona olan etibarından sui-istifadə etməklə qeyd etdiyi banklara gedərək kredit müqavilələrinə imza atmağı göstəriş verməklə, həmin kredit müqavilələri üzrə bank tərəfindən veriləcək pul vəsaitinin bankdan özü götürmüş, kredit müqavilələri üzrə hesablanmış əsas borc və faizlərin isə Tamara Şıxsaidovanın üzərinə qoyaraq onu aldatdığını bildirmişdir. AR CPMnin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən Şıxsaidova Tamara Rasim qızının müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
27. İşin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Şıxsaidova Tamara Rasim qızından ##.##.2007-ci il tarixli, **E saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 170.000 ABŞ dolları əsas, 30.600 ABŞ dolları faiz, cəmi 200.600 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir.
28. Şıxsaidova Tamara Rasim qızı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ##.##.2007-ci il tarixli, **E saylı kredit müqaviləsi üzrə pul məbləğinin onun özü deyil, “xxxx” şirkətinin rəhbəri Cavabdeh tərəfindən götürülmüşdür. İddiaçının mövqeyinə görə Cavabdeh işçisi olduğu dövrdə Şıxsaidova Tamara Rasim qızını kredit müqaviləsinə imza atmağa məcbur etmiş, lakin pul vəsaiti onun tərəfindən deyil, Cavabdeh tərəfindən götürülmüşdür.
29. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum cavabdeh Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə qeyd etmişdir ki, iddiaçı Şıxsaidova Tamara Rasim qızının ona qarşı olan iddia tələbini qəbul edir, həmin vəsaiti o özü almışdır və Şıxsaidova Tamara Rasim qızına ödəyəcəkdir.
30. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin bu etirafı işin hallarına uyğun hesab edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsi əsasında ondan tutulan pul vəsaitini ödəmiş olsa idi, o zaman cavabdehdən ona vurulan ziyanı tələb etməkdə haqlı olardı. X3 Cavabdeh ona qarşı dələduzluq əməli törətməsi halında müqavilə bağlanmasına məcbur olduğunu bildirməklə kifayətlənmişdir. İstinad olunan məhkəmə qətnaməsinin əsasında isə etibarlı kredit müqaviləsi dayanır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Şıxsaidova Tamara Rasim qızından pulun tutulması qət edilmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi sözügedən müqavilə üzrə əldə edilmiş kredit vəsaiti iddiaçı tərəfindən götürülüb istifadə edilməmişdir. Hazırkı halda isə Şıxsaidova Tamara Rasim qızının faktiki olaraq götürmədiyi və istifadə etmədiyi pul vəsaitini banka ödəmək öhdəliyi yaranmışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. (Maddə 15.3)
33. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının hər bir halda qətnaməni icra öhdəliyi vardır, icra edilmədikdə isə qanunvericilikdə müəyyən edilmiş məcburi icra tədbirləri və ya məsuliyyət tədbirlərinin həyata keçirilməsi mümkündür. İddiaçının belə bir öhdəliyinin yaranmasına səbəb olmaqla Cavabdeh ona zərər vurmuş, bu səbəbdən iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Digər tərəfdən qeyd edilməlidir ki, kredit müqaviləsi iddiaçının adına olsa da, pul vəsaiti birbaşa cavabdehin istifadəsinə keçib. Cavabdehin həmin pulu götürməsi üçün iddiaçı ilə arasında heç bir hüquqi əsas (bağlanmış borc müqaviləsi, bağışlama müqaviləsi və s.) yoxdur. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etdiyi üçün həmin məbləği iddiaçıya qaytarmağa borcludur.
35. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Maddə 1092.1)
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddia tələbini etiraf etməsi hüquqauyğun hesab edilməklə qəbul edilməli, iddia tələbi 200.600 ABŞ dollarının tutulmalı olması ilə bağlı hissədə təmin edilməlidir.
37. Məhkəmə kollegiyası iddiaçının bir il ərzində işsiz qaldığına görə əldən çıxmış gəlir olaraq 24.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı işsiz qalmasına Cavabdeh səbəb olması, Cavabdeh hərəkətləri, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işsiz qalması faktının səbəbli əlaqəsi, həmçinin itirilmiş gəlirinin 24.000 manat məbləğində olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, bununla da bu hissədə iddia tələbini sübuta yetirə bilməmişdir.
38. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
39. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
40. İşə apellyasiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinə məktub ünvanlanaraq qeyd edilmişdir ki, mülki iş üzrə iddia tələbi 200.600 ABŞ dolları məbləğində borc vəsaiti, vəkil xidmətlərinə görə xərclənmiş 15.000 manat məbləğində pul vəsaiti və bir il ərzində iddiaçının işsiz qalmasına görə əldən çıxmış gəlir olaraq 24.000 manat pul vəsaitinin tutulması ilə əlaqədar olmaqla, 3 hissədən ibarətdir, iddia tələbinin qeyd olunan hər 3 hissədə, yəni bütünlüklə və ya müəyyən hissədə (qəbul edilən hissə və məbləğ dəqiq göstərilməklə) qəbul edib-etməməyinə dair Cavabdeh yazılı izahatının məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
41. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Cavabdeh dəfələrlə Şıxsaidova Tamara Rasim qızına və onun vəkillərinə yazılı olaraq bildirmişdir ki, “xxxx” ASC-dən alınmış 200.000 ABŞ dollarını o alıb. O vəsaitin ödəməsi ona aiddir. Lakin iddianı 15.000 AZN vəkil xərci və 24.000 manat işləmədiyi dövr üçün əldən çıxmış gəlir hissəsində qəbul etmir.
42. Göründüyü kimi, iddia tələbi bu hissədə - 24.000 manat məbləğində itirilmiş gəlirin tutulması ilə bağlı hissədə sübuta yetirilmədiyi üçün təmin edilməməlidir.
43. Vəkil xidmətlərinə görə xərclənmiş 15.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüquq xidmətlərinin göstərilməsinə dair ##.##.2023-cü il tarixli müqavilə, ona əlavə edilmiş təhviltəslim aktları və kassa mədaxil orderlərindən görünür ki, iddiaçı hüquq xidmətlərinin göstərilməsi üçün 15.000 manat xərc çəkmişdir.
44. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə kollegiyası işin halları nəzərə alaraq hesab edir ki, iddiaçı Şıxsaidova Tamara Rasim qızına göstərilmiş hüquqi xidmətə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması daha ağlabatan və ədalətlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 200.600 (iki yüz min altı yüz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) və vəkil xidmətlərinə görə xərclənmiş 5.000 (beş min) manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar Kollegiya hesab edir ki, iddia tələbləri qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 671 (altı yüz yetmiş bir manat) manat dövlət rüsumunun 600 (altı yüz) manat hissəsi cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməli, qalan 71 (yetmiş bir) manat hissəsi isə iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 339.36 (üç yüz otuz doqquz manat otuz altı qəpik) manat dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməli, qalan 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 200.600 (iki yüz min altı yüz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), vəkil xidmətlərinə görə xərclənmiş 5.000 (beş min) manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 671 (altı yüz yetmiş bir manat) manat dövlət rüsumunun 600 (altı yüz) manat hissəsi cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin, qalan 71 (yetmiş bir) manat hissəsi isə iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 339.36 (üç yüz otuz doqquz manat otuz altı qəpik) manat dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin, qalan 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Azad İmanov