Məhkəmə qərarları › İş №e-2(3-6)-1479/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1479/2026

21.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1479/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X10 "xxxx" X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" X3 və cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X15 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh cavabdeh2, Cavabdeh "xxxx" X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları 1.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi»nin ##.##.2025-ci il tarixli ***/KEŞ saylı rəyinə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.2024-cü il tarixdə “xxxx" X3 müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və onun üzərində ##.##.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya” Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra (MRT, KT və USM müayinələrə əsasən) xəstədə qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar ##.##.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı subhepatik və çanaq boşluğunda ödlə qarışıq maye toplantısı aşkar edilmişdir. Elektrosorucu ilə maye sorulmuş və təftiş zamanı kisə axacağı güdülünə qoyulan proksimal klipin axacaq divarını kəsdiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilmişdir. Həmin klip yenisi ilə dəyişdirilmiş və kisə axacağın güdülü yenidən kliplənmişdir. Təkrar əməliyyatdan sonra dinamik müşahidə və müalicələr aparılsa da, xəstə bu müalicədən imtina etmişdir. ##.##.2024-cü il tarixdə isə "X1 Hospital"a daxil olmuş və ##.##.2024-cü il tarixdə "Endoskopik retrogradxolangio-pankreatoqrafiya (ERCP)" icra edilmişdir. Müdaxilə zamanı "Ductus Cysticusda" (öd kisəsinin ümumi öd axarı) qaçaq (sızma) qeyd edilmişdir. Həmin nahiyəyə plastik stend taxılmışdır. Tibbi müdaxilədən sonra xəstənin vəziyyəti stabilləşmişdir. ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə "xxxx" Publik Hüquqi şəxsdə icra edilmiş laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. Ilkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. İddiaçı əməliyyat və əməliyyatdan sonrakı dövrdə M.Ə.Əfəndiyev adına "X2" Publik Hüquqi şəxsdə göstərilmiş tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə "xxxx" Publik Hüquqi şəxsdə icra edilmiş laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. Ilkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. İddiaçı əməliyyat və əməliyyatdan sonrakı dövrdə M.Ə.Əfəndiyev adına "X2" Publik Hüquqi şəxsdə göstərilmiş tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur.X10 üzərində ##.##.2024 və ##.##.2024 tarixdə .Ə.Əfəndiyev adına "X2" Publik Hüquqi şəxsdə icra edilmiş laparoskopik əməliyyatdan sonra baş vermiş əməliyyat ağırlaşması aradan qaldırılmadığı üçün, bu hal digər klinikada aparılmış ERTCP ə ilə aradan qaldırılmışdır. Ilkin və təkrar laparoskopik əməliyyat qüsuru ilə ERCP əməliyyatının aparılması arasında səbəbli əlaqə vardır. İddiaçı X1 Hospitalda göstərilmiş tibbi yardımlar və üzərində icra edilmiş ERCP əməliyyatına tibbi götəriş olmuşdur. "Laparoskopik xolesistektomiya” və ERCP fərqli tibbi müdaxilələrdir. Əsas fərli xüsusiyyətlər "Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı laparoskopla öd kisəsinin çıxarılmasıdır, ERCP isə invaziv prosedur və ağızdan endoskopla yalnız öd yollarına müdaxilə edilir. 2.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi»nin ##.##.2025-ci il tarixli ***/KEŞ saylı əlavə rəyinə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.2024-cü il tarixdə "xxxx" X3 müraciət etmiş və ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, ona ##.##.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya. Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra (MRT, KT və USM müayinələrə əsasən) xəstədə qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar##.##.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı subhepatik və çanaq boşluğunda ödlə qarışıq maye toplantısı aşkar edilmişdir. Elektrosorucu ilə maye sorulmuş və təftiş zamanı kisə axacağı güdülünə qoyulan proksimal klipin axacaq divarını kəsdiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilmişdir. Həmin klip yenisi ilə dəyişdirilmiş və kisə axacağın güdülü yenidən kliplənmişdir. Xəstə sonrakı müalicədən imtina etmiş və ##.##.2024-cü il tarixdə "X1 Hospital"a daxil olmuşdur. ##.##.2024-cü il tarixdə "Endoskopik retroqrad-xolangio-pankreatoqrafiya (ERCP)" icra edilmişdir. Müdaxilə zamanı "Ductus Cysticusda" (öd kisəsinin ümumi öd axarı) qaçaq (sızma) qeyd edilmişdir. Həmin nahiyəyə plastik stend taxılmışdır. Tibbi müdaxilədən sonra xəstənin vəziyyəti stabilləşmişdir. ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində ##.##.2024cü il və ##.##.2024-cü il tarixlərdə "xxxx" Publik Hüquqi şəxsdə icra edilmiş laparoskopik əməliyyatların texniki icrası zamanı qoyulmuş proksimal klipin axacaq divarının kəsilməsi baş vermişdir. Həmin klip təkrar diaqnostik müdaxilə ilə yenisi ilə əvəz olunsa da, sonradan həmin klipin boşalması müəyyən edilmişdir. Qeydolunanağırlaşmanınəməliyyatın texniki qüsurlu icrası nəticəsində yaranması istisna edilmir. Ilkin müdaxilədən sonra baş vermiş ağırlaşma təkrar müdaxilə zamanı aradan qaldırılsa da, analoji hal yenidən baş vermiş və daha sonra üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur, İddiaçı üzərində "X1" özəl tibb müəssisəsində aparılmış təkrar müdaxiləyə səbəb həm ilkin, həm də təkrar əməliyyatların qüsurlu icrası nəticəsində meydana çıxması istisna edilmir. İddiaçı üzərində ilkin və təkrari cərrahiyyə əməliyyatından sonra onda davam edən "öd peritoniti" təkrar cərrahi müdaxilə yolu ilə aradan qaldırılsa da, analoji hal yenidən baş vermişdir. Son nəticədə tibbi göstəriş əsasında bu patoloji hal "Endoskopik retroqradxolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı "xxxx" Publik Hüquqi şəxsdə və "X1 Hospital" özəl tibb müəssisəsində aparılmış əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatların ardıcıllığı ilkin əməliyyatda yaranmış ağırlaşmadan başlanılmışdır. İddiaçı adına tərtib edilmiş xəstəlik tarixinə əsasən, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə aparılmış əməliyyatlar ardıcıllığa görə ilkin əməliyyatın ağırlaşması ilə əlaqədar olmuşdur. Ilkin əməliyyatdan sonra qoyulmuş klip axacaq divarının kəsilməsinə səbəb olmuş və bununla əlaqədar "Diaqnostik laparoskopiya" cərrahiyyə əməliyyatı icra edilmişdir. Patoloji hal təkrar müdaxilə yolu ilə bərpa edilsə də, sonradan analoji hal yenidən baş vermiş və son mərhələdə "Endoskopik retroqradxolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı üzərində ##.##.2024-cü il tarixdə aparılmış əməliyyat zamanı əsas olan patologiya "Kəskin daşlı xolesistit" aradan qaldırılmış, lakin bu əməliyyatın ağırlaşması sonrakı mərhələdə ##.##.2024cü il və ##.##.2024-cü il tarixlərdə təkrar müdaxilələrə səbəb olmuşdur.

3. "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" PHŞ "xxxx" PHŞ-nin ##.##.2025-ci il tarixli məktubu ilə İddiaçı aid xəstəlik tarixinin surəti təqdim edilmiş və bildirilmişdir ki, vətəndaşa Mərkəzdə icra olunan əməliyyat Icbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan heç bir ödəmə etməmişdir.

4. X1 Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə müraciət etmiş, ##.##.2024-cü il tarixdə onun üzərində “endoskopik retrograd xolangiopankreatoqrafiya (ERCP)” əməliyyatı icra edilmiş, xəstə ##.##.2024-cü il tarixdə evə yazılmışdır.

5. X1 Hospital tərəfindən verilmiş faktura xidmət siyahısından və təqdim edilmiş qəbzlərdən görünür ki, iddiaçının çəkdiyi xərclər ümumilikdə 12.851,06 manat təşkil edir.

6. ##.##.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçının vəkili "xxxx" PHŞyə ünvanlandığı məktubda həkim səhvi nəticəsində xəstə İddiaçı vurulmuş zərərin ödənilməsini xahiş etmiş, zərər ödənilmədikdə İddiaçı hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Məhkəmələrinə və X17 müraciət ediləcəyi bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı X10 cavabdeh cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 12.846 (on iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılməşdır ki, o, ## ###### 2024-cü il tarixində Ə.Ə.Əfəndiyev adına X2 səhhəti ilə bağlı müraciət etmiş, ona öd daşı xəstəliyi diaqnozu qoyulmuşdur. ## ###### 2024-cü il tarixində Ə.Ə.Əfəndiyev adına X2 həkim cavabdeh2 Musabala oğlu tərəfindən öd kisəsi əməliyyatı olmuşdur. Cavabdeh tərəfindən həyata keçirilmiş əməliyyat uğursuz olmuş, xəstədə öd qaçağı görülmüş, buna görə də ## ###### 2024-cü il tarixdə təkrar əməliyyata alınmışdır. Təkrar əməliyyat da ilkin əməliyyat kimi uğursuz olmuş, əməliyyatdan sonra da xəstənin öd qaçağı kəsilməmişdir. Xəstənin vəziyyəti pisləşdiyi və sepsis vəziyyətinə yaxınlaşdığı üçün xəstə "X1 Hospital" tibb müəssisəsinə aparılmış və orada müalicəsi davam etdirilmişdir. Iddiaçı öd kisəsi əməliyyatı diaqnozu ilə X2 gətirilmiş, lakin uğursuz əməliyyat nəticəsində xəstənin həyatı üçün təhlükə yarandığından "X1 Hospital" tibb müəssisəsinə aparılmışdır. X1 Klinikasında iddiaçının sağalması üçün 13.000 (on üç min) manat civarında pul xərclənilmişdir ki, həmin pulun xərclənməsi X2 cavabdehin həyata keçirdiyi uğursuz əməliyyatın nəticəsində olmuşdur. Iddiaçı öd qaçağı nəticəsində daxili zəhərlənmə yaşamış, sepsis vəziyyətinə yaxınlaşmışdır. Yalnız "X1 Hospital" tibb müəssisəsinə aparılan müalicələrdən sonra xəstənin həyatını xilas etmək mümkün olmuşdur. Iddiaçının sağlamlığının ağır vəziyyətə düşməsi həkim səhvi ucbatından olmuşdur. Xəstənin birinci əməliyyatı uğursuz keçmiş, bundan sonra həyata keçirilən ikinci əməliyyatın da uğursuz olması nəticəsində xəstə ağır sepsis vəziyyətinə düşmüşdür. Cavabdehin səhlənkarlığı səbəbilə iddiaçı ölüm təhlükəsi yaşamışdır. Cavabdeh tərəfindən uğursuz əməliyyatın həyata keçirilməsi nəticəsində iddiaçı mənəvi iztirablar yaşamaqla bərabər, əlavə müalicələr nəticəsində ona xeyli miqdarda maddi zərər də dəymişdir. Hazırda iddiaçının sağlamlığına vurulan zərərin ödənilməsi zərurəti yaranmışdır.

9. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh1 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.

10. Iddiaçının nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 12.846 (on iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 Musabala oğlundan və xxxxndən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər "xxxx" X3 və cavabdeh2 müştərək qaydada 12.846 (on iki min səkkiz yüz qırx altı) manat pulun iddiaçı X10 xeyrinə tutulması qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar "xxxx" X3 müraciət etmiş, orada aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və onun üzərində həkim cavabdeh cavabdeh2 tərəfindən ##.##.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya. Qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra aparılmış müayinələrə əsasən iddiaçının qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar X10 üzərində ##.##.2024cü il tarixdə "Diaqnostik laparaskopiya. Qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Iddiaçı onun üzərində icra edilmiş hər iki əməliyyatın qüsurlu olduğunu, səhhətində yaxşılaşma olmadığını, bu səbəbdən sağlamlığının bərpası üçün özəl xəstəxanaların birinə üz tutduğunu bildirmiş və orada xərc çəkdiyini bildirərək dəymiş ziyanı cavabdehlərdən tələb etmişdir. Cavabdehlər iddiaya etiraz mövqeyində olsalar da, iddia tələbinə etirazın əsası kimi istinad etdikləri hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bunun əksi olaraq məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizası tərəfindən təqdim edilmiş ekspert rəyi ilə iddiaçı X10 üzərində ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərdə aparılmış hər iki cərrahiyyə əməliyyatının qüsurlu şəkildə icra edilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçının səhhətinə ziyan dəyməsi işin mübahisəsiz halı olaraq müəyyən edilir.

13. Cavabdehlərin X2 aparılmış əməliyyatların həkim səhvindən deyil, tətbiq edilmiş klipin keyfiyyətindən və ya orqanizmin özünün fizioloji vəziyyətindən irəli gələrək bu cür nəticələnməsi bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin əməliyyatın bu cür nəticələnməsində orqanizmin özünün fərdi xüsusiyyətlərindən və ya klipin keyfiyyətindən yaranan bir hal olması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Əgər həqiqətən də klipin boşalmasının səbəbi orqanizmin fərdi xüsusiyyətlərindən irəli gəlmiş olsa idi, bu hal birmənalı şəkildə ekspert rəyində təsbit edilməli idi. Klipin keyfiyyəti ilə bağlı cavabdehin və dindirilmiş ekspertin izahatında bildirdiyi hallar isə əməliyyatı həmin klipdən istifadə edərək icra etmiş həkimin və tibb müəssisəsinin məsuliyyətini aradan qaldırmır. Yetərli əsaslar olduğu halda, yəni klipin keyfiyyətsizliyi əməliyyatın qüsurlu nəticəsinə səbəb olduğu müəyyən edildiyi halda cavabdehlərin malın qüsuru ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüquqlarını da istisna etmir.

14. Bundan əlavə, məhkəmə dəymiş ziyanın məbləğinə münasibətdə hesab etmişdir ki, iddia həmin məbləğə münasibətdə əsaslıdır. Iddiaçının təqdim etdiyi qəbzlər və hesab fakturalardan görünür ki, o, ümumilikdə 12.851,06 manat xərc çəkmişdir, lakin iddiaçı hazırda 12.846 manat pulun cavabdehlərdən tutulmasını tələb etdiyindən, məhkəmə iddia tələbinin həcmində işə baxılmasını qanuni hesab edir. Cavabdehlər iddiaçının X1 Hospitalında çəkdiyi xərclərin şişirdilmiş olduğunu və həmin xəstəxanada aparılmış müayinələrin iddiaçının xəstəliyi ilə birbaşa əlaqəli olmasını mübahisələndirsələr də, məhkəmə-tibb ekspertizası da öz növbəsində X1 Hospitalında göstərilmiş tibbi yardımların tibbi göstərişə uyğun olmasına dair nəticəyə gəlmişdir. Iş materialları ilə iddiaçının səhhətinə dəymiş ziyana görə çəkdiyi xərclərin 12.846 manat məbləğində olması öz təsdiqini tapdığından həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.2, 23.4, 1096, 1097.1, 1099, 1112, 1114.1-ci; “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 51, 57-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətləri və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdehlər "xxxx" X3 və cavabdeh2 tərəfindən eyni məzmunlu apellyasiya şikayətləri verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iş üzrə iki dəfə məhkəmə - tibbi ekspertizası təyin edilmiş və daha sonra iş üzrə ekspertizada iştirak etmiş ekspert şəxsən məhkəmədə izahat vermişdir. Ümumiyyətlə, ilk ekspertizadan sonra təkrar ekspertizanın keçirilməsi, daha sonra isə ekspertin şəxsən dindirilməsi ekspert rəylərində çatışmazlıqların və ziddiyyətlərin olmasının göstəricisidir. Heç bir rəydə ekspertlər onlar qarşısında qoyulmuş suallara tam cavab verməyiblər. Ən vacib məsələ isə cavabdeh müəssisədə keçirilmiş əməliyyatın məhz həkim səhvi nəticəsində baş verib-verməməsi və üçüncü əməliyyatla səbəbnəticə əlaqəsinin olub-olmaması idi. Çünki oxşar hallarda ağırlaşmalar xəstənin fizioloji xüsusiyyətlərindən də asılı ola bilir. Bu suallar yalnız ekspertin məhkəmədə dindirilməsi zamanı tam aydın şəkildə cavablandırıldı. Əvvəla, ekspert izahatında qeyd etdi ki, “əməliyyatın texniki cəhətdən qüsurlu yerinə yetirilməsi” heç də həmişə həkim səhvi olması anlamına gəlmir. Bu izahdan sonra ekspertə birbaşa sual verərək, bizim halımızda həkimin birbaşa səhvi nəticəsində ağırlaşmanın baş verdiyini demək olarmı sualına ekspert aydın şəkildə “mümkün deyil” dedi. Çünki əvvəlki ekspertizalarda aydınlaşdırılmayan əsas məsələlərdən biri də ağırlaşmanın bədənin fizioloji xüsusiyyətlərindən asılı olması məsələsi idi. Hansi ki, ekspert izahatında ağırlaşmanın xəstənin fizioloji xüsusiyyətlərindən asılı ola biləcəyini vurğuladı. Mülki prosessual qanunvericiliyin tələbinə görə heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur və bütün sübutlar kompleks şəkildə məhkəmə tərəfindən dəyərləndirilir. Qəbul edilmiş qətnamədən görünür ki, məhkəmə gəldiyi nəticəni yalnız ekspert rəylərinə əsasən əsaslandırıb. Ekspertin məhkəmədəki izahatına isə demək olar fikir bildirməyib (klipin keyfiyyəti barədə məsələ istisna olmaqla). Halbuki, ekspertin bütün ifadəsi vahid sübutdur. Onu hissəvi şəkildə qəbul edib və ya əksinə ondan hissəvi şəkildə imtina etmək doğru deyil. Məhkəmə ekspertin bəzi izahatlarını qəbul edib digərlərini rədd edirsə bu halda da belə bunu əsaslandırmalıdır (MPM 220.4). Hansı ki, bu halda xəstənin fizioloji xüsusiyyətlərinin ağırlaşma ilə səbəb-nəticə əlaqəsi barədə ekspertin fikirlərinə məhkəmə heç bir münasibət bildirməyib. Ekspertin izahatının ekspert rəylərinə münasibətdə hüquqi qüvvəsinə gəldikdə isə qeyd edilir ki, ekspertin izahatı əslində verilmiş rəylərin izahıdır. Məntiqi olaraq bir şeyin izahı özündə olan anlaşılmazlığı aradan qaldırmaq məqsədi daşıdığı üçün izahın özü izahı veriləndən hüquqi qüvvə olaraq üstündür. Izahla izahı verilən arasında ziddiyyət varsa izah əsas götürülməlidir. Məsələn, eyni məntiq mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aktlarının izahı zamanı da tətbiq olunur. Məsələn, əgər məhkəmə aktına izah verilirsə artıq izahı verilən hissədə izah qüvvəyə minir, izahı verilən hissə isə qüvvədən düşür. Xülasə, ekspertin məhkəmədə verdiyi izahat məhkəmə üçün daha önəmlidir və məhkəmə ona əsaslanmalıdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" X3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, iş üzrə iki dəfə ekspertiza keçirilmiş, həmçinin ekspert məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. Bu özü göstərir ki, ekspertiza rəylərində müəyyən məsələlər aydın və dəqiq olmamışdır. Birinci ekspertizada ekspert həkim səhvi olduğunu bildirir, lakin səbəbli əlaqəni izah etmir, heç bir tibbi protokola istinad edilmir. Ikinci ekspert rəyində isə həkim səhvi olmasının istisna edilmədiyi qeyd edilir. Ümumiyyətlə isə heç bir rəydə məhkəmənin qoyduğu suallara tam və ətraflı cavab verilməmişdir. Ekspert məhkəməyə dəvət olunmuş və ona sual verilmişdir ki, bu vəziyyətdə əməliyyatda məhz həkim səhvi olduğunu demək mümkündür yoxsa yox, ekspert cavabında bunu konkret deyə bilməyəcəyini bildirdi. Ekspert bildirdi ki, əməliyyatın texniki cəhətdən qüsurlu yerinə yetirilməsi heç də həmişə həkim səhvi nəticəsində olması mənasına gəlmir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, ekspertizada əsas rəy verən cərrahdır, digər şəxslər köməkçidir. Rəydə qeyd edilir ki, əməliyyat zamanı texniki qüsur nəticəsində ağırlaşma baş verib. Həmin cərraha sual verilmişdir ki, texniki qüsur deyiləndə nə nəzərdə tutulur. O izahat vermişdir ki, texniki qüsur klip və onun qoyulmasında istifadə edilən alətə bağlıdır. Ümumiyyətlə dünya protokolunda belə bir qayda var ki, öd yollarında aparılan əməliyyatlarda 0,9-3,6 faizə qədər öd sızması mümkündür. Əlavə olaraq iddia ərizəsində xəstənin vəziyyətinin çox ağır olması, ölümə yaxın vəziyyətdə olması göstərilib. Sepsis vəziyyət bütün orqanların çatışmazlığı deməkdir. Faktiki olaraq bu halda xəstə fiziki cəhətdən aktiv olub. Ikincisi xəstə bir xəstəxanadan başqasına köçürülürsə, həmin xəstəxananın tibbi heyəti dəvət olunur və xəstənin vəziyyəti dəyərləndirilir, bundan sonra köçürülmə haqqında fikirləşilir. Bu halda xəstə aparılan müalicədən imtina edərək gedib. Xəstə digər xəstəxanaya getdikdən bir neçə gün sonra stendləmə əməliyyatı aparılıb, əgər onun vəziyyəti deyildiyi kimi kritik idisə, nəyə görə dərhal əməliyyat aparılmayıb. Bundan başqa xəstə 20 il əvvəl qalxanabənzər vəzdən əməliyyat olunub, onun orqanizmi 20 il bu vəziyyətdə yaşayıb. "X1 Hospital" tərəfindən verilmiş rəydə göstərilir ki, xəstənin qalxanabənzər vəzinin funksiyasının zəif olması səbəbindən stendləmə əməliyyatı 3 gün gecikdirilib. Heç bir dünya protokolunda belə bir şey yoxdur ki, stendləmə əməliyyatı bu vəziyyətə görə gözlədilsin. Həmçinin xəstənin ##.##.2024-cü ildə "X1 Hospital"-da ultrasəs müayinəsi zamanı qarın boşluğunda minimal maye səviyyəsi olduğu qeyd edilib. Iddia ərizəsində xəstənin öd peritonitindən əziyyət çəkməsi göstərilsə də, qeyd edilən vəziyyət öd peritoniti deyil. Göründüyü kimi bəzi şeylər həddindən artıq şişirdilib. O, 14 ildir bu əməliyyatı icra edir və deyə bilər ki, istifadə edilən kliplərin ölçüləri standartdır. Ikincisi qəbul edilmiş tibbi protokollara əsasən öd sızması 6 həftə davam edirsə, o zaman stendləmə əməliyyatı olmalıdır. Bundan başqa ekspert bildirib ki, əgər qarın boşluğuna qoyulmuş drenaj borudan öd xaric olunursa, bu zaman öd peritoniti və sepsisdən söhbət gedə bilməz. Həmçinin sepsis vəziyyətdə olan xəstə reanimasyon vəziyyətdə saxlanılmalı və ya cərrahiyyə şöbəsinə yerləşdirilməli idi. "X1 Hospital"-da edilən konsultasiyalara heç bir ehtiyac yox idi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, ilkin ekspertiza rəyi kifayət qədər aydın olmuşdur. Rəydə qeyd edilmişdir ki, əməliyyat taktiki və texniki baxımdan düzgün icra edilməmişdir. Növbəti ekspertizanın keçirilməsi, ekspertin məhkəməyə dəvət olunaraq dindirilməsi də qarşı tərəfin vəsatəti əsasında olmuşdur, əslində bunlara ehtiyac olmayıb. Öd əməliyyatı zamanı klip yanlış qoyulub. Qarşı tərəf məhkəmə iclasında özü də qismən etiraf etmişdir ki, ola bilsin klipin ölçüsü yetərli olmayıb. Ikinci əməliyyat da qüsurlu icra edilir. Öd axacağı qarın boşluğuna tökülür. Bu ekspertdən də soruşulanda o da bildirmişdir ki, bu hal xəstənin sepsis vəziyyətinə sala bilərdi. Qarşı tərəfin yanaşması ondan ibarətdir ki, ilk həftədə sepsis vəziyyəti olmayıb, gözlənilə bilərdi. Xəstənin yaxınları onu həmin xəstəxanada saxlamaq istəməyiblər və təcili olaraq "X1 Hospital"-a aparılıb. Ekspert rəyində də qeyd edilir ki, "X1 Hospital"-da aparılan əməliyyat, "xxxx" X3 aparılmış əməliyyatın davamıdır.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırki halda cavabdehlərin apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin halları odur ki, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar "xxxx" X3 müraciət etmiş, orada aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin daşlı xolesistit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, operativ müalicə taktikası seçilmiş və onun üzərində həkim cavabdeh cavabdeh2 tərəfindən ##.##.2024-cü il tarixdə "Laparoskopik xolesistektomiya” qarın boşluğunun sanasiya və drenaj olunması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra aparılmış müayinələrə əsasən iddiaçının qarın boşluğunda sağ sinusda və kiçik çanaqda maye aşkar edilmişdir. Bununla əlaqədar X10 üzərində ##.##.2024-cü il tarixdə "Diaqnostik laparaskopiya” qarın boşluğunun sanasiyası və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı subhepatik və çanaq boşluğunda ödlə qarışıq maye toplantısı aşkar edilmişdir. Elektrosorucu ilə maye sorulmuş və təftiş zamanı kisə axacağı güdülünə qoyulan proksimal klipin axacaq divarını kəsdiyi və həmin kəsilən yerdən ödün subhepatik sahəyə töküldüyü aşkar edilmişdir. Həmin klip yenisi ilə dəyişdirilmiş və kisə axacağın güdülü yenidən kliplənmişdir. ##.##.2024-cü il tarixdə isə "X1 Hospital"a daxil olmuş və ##.##.2024-cü il tarixdə "Endoskopik retrogradxolangio-pankreatoqrafiya (ERCP)" icra edilmişdir. Müdaxilə zamanı "Ductus Cysticusda" (öd kisəsinin ümumi öd axarı) qaçaq (sızma) qeyd edilmişdir. Həmin nahiyəyə plastik stend taxılmışdır.

29. Iddiaçı onun üzərində cavabdehlər tərəfindən icra edilmiş hər iki əməliyyatın qüsurlu olduğunu, səhhətində yaxşılaşma olmadığını, bu səbəbdən sağlamlığının bərpası üçün özəl xəstəxanaların birinə üz tutduğunu və orada xərc çəkdiyini bildirmiş, buna görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlili ondan ibarətdir ki, mülki iş üzrə təyin edilərək keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizası və əlavə komisyon məhkəmətibbi ekspertizasının rəylərində məhkəmə tərəfindən ekspertlər qarşısına qoyulmuş suallara tam və hərtərəfli cavab verilməmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yalnız ekspert rəylərinə əsaslanmış, məhkəmə iclasında dindirilmiş ekspertin izahatının nəyə görə əsas götürülməməsinə məhkəmə tərəfindən qiymət verilməmişdir.

31. Kollegiya cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş materiallarının obyektiv, hərtərəfli və tam araşdırılmasının təmin edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertiza və əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert rəyləri əldə edilmişdir.

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi»nin ***/KEŞ saylı rəyinə əsasən İddiaçı üzərində ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə "xxxx" Publik Hüquqi şəxsdə icra edilmiş laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. Ilkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. İddiaçı əməliyyat və əməliyyatdan sonrakı dövrdə M.Ə.Əfəndiyev adına "X2" Publik Hüquqi şəxsdə göstərilmiş tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. X10 üzərində ##.##.2024 və ##.##.2024 tarixdə .Ə.Əfəndiyev adına "X2" Publik Hüquqi şəxsdə icra edilmiş laparoskopik əməliyyatdan sonra baş vermiş əməliyyat ağırlaşması aradan qaldırılmadığı üçün, bu hal digər klinikada aparılmış ERTCP ə ilə aradan qaldırılmışdır. Ilkin və təkrar laparoskopik əməliyyat qüsuru ilə ERCP əməliyyatının aparılması arasında səbəbli əlaqə vardır. İddiaçı X1 Hospitalda göstərilmiş tibbi yardımlar və üzərində icra edilmiş ERCP əməliyyatına tibbi götəriş olmuşdur. "Laparoskopik xolesistektomiya” və ERCP fərqli tibbi müdaxilələrdir. Əsas fərli xüsusiyyətlər "Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı laparoskopla öd kisəsinin çıxarılmasıdır, ERCP isə invaziv prosedur və ağızdan endoskopla yalnız öd yollarına müdaxilə edilir. 33.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi»nin ***/KEŞ saylı əlavə rəyinə əsasən İddiaçı üzərində ##.##.2024cü il və ##.##.2024-cü il tarixlərdə "xxxx" Publik Hüquqi şəxsdə icra edilmiş laparoskopik əməliyyatların texniki icrası zamanı qoyulmuş proksimal klipin axacaq divarının kəsilməsi baş vermişdir. Həmin klip təkrar diaqnostik müdaxilə ilə yenisi ilə əvəz olunsa da, sonradan həmin klipin boşalması müəyyən edilmişdir. Qeydolunan ağırlaşmanın əməliyyatın texniki qüsurlu icrası nəticəsində yaranması istisna edilmir. Ilkin müdaxilədən sonra baş vermiş ağırlaşma təkrar müdaxilə zamanı aradan qaldırılsa da, analoji hal yenidən baş vermiş və daha sonra üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur, İddiaçı üzərində "X1" özəl tibb müəssisəsində aparılmış təkrar müdaxiləyə səbəb həm ilkin, həm də təkrar əməliyyatların qüsurlu icrası nəticəsində meydana çıxması istisna edilmir. İddiaçı üzərində ilkin və təkrari cərrahiyyə əməliyyatından sonra onda davam edən "öd peritoniti" təkrar cərrahi müdaxilə yolu ilə aradan qaldırılsa da, analoji hal yenidən baş vermişdir. Son nəticədə tibbi göstəriş əsasında bu patoloji hal "Endoskopik retroqradxolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı "xxxx" Publik Hüquqi şəxsdə və "X1 Hospital" özəl tibb müəssisəsində aparılmış əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatların ardıcıllığı ilkin əməliyyatda yaranmış ağırlaşmadan başlanılmışdır. İddiaçı adına tərtib edilmiş xəstəlik tarixinə əsasən, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə aparılmış əməliyyatlar ardıcıllığa görə ilkin əməliyyatın ağırlaşması ilə əlaqədar olmuşdur. Ilkin əməliyyatdan sonra qoyulmuş klip axacaq divarının kəsilməsinə səbəb olmuş və bununla əlaqədar "Diaqnostik laparoskopiya" cərrahiyyə əməliyyatı icra edilmişdir. Patoloji hal təkrar müdaxilə yolu ilə bərpa edilsə də, sonradan analoji hal yenidən baş vermiş və son mərhələdə "Endoskopik retroqradxolangio-pankreatoqrafiya" ilə aradan qaldırılmışdır. İddiaçı üzərində ##.##.2024-cü il tarixdə aparılmış əməliyyat zamanı əsas olan patologiya "Kəskin daşlı xolesistit" aradan qaldırılmış, lakin bu əməliyyatın ağırlaşması sonrakı mərhələdə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə təkrar müdaxilələrə səbəb olmuşdur.

34. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamaqla, cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, hazırki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

36. Göründüyü kimi ilkin ekspert rəyinə əsasən laporoskopik əməliyyatlar texniki cəhətdən qüsurlu yerinə yetirilmişdir. Ilkin müdaxilə zamanı texniki qüsur nəticəsində baş vermiş ağırlaşma (öd peritoniti) təkrar müdaxilə zamanı aradan qaldırılmamış, bu da yenidən yəni üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur. Ilkin və təkrar laparoskopik əməliyyat qüsuru ilə ERCP əməliyyatının aparılması arasında səbəbli əlaqə vardır. İddiaçı X1 Hospitalda göstərilmiş tibbi yardımlar və üzərində icra edilmiş ERCP əməliyyatına tibbi götəriş olmuşdur. Əlavə rəyə əsasən ağırlaşmanın əməliyyatın texniki qüsurlu icrası nəticəsində yaranması istisna edilmir. Ilkin müdaxilədən sonra baş vermiş ağırlaşma təkrar müdaxilə zamanı aradan qaldırılsa da, analoji hal yenidən baş vermiş və daha sonra üçüncü "ERCP"in aparılmasına səbəb olmuşdur, İddiaçı üzərində "X1" özəl tibb müəssisəsində aparılmış təkrar müdaxiləyə səbəb həm ilkin, həm də təkrar əməliyyatların qüsurlu icrası nəticəsində meydana çıxması istisna edilmir. 37.Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyləri aydın olmuşdur, buna baxmayaraq ekspert rəylərini vermiş üç ekspertdən biri məhkəmə iclas zalına dəvət olunmuşdur. Həmin ekspert də ona verilmiş suallara əlavə elmi izahlar vermişdir. Lakin ekspert verdiyi rəylərini təkzib etməmişdir.

38. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.

39. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ödənilmiş rüsum cavabdehlərin özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər "xxxx" X3 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar