Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1489/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: "pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 4555.54 manat məbləğində əsas borcun, 277.64 manat məbləğində faiz borcunun, cəmi 4858.58 manat borcun və 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə Bank arasında bağlanmış ##.##.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 27.40 % olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyini tələb edə bilər. Nəsimi rayon məhkəməsi iş üzrə ##.##.2017-ci il tarixdə əmr icraatı qaydasında məhkəmə əmri çıxarmış və cavabdeh məhkəmə əmrinə etiraz vermiş, iş iddia icraatına keçirilmişdir. Həmin iş üzrə məhkəmə prosesinin keçirilməsi ilə bağlı tələbkara bildiriş göndərilməmiş və iş baxılmamış saxlanılmışdır. Tələbkar olaraq bu günə kimi işin baxılmamış saxlanılmasından xəbərdar olmamışlar. 2017-ci il tarixdə aparılan mülki iş materiallarının içərisində tələbkara çatdırılma barədə hər hansı bildirişin xəbərnaməsinin olmasını da güman etmirlər. Həmçinin cavabdehin bir neçə kredit üzrə məhkəmə qərarlarının olması və bunların növbəli şəkildə məcburi icra olunması (pensiyasından tutulma) bu günədək sözügedən iş üzrə hüquqlarının pozulma anını aşkara çıxarmağına mane olmuşdur.
3. .Cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək, iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini rayon məhkəməsindən xahiş etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: 6. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
10. İddiaçı ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış ## ###### 2015-ci il tarixli CC/********/** nömrəli kredit sazişindən görünür ki, 24 ay müddətinə, illik 27.40 % olmaqla 5000 manat məbləğində Bank tərəfindən Cavabdeh kredit verilmişdir.
11. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli əmrindən görünür ki, kreditor İddiaçı ASC borclu Cavabdeh qızına qarşı ərizə ilə müraciət edərək, ##.##.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən ödənilməmiş kredit və ona hesablanmış faizlərin qaytarılması xahiş olunmuş borcludan (əmrin “əmr etdim” hissəsində X1 adı qeyd edilmişdir) kreditor İddiaçı ASC-nin xeyrinə 4555 (dörd min beş yüz əlli beş) manat 54 (əlli dörd) qəpik əsas və 1299 (bir min iki yüz doxsan doqquz) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat 48 (qırx səkkiz) qəpik kredit borcu, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir.
12. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qərardadından görünür ki, borclu Cavabdeh məhkəmə əmrinə qarşı etirazı əsasında kreditor İddiaçı ASC-nin borclu Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə ərizəsi üzrə ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı əmrinin ləğv edilməsi, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
13. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı ASC-nin borclu Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” iddia ərizəsi işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi əsası ilə baxılmamış saxlanılmışdır.
14. Cavabdeh məxsus hesabdan ##.##.2015-##.##.2017-ci illəri əhatə edən çıxarışdan görünür ki, müqavilənin qüvvədə olduğu dövrdə sonuncu dəfə ##.##.2016-cı il tarixdə “əsas borcun ödənilməsi” təyinatı ilə 200 manat məbləğində ödəniş edilmişdir.
15. Cavabdeh məxsus hesabdan ##.##.2023-##.##.2026-cı illəri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə ##.##.2025-ci il tarixdə 55 manat məbləğində ödəniş edilmişdir.
16. Nəsimi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli, 3-16-35-19/2- ******/**** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- ****/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi ##.##.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin icraatına daxil olmuş ##.##.2017-ci il tarixdə icra sənədi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7 və ya 9-cu maddəsinə əsasən (Qanunun tələblərinə cavab verməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması) məhkəməyə qaytarılmışdır.
17. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, ##.##.2015ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27.4 % olmaqla 5000 manat məbləğində kredit götürüldüyü, hal-hazırda borcun ödənilməsinin gecikdirildiyi, müqaviləyə əsasən 4555.54 manat əsas, 277.64 manat faiz borcunun olduğu bildirilmiş və Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi qeyd edilmiş və kredit borcunun dərhal ödənilməsi tələb edilmişdir.
18. 15. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən İddiaçı ASC-yə 4555.54 manat məbləğində əsas borcu, 277.64 manat məbləğində faiz borcu vardır. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
25. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
26. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
30. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (müqavilə bağlanan vaxt qüvvədə olan redaksiyada).
32. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
34. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
35. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
46. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
51. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə - ##.##.2017-ci il tarixədək, illik 27.40 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti ərzində sonuncu dəfə cavabdeh tərəfindən ##.##.2016-cı il tarixdə 200 manat məbləğində ödəniş edilmiş, iddiaçı əmr icraatı qaydasında müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən ##.##.2017-ci il tarixdə əmr çıxarılmış, sonradan cavabdehin etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçirilmiş və nəticədə Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə borcun ödənilməsi üçün bildiriş göndərmiş və ##.##.2025ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
53. Iddiaçı cavabdehlə aralarında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutularaq bankın xeyrinə ödənilməsini tələb edir.
54. Cavabdeh ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini rayon məhkəməsindən xahiş etmişdir.
55. Rayon məhkəməsi iddia müddəti tətbiq etməklə iddia tələbini təmin etməmişdir.
56. Iddiaçı apellyasiya şikayətində cavabdehin ##.##.2015-ci il tarixli müqavilə üzrə son ödənişi ##.##.2025-ci il tarixdə etdiyini, kredit borcu üzrə ödənişin icra edilməsinin borcun etirafı kimi qəbul edilməli olduğunu və borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyinə əsaslanmışdır.
57. Məhkəmə qeyd edir ki, istənilən müddətin keçməsini müəyyən etmək üçün ilk öncə onun başlanğıcı - axımı anı müəyyən edilməlidir.
58. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
59. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
60. Məhkəmə qeyd edir ki, ##.##.2015-ci il tarixli müqavilənin müddəti ##.##.2017-ci il tarixində bitmiş və həmin tarixdən üç illik müddətin axımı başlamışdır, ##.##.2020-ci il tarixində isə iddia müddətinin axımı başa çatmışdır və ##.##.2025-ci il tarixdə cavabdeh ödəniş edərkən artıq iddia müddəti bitdiyi üçün bu ödəniş iddia müddətinin axımını bərpa etməmişdir, müddət bitdikdən sonra edilmiş hərəkətlər nəzərə alınmır.
61. Iddiaçı MM-in 380-ci maddəsinə əsaslanaraq borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyini qeyd etmişdir. Halbuki borclunun qeyd edilən hərəkətləri iddia müddəti daxilində baş verdikdə iddia müddətinin axımının kəsilməsi mümkündür. Hazırkı halda isə cavabdeh tərəfindən müəyyən olunmuş müddət bitdikdən sonra edilmiş hərəkətlərin artıq ötürülmüş müddətin kəsilməsinə səbəb olmur.
62. Göründüyü kimi, iddiaçı bank iddia müddətinin bitdiyi ##.##.2020-ci il tarixdən təxminən 5 ildən çox müddət keçdikdən sonra - ##.##.2025-ci ildə hazırkı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
63. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Beləliklə, Məhkəmə qeyd edir ki, rayon məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə əsaslanaraq, iddia tələblərinin təmin edilməməsi barədə mahiyyət etibarı ilə düzgün qənaətə gəldiyindən, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
66. MPM-in 385.2-ci maddəsinin tələbində də təsbit olunmuşdur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
67. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
70. Beləliklə müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddianın qiyməti 4858.58 (dörd min səkkiz yüz əlli səkkiz manat, əlli səkkiz qəpik) manat olduğuna görə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin olunmadığından onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.