Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1495/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1800 manat maddi ziyan, 104 manat günlük icarə haqqı, 260 manat dəyərində DYP tərəfindən tətbiq edilən cərimə, etibarnamə üçün 17,25 manat dövlət rüsumunun əvəzi və ödənilmiş 41,64 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsini əsas gətirərək hesab etmişdir ki, məhkəmənin ərazi aidiyyəti cavabdehin qeydiyyatda olduğu ünvana görə seçilməli olduğundan və cavabdeh də Bərdə rayonu, Şirvanlı Ərazi Dairəsi, Şirvanlı kəndi ünvanında qeydiyyatda olduğundan ərazi aidiyyətinə görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin seçilməsi əsassızdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi ərazi aidiyyəti ilə bağlı yanlışlığa yol vermişdir. Çünki, tərəflər arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair # ### 2025-ci il tarixli icarə müqaviləsi vardır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, aralarında gələcəkdə yarana biləcək hər hansıməhkəmə mübahisəsinə, əgər tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul deyildirsə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılacaqdır. İddia ərizəsinin yuxarı hissəsində bu barədə qeyd yazmağımıza baxmayaraq məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. Əlavə olaraq bildiririk ki, tərəflər arasında bağlanmış # ### 2025-ci il tarixli müqavilə və iddiaçının vöeninin ləğv edilməsini təsdiq edən məktub da iş materiallarına əlavə edilmişdir. Bildiririk ki, Mülki Prosesssual Məcəllənin 40-cı maddəsi ərazi üzrə müqavilə aidiyyətindən söhbət açmaqla bu tipli işlər üzrə xüsusi aidiyyəti müəyyən edir. Həmin maddədə ərazi aidiyyətinin müqavilədə birbaşa nəzərdə tutulmuş hallarda dəyişdirilməsi mübahisə edən hər iki tərəfin sərbəst iradə ifadəsi nəticəsində mümkündür ki, bu da ərazi aidiyyəti qaydalarının pozulması hesab oluna bilməz və AR Konstitusiyasının 62-ci maddəsinin də tələblərinə uyğundur. Müqavilə aidiyyəti tərəflər üçün əlavə əlverişli vəziyyət yaradır və onların arasındakımübahisənin məhkəmə qaydasında daha rahat və etibarlı həllinə imkan verir. Qeyd etmək lazımdır ki, daha öncədən bənzər, başqa işlə bağlı Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərardad da sənədlərə əlavə edilmişdir. Göründüyü kimi, tərəflər arasında # ### 2025-ci il tarixli icarə müqaviləsinin 6.3-cü bəndi tərəflər arasında ərazi aidiyyətinə dair razılaşmanın olmasını müəyyən edir. Buna görə də hesab edirik ki, sözügedən mülki mübahisəyə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Bərdə rayonu, Şirvanlı Ərazi Dairəsi, Şirvanlı kəndidir. İddiaçı hazırda 0# ### 2025-ci il tarixli müqavilənin 6.3-cü bəndinə istinad edərək, mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Kollegiya qeyd edir ki, mülki işin materiallarında olan 0# ### 2025-ci il tarixli icarə müqaviləsi iddiaçı İddiaçı ilə Cavabdeh arasında deyil, X2 (“xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmışdır. Bu səbəbdən müqavilənin 6.3-cü bəndinə istinad edərək, tərəflərin ərazi aidiyyatı məsələsini razılaşdırılmasına istinad edilməsi əsassızdır. Həmçinin, icarəyə verilmiş avtomobilin İddiaçı aidiyyəti müəyyən olunmur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.2-ci maddəsinə görə isə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh qeydiyyat ünvanı Nərimanov rayonunda deyil. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1495/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1495/2026
28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver