Məhkəmə qərarları › İş №e-2(3-6)-1527/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1527/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1527/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "kredit borcunun qaytarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6420.39 (altı min dörd yüz iyirmi dollar, otuz doqquz sent) ABŞ dolları bundan 2772.55 (iki min yeddi yüz yetmiş iki dollar, əlli beş sent) ABŞ dolları əsas, 455.49 (dörd yüz əlli beş dollar, qırx doqquz sent) ABŞ dolları faiz, 2893.61 (iki min səkkiz yüz doxsan üç dollar, altmış bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298.74 (iki yüz doxsan səkkiz dollar, yetmiş dörd sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122.74 (bir yüz iyirmi iki manat, yetmiş dörd qəpik) AZN dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* saylı, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədlə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 9450 (doqquz min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh3 və cavabdeh1 ilə Bank arasında ZM********* nömrəli, ##.##.2015ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ##.##.2015-ci il tarixli, ********* saylı Kredit və Zaminlik müqavilələrinə ##.##.2017-ci il tarixdə ** saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6670.56 (altı min altı yüz yetmiş dollar, əlli altı sent) ABŞ dollar təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2021-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə ************* saylı ##.##.2023-cü il tarixli məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixə kredit üzrə cəmi borcu 6420.39 (altı min dörd yüz iyirmi dollar, otuz doqquz sent) ABŞ dolları təşkil edir. Bundan 2772.55 (iki min yeddi yüz yetmiş iki dollar, əlli beş sent) ABŞ dolları əsas, 455.49 (dörd yüz əlli beş dollar, qırx doqquz sent) ABŞ dolları faiz, 2893.61 (iki min səkkiz yüz doxsan üç dollar, altmış bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298.74 (iki yüz doxsan səkkiz dollar, yetmiş dörd sent) ABŞ dolları faiz borcu təşkil edir.

3. Cavabdehin iddia ərizəsinə qarşı etirazı məhkəməyə daxil olmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 iddiaçının xeyrinə 1.827,87 ABŞ dolları əsas, 295,71 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,39 ABŞ dollar faiz, ümumilikdə 2412.97 (iki min dörd yüz on iki ABŞ dollar, 97 cent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) borc və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 189,39 ABŞ dolları borc cavabdeh cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 467, 470.1, 477.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (əsas, faiz, illik 5% və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankın cavabdehdən əsas borcu üzrə 2.772,55 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh2 arasında bağlanmış redit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Əgər məhkəmə qətnaməsi ilə əsas borc məbləği heç bir sübuta əsaslandırılmadan azaldılıbsa, bu, müqavilənin təməl prinsiplərini pozur və müqavilə ilə müəyyən edilmiş şərtləri yerinə yetirmir. Həmçinin qeyd edirik ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Bankın cavabdehdən faiz borcu üzrə 455,49 ABŞ dolları pulun tutulmasına dair iddia tələbi Bank ilə cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Tərəflər arasında bağlanmış kreditmüqaviləsinin tələblərinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 24% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

7. İddiaçı ASC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank cavabdeh2 36 ay müddətinə illik 24% faiz dərəcəsi ilə ödəmək şərtilə 9450 ABŞ dolları məbləğində kredit vermişdir.

8. İddiaçı ASC ilə cavabdeh2, cavabdeh3 və X1 arasında bağlanmış ##.##.2015-ci il taixli zaminlik müqaviləsinə əsasən zaminlər cavabdeh3 və X1 borclu cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

9. ##.##.2015-ci il tarixli kredit və zamin müqavilələri üzrə ##.##.2017-ci il tarixli, Əlavə Sazişlərə əsasən Borcalanın Kreditora verdiyi kredit borcunun məbləği 4092.56 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2021-ci il tarixinədək uzadılmışdır.

10. Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvanladığı ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişlər.

11. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ## ####### 2023-cü il tarixə ödənilməmiş 6420.39 9450 ABŞ dolları borcu mövcuddur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının */**** nömrəli, ##.##.2024-cü il tarixli rəyindən görünür ki, ZM seriyalı ********* nömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsinin 1- 2-ci vərəqəsinin üz tərəflərinin aşağı hissəsində soldan sağa istiqamətdə 2-ci, 3-cü vərəqədə “Zamin” qrafasında cavabdeh3 adından olan imzalar – cavabdeh3 tərəfindən icra olunmuşdur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış ## ### 2023-cü il tarixli, ***R********** saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: ##.##.2021-ci il tarixə: əsas borc üzrə - 1.827,87 ABŞ dolları faiz borcu üzrə - 295,71 ABŞ dolları ##.##.2023-cü il tarixə əsas borc üzrə - 1.827,87 ABŞ dolları faiz borcu üzrə - 295,71 ABŞ dolları illik 5%-lə faiz borcu - 189,39 ABŞ dolları.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ********* nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinin 1-4-cü vərəqlərinin aşağı sağ hisəsindəki imzalar və 5-6-cı vərəqində “Borcalan” qrafasındakı imza cavabdeh2 tərəfindən icra olunmuşdur. Mülki işin materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (əsas, faiz, illik 5% və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

19. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsas və faiz hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə ekspert rəyinə istinad etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə faiz borcu irəli sürülmüş tələbi birinci instansiya məhkəməsi qismən, 189,39 ABŞ dolları müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir.

23. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 274,18 ABŞ dolları (1827,87ABŞ dolları(məhkəmə tərəfindən tutulan əsas borc) x 5% (3 illik)=274,18 ABŞ dolları) məbləğində faiz borcunun tutulması təmin edilməlidir.

25. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinə qeyd edilən iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, apellyasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

26. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cərimə məbləğinin 100 ABŞ dolları müəyyən edilməsi ədalətli və məqsədəmüvafiqdir.

29. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan illik 5 % məbləğə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edir.

30. MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin hazırki qətnamədən kassasiya şikayətinin verilməsi hüququna dair qeyd edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən iddianın qiyməti 5000 manatdan azdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi “kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,39 ABŞ dollar faiz” tutulması hissəsində dəyişdirilsin. Cavabdeh cavabdeh2 iddiaçının xeyrinə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 274,18 (iki yüz yetmiş dörd ABŞ dolları, on səkkiz sent) ABŞ dolları faiz (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən iddiaçı tərəfindən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar