Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1540/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlunun, apellyator - cavabdeh cavabdeh2 və digər cavabdeh cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı Bankın nümayəndəsi Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 15.328,34 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 75,51 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,22 manat məbləğində pulun borcalan olan cavabdeh cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1, onunla Bank arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 19 faiz dərəcəsi ilə hissə-hissə və aybaay 43 ay müddətində qaytarmaq şərti ilə 19.001 manat məbləğində kredit almışdır. Digər cavabdeh olan cavabdeh2 borcalan cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq cavabdehlər ilə Bank arasında ##.##.2024-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bank, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, kredit məbləğini borcalan cavabdeh1 versə də, cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh2, onlar ilə Bank arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdükləri öhdəlikləri lazımı qaydada icra etməmiş, kredit borcunun az bir hissəsini Banka ödəsələr də, qalan məbləği Banka ödəməmişlər. Nəticədə onların Banka iddia ərizəsində qeyd edilən növdə və məbləğlərdə borcları yaranmış və Bank tərəfindən onlara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 136,22 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bank, qeyd edilən məbləğlərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. b) cavabdehlərin iddia tələbinə münasibətləri haqqında məlumat
3. İş üzrə cavabdehlər Rayon Məhkəməsinə verdikləri izahatda bildirmişlər ki, yaranmış maliyyə çətinliyi ilə əlaqədar Banka olan kredit borcunu vaxtında və lazımi qaydada ödəyə bilməmişlər. Buna görə də, onlar iddia tələbini qəbul edirlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə cavabdeh cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 15.108,11 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 75,51 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,27 manat məbləğində pulun borcalan olan cavabdeh cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, borcalan olan cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh2 Bank ilə bağladıqları kredit və zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini vaxtında və lazimi qaydada icra etməmiş və bu halı mübahisələndirmirlər. Cavabdehlər kredit və zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikləri üçün kreditor olan Bank qarşısında mülki məsuliyyət daşıyırlar və yaranmış əsas kredit borcunu və əsas kredit borcuna hesablanmış faiz borcunu Banka ödəməlidirlər. Bank, əsas kredit borcunun 15.328,34 manat, faiz borcunun 75,51 manat məbləğində olmasını bildirsə də, işdə olan sənədlərdən müəyyən edilir ki, əsas kredit borcuna hesablanmış faiz borcu 75,51 manat olsa da, əsas kredit borcunun məbləği 15.108,11 manatdır. Buna görə də, iddia qismən təmin edilməli, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 15.108,11 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 75,51 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,27 manat məbləğində pul borcalandan və zamindən müştərək qaydada tutularaq Banka ödənilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat
6. Cavabdeh cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və real borc araşdırıldıqdan sonra iş üzrə əsaslı və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bankın ödənilməsini tələb etdiyi məbləğ şişirdilmiş olsa da, işə baxmış Rayon Məhkəməsi bu məsələni araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Bundan başqa cavabdehlər iddia tələbinə etiraz etdiklərini Rayon Məhkəməsinə bildirsələr də, Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə əsassız olaraq qeyd etmişdir ki, cavabdehlər iddia tələbini etiraf etmişlər. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh2 və apellyasiya şikayəti verməmiş cavabdeh cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
9. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri haqqında məlumat
10. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı Bank iddia tələbinin bir qisminin təmin edilməməsi haqqında Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Cavabdeh cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, o da iddianın bir qisminin təmin edilməməsi haqqında Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır.
12. Odur ki, bunları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə almış Məhkəmə, mübahisələndirilməyən hissədə qətnamənin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iddiaçı Bank ilə cavabdeh cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış ”Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh1, həmin müqaviləyə əsasən illik 19 faiz dərəcəsi ilə 19.001 manatı 43 ay müddətinə, hissəhissə və aybaay qaytarmaq şərti ilə Bankdan borc götürmüşdür.
15. İş üzrə digər cavabdeh cavabdeh2 həmin ”Kredit müqaviləsi” üzrə cavabdeh cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında ##.##.2024-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır.
16. Bankın bildirir ki, cavabdehlər qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, aybaay, hissə-hissə Banka qaytarmalı olan əsas kredit borcunun və əsas kredit borcuna hesablanmış faiz borcunu Banka ödəməmişlər.
17. Bankın təqdim etdiyi hesablama sənədlərindən görünür ki, Bank ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun məbləği 15.328,34 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 75,51 manat təşkil edir.
18. Bankın təqdim etdiyi sənədlərdən görünür ki, Bank, cavabdehlərə xəbərdarlıq məktubları göndərərək, qeyd edilən borcun ödənilməsini cavabdehlərdən tələb etmişdir.
19. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən dövlət büdcəsinə 136,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
21. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, iddiaçı Bank yuxarıda qeyd edilən “Kredit müqaviləsi” yaranmış əsas kredit və faiz borcunun ödənilməsi həm borcalan cavabdeh1, həm də, zamin cavabdeh2 müştərək qaydada tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə borcun hər iki cavabdehdən tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşlar.
22. Apellyasiya şikayətində qeyd edilir ki, cavabdehlər iddia tələbinə etiraz etdiklərini Rayon Məhkəməsinə bildirsələr də, Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə əsassız olaraq qeyd etmişdir ki, cavabdehlər iddia tələbini etiraf etmişlər.
23. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, ##.##.2025-ci il tarixdə Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasının audio-video yazısından görünür ki, cavabdehlər Rayon Məhkəməsinə verdikləri izahatlarda göstərmişlər ki, onlar iddia tələbinə etiraz etmirlər, iddia tələbini etiraf edirlər və iddia tələbinin təmin edilməsinə etiraz etmirlər.
24. Apellyasiya baxışı iclasında da, cavabdehlər bildirdilər ki, onlar həqiqətən də, Rayon Məhkəməsinə verdikləri izahatda iddianın təmin edilməsini xahiş etmişlər.
25. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Bankın ödənilməsini tələb etdiyi məbləğ şişirdilmiş olsa da, işə baxmış Rayon Məhkəməsi bu məsələni araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir.
27. Məhkəmə bu dəlilin əsaslılığı ilə bağlı qeyd edir ki, cavabdeh, borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir.
28. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə öz təşəbbüsü ilə sübut toplamır. Belə ki, MPM-in 9.3-cü maddəsinə görə, hakim (məhkəmə) bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
29. Buna görə də, qeyd edilənləri, MPM 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Çünki qeyd edilən bu prosessual normaların tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. h) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
33. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyəti və cavabdeh cavabdeh1 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.