Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1555/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin, debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə , Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 11591,32 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3028,92 manat və 133,86 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 14754,10 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent cavabdeh1 arasında ##.##.2016-cı il tarixində **/*** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat; - ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat; - ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; - ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 144 manat; - ##.##.2021-ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat; - ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1253,97 manat; - ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 1658,88 manat; - ##.##.2022-ci il tarixli, ******* saylı akt əsasında 356,24 manat; - ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023- cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat; - ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 466,56 manat; - ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 349,92 manat; - ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 816,48 manat; - ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 145,91 manat; cəmi 11.591,32 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin “İnzibati tənbeh vermə haqqında” qərar iddia ərizəsinə əlavə olunmuşdur). Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və cavabdeh2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirilmişdir ki, cavabdehlərin ödənilməmiş 2012-ci ilin üzrə qalıq 667,50 manat sərfiyyat borcu, 2020-ci ilin mart-aprel ayları üzrə 6,10 manat sərfiyyat borcu, 2021-ci ilin fevral-dekabr ayları üzrə 946,90 manat sərfiyyat borcu və limitdən əlavə 17 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-mart ayları üzrə 258,36 manat sərfiyyat borcu və limitdən əlavə 42,64 manat sərfiyyat borcu, 2024- cü ilin noyabr-dekabr ayları üzrə 58,20 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-iyul ayları üzrə 499,68 manat sərfiyyat borcu və limitdən əlavə 46 manat sərfiyyat borcu, cəmi 2542,38 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, İddiaçı İB-nın əməkdaşları tərəfindən ##.##.2017-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 01631 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06.012017-ci il tarixli, ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 163,10 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehlərin 2017-ci il iyun ayından sayğac dəyişikliyindən sonra isə abonentin 0,10 manat və 2018-ci il iyun ayından sayğac dəyişikliyindən sonra isə abonentin 385 manat, cəmi 385,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmışdır (aktlar əlavə olunub) (2542,38+163,10+385,10=3090,58) 2012-ci ilin oktyabr ayından 2025ci ilin iyul ayına qədər cavabdeh 61,66 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3028,92 (üç min iyirmi səkkiz manat 98 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 4.620,24 (on dörd min altı yüz iyirmi manat iyirmi dörd qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyeva) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3028,92 manat, cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 145,1 manat məbləğində zərər, cavabdeh cavabdeh1 tərəfindən İddiaçı İB-yə vurulmuş 444,6 manat məbləğində zərər və cavabdehlər cavabdeh1 və cavabdeh2 dövlət rüsumu olaraq ödənilmiş 56,2 manat müştərək qaydada tutularaq iddiaçı İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin ##.##.2022-ci il tarixdən əvvəl qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş - ##.##.2018ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində cavabdehin ünvanında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilmişdir. İstifadə edilmiş qazın dəyəri hər bir hal üzrə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış borc ağlabatan deyildir. İddia tələbinin ##.##.2022-ci il tarixdən sonra qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Bununla, ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş göstərilən aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin ##.##.2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış borcun tutulması hissəsində iddiaçı qanunun tələblərinə əməl edərək, ##.##.2024-cü il tarixli, 0426123 sаylı аktlа əlаqədаr inzibati xətanın törədilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, müvаfiq icrа hаkimiyyəti оrqаnı inzibati tənbeh vermə haqqında qərarla həmin аktа əsasən cavabdeh cavabdeh2 cərimə tətbiq etmişdir. Bu səbəbdən, iddiа tələbi həmin hissədə cavabdeh cavabdeh2 münasibətdə əsaslıdır. Tələbin 3028,92 manat debitor borcun cavabdehlərdən tutulması hissəsində cavabdeh cavabdeh1 abonent saldosuna əsasən sayğac vasitəsi ilə qazdan istifadə edildiyindən və yаrаnmış bоrcu tаm şəkildə ödənilmədiyindən, iddiaçı debitor borcun müvafiq hissəsini cavabdeh cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, iddia tələbi qeyd оlunаn hissədə cavabdeh cavabdeh1 münasibətdə təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini tam təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi, iddia tələbini tam təmin edərdi. Çünki tərəflərindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar ## ### 2006-cı il tarixli Qərar). İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Sayğacdankənar xəttə qanunsuz qoşulma özü-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdankənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız qeyd olunan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2020-ci il tarixli, ******* saylı; ##.##.2021-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilərək, həmin aktlar üzrə qanunsuz qoşulmalara görə borc hesablanmışdır.
16. İş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən, cavabdeh cavabdeh1 sayğac vasitəsi ilə qazdan istifadə etmiş və onun 3.028,92 manat debitor borcu yaranmışdır.
17. Hazırkı işin hallarından görünür ki, iddiaçı aktlar əsasında dəymiş ziyan olaraq hesablanmış borcun və debitor borcun cavabdehlərdən tutulmasını xahiş edir.
18. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" ## ###### 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna dəyişiklik edilmişdir. Bu səbəbdən dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbin əsaslı olub olmamasını müəyyən etmək üçün Qanunun qüvvəyə mindiyi ##.##.2022-ci il tarixdən əvvəlki və sonrakı qanunvericilik nəzərə alınaraq aktlar üzrə qiymət verilməlidir.
19. ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı aktlar (##.##.2022-ci il tarixdən əvvəl qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar) üzrə hesablamış dəymiş ziyanın əsaslı olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
20. İşdə olan sənədlərə əsasən cavabdehin ünvanında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildiyi üçün iddia tələbi həmin hissədə əsaslıdır.
21. Tərtib edilmiş aktlar üzrə tələb edilən ziyanın əsaslı olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə “laboratoriya aktına” əsasən hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m³/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 18 gün qəbul edilməklə aparılmışdır. Həmin laboratoriya aktı təqdim edilmədikdən və hesablanmış borcun hesablanmasının əsaslılığını müəyyən etmək mümkün olmadığından dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, kombinin istifadəsi – 2.6 m³/saat x 24 saat x 30 gün = 1872 m³. 216 m³ + 1872 m³ = 2088 m³ x 0,10 manat = 208.8 manat.
22. Belə ki, tərəflər arasında imzalanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ##.##.2016-cı il tarixli, **/*** nömrəli Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 (bir) kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir.
23. ##.##.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, QSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³. 216 m³ + 270 m³ = 480 m³ x 0,10 manat = 48.6 manat.
24. ##.##.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0,6 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,qəbul edilməklə aparılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ2 istifadəsi – 0,6 m³/saat x 6 saat x 30 gün = 108 m³, QSSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³, dəmir sobanın istifadəsi - 1.4 m³/saat x 6 saat x 30 gün = 252 m³. 108 m³ + 270 m³ + 252 m³ = 630 m³ x 0,10 manat = 63 manat.
25. ##.##.2020-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə aparılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ4 istifadəsi – 1,2 m³/saat x 6 saat x 30 gün = 216 m³, radiatorun istifadəsi – 0,8 m³/saat x 12 saat x 30 gün = 288 m³. 216 m³ + 288 m³ = 504 m³ x 0,10 manat = 50.4 manat.
26. ##.##.2021-ci il tarixli akt üzrə hesablama qaz işlədicilərindən PQ4-in maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQnin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: PQ2 istifadəsi – 1.2 m³/saat x 6 saat x 30 gün = 216 m³, QSSQ istifadəsi – 1.5 m³/saat x 6 saat x 30 gün = 270 m³, dəmir sobanın istifadəsi - 1.4 m³/saat x 6 saat x 30 gün = 252 m³. 216 m³ + 270 m³ + 252 m³ = 738 m³ x 0,10 manat = 73.8 manat.
27. İddia tələbinin (##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş aktlar) ##.##.2022ci il tarixli, ******* saylı; ##.##.2022-ci il tarixli, ******* saylı; ##.##.2022- ci il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2023-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı; ##.##.2024-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
28. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı İddiaçı İstehsalat Birliyinin istinad etdiyi ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2022- ci il tarixli, ******* saylı, ##.##.2023cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023-cü il tarixli, ******* saylı, ##.##.2023- cü il tarixli, ******* saylı, ##.##.2023cü il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov