Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1564/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1564/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Abdullayev Cavabdeh hesabından onun nəfinə 12700 manat pulun və ona vurmuş olduğu 3000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 15700 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh 2022- ci ilin avqust ayından onun işçisi X2 vasitəsilə tanımışdır. Rövşən ondan xahiş etmişdir ki, onun zabit dostu vardır. Müdafiə Nazirliyi sistemində N saylı hərbi hissədə işləyir. Cavabdeh ondan borc pul istəyir, hal-hazırda ona borc pul verməyə pulu yoxdur, onu da darda qoymaq istəmir. Eyni zamanda ondan xahiş etmişdir ki, imkanı varsa ona köməklik eləsin. Oda Rövşənə Cavabdeh tanımadığını bildirmiş, borc pulu bu şərtlə verir ki, cavabdehliyi o daşısın. O Rövşənə görə verir. Bundan sonra Cavabdeh gəlib onunla görüşdü və ##.##.2023-cü il tarixdə o ona 27.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh, ondan borc pul alan zaman, şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə ondan 27.000 manat borc pul almasını və onu 1 həftəyə qaytaracağını öz imzası ilə yazıb təsdiq etmişdir. Bundan sonra o, həmin pulu 1 ildən sonra bir hissəsini qaytardı, lakin ona 12.700 manat borcu qalmışdır. Hər ay ona qalan borcu qaytarması barədə yalan vədlər vermiş lakin, hal-hazıra kimi borcunu qaytarmamışdır. Xeyli müddətdən sonra o başa düşmüşdür ki, Cavabdeh onu aldadır, hər dəfə müxtəlif bəhanələr deyir, sadəcə olaraq ona olan borcunu qaytarmaq istəmir. Həmçinin cavabdeh borc pulunu vaxtında geri qaytarmadığına görə, o həm maddi, həm də mənəvi zərə çəkmişdir. Buna görə də, onun iddiaçıya vurduğu zərərə görə hazırkı iddia ilə məhkəməyə müraciət edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 12700 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin bütövlükdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldəetsin. Qeyd edilən maddi hüquq norması məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd edilsə də, sözügedən normanın tətbiqi zamanı yanlışlığa yol verilmişdir. Belə ki, mən məhkəmə zamanı da qeyd etmişəm ki, iddiaçı İddiaçı mənə 60000 manat məbləğində kreditin verilməsinin təmin edilməsi məqsədilə müəyyən məbləğ pul vəsaiti borc vermişdir. Həmin məbləğin bir hissəsini qaytarsam da, 12700 manat məbləğində pul vəsaitini qaytara bilməmişəm. İddiaçının özünün də qeyd etdiyi kimi borc müqaviləsinə dair aramızda razılıq olmuşdur. Lakin həmin razılıq yazılı qaydada bağlanılmamışdır. Halbuki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsiyazılı formadabağlanılmalıdır. Qeyd edilən imperativ maddi hüquq normasının şərtlərinə əsasən məbləğ 3000 manatdan artıq olarsa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə də mübahisə predmeti qeyd edilən məbləğdən yüksək olduğundan yazılı olaraq bağlanmamış borc müqavilənin heç bir hüquqi qüvvəsi mövcud deyildir. Eyni zamanda məhkəmə özü d ə məhkəmənin mövqeyi hissəsində borc müqaviləsinin bağlanması qaydasına toxunmuş, lakin tətbiqi məsələsinə gəldikdə isə onun tətbiqindən yayınmışdır. Beləliklə hazırki mülki iş üzrə münasibətlər borc müqaviləsindən irəli gəlmiş, borc müqaviləsi üzrə isə imperativ normaya uyğun olaraq yazılı borc müqaviləsi bağlanmadığından hər hansı bir müqavilənin bağlanmasından söhbət gedə bilməz. Məhz qeyd edilənlərə uyğun olaraq borc müqaviləsi üzrə imperativ normaya uyğun olaraq müqavilə bağlanmadığı üçün məhkəmə iddia tələbini əsaslı hesab etməməli, iddia tələbinin rədd edilməsi ilə bağlı yekun akt qəbul etməli idi.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)
10. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
11. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçünnəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
17. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
22. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən qətnamənin təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
33. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu da qətnamənin ləğvinə əsas yaradır.
34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.2, 1091.1 və 1091.2-ci maddələrini tətbiq edərək hesab etmişdir ki, qanunvericiliyə əsasən borcun məbləği 3000 manatdan artıq olduğu üçün borc müqaviləsi yazılı qaydada bağlanılmalı idi. Lakin iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsi yazılı qaydada bağlanılmalı olsa da, tərəflər borc müqaviləsinin formasına dair qanunvericiliklə müəyyən edilmiş bu şərtə əməl etməmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında şifahi formada bağlanılmış borc müqaviləsi etibarsız hesab edilməli və hazırkı iddianın əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin müvafiq müddəaları təşkil etməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterini qiymətləndirərkən səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
37. Belə ki, işə baxan məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yazılı forma ilə bağlı tələbi imperativ xarakter daşıdığından həmin tələbə əməl edilməməsi borc müqaviləsinin etibarsızlığı ilə nəticələnir. Bununla belə bir qrup hüquq tətbiqedənlər hesab edirlər ki, mülki qanunvericiliyin üç min manatdan yuxarı olan məbləğlərlə bağlı borc müqaviləsinin yazılı formada bağlanılmalı olması tələbi həmin müqavilənin etibarlılıq şərti deyil, sübutetmə şərti olaraq çıxış edir.
38. Hazırki işə baxılan zaman eyni məzmunlu mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin həmin Məcəllənin 740.2-ci maddəsi (hazırda 739.2-ci maddəsi) ilə əlaqəli şəkildə şərh edilməsi xahiş olunmuşdur. Həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün hazırki kollegiyanın ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2026-cı il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir
39. Konstitusiya Məhkəməsi həmin Qərarında qeyd etmişdir ki (qərarın nəticə hissəsinə görə buradakı mövqelər hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil edilir), bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər.
40. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir.
41. O da nəzərə alınmalıdır ki, borc müqaviləsinin etibarlılığının yazılı forma tələbinə riayət olunması ilə şərtləndirmə halında faktiki olaraq verilmiş borc müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma üzrə geri istənilə bilinir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
42. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ həmin əqdin icra edildiyi gündən bir il ərzində irəli sürülə bilər.
43. Göründüyü kimi, borc müqaviləsi üzrə öhdəliyin icrası (borcun geri qaytarılması) tələbi üzrə iddia müddəti geri qaytarma ilə bağlı öhdəliyin icra edilməli olduğu gündən etibarən üç il təşkil etdiyi halda (Mülki Məcəllənin 373, 377-ci maddələri), müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma tələbi üzrə iddia müddəti icra (pulun qarşı tərəfə-əsassız varlanan şəxsə verildiyi) günündən etibarən bir il təşkil edir. Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar.
44. Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən araşdırılan hüquqi məsələlərə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin yazılı mülahizəsində qeyd edildiyi kimi, təcrübədən görünür ki, bir çox işdə kreditor borca pul verdiyini digər yazılı sübutlarla (WhatsApp yazışmaları və s.) və ya cavabdehin etirafı ilə sübut edə bilir. Buna baxmayaraq, onlar arasındakı faktiki borc razılaşması məhz yazılı formaya əməl edilmədiyi üçün etibarsız sayıldıqda, keçərli müqavilə münasibəti hüquqən istisna olunur. Belə olan halda, kreditorun iddiasına məcburən əsassız varlanma qaydaları çərçivəsində qiymət verilir.
45. Mülahizədə, həmçinin göstərilir ki, əksər hallarda əhəmiyyətsiz sayılan bu cür əqdlərin icrası tərəflərin razılaşdıqları gün həyata keçirilməklə pul vəsaiti borcluya təqdim edilir və tərəflər arasında ixtilaf yarandıqdan sonra məhkəməyə müraciət edildiyi anda həmin gündən hesablanan bir illik müddət keçmiş olur. Hətta müddətin əvvəli kreditorun öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən götürüldükdə adətən həmin müddət ötür. Cavabdehlər iddia müddətinin tətbiqi haqqında ərizə verdikdə isə məhkəmələr Mülki Məcəllənin 375-ci maddəsinə əsasən pul tələblərini rədd etməli olurlar. Nəticə etibarilə, hüquq qaydasını (öhdəliklərini) pozaraq aldığı pul vəsaitini qaytarmayan şəxs mükafatlandırılmış olur, tələbini sübuta yetirmiş kreditor isə alacağından məhrum qalır. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
46. Beləliklə, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında 3000 manatdan yuxarı borc münasibətlərinin müqavilə formasında rəsmiləşdirilməməsi səbəbindən etibarlı əqd kimi hesab etməməkdə haqlı olmamış, mübahisəyə əsassız varlanmadan irəli gələn normaları tətbiq etməkdə yanlışlığa yol vermişdir. Odur ki, kollegiyanın mövqeyinə görə hazırki mübahisəyə iş materiallarındakı dəlillərin qiymətləndirilməsindən asılı olaraq borc münasibətlərindən irəli gələn normaların tətbiqi mümkündür.
47. Bu zaman işin hallarına görə iddianın əsaslılığına qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh iddiaçıdan borc pul alan zaman şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə ondan 27.000 manat borc pul almasını və onu 1 həftəyə qaytaracağını öz imzası ilə yazıb təsdiq etmiş, iddiaçının da bildirdiyinə görə həmin məbləğin 14.300 manat hissəsi qaytarılmışdır. Bundan əlavə cavabdeh də istər birinci instansiya məhkəməsi zamanı, istərsə də öz apellyasiya şikayətində iddiaçı İddiaçı ona 60000 manat məbləğində kreditin verilməsinin təmin edilməsi məqsədilə müəyyən məbləğ pul vəsaiti borc verdiyini, həmin məbləğin bir hissəsini qaytarsa da, 12700 manat məbləğində pul vəsaitini qaytara bilmədiyini qəbul etmiş, yalnız bu halın yazılı müqavilə kimi rəsmiləşdirilməməsinə istinad edərək etibarsız hesab edilməli olduğunu qeyd etmişdir.
48. Göstərilənlər də onu deməyə əsas verir ki, borcalan qismində cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu razılaşdırdıqları vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qalıq borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
49. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək Cavabdeh Cavabdeh 12700 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin olunsun. Cavabdeh Cavabdeh 12700 (on iki min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə