Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1617/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış CL- EE********* nömrəli, ## #### 2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15,9 faizlə 59 ay müddətinə 17000 manat məbləğində nağd krediti verilmişdir.
2. ## ### 2025-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdehnun CL-EE********* nömrəli, ## #### 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 15716,59 manat əsas borc, 1298,01 manat faiz borc, 38,54 manat məbləğində cərimə borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə CL-EE********* nömrəli, ##.##.2024-cü il tarixli Kredit müqaviləsi üzrə 15716,59 manat əsas, 1298,01 manat faiz, 38,54 manat cərimə borcu olmaqla, cəmi 17053,14 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin veriləsi üçün ödənilmiş 141,16 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə CL-EE********* nömrəli, ##.##.2024-cü il tarixli Kredit müqaviləsi üzrə 15716,59 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər 1131,41 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər olaraq (5%) 333,98 manat, 115,46 manat cərimə borcu olmaqla, cəmi 17053,14 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin veriləsi üçün ödənilmiş 141,16 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdehə kreditin qaytarılması haqqında ## ##### 2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizamlanması barədə) göndərilərək, xəbərdarlıq edilməsinə baxmayaraq sözügedən şəxs öhdəliklərini yerinə yetirməmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən Cavabdeh “xxxx” ASC olan borcu aşağıdakı kimi müəyyən edilir: o cümlədən əsas borc üzrə - 15296,92 manat, faiz borcu üzrə - 1644,27 manat. Qeyd edilir ki, ## #### 2024-cü il tarixli, CL-EE********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ##.##.2025-ci il tarixə: əsas borc üzrə-15289,28 manat, faiz borcu üzrə 1481,44 manat. ##.##.2025-ci il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə-15289,28 manat, faiz borcu üzrə-1481,44 manat, faiz borcu üzrə 5% ilə-324,90 manat. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış ## #### 2024-cü il tarixli, CL-EE********* saylı kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh Cavabdeh cərimə borcu hesablanmadı.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə CL-EE********* nömrəli, ##.##.****-cü saylı kredit müqaviləsi üzrə əsas borc üzrə-15716,59 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər 1131,41 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər olaraq (5%) 324,90 manat, 50 manat cərimə borcu olmaqla, cəmi 17222,9 manat borcu borc pulun, 141,67 ödənilmiş dövlət rüsumunun, habelə 80 qəpik xidmət haqqının tutulması, iddianın qalan hissədə təmin olunmaması, ekspetiza xərci 200 manat pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, məhkəmə işin hallarını, kredit müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alıb və 115,46 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və dəbbə pulu olaraq 50 manat məbləğində tutulması ədalətlidir. Məhkəmə iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış kredit müqaviləsini, məxaric orderini və digər sənədləri, həmçinin ekspertiza rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə CLEE********* nömrəli, ##.##.****-cü saylı kredit müqaviləsi üzrə əsas borc üzrə-15716,59 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər 1131,41 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər olaraq (5%) 324,90 manat, 50 manat cərimə borcu olmaqla, cəmi 17222,9 manat borcu borc pul, 141,67 ödənilmiş dövlət rüsumu, habelə 80 qəpik xidmət haqqı tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 328.1, 385.1, 386.1, 442, 445, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələbində qeyd olunanları yoxlamadan qətnamə qəbul etmiş, bununla maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə borc məbləğinin cavabdeh tərəfindən edilmiş ödənişlərə münasibətdə düzgün olub-olmamasını yoxlamamış, cavabdehin hüquqlarıma məhəl qoymamışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspetizasının rəyinə əsasən borc məbləğinin iddiaçı tərəfindən düzgün hesablandığına çıxardığı qətnamədə qiymət verməlidir. Məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə kobud pozuntuya yol vermişdir. Beləliklə, məhkəmənin ekpertiza rəyinin də süni surətdə şişirdildiyinə düzgün qiymət verməmişdir. Odur ki, iş üzrə təkrar ekspetiza keçirilməlidir. Məhkəmə Mülki Məcəllənin qeyd olunan normalarının tələblərini nəzərə almamış iş üzrə zəruri araşdırma aparmadan maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin göstərilən tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iddia tələbindən göstərilən borc məbləğinin süni surətdə şişirdildiyinə qiymət verməməklə MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin qismən ləğv edilərək, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcunun tutulması hissəsində dəyişdirilməlidir.
21. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin cavabdeh tərəfindən edilmiş ödənişlərə münasibətdə düzgün olub-olmamasını yoxlamamış, cavabdehin hüquqlarıma məhəl qoymamışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspetizasının rəyinə əsasən borc məbləğinin iddiaçı tərəfindən düzgün hesablandığına çıxardığı qətnamədə qiymət verməlidir. Məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə kobud pozuntuya yol vermişdir. O cümlədən, məhkəmə ekpertiza rəyinin də süni surətdə şişirdildiyinə düzgün qiymət verməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmış, hər hansı bir əsaslı dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir konkret əsas qeyd olunmamışdır.
23. Lakin birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## #### 2024-cü il tarixli, CL-EE********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ##.##.2025-ci il tarixə: əsas borc üzrə-15289,28 manat, faiz borcu üzrə 1481,44 manat. ##.##.2025-ci il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə-15289,28 manat, faiz borcu üzrə-1481,44 manat, faiz borcu üzrə 5% ilə-324,90 manat.
24. Göründüyü kimi, ekspert rəyində əsas borcun məbləği 15289,28 manat müəyyən olunsa da, birinci instansiya məhkəməsi əsas borcun məbləğini 15716,59 manat müəyyən etmiş, lakin bu istiqamətdə, yəni, ekspert rəyi ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmamışdır.
25. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə tutulmalı olan əsas borcun və buna uyğun olaraq ümumi borcun məbləği hissəsində dəyişdirilərək bu məbləğ 15289,28 manat, ümumi borcun məbləği isə (15289,28 + 1131,41 + 324,9 + 50) 16795,59 manat müəyyən olunmalı, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə tutulmalı olan əsas borcun məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tutulmalı olan əsas borcun məbləği hissəsində dəyişdirilərək əsas borca görə tutulmalı olan məbləğ 15289,28 manat və buna uyğun olaraq müqavilə üzrə yaranmış ümumi borcun məbləği 16795,59 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.