Məhkəmə qərarları › İş №e-2(3-6)-1726/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1726/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1726/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları

1. ##.##.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi, X2 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ərizə və çıxarışlardan görünür ki, X2 ##.##.2023-cü ildə ##.##.2026-cı ilədək illik 29 faizlə 500 manat məbləğində kredit xətti açılıb, ##.##.2023-cü ildə kart kimiti artırılaraq 7000 manat müəyyən edilib. X2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürüb;

2. Iddiaçı İddiaçı ASC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə kredit müqaviləsi üzrə 6999,08 manat əsas, 1552,22 manat faiz borcu, 470,76 manat cərimə borcu olmaqla, cəmi 9022,06 manat borcu vardır.

3. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh, ##.##.2024-cü il tarixə yaranmış 6999,08 manat əsas, 857,27 manat faiz, 136,83 manat cərimə, cəmi 7994,18 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub;

4. ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 110,23 manat dövlət rüsumu ödənilmişdir.

5. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, ***sMNGb/** saylı kredit müqaviləsi və ##.##.2024-cü il tarixli əlavə razılaşma saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxx” KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir: ## ### 2024-cü il tarixinə bildiriş tərtib edilən tarixə: əsas borc üzrə 6869,39 manat; faiz borcu üzrə 857,21 manat; ## ###### 2025-ci il tarixinə - maliyyə arayışı tərtib edilən tarixə: əsas borc üzrə 6869,39 manat; faiz borcu üzrə 2063,55 manat.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 6999,08 AZN əsas, 1552,22 AZN faiz, 470,76 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9022,06 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 110,23 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ##.##.2023-cü il tarixli ərizə anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilib. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 29% olmaqla 7000 manat məbləğində kredit xətti açılıb. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə # ###### 2025-ci il tarixinə “xxxx” KB ASC-yə 6999,08 AZN əsas, 1552,22 AZN faiz, 470,76 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9022,06 AZN borcu yaranıb. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılıb, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməyib və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlib.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 6869,39 manat əsas, 857,21 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 7776,6 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,01 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 15,22 manatının iddiaçı İddiaçı ASC-yə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 86,2 manatının cavabdeh Cavabdeh və 13,8 manatının iddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X8, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 220.4, 217.3, 218.3. 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtləri üzrə tələb edilən faiz borcu müqavilə müddəti ilə məhdudlaşdırılmalıdır. Pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün iddiaçı bankın xeyrinə minimal faizlərin, yəni Mülki Məcəllənin 445.7. maddəsində nəzərdə tutulan illik beş faiz məbləğin də tutulması hazırkı halda mümkün deyil. Belə ki, borclunun hansı müddətdən gecikdirməni həyata keçirməsini hazırkı prosesdə müəyyən edilməmiş, Bank borclunun ödəmələr aparılan müddət ərzində də gecikmələrə yol verməsi barədə birinci instansiya məhkəməsinə heç bir sənəd təqdim etməmişlər. Hər bir ödəmə üzrə gecikmələrin hansı tarixdən başlanması, müxtəlif tarixlərdə baş vermiş gecikmələrin hesablanması, hər bir ödəmədən sonra qalıq qalan əsas məbləğin müəyyən edilməsi, həmin məbləğə növbəti ödəməyədək gecikmə faizi hesablanması və s. bunlar ayrıca araşdırma predmetidir. Məhkəmə təqdim edilmiş sübutlara obyektiv və tam baxmamış, həmin sübutlar məhkəmə tərəfindən araşdırılmamış və qətnamədə qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, faiz borcları düzgün hesablanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Cavabdeh ərizə ilə müraciət edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza yalnız bankın təqdim etdiyi riyazi hesablamaları mexaniki surətdə təsdiqləmiş, lakin işin ən əsas həlledici mülki-hüquqi hallarını, sağlamlıq durumunu və müqavilənin bağlanma şəraitini tamamilə diqqətdən kənarda saxlamışdır. Bu səbəbdən həmin rəyə etiraz edir və məsələnin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) konkret maddələri ilə tənzimlənən hüquqi əsaslarını qeyd edir: 1. Onlayn kreditləşmə zamanı bankın vicdanlılıq prinsipini pozması (AR MM-in 5.1 və 421-ci maddələri) AR MM-in 5.1-ci maddəsinə əsasən, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini vicdanla yerinə yetirməlidirlər. Hüquqdan sui-istifadəyə yol verilmir. “xxxx” ASC peşəkar maliyyə institutu olaraq, müqavilə bağlayarkən istehlakçının real vəziyyətini yoxlamağa borclu idi. Lakin bank rəsmi filialına dəvət etmədən, riskləri canlı şəkildə izah etmədən, məsafədən (onlayn olaraq) kart hesabına birbaşa yüksək faizli kredit vəsaiti yükləmişdir. Əvvəlki ekspertiza rəyi bankın bu məsuliyyətsiz addımına – yəni müştərinin fiziki və maliyyə durumunu yoxlamadan kor-koranə kredit verməsi faktına heç bir hüquqi və iqtisadi qiymət verməmişdir. 2. Ağır dərman preparatlarının təsiri və iradə çatışmazlığı faktı (AR MM-in 339 və 347-ci maddələri) AR MM-in 339.1-ci maddəsinə görə, əqd hüquqi nəticələrin yönəldiyi iradə ifadəsidir. MM-in 347.1-ci maddəsinə əsasən isə, fəaliyyət qabiliyyəti olan şəxs tərəfindən elə bir vəziyyətdə bağlanmış əqd etibarsız sayıla bilər ki, həmin şəxs öz hərəkətlərinin əhəmiyyətini dərk edə biləcək və ya onlara rəhbərlik edə biləcək vəziyyətdə olmasın. Vətən müharibəsi iştirakçısı, ordenli qazi və II dərəcə müharibə əlilidir. Kredit vəsaitinin hesabına yükləndiyi tarixlərdə aldığı ağır kontuziya və xəsarətlərlə bağlı daimi olaraq güclü təsirə malik nevroloji/psixotrop dərman preparatlarının təsiri altında olmuşdur. Tibbi preparatların təsiri altında olan xəstə şəxsin iradəsi tam sərbəst sayıla bilməz və o, bankın tətbiq etdiyi ağır faizlərin maliyyə fəsadlarını obyektiv qiymətləndirmək iqtidarında olmur. Keçirilmiş ekspertiza bu ağır xəstəliyi, tibbi vəziyyəti və bankın bundan birtərəfli faydalanmasını tamamilə görməzdən gəlmişdir. 3. Ağır vəziyyətdən sui-istifadə və sosial durumun nəzərə alınmaması (AR MM-in 343 və 465-ci maddələri) AR MM-in 343-cü maddəsinə əsasən, şəxsin ağır halların gətirdiyi sıxıntı nəticəsində özü üçün olduqca əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu və qarşı tərəfin bundan istifadə etdiyi əqd məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd edir ki, əmək qabiliyyəti yoxdur və üzərində məhkəmə qərarı ilə müəyyən edilmiş 567 AZN məbləğində aliment öhdəliyi mövcuddur. Banka ayda yalnız 50 AZN ödəməyə gücünün çatdığını bildirsə də, bu xəstə halı nəzərə alınmamış, faiz və cərimələr qanunsuz olaraq şişirdilmişdir. MM-in 465-ci maddəsinə görə, əgər ödənilməli olan cərimə qeyri-mütənasib dərəcədə böyükdürsə, məhkəmə borclunun vəziyyətini nəzərə alaraq onu azalda bilər. Birinci instansiya məhkəməsi və ekspertiza bu mütənasibliyi və mənim ağır durumumu tamamilə gözardı etmişdir. 4. Faizlərin hesablanmasında qanunsuzluqlar (AR MM-in 445.7-ci maddəsi) Əvvəlki ekspertiza rəyi bankın hesabladığı faizlərin MM-in 445.7-ci maddəsinə (gecikdirilmə üçün minimal faizlərin tətbiqi, 5%-lik limit və s.) uyğunluğunu dərindən araşdırmamış, sadəcə bankın birtərəfli çıxarışını əsas götürmüşdür. Bu isə rəyin obyektivliyini tamamilə heçə endirir. Yuxarıda şərh olunan geniş mülki-hüquqi əsasları, əvvəlki ekspertizanın xəstəliyini, dərman qəbulunu və bankın onlayn kredit verməkdəki qanunsuz tələskənliyini nəzərə almadığını rəhbər tutaraq, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyinin işin real mülki, tibbi və psixoloji hallarını (AR MM-in 5, 343, 347 və 445-ci maddələrini) araşdırmadığı üçün əsassız və natamam hesab edilməsini, müqavilə bağlandığı (onlayn kredit yükləndiyi) zaman hansı tibbi-psixoloji vəziyyətdə (ağır dərmanların təsiri altında) olmağının və bankın vicdanlılıq prinsipini pozaraq hansı şəraitdə kredit verməsinin müəyyən edilməsi məqsədilə iş üzrə yenidən müvafiq ekspertiza (kompleks maliyyə və tibbi-psixoloji ekspertiza) təyin edilməsini, II dərəcə müharibə əlili statusunu, daimi müalicə ehtiyaclarını və üzərində olan 567 AZN aliment öhdəliyinin nəzərə alınaraq, bankın iddia etdiyi bütün faiz və cərimələrin silinməsini, əsas borcun ödənilməsi üçün maddi imkanına uyğun (ayda 50 AZN olmaqla) ədalətli qrafik müəyyən edilməsini xahiş edir.

15. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırkı halda iddia qismən təmin edilməklə qətnaməni yalnız cavabdeh mübahisələndirdiyindən, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh ##.##.2026-cı ilədək illik 29 faizlə 500 manat məbləğində kredit xətti açılıb, ##.##.2023-cü ildə kart kimiti artırılaraq 7000 manat müəyyən edilib. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmiş və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

30. Iş materiallarında olan ##.##.2021-ci il tarixli Ümumi Oferta müqaviləsi, X2 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ərizə və çıxarışlardan görünür ki, X2 ##.##.2023-cü ildə ##.##.2026-cı ilədək illik 29 faizlə 500 manat məbləğində kredit xətti açılmış, ##.##.2023-cü ildə kart kimiti artırılaraq 7000 manat müəyyən edilmişdir. X2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

31. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə kredit müqaviləsi üzrə 6999,08 manat əsas, 1552,22 manat faiz borcu, 470,76 manat cərimə borcu olmaqla, cəmi 9022,06 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ##.##.2023-cü il tarixli, ***sMNGb/** saylı kredit müqaviləsi və ##.##.2024-cü il tarixli əlavə razılaşma saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh “xxxx” KB ASC olan ## ### 2024-cü il tarixinə bildiriş tərtib edilən tarixə əsas borc üzrə 6869,39 manat, faiz borcu üzrə 857,21 manat məbləğində müəyyən edilib. Cavabdeh sonuncu dəfə ##.##.2025-ci il tarixdə 218 manat ödəniş etsə də, həmin məbləğin hamısı gecikdirilmiş faiz borcuna nəzərə alınıb. Apellyator şikayətində maliyyə arayışını və ekspert rəyinin düzgün olmamasını bildirsə də, hər hansı təsdiqedici fakt (arayış, ödəniş qəbzi və s.) təqdim edə bilməmişdir.

33. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

35. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

36. Qeyd olunan normalara, təqdim edilmiş sübutlara, ekspert rəyinə hüquqi qiymət verməklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh 6869,39 manat əsas, 857,21 manat (bildiriş göndərilən ##.##.2024-cü il tarixinə) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

37. Həmçinin işin halları nəzərə alınmaqla, məhkəmə iddia ərizəsində cavabdehdən ödənilməsi tələb edilən cərimənin 470,76 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab etməklə də düzgün nəticəyə gəlmişdir. (MM m.467)

38. Kollegiya cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki, iş materialları ilə ekspert rəyinin obyektivliyini şübhə altına alan və əsassız olduğuna dəlalət edən hər hansı xüsusat müəyyən edilmədiyindən təkrar ekspertiza təyin edilməsinə zərurət mövcud deyil.

39. Həmçinin ərizədə qeyd edilən “ayda 50 manat olmaqla ödəniş qrafikinin müəyyən edilməsi”nə münasibətdə kollegiya qeyd edir ki, hazırki tələb üzrə qeyd olunan hala dair qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar