Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1767/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra İddiaçı MMC) cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə kiçik iddialara dair sədələşdirilmiş icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 750 manat olan Məişət avadanlığı almışdır.
2. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixli müqaviləyə əsasən Məişət avadanlığı üçün 420 manat borcu yaranmışdır.
3. Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ##.##.2020-ci il tarixli borc müqaviləsinə əsasən 420 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC ilə müddəti 12 ay olmaqla ##.##.2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 750 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 420 manat əsas borcu qalıb.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsi ilə (sədrlik edən-Leyla Talıbova) iddia təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixli müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissənin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. 7.Məhkəmə məüəyyən etmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixli Borc müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. 8.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı Borc müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə Borc müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 420 manat ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.4, 385.1, 386.1, 442, 445.2.1, 448.1-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284- 1, 284-5.3, 284-6.1, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10.Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd olunanlar tamamilə yalandır. Tərəfindən İddiaçı MMC-yə heç məbləğ ödənilməmişdir. Belə ki, iş yazılı icraat qaydasında olmuş, onun məhkəmədə belə bir iddianın olmasından ümumiyyətlə xəbəri olmamışdır. Cavabdehə iddia ərizəsi təqdim edilməmişdir. Yalnız məhkəmə qətnaməsi çıxaırldıqdan sonra ona məhkəmədən bildiriş gəlmiş, bundan sonra hüquqlarının müdafiə edilməsi üçün tərəfindən vəkil ilə müqavilə bağlanmış və qətnaməni ##.##.2026-ci il tarixdə vəkili Vəkil elektron sistemə daxil olduqdan sonra əldə edə bilmişdir. Əgər mənkəməyə çağırılsaydılar iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərdi. Lakin məhkəmə onu bu hüququndan da məhrum etmişdir. Nəticədə belə bir ədalətsiz qətanmə çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, borcun tələb edilməsi üçün müəyyən edilmiş müddət - 3 il keçdikdən sonra iddia müddəti başa çatır və bu əsasla iddia rədd olunmalı idi. Bu halda, borc tələbi 2020-ci ilə aid olduğundan 2025-ci ildə iddia qaldırılması müddətin bitməsi səbəbindən yolverilməzdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
13.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 16.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.
18. Iş materiallarından görünür ki, məhkəmə MPM-in 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə cavabdehə rəsmi qaydada bildiriş göndərsə də bildirişin cavabdehin ünvanına çatması və cavabdeh tərəfindən təhvil alınması və ya cavabdehə məhkəmə icraatı barədə məlumatın başqa üsulla çatdırılması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
20. Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, mülki məhkəmə icraatının əsas prinspiplərindən olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi təmin edilmədiyindən yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
21. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-dən alqı-satqı qiyməti 750 manat olan Məişət avadanlığı almışdır. Lakin cavabdeh müqavilə üzrə öhədliyi icra emtədiyindən iddiaçıya borcu ayaranmışdır.
22. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixli müqaviləyə əsasən Məişət avadanlığı üçün 420 manat borcu yaranmışdır.
23. Borcun müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfinən icra edilmədiyini nəzərə alan birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
24. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məişət əşyasını cavabdehə vermiş, cavabdeh Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə borcu yarandığına görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
25. Lakin, mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipləri subyektiv hüquqların qorunmasını müəyyən zaman çərçivəsi - iddia müddəti ilə məhdudlaşdırır.
26. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən apellyasiya şikayətində və ərizəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi xahiş edildiyindən, iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd edilməlidir.
27. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək apellyasiya şikayətini təmin edərək, iddia müddətini tətbiq etməklə iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ərizə onunla əsaslandırılır ki, iş yazılı icraat qaydasında olmuş, onun məhkəmədə belə bir iddianın olmasından ümumiyyətlə xəbəri olmamışdır. Cavabdehə iddia ərizəsi təqdim edilməmişdir. Yalnız məhkəmə qətnaməsi çıxaırldıqdan sonra ona məhkəmədən bildiriş gəlmiş, bundan sonra hüquqlarının müdafiə edilməsi üçün tərəfindən vəkil ilə müqavilə bağlanmış və qətnaməni ##.##.2026-ci il tarixdə vəkili Vəkil elektron sistemə daxil olduqdan sonra əldə edə bilmişdir. Əgər mənkəməyə çağırılsaydılar iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərdi. Lakin məhkəmə onu bu hüququndan da məhrum etmişdir. Nəticədə belə bir ədalətsiz qətanmə çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, borcun tələb edilməsi üçün müəyyən edilmiş müddət - 3 il keçdikdən sonra iddia müddəti başa çatır və bu əsasla iddia rədd olunmalı idi. Bu halda, borc tələbi 2020-ci ilə aid olduğundan 2025-ci ildə iddia qaldırılması müddətin bitməsi səbəbindən yolverilməzdir.
29. Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Könül qızı İddiaçı –dən hissə-hissə ödəniş şərti ilə 750 AZN məbləğində məişət əşyası əldə etmiş, onun 30 manatını ilkin olaraq ödəmiş və qalan 720 manatı 12 ay müddətində aylıq 60 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür.
30. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Eyni Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Hazırki işdən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin icra müəddəti müvafiq olaraq 2021-ci ilin sentyabr ayında bitiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilməsinə baxmayaraq hazırkı tələb üzrə 3 illik iddia müəddətini ötürərək məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir.
34. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MIÜMK-nın ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
35. Avropa Insan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
36. Həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 37.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. Iddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 38.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı İddiaçı MMC-nin cavabdehdən müqavilə əsasında borc tələb etmək üçün ilkin olaraq subyektiv maddi hüququ mövcud olsa da, həmin hüququn məhkəmə qaydasında müdafiəəsi imkanı (iddia hüququ) iddia müddətinin ötürülməsi və cavabdehin bu barədə ərizə verməsi səbəbindən itirilmişdir. 39.Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına və qeyd olunan qanunvericlik normalarına əsasən Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli, qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
40. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilməlidir.
41. Kollegiya həmçinin qeyd edir ki, iddianın qiyməti beş min manatı keçmədiyindən prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iş üzrə ödənilmiş rüsum tərəflərin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Günay Axundova Hakimlər Cəmilə Musayeva Məhəmməd Rüstəmli