Məhkəmə qərarları › İş №e-2(3-6)-1829/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1829/2026

23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1829/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 129.600 manat maddi ziyan, vəkilə ödənilmiş 330 manat və dövlət rüsumu kimi ödənilmiş 420 manat olmaqla, cəmi 130.350 manat məbləğində pulun cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ucuz qiymətə armatur alıb satdıqdan sonra birlikdə qazanc əldə edəcəyinə dair yalan vəd verib onu aldadaraq, 2024-cü ilin noyabr ayının əvvəllərində 204.600 manat onun pulunu ələ keçirmişdir. Belə ki, cavabdehi dostu X2 görə tanımışdır. Cavabdeh Əkbərin uzaq qohumudur. 2024-cü ildə Əkbərlə müxtəlif ölçülü armaturların alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişlər. Həmin biznes fəaliyyəti üçün təxminən 205.000 manat məbləğində vəsait lazım olmuşdur. Əkbərlə razılaşmışlar ki, həmin biznes üçün nağd pulun hamısı onun tərəfindən qoyulur, Əkbər tərəfindən isə mallar zavoddan alınıb satışı həyata keçirilir. Həmin biznes fəaliyyətinə başladıqdan sonra Əkbərin qohumu olan cavabdehin vasitəsilə Keşlə qəsəbəsində yerləşən “Bakı Inşaat Sənayesi” zavodundan müxtəlif növ armaturlar götürüb Kənana təhvil vermişlər. Cavabdeh müxtəlif vaxtlarda armaturların dəyərini hissə-hissə ödəsə də, sonda 204.600 manat məbləğində malların dəyərini ödəmədi. O, dəfələrlə cavabdehə pulu ödəməsini bildirsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyini bildirmiş, lakin pulu ödəməmişdir. Bundan sonra onun tərəfindən DIN Nərimanov RPI-nə müraciət olunaraq cavabdeh barəsində qanuni tədbirlər görülərək pulunun geri qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. Nərimanov RPI-nin Istintaq Şöbəsində araşdırma aparılaraq şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması qənaətinə gəlinmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh polis orqanında izahat verərək ona 204.000 manat borcu olmasını etiraf etmişdir. Istintaq şöbəsində araşdırma aparılan müddətdə cavabdeh ona olan borcundan 75.000 manat məbləğin əvəzində mənzil vermiş, 129.600 manat məbləğində pul isə bu günə qədər ödənilməmişdir. Ona görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 129.000 manat, həmçinin hüquqi xidmət xərci 330 manat və dövlət rüsumunun əvəzi kimi 419 manat, cəmi 129.749 (bir yüz iyirmi doqquz min yeddi yüz qırx doqquz) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat:

5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi iddiaçının formal mülahizələrini öz qətnaməsində mötəbər sübut kimi qəbul edərək işi birtərəfli araşdıraraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında olan öhdəliyini əslində tam şəkildə icra etmişdir. Sadəcə olaraq iddia ərizəsində göstərilən hallar işin faktiki vəziyyətinə uyğun deyil, bunu isə hakim araşdırmamış, qanunsuz qətnamə qəbul etməklə cavabdehin hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Hazırki mülki iş üzrə iddiaçının heç bir mötəbər sübutu yoxdur. Iddiaçının yeganə sübutu Nərimanov Rayon Polis Idarəsinin IŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarıdır. Həmin qərarda cavabdeh Cavabdeh polis idarəsində verdiyi ifadəsi sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin ifadədən də görünür ki, tərəflər arasında hər hansı işgüzar münasibət deyil, sadəcə sələmə verilmiş pul münasibətləri olmuşdur. Iddiaçı və şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadələrində və onlara verilən suallara cavablarda bildirir ki, onlar cavabdehin armaturu kimdən aldığını, hansı qiymətə aldığını və kimə və hansı şəraitdə satdığını görməmişlər və yalnız Kənanın sözləri ilə bu gedən ticarətdən məlumatlı olmuşlar və bunun müqabilində Cavabdeh bu iki şəxsə özlərinin məhkəmə iclasında etiraflarına əsasən əlavə olaraq hərəsinə 30.000 manat olmaqla ümumilikdə əlavə 60.000 manat pul vermişdir. Bunu eşidən hakim həmin məbləği ümumi məbləğdən çıxmamış, şəxslərin faizə, yəni sələmə pul verdikləri aydın olandan sonra onların hərəkətinə haqq qazandırmış və həmin pulu onların qazancı kimi qəbul etmişdir. Bununla hakim özü əslində qanunu pozmuş və iddiaçının əməllərində AR Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq) maddəsinin dispozisiyasında göstərilən tərkib əlamətləri olduğu halda buna göz yummuş, şəxsin qanunsuz olaraq bank fəaliyyəti ilə məşğul olaraq faizə, yəni sələmə pul verdiyini gördüyü halda işin hüquqi əsasını öhdəlik və borc münasibətlərinə uyğunlaşdırmış və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, həm iddiaçı həm də şahid həmin pulu cavabdehə faizə birgə verdikləri halda, həmin iddia ərizəsi ilə onların birgə iddia verməyə dair subyektiv hüququnu gözardı edərək təkcə İddiaçı iddiaçı kimi tanımışdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, o, iddiaçıdan pulu sələmə götürmüşdür. O, həmin puldan qazanc əldə etməklə iddiaçıya faiz verməli idi, hər həftə 6000, 8000, 10.000 manat olmaqla, altı ayda təxminən 55.000-60.000 manat, iddiaçı və Əkbərin hər ikisinə birlikdə 110.000-120.000 manat pul vermişdir. Eyni zamanda bildirdi ki, 100.000 manat borcunun əvəzində iddiaçıya “xxxx” MMC-də 2 mənzil vermişdir, həmin mənzillərin dəyəri cəmi 75.000 manat göstərilsə də, o, əslində 100.000 manat borcun qarşılığında vermişdir, lakin aralarında yaxın münasibət olduğuna görə həmin vaxt münasibətləri kəskinləşmiş olsa da, bunu rəsmiləşdirməmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bildirdi ki, polis şöbəsinə İddiaçı və Ə.Qurbanlı birlikdə müraciət etməsinə baxmayaraq, cavabdehə qarşı iddia yalnız İddiaçı tərəfindən qaldırılmış, Ə.Qurbanlı isə şahid kimi cəlb edilmişdir, buna görə də İddiaçı ümumi məbləğlə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Eyni zamanda qeyd etdi ki, iddia ərizəsi ilə tələb edilən pul sələmə verilən puldur. Vəkil qeyd etdi ki, rayon məhkəməsində barışıq üçün iddiaçıya Badamdarda 200.000-250.000 manat dəyəri olan ev təklif edilmişdir, lakin həmin evin çıxarışı olmadığına görə iddiaçı razılaşmamışdır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq da bildirdi ki, iddiaçının tələb etdiyi pulun tək ona deyil, həm də Ə.Qurbanlıya aid olması barədə dəlillər əsassızdır, Ə.Qurbanlı özü də rayon məhkəməsində həmin pulun iddiaçı İddiaçı məxsus olduğunu təsdiq etmişdir, bununla da həmin məsələ həll edilmiş sayılır, 75000 manatın əvəzi olaraq verilən mənzillərin əslində 100000 manatın əvəzi kimi verilməsi barədə deyilən dəlil də əsassızdır, belə bir razılaşma olmamışdır, olsaydı, cavabdeh bunu hər hansı formada sənədləşdirərdi, çünki həmin vaxt tərəflər arasındakı münasibətlər pozulmuş və kəskinləşmişdir, barışıq təklifinə gəldikdə isə həqiqətən də cavabdeh tərəf rayon məhkəməsində də eyniylə onlara indi təklif etdikləri Badamdarda yerləşən həyət evini təklif etmiş, həmin həyət evinin dəyərinin 200-250 min manat olduğunu bildirmiş, lakin onlar bu təkliflə razılaşmamışlar ona görə ki, əvvəla həmin həyət evinin dəyəri əslində cavabdehin bildirdiyi kimi yox, ən yaxşı halda 100-150 min ola bilər, lakin əsas məsələ odur ki, onlara təklif edilən həmin evin sənədi yoxdur, bu səbəbdən də onlar həmin təklifi qəbul etməmişlər. Sübutların tədqiqi: 9.

10. Cavabdeh Nərimanov RPI-nin IŞ-nin müstəntiqinə izahatında bildirmişdir0 ki, X2 onun qohumudur. İddiaçı isə Əkbərə görə tanımışdır. Təxminən iki ildir ki, kimdəsə ucuz qiymətə armatur olanda ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə etməklə məşğul olur. 2024-cü ilin yaz aylarında Əkbərlə Fərid ona təklif etmişdir ki, ona ucuz qiymətə armatur versinlər, özü də həmin armaturları biraz baha qiymətə satmaqla, birlikdə qazanc əldə etsinlər. Onunla razılaşmış, bundan sonra 2024-cü ilin noyabr ayında Əkbər və Fərid ona bir neçə dəfə müxtəlif vaxtlarda 200.000, 300.000, 500.000 və s. məbləğlərdə armaturlar vermiş, özü də həmin armaturları satıb onlara həmin armaturların pulunu qazancı ilə birlikdə vermişdir. Onlarla aralarında olan razılaşmaya əsasən Əkbərlə Fərid armaturları 1120 manatdan götürürdülər, özü isə həmin armaturları satıb hər tonunda 50 manat qazancı ilə birlikdə verirdi. Onların əvvəlcədən depozit kimi 95.200 manat dəyərində 85 ton armaturları özündə qalmışdı. Sonuncu dəfə onlar 300 ton armatur vermişlər. Həmin 300 ton armaturları satıb pullarını xərcləmişdir. Özündə depozit kimi qalan 85 ton armaturları isə satıb, Fərid və Əkbərin hərəsinə 100.000 manat pul vermişdir. Hazırda Fərid və Əkbərə ümumilikdə 204.000 manat borcu qalmışdır. 11.

12. Mənzil tikintisi haqqında **** nömrəli, ##.##.2025-ci il tarixli “xxxx” MMC ilə X1 arasında bağlanmış müqavilədən müəyyən olur ki, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolu, 3-cü Mədən küçəsi ünvanında yerləşən 4 mərtəbəli “xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasından 10-cu blok, 3-cü mərtəbə, ** nömrəli, izolə olunmuş 1 otaqdan ibarət mənzili sifarişçiyə verməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 41230 (qırx bir min iki yüz otuz) manatdır. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

14. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ona verilən pulun həm iddiaçıya, həm də digər biznes şəriki olan X2 aid olması, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması və pulun faizə, yəni sələmə verilməsinin nəzərə alınmamasıdır.

19. Məhkəmə cavabdehin ilk dəlilinə münasibətdə qeyd edir ki, rayon məhkəməsində dindirilmiş şahid Ə.Qurbanlı öz ifadəsində birgə biznes fəaliyyəti ilə məşğul olduqlarını, Fəridin Kənana armatur satışını həyata keçirməsi üçün 204.000 manat pul verdiyini, qazancdan ona və Fəridə pul verdiyini, cavabdehə verilən pulun məhz Fəridə məxsus olduğunu aşkar şəkildə qeyd etmişdir.

20. Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclaslarındakı izahatlarında İddiaçı və Ə.Qurbanlıya ayrı-ayrılıqda 60.000 manat olmaqla, cəmi 120.000 (yüz iyirmi min) pul verdiyini qeyd etsə də, buna dair sübutlar təqdim edə bilməmişlər. Cavabdeh tərəf rayon məhkəməsində iddiaçı və şahidin onlara cəmi 60.000 (altmış min) manat verilməsini etiraf etmələrini əsas gətirərək, 204.000 puldan heç olmasa, 60.000 (altmış min) manat məbləğinin çıxılmalı olduğunu, rayon məhkəməsinin buna əhəmiyyət vermədiyini qeyd etmişdir.

21. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh özü israrla həmin pulun ona sələmə (faizə) verildiyini qeyd etmiş, faiz olaraq, iddiaçıya hər həftə və ya 10 gündən bir müxtəlif məbləğlərdə pul verdiyini təsdiqləmişdir. Bununla da müəyyən olur ki, cavabdeh digər tərəfin etiraf etdiyi - 30.000 (otuz min) manatı aralarındakı razılaşmanın şərtinə uyğun olaraq faiz kimi vermişdir ki, belə olan halda isə müəyyən olunur ki, həmin məbləğin əsas borcdan çıxılması üçün qanuni əsaslar yoxdur.

22. Məhkəmə cavabdehin iddiaçıya verilən - dəyəri 75.000 manat göstərilən 2 mənzilin əslində 100.000 manat borcun qarşılığında verilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh həmin mənzillərin dəyərinin 100.000 manat olmasına dair sübutlar verə bilməmişdir. Iş materiallarında olan mənzilin tikintisi haqqında müqavilələrdə də həmin mənzillərin dəyəri 34153 (otuz dörd min yüz əlli üç) manat və 41230 (qırx bir min iki yüz otuz) manat kimi qeyd edilmişdir ki, onların cəmi də 75.383 manat təşkil edir. Eləcə də, cavabdeh həmin mənzilləri artıq onların arasındakı münasibətlər pozulduqdan sonra iddiaçıya verdiyindən 2 mənzilin 100.000 manat pulun əvəzi kimi verilməsini cavabdehin sənədləşdirməməsi də ağlabatan deyil.

23. Məhkəmə iddiaçının 204.000 manat pulu faizə - sələmə verməsi, qanunsuz fəaliyyətlə məşğul olması barədə cavabdehin dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının qanunsuz fəaliyyətlə məşğul olub-olmamasının tərəflər arasındakı hazırkı mübahisənin həlli baxımından hər hansı hüqui əhəmiyyəti yoxdur, eləcə də cavabdehin həmin pul vəsaitini özündə saxlammasına heç bir qanuni əsas vermir.

24. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Məhkəmə kollegiyasının bir daha diqqətə çatdırır ki, mübahisənin obyektiv və düzgün həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

26. Məhkəmə iddia tələbini qismən təmin edən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, qeyd edir ki, rayon məhkəməsi tərəflər arasındakı həqiqi münasibətləri düzgün müəyyənləşdirməmişdir.

27. Məhkəmə xüsusi olaraq vurğulayır ki, hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.

28. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

29. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

30. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür.

31. Belə olduqda, növbəti mərhələ iddiaçının istinad etdiyi hallara dair sübutların yoxlanılmasıdır.

32. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Hazırkı mübahisə üzrə tərəflərin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, şahid ifadəsi ilə cavabdehin iddiaçıya tələb edilən məbləği ödəməli olması mübahisəsiz qaydada müəyyən edilmiş, cavabdeh də bunu təsdiqləmişdir. Bununla da cavabdehin ona qeyd edilən məbləğdə pulu qaytarmalı olması sübut edilmişdir.

33. Buna baxmayaraq Məhkəmə qeyd edir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyindən qətnamə ləğv edilə və ya dəyişdirilə bilməz.

34. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

35. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar