Məhkəmə qərarları › İş №e-2(3-6)-1831/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1831/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1831/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC BOKT-un cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı QSC BOKT-un nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Işin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1ci kvartal , *** saylı evin ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi,ev satıldıqdan sonra cavabdehlər Cavabdeh və X5 evdən istifadə hüquqlarına xitam verilməklə onlar evdən çıxarılması (ev iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2023-cü il tarixdən İddiaçı QSC BOKTun adına qeydiyyatdan keçmişdir.

3. Sabunçu rayon icra şöbəsinin ## #### 2024-cü il tarixli məktubundan görünür ki, Səbail rayon məhkəməsinn *(***)-***/**** saylı ##.##.2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh “xxxx” ASC-nin xeyrinə 345,610 (üç yüz qırx beş min altı yüz on) manat əsas 62,889 (altmış iki min səkkiz yüz səksən doqquz) manat faiz və 12000 (on iki min) manat cərimə borcu olmaqla, cəmi 420 299 (dörd yüz iyirmi min iki yüz doxsan doqquz) manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin ilkin satış qiyməti 1050000 (bir million əlli min) manat müəyyən edilməklə, tutma həmin fərdi yaşayış evinə yönəldilməli, ev açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələbləri ödənilməlidir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evi satıldıqdan sonra Cavabdeh və X5 evdən istifadə hüquqularına xitam verilməklə onlar evdən çixarılmalıdırlar. “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına keçirilməlidir. Icra sənədi Səbail rayon Icra şöbəsindən ərazi aidiyyəti üzrə ##.##.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə müvafiq qaydada icra hərəkətlərinə başlanılmışdır. Tərəfdərindən ##.##.2017-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin açıq hərrac vasitəsi ilə satılması üçün “xxxxnə” sifariş verilmişdir. “xxxx” ASC-nin tələb hüququnun idarə edilməsini həyata keçirən “X3 Edilməsi Agentliyi” MMC ##.##.2018-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək hərracın keçirilməsinin dayandırılmasını xahiş etmiş və tərəfimizdən dayandırılmışdır. Sonrakı dövrdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə xxxx ASC ilə aranızda imzalanmış ##.##.2014-cü il tarixli *** nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1- ci kvartal, *** saylı evin ipoteka yüklülüyünün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdehlər “xxxx” ASC, İddiaçı QSC və “X3 Edilməsi Agentliyi” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(102)- ****/**** saylı qərarı ilə cavabdehlər “xxxx” ASC və İddiaçı QSC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən “xxxx” ASC, İddiaçı QSC və “X3 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayətləri təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2018- ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Sizin “xxxx” ASC, DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi və İddiaçı QSC BOKT-na qarşı ipotekaya xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bu səbəbdən ##.##.2021-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1- ci kvartal, *** saylı evin açıq hərrac vasitəsi ilə satılması üçün “xxxxnə” sifariş verilmişdir. xxxxndən ##.##.2022-ci il tarixdə şöbəyə daxil olmuş təklifdən görünür ki, əmlak 669375 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. İddiaçı QSC-nin ##.##.2022-ci il tarxdə şöbəyə daxil olmuş məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin 669.375 manata alınmasına razılıqlarını bildirmişlər. Iş üzrə borclu şöbəyə ##.##.2022-ci il tarixdə ərizə ilə müraciət edərək evin **/** saylı, ##.##.2022-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən İddiaçı QSC tərəfindən əldə edildiyini, lakin ona çatası 248.876 (Iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manatın ona ödənilmədiyini bildirmişdi. Keçirilmiş hərracın nəticəsi barədə şöbəyə protokol daxil olmadığından bu barədə ##.##.2022-ci il tarixdə xxxxnə müraciət edilmiş və ##.##.2022-ci il tarixdə **/** saylı, ##.##.2022-ci il tarixli protokolun surəti şöbəyə göndərilmişdir. Həmin protokolun surətindən də görünür ki, hərracın keçirilməsinə sifariş verən Sabunçu rayon Icra şöbəsi tərəfindən protokol imzalanmamışdır və möhürlə təsdiq edilməmişdir. Tərəflərindən ##.##.2022-ci, ##.##.2022-ci, ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərində İddiaçı ASC-yə məktub göndərilərək ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Cavabdeh qaytarılması tələb edilsə də təmin edilməmişdir.

4. Sabunçu rayon icra şöbəsinin ## ### 2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon icra şöbəsinin icraatında olan Səbail rayon məhkəməsinin ##.##.2017-ci il tarixli 2(009)- ***/**** saylı icra sənədinə əsasən Cavabdeh “xxxx” ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməli, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda ev boşaldılmalı, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılmalıdır. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Icra sənədinin icrası ilə əlaqədar Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş sifariş əsasında fərdi yaşayış evi “xxxx” MMC-nin **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669 375 manata tələbkar İddiaçı QSC tərəfindən əldə edilmişdir. Fərdi yaşayış evinin satışından sonra 248876 manat pulun Sizə ödənilməsi üçün dəfələrlə tələbkar İddiaçı QSC Icra şöbəsi tərəfindən məlumatlandırılmışdır. Səbail rayon məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı icra sənədinə üzrə İddiaçı QSC (“xxxx” ASC) tələbkar olduğundan və “Icra Haqqında” qanunda tələbkar barədə məcburi icra tədbiriləri görülməsi nəzərdə tutulmadığından İddiaçı QSC Sizə ödəməli olduğu 248876 manat pulu könüllü şəkildə ödəməlidir. Əks təqdirdə pulun tutulması üçün Icra şöbəsi tərəfindən heç bir məcburi icra tədbiri görülə bilməz.

5. İddiaçı QSC BOKT-un Azərbaycan Respublikası Prezidentininə ünvanladığı ## ### 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli icra sənədi üzrə yaranmış fərqin vətəndaş Cavabdeh ödənilməsi ilə bağlı məsələyə baxılması üçün vətəndaş İddiaçı QSC-yə dəvət edilmiş və bu barədə onunla müzakirələr aparılmışdır. Müzakirə zamanı yaranmış fərqin ödənilməsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən *** saylı fərdi yaşayış evininin satışından sonra mümkün olması bildirilmişdir. Bununla bağlı, fərdi yaşayış evinin bilavasitə Cavabdeh iştirakı ilə satılması tərəflərindən Cavabdeh təklif edilsə də, vətəndaş bu təklifdən imtina etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-2(005)- ****/**** nömrəli qətnaməsində qeyd olunduğu kimi ipoteka haqqında qanunvericiliklə əmlakın hərracdan satılması anlayışı ilə əmlakın ipoteka saxlayana təklif olunması anlayışları birbirindən fərqləndirilir. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununda əmlakın ipoteka saxlayana təklif olunması zamanı təklifdə göstərilən pul məbləğinin hansı qaydada ödənilməsi birbaşa tənzimlənmədiyi halda, əmlakın hərracdan satış məbləğinin ödənilməsi qaydalarına dair normalar mövcuddur. Yuxarıda göstərilənlərə əsasən bildirirlər ki, İddiaçı QSC fərdi yaşayış evinin satışından sonra yaranacaq fərqin Cavabdeh ödənilməsindən imtina etmir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı QSC BOKT-dan 40.404 manat, 350 manat hüquqi yardım xərci və 213 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(009)- ***/**** nömrəli icra sənədində göstərildiyi kimi “xxxx” ASC-nin (İddiaçı QSC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh Cavabdeh qaytarılması istiqamətində məcburi icra tədbirlərinin görülməməsi ilə bağlı icra məmuru Amil Əmirovun hərəkətsizliyi (qaytarılmalı 248876 manat vəsait həcmində İddiaçı QSC-yə məxsus bank hesabına həbs qoyulmaması və digər tədbirlər) qanunsuz hesab edilməsi qərara alınmışdır.

8. Cavabdeh Sabunçu rayon icra şöbəsinə ünvanladığı məktubundan görünür ki, ona məxsus evin hərracdan alış dəyərinin (669375 manat) Səbail rayon məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə tələb məbləğindən (420499 manat) artıq hissəsi (fərq qismində) 249 manat məbləğin İddiaçı QSC-dən tutularaq Cavabdeh ödənilməsi və bununla da icra sənədinin tam icra olunmasını xahiş etmişdir.

9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli *** saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən *** saylı fərdi yaşayış evininin (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) ümumi sahəsi 529,30 kv.m torpaq sazəsi 0,1183 ha və həmin ərazidə bu və bu tip qeyri-yaşayış sahəsi kimi istifadə olunan fərdi yaşayış evlərinin aylıq iarə haqqı 3600 (üç min altı yüz) manat - 4000 (dörd min) manat arasında dəyişir.

10. Sabunçu rayon icra şöbəsinin məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubundan görünür ki Cavabdeh çatası 248.976 manat məbləğin İddiaçı QSC tərəfindən ödənilməsinin təmin edilməsi istiqamətində İddiaçı QSCilə bağlı məcburi icra hərəkətlərinin həyata keçirilməsi «Icra haqqında» qanunun tələblərinə müvafiq olaraq İddiaçı QSC-nin bank hesablaşma hesablarına, həmin məbləğ həcmində həbs ( inkassl sərəncamə) qoyulması və Cavabdeh öhdəliyinin qoyulması barədə ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət edilmiş və məhkəmə tərəfindən 8 (***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardad qəbul edib Cavabdeh şikayətini təmin etməmişdir. Bundan başqa qeyd edilir ki, borclu Cavabdeh satası 248.976 manat məbləğin İddiaçı QSC tərəfindən ödənilmədiyi üçün icra vərəqəsinin II hissəsində qeyd olunan borclunun həmin ünvandan çıxarılması hissəsi tərəflərindən icra olunmamış və borxlu ailə üzvləri ilə birlikdə həmin ünvandan çıxarılmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı QSC BOKT cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən öhdəliklərini vaxtında icra etmədiyi üçün ## ##### 2022-ci il tarixindən bu günədək aylıq 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 163.400 (bir yüz altmış üç min dörd yüz) manat məbləğində zərər, həmçinin ödənilmiş 454 (dörd yüz əlli dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC–nin Nizamnaməsinə edilmiş ## ####### 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Ağentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, ***S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-*** saylı, ## ###### 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. Nəzərə çatdırmaq istərdilər ki, Səbail rayon məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı Qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh “xxxx” ASCnin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Sabunçu rayon Icra Şöbəsinin ****-******/** saylı, ##.##.2021-il tarixli sifarişinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından “X2”un tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif ediliş və bu təklif əsasında “xxxx” MMC ilə İddiaçı QSC arasında bağlanmış **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən tələbkar İddiaçı QSC tərəfindən əldə edilmişdir. Bildirmək istərdilər ki, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev ##.##.2023-cü il tarixindən İddiaçı QSCnin mülkiyyətinə keçirilmişdir. Məlumat üçün bildirirlər ki, cavabdeh bugünədək iddiaçının mülkiyyətində olan əmlakı “X2”un tələblərini pozaraq təhvil vermədiyi üçün həmin əmlakdan mülkiyyətçi olaraq hər-hansı bir qaydada istifadə edərək, faydalana bilməmişlər. Nəzərə çatdırmaq istərdilər ki, “xxxx” MMC tərəfindən müəyyən edilmiş mütəxəssis rəyinə əsasən yuxarıda qeyd edilən əmlakın aylıq icarə haqqı 3600 (üç min altı yüz) manat - 4000 (dörd min) manat arasında dəyişir. Bildirmək istəyirlər ki, cavabdeh Cavabdeh **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən öhdəliklərini vaxtında icra etmədiyi üçün ## ##### 2022- ci il tarixindən bu günədək aylıq 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 163.400 (bir yüz altmış üç min dörd yüz) manat məbləğində manat məbləğində zərər hesablanmışdır.

13. Iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən öhdəliklərini vaxtında icra etmədiyi üçün ## ##### 2022-ci il tarixindən bu günədək aylıq 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 174.800 (bir yüz yetmiş dörd min səkkiz yüz) manat məbləğində zərər, həmçinin ödənilmiş 579.40 (beş yüz yetmiş doqquz, 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni “Icra haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1, 3.1, 43.1, 74.3-cü maddələrinə, Ipoteka müqavləsi bağlandığı an (2014) qüvvədə olan redaksiya olan - “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1, 41.2, 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.3, 47.4, 47.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 319.3, 319.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixli, 2(009)–***/**** saylı qətnaməsi icra olunmamışdır, Qətnamənin qət etdi hissəsində göstərilmişdir: ev satıldıqdan sonra cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməklə onlar evdən çıxarılsınlar (ev iddiaçıya satıldığı təqdirdə) və sonra “xxxx”ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılsın. Bu da onun göstəricisidir ki, qətnamə icra olunmadığı üçün İddiaçı QSC-yə Cavabdeh tərəfindən hələ də ziyan dəyməkdədir. Mülki iş Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan zaman hakim tərəfindən Sabunçu rayon şöbəsinə sorğu verilərək Icra işinin məhkəməyə təqdim edilməsi bildirilmişdir. Icra şöbəsi sorğuya N****** /2017-4-17 saylı, ##.##.2026-cı il tarixli məktubla cavab verərək bildirmişdir ki, borclu Cavabdeh çatası 248.876(Iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat “xxxx” QSC tərəfindən ödənilmədiyi üçün icra vərəqəsinin ikinci hissəsində qeyd olunan borclunun həmin ünvandan çıxarılması hissəsi icra olunmamışdır və borclu ailə üzvləri ilə birlikdə həmin ünvandan çıxarılmamışdırlar. Eyni zamanda cavabdeh tərəfindən İddiaçı QSC-yə əmlak təhvil verilmədiyi halda hüquqlarından sui-istifadə edərək Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə ona ödənilməli olan 248,876 manat məbləğin fevral 2022-ci il tarixdən - 2025-ci ilin noyabr ayınadək indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir və ərizəsi təmin edilmişdir. Bu səbəbdən hesab edir ki, əmlak İddiaçı QSC-yə təhvil verilmədiyi halda təşkilata zərər verərək eyni dövr və eyni məbləğ üzrə paralel şəkildə dəymiş zərərin ödənilməsi, həm də məbləğin inflyasiya göstəriciləri əsasında indeksləşdirilməsi tələbinin irəli sürülməsi prosessual hüquqlardan sui-istifadə halı kimi qiymətləndirilməli və məhkəmə tərəfindən bu cür yanaşma hüquqi baxımdan yolverilməz hesab edilməlidir. Bununla əlaqədar olaraq, mülkiyyət hüququnun İddiaçı QSC-yə keçməsinə baxmayaraq, əmlakın faktiki istifadəsi və sərəncam verilməsi mümkün olmamış, nəticə etibarilə İddiaçı QSC-nin həmin əmlakdan istifadə etməklə gəlir əldə etmək (o cümlədən icarəyə verərək aylıq gəlir qazanmaq) imkanları məhdudlaşdırılmışdır. Cavabdeh qətnamə üzrə təhvil öhdəliyini icra etməməsi İddiaçı QSC-nin qanuni mənafelərinə və iqtisadi maraqlarına zərər vurmuş, əmlakın təsərrüfat dövriyyəsinə daxil edilməsinə maneə yaratmışdır. Nəticədə hüquqi şəxs həm potensial gəlirdən məhrum olmuş, həm də mülkiyyət hüququnun faktiki həyata keçirilməsi mümkün olmamışdır. Beləliklə, qətnamə üzrə öhdəliklərin icra edilməməsi mülki qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin pozulması kimi qiymətləndirilməli və hüquqi nəticələr doğurmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı QSC BOKT-un nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. 319.3. Ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. Ipoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.

24. 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. (2014-cü ildə qüvvədə olan redaksiya)

“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu (2014-cü ildə qüvvədə olan redaksiya)

25. 41.1. Ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.

26. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Icra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.

27. 47.2. Ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür:

28. 47.2.1. Ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir);

29. 47.2.2. Bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə;

30. 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə.

31. 47.3. Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür.

32. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

33. 47.5. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

“Icra haqqında” Azərbaycan Respublikasının Qanunun

34. 2.1 Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

35. 3.1 Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

36. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

37. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

38. 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

49. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

50. Işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2017-ci il tarixli icra vərəqəsinin əsasən borclu Cavabdeh tələbkar “xxxx” ASC-nin xeyrinə 345 610 manat əsas, 62889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla, cəmi 420499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, ipoteka predmeti olan, Cavabdeh məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutma həmin fərdi yaşayış evinə yönəldilməli, ev açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələbləri ödənilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı evi satıldıqdan sonra cavabdehlər Cavabdeh və X6 evdən istifadə hüquqlarına xitam verilməklə onlar evdən çıxarılmalı, tələbkar "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh Cavabdeh qaytarılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir.

51. Müəyyən edilmişdir ki, Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ##.##.2022-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilərək ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 669.375 manat olmaqla ipoteka saxlayana təklif edilmiş, ##.##.2022-ci il tarixli məktubla İddiaçı QSC BOKT tərəfindən alınmasına razılıq bildirilmiş, ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə **/** nömrəli, ##.##.2022-ci il tarixli protokola əsasən hərrac nəticəsində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, *** saylı fərdi yaşayış evini (ipoteka predmetinin) satış qiyməti 669.375 manat olmaqla tələbkar əldə etmiş, sözügedən fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,1183 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə mülkiyyət hüququ əsasında İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır.

52. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Icra Şöbəsinin ##.##.2022-ci, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2025-ci il tarixli məktubları ilə tələbkar İddiaçı QSC-dən ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin, yəni 248.876 manat vəsaitin cavabdeh Cavabdeh qaytarılması tələb edilmiş, lakin bank tərəfindən pulun qaytarılması təmin edilməmişdir.

53. Iş materiallarından görünür ki, Sabunçu rayon icra şöbəsi tərəfindən borclu Cavabdeh çatası 248.976 manat məbləğin İddiaçı QSC tərəfindən ödənilmədiyi üçün icra vərəqəsinin II hissəsində qeyd olunan borclunun həmin ünvandan çıxarılması hissəsi tərəflərindən icra olunmamış və borclu ailə üzvləri ilə birlikdə həmin ünvandan çıxarılmamışdır.

54. Iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ünvan 1 ünvanında yerləşən evin ##.##.2023-cü il tarixindən İddiaçı QSC-nin mülkiyyətinə keçirilməsinə baxmayaraq, cavabdehin bugünədək iddiaçının mülkiyyətində olan əmlakı “X2”un tələblərini pozaraq təhvil vermədiyi üçün həmin əmlakdan mülkiyyətçi olaraq hər-hansı bir qaydada istifadə edərək faydalana bilmədiyinə görə ona zərər vurulduğunu, mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmadığını qeyd etmişdir. Həmçinin, apellyasiya şikayətində cavabdeh tərəfindən İddiaçı QSC-yə əmlak təhvil verilmədiyi halda hüquqlarından sui-istifadə edərək ona ödənilməli olan 248,876 manat məbləğin 2022-ci ilin fevral ayından 2025-ci ilin noyabr ayınadək indeksləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsinin təmin edilməsinin yəni, eyni dövr və eyni məbləğ üzrə paralel şəkildə dəymiş zərərin ödənilməsi, həm də məbləğin inflyasiya göstəriciləri əsasında indeksləşdirilməsi tələbinin irəli sürülməsinin prosessual hüquqlardan sui-istifadə halı kimi qiymətləndirilməli olduğunu və məhkəmə tərəfindən bu cür yanaşmanın hüquqi baxımdan yolverilməz hesab edilməli olduğunu qeyd etmişdir.

55. Iş materiallarından göründüyü kimi, Cavabdeh tələbkar kimi məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu rayon Icra şöbəsinin üzərinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı icra sənədində müəyyən edilmiş “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması” tələbinin təmin olunması, bununla bağlı ipoteka predmetinin satış qiymətinin tələb həcmindən artıq olan hissəsinin, yəni 248876 manat məbləğin İddiaçı QSC tərəfindən Cavabdeh ödənilməsinin təmin edilməsi istiqamətində İddiaçı QSC ilə bağlı məcburi icra hərəkətlərinin həyata keçirilməsi, “Icra haqqında” Qanunun tələblərinə müvafiq olaraq “xxxx" GSC-nin bank və hesablaşma hesablarına həmin məbləğ həcmində həbs (inkasso sərəncam) qoyulması və Cavabdeh ödənilməsi öhdəliyinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Buna qədər isə Cavabdeh cavabdeh İddiaçı QSC BOKT-a qarşı "pul" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, ## ###### 2022-ci il tarixli hərrac protokolu əsasında əldə edilmiş iddiaçıya məxsus əmlakın satış qiymətinin icra sənədi üzrə tələb həcmindən artıq hissəsinə AR Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən, yəni, əmlakın açıq hərracda İddiaçı QSC tərəfindən alındığı ##.##.2022-ci il tarixdən cavabdeh tərəfindən 248.876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pulun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmış 40.404 (qırx min dörd yüz dörd) manat pulun (faizin), hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 350 (üç yüz əlli) manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 213 (iki yüz on üç) manat pulun pulun cavabdeh İddiaçı QSC BOKTdan tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh İddiaçı QSC BOKT-dan 40.404 manat, 350 manat hüquqi yardım xərci və 213 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

56. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən icra sənədi üzrə icra məmuruna və İddiaçı QSC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq və sonuncu yazışmalarda fərdi yaşayış evinin satışından sonra yaranacaq fərqin Cavabdeh ödənilməsindən imtina etməməsinə dair mövqe sərgiləsə də, əmlakın satış qiymətinin icra sənədi üzrə ödənilməli məbləğdən artıq olan 248.876 manat hissəsi hazırki vaxta kimi ona qaytarılmamışdır. Iddiaçı qanunla üzərinə düşən vəzifəni, yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş **/** nömrəli, ##.##.2022-ci il tarixli “Hərracın yekunları barədə protokol”da müəyyən edildiyi kimi, əmlakın açıq hərracda İddiaçı QSC tərəfindən alındığı ##.##.2022-ci il tarixdən cavabdeh tərəfindən 248.876 (iki yüz qırx səkkiz min səkkiz yüz yetmiş altı) manat məbləğində pulu ödəmədiyi halda, hazırda cavabdeh Cavabdeh **/** saylı ## ###### 2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən öhdəliklərini vaxtında icra etmədiyi üçün ## ##### 2022-ci il tarixindən bu günədək aylıq 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilikdə 174.800 (bir yüz yetmiş dörd min səkkiz yüz) manat məbləğində zərər məbləği tələb etməsi əsaslı hesab edilə bilməz. Həmin əmlak artıq İddiaçı QSC-nin mülkiyyətində olmaqla, əmlakı istənilən formada istifadə etmək, onun üzərində sərəncam vermək yeni mülkiyyətçi kimi onun səlahiyyətinda olsa da, İddiaçı QSC tərəfindən borcluya 248.976 manat məbləğ ödənilmədiyi üçün icra vərəqəsinin II hissəsində qeyd olunan borclunun həmin ünvandan çıxarılması hissəsi Sabunçu rayon Icra şöbəsi tərəfindən icra olunmadığından və borclu ailə üzvləri ilə birlikdə həmin ünvandan çıxarılmadığından iddiaçı həmin əmlakdan mülkiyyətçi olaraq hər-hansı bir qaydada istifadə edərək, faydalana bilməməsində cavabdehin təqsiri müəyyən edilməmişdir.

57. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işin göstərilən halları üzrə iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkün deyil və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar