Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1836/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AZ III № ****** doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ##.##.2006-cı ildə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Əliyev Azərxan Əmirxan oğlu, ana adı qrafasında X6 qeyd olunmuşdur.
2. İddiaçı QSC ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış ##.##.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən 5 il müddətinə 7.500 manat məbləğində kredit xətti açılmışdır.
3. Əliyev Azərxan Əmirxan oğlu ##.##.2022-ci il tarixində vəfat etmiş, ölümündən sonra Bakı şəhəri ** saylı Notariat ofisinə daxil olmuş müraciət əsasında vərəsəlik iş açılmış və vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış, “xxxx” QSC-nin əməkdaşı Əliyev Azərxan Əmirxan oğlunun adına olan 24.624,97 manat pul məbləğində miras əmlak almışdır.
5. İddiaçı QSC tərəfindən Cavabdeh ##.##.2023-cü il tarixli bildiriş ünvanlanaraq, borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.
6. ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən, Əliyev Azərxan Əmirxan oğlunun İddiaçı QSC-yə 7.184,30 manat əsas borc, 812,12 manat hesablanmış və ödənilməmiş faiz borcu, 2.071,71 manat cərimə borcu, 2,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla, cəmi 10.070,63 manat borcu yaranmışdır.
7. İddiaçı QSC-nin digər maliyyə arayışından görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun ##.##.2013-cü il tarixli kredit kartı müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə ##.##.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 2.693,11 manat məbləğində borcu vardır.
8. İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı “##.##.2013-cü tarixli kredit müqaviləsi üzrə vərəsə Cavabdeh 7.184,30 manat əsas borcun, 812,12 manat hesablanmış və ödənilməmiş faiz borcun, 2.071,71 manat cərimə borcun, 2.50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, cəmi 10.070,63 manat borcun və dövlət büdcəsinə köçürülmüş 120,21 manat dövlət rüsumunun tutulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023 cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vərəsə Cavabdeh 7.184,30 manat əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2.693,11 manat borcun və ödənilmiş dövlət rüsumu 46,93 manatın iddiaçıİddiaçı QSC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixində İddiaçı QSC və Əliyev Azərxan Əmirxan oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Əliyev Azərxan Əmirxan oğluna istehlak yönümlü 7.500 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma nəticəsində məlum olmuşdur ki, Əliyev Azərxan Əmirxan oğlu ##.##.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri * saylı notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş ##.##.2022-ci il tarixli reyestr 2V-376 nömrə ilə qeydiyyatı olan V-***/**** saylı və ##.##.2022ci il tarixli reyestr 2V-377 nömrə ilə qeydiyyatı olan V***/**** saylı vərəsəlik işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – qızı Cavabdehdır. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Əliyev Azərxan Əmirxan oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsi (ləri) Cavabdeh tərəfindən Bank ilə Əliyev Azərxan Əmirxan oğlu arasında imzalanmış Kredit Kartı (Worldcard kredit kartı) müqaviləsi üzrə Bank qarşısında olan öhdəlikləri lazımıca icra edilməmiş, kredit üzrə borc qalmışdır. Müqavilənin 4.20.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit kart müqaviləsinə əsasən «xxxx» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 7.184,30 AZN hesablanmış və ödənilməmiş faiz borcu: 812,12 AZN cərimə borcu: 2.071,71 AZN müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2,50 AZN, cəmi borc: 10.070,63 AZN. İş materiallarından göründüyü kimi kredit kart limiti aktiv istifadə edilmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş, lakin hazırki borcalanın kredit borcu üzrə iddia məhkəmə tərəfindən yalnız prosessual səbəbdən – iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Lakin məhkəmə qətnaməsi ilə kredit borcunun mövcudluğu təsdiqlənmiş, sadəcə kreditorun bu borcu məcburi qaydada tələb etmək imkanı istisna edilmişdir. Bu mənada, borcun ödənilməsinin gecikdirilməsinə dair illik 5%-in tutulmasına dair tələb hüququ tərəflər arasında kredit öhdəlikləri üzrə borca dair yaranmış ilk mübahisə üzrə qəbul olunan məhkəmə qərarının qanuni qüvvəyə minmə tarixindən deyil, kredit öhdəliyinin icrası üçün nəzərdə tutulmuş müddət bitdiyi tarixdən yaranır. Yəni, MM-in 445.7-ci maddəsi üzrə borc tələbi heç də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən yaranmır, müqavilədə nəzərdə tutulmuş pul öhdəliyinin gecikdirilməsindən irəli gəlir. Odur ki, əvvəlki mübahisə üzrə keçirilən ilkin məhkəmə icraatının davam etdiyi bütün müddət, eləcə də həmin mübahisə üzrə qəbul olunan məhkəmə aktlarının cavabdeh və ya/və hətta iddiaçı tərəfindən mübahisələndirilməsi həmin müddət ərzində borcun ödənilməməsinə əsas verən üzrlü səbəb kimi dəyərləndirilə bilməz. Belə ki, həmin müddətdə də bank sözügedən vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək, gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. İstənilən halda, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir (Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan ## ###### 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5cimaddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir(Ali Məhkəmənin ##.##.2024 cü il tarixli *(***)-****/**** nömrəli qərarı). Göründüyü kimi, cavabdeh(lər)in kredit kart borcu üzrə 7.184,30 manat ödənilməmiş əsas borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) ##.##.2013cü il tarixli Worldcard Kredit Kartı müqaviləsinin müddətinin bitdiyi tarixdən yəni, ##.##.2018-ci ildən sonra bu günə kimi öhdəliyi icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 2.693,11 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) ##.##.2018 tarixindən ##.##.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı – 2699 gün, 2.693,11 manat olmaqla, ümumilikdə cəmi 2.693,11 manat təşkil edir.
11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, dəymiş zərərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Əliyev Azərxan Əmirxan oğlu tərəfindən müqavilə öhdəliklərinin pozulması onun sağlığında baş vermiş, Əliyev Azərxan Əmirxan oğlu ##.##.2022-ci il tarixdə vəfat etdikdə onun qanun üzrə vərəsəsi olan cavabdeh Cavabdeh yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, əsas borcun tutulması məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə rədd edildiyindən, hazırki iddia tələbi üzrə borcun ödənilməsinin gecikdirilməsi səbəbi ilə dəymiş ziyanın cavabdeh Cavabdeh tələb edilməsinin heç bir hüququ əsası yoxdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.1, 449.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 89.1, 107, 119.1, 124.1, 185.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin nəzərə alınmaması və mülki hüququn əsas prinsiplərinin yanlış şərhi nəticəsində qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən faktiki olaraq belə bir nəticəyə gəlmişdir ki: iddia müddətinə görə əsas borc tutulmadığı halda, gecikdirilmiş pul öhdəliyinə görə zərərin kompensasiyası da tələb edilə bilməz. Bu nəticə mülki hüququn mahiyyətinə zidd olmaqla yanaşı, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərlə də açıq şəkildə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında açıq şəkildə göstərilmişdir: “İddia müddətinin keçməsi öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir.” Həmin qərarda həmçinin qeyd edilir ki: iddia müddətinin keçməsi kreditorun tələb hüququnun özünü deyil, yalnız bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. Bu hüquqi mövqedən aydın şəkildə görünür ki: iddia müddəti borcun hüquqi mövcudluğunu aradan qaldırmır, borc maddi hüquq baxımından mövcud olaraq qalır, pul öhdəliyinin icra edilməməsi faktı davam edən hüquqi vəziyyət yaradır. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsini borcun hüquqi mövcudluğunun itirilməsi kimi qiymətləndirməsi qanunun mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı dəymiş zərərlə bağlı mötəbər sübut təqdim etməmişdir. Bu mövqe Mülki Məcələnin 445.7-ci maddəsinin mahiyyətinə ziddir. Azərbaycan Respublikası Mülki Məcələsinin 445.7-ci maddəsinə əsasən: borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş məbləğə görə ilik beş faiz tələb etmək hüququna malikdir. Bu norma hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində kompensasiya xarakterli qanuni faiz mexanizmi kimi qiymətləndirilir. Bu mexanizmin məqsədi ondan ibarətdir ki: pul öhdəliyinin gecikdirilməsi nəticəsində yaranan zərər mübahisəsiz hüquqi fakt kimi qəbul edilir, kreditor zərərin miqdarını ayrıca sübut etmək yükündən azad edilir. Ali Məhkəmənin mülki işlər üzrə formalaşdırdığı təcrübədə də qeyd olunmuşdur ki: pul öhdəliyinin gecikdirilməsi faktının özü kreditor üçün iqtisadi zərərin yaranmasına səbəb olur. Belə olan halda birinci instansiya məhkəməsinin zərərin ayrıca sübut edilməsini tələb etməsi qanunun məqsədinə zidd yanaşmadır. Məhkəmə qərarında qeyd etmişdir ki, əsas borc üzrə iddia təmin edilmədiyindən gecikdirməyə görə zərərin tələb edilməsi mümkün deyil. Lakin bu nəticə pul öhdəliyinin iqtisadi və hüquqi mahiyyətini nəzərə almır. Pul öhdəliyinin icra edilməməsi: kreditorun vəsaitdən istifadə imkanını məhdudlaşdırır, həmin vəsaitin dövriyyəyə buraxılması nəticəsində əldə edilə biləcək gəlirin itirilməsinə səbəb olur, nəticə etibarilə kreditor üçün əldən çıxmış fayda formasında zərər yaradır. Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli qərarında da göstərilmişdir ki: kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində kreditor real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən də pul öhdəliyinin icra edilməməsi davam etdiyi müddətdə kreditorun zərəri də artmaqda davam edir. Məhkəmə qətnaməsində cavabdehin müəyyən müddət ərzində yetkinlik yaşına çatmayan şəxs olması da iddianın rədd edilməsinin əsaslarından biri kimi göstərilmişdir. Bu arqument də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Çünki cavabdeh miras əmlakı qəbul etmişdir; miras əmlakı qəbul edən şəxs miras qoyanın öhdəliklərinə də varis olur; Belə olan halda cavabdehin əvvəlki dövrdə yetkinlik yaşına çatmaması faktı miras öhdəliklərinin mövcudluğunu aradan qaldırmır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi yanaşma faktiki olaraq belə nəticəyə gətirib çıxarır ki, pul öhdəliyini icra etməyən borclu, iddia müddətinin keçməsini gözləməklə, kreditor qarşısında bütün məsuliyyətdən azad olur. Belə yanaşma mülki dövriyyənin sabitliyi prinsipi ilə uyğun gəlmir və kreditor hüquqlarının müdafiəsi mexanizmini faktiki olaraq mənasız hala gətirir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı cavabdehə qarşı qaldırdığı əsas, faiz və cərimə borcun tələbi ilə bağlı tələbi qanuni qüvvəsini almış məhkəmə aktları ilə rədd edildikdən sonra əsas borcun gecikdirilməsinə görə dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ilə bağlı aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Əliyev Azərxan Əmirxan oğlu tərəfindən müqavilə öhdəliklərinin pozulması onun sağlığında baş vermiş, Əliyev Azərxan Əmirxan oğlu ##.##.2022-ci il tarixdə vəfat etdikdə onun qanun üzrə vərəsəsi olan cavabdeh Cavabdeh yetkinlik yaşına çatmayan şəxs olmuş, eyni zamanda məhkəmə tamamilə əsaslı olaraq əsas borcun tutulması məhkəmənin qüvvəyə minmiş qətnamələri və qərarı ilə rədd edildiyindən, hazırki iddia tələbi üzrə borcun ödənilməsinin gecikdirilməsi səbəbi ilə dəymiş ziyanın cavabdeh Cavabdeh tələb edilməsinin heç bir hüququ əsası olmadığına dair nəticəyə gələrkən məhkəmə haqlı olmuşdur. Belə olduğu halda hesab edir ki, iddiaçı hazırki tələb üzrə iddianı da kredit müqaviləsi üzrə borclu olmuş şəxsə, yəni Azərxan Əliyevə qarşı sağlığında qaldırmalı olduğu halda hazırki iddia üzrə tələb əsl olmayan cavabdehə qarşı qaldırıldığına dair məhkəmə nəticəsi əsaslı sayılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətini tam müdafiə etdiyini bildirmiş və iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən müəyyən olunur ki, iddiaçı ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə Əliyev Azərxan Əmirxan oğluna 60 ay müddətinə 7500 manat məbləğində kredit xətti açmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Əliyev Azərxan Əmirxan oğlu kredit xəttindən istifadə etmiş, lakin kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Əliyev Azərxan Əmirxan oğlu ##.##.2022-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak cavabdeh tərəfindən qəbul edilmişdir.
26. Daha sonra İddiaçı QSC kredit müqaviləsi üzrə borcun tutulması məqsədilə əsas borclunun vərəsəsi Cavabdeh qarşı məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilmişdir.
27. Hazırda iddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcun gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş dövr üçün illik 5% ödənilməsini tələb edir.
28. Kollegiya qeyd edir ki, iddia müddətinin keçməsi tələb hüququnu aradan qaldırmasa da, bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. Odur ki, iddiaçının pul tələbinin məcburi qaydada həyata keçirilməsi mümkün olmadığından, həmin pula görə əlavə faizin hesablanması barədə törəmə tələb də təmin edilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı QSC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova