Məhkəmə qərarları › İş №e-2(3-6)-1868/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1868/2026

12.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1868/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı IB-nin əməkdaşları tərəfindən Cavabdeh adına tərtib edilmiş ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat;- ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 829,44 manat;- ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2023 cü il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 544,32 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 149,04 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 427,68 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat;- ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat;- ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat;- ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 699,84 manat;- ##.##.2024 cü il tarixli ******* saylı akt əsasında 711,90 manat borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı IB yə vurulmuş14.636,06 manat məbləğində zərərin və 133,91 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14.769,97 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaç İddiaçı IB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvana İddiaçı IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 14.732,46 manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin Inzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdeh 583,20 manat zərərdən 96,40 manat ödəniş etmişdir. Belə ki, cavabdehin 14.636,06 manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı IB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 14.636,06 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Ə.S.Qəhrəmanov) iş üzrə məhkəmə trasoloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası X8 Agentliyinin Bakı Filialına həvalə edilmişdir.

5. Azərbaycan Respublikası X8 Agentliyinin Bakı Filialının ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı IB tərəfindən təqdim edilmiş fotolarda qeyd edilən ünvanda qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulma halının olduğu öz təsdiqini tapır. Iddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³, 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m³. işləmə rejimi 12 saat, 9 aylıq istifadə dövrü nəzərə alınaraq ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli qaz plitesi üçün - 1,2 m³ x 12 saat x 270 gün = 3888 m³. 1 ədəd su qızdırıcısı üçün 1,5 m³ x 12 saat x 270 gün = 4860 m³. Ümumilikdə qeyd olunan dövr üzrə üzrə vurulmuş zərərin həcmi 3888 m³ + 4860 m³ = 8748 m³ təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının o dövrdə qüvvədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" ## ####### 2021-ci il tarixli ** nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m³ olan hissəsi üçün hər 1 m³-i 0,20 manat, illik istehlak həcminin 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq hesablanan 8748 m³ qaz həcminin dəyəri 1966,0 manat (1200 m³ x 0,12 manat = 144 manat; 1300 m³ x 0,20 manat = 260 manat; 6248 m³ x 0,25 manat = 1562 manat; 144 manat+260 manat+1562 manat = 1966 manat) məbləğində olduğunu nəzərə alaraq qeyri qanuni qoşulma halında ondan tutula biləcək məbləğ 1966 manat müəyyən edilə bilər.

6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.F.Əsgərov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş maddi zərər üzrə 711.90 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, zərərin hesablandığı aktların bir qismi (7 ədəd akt) ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək, bir qismi isə (19 ədəd akt) ##.##.2022ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmişdir.

8. Əvvəla, ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək tərtib edilmiş aktlara münasibətdə qanunvericiliyin imperativ tələbinə uyğun olaraq iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, iddiaçı qurum tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

9. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktların heç biri cavabdeh tərəfində imzalanmamışdır və bütün aktlarda onun adının qarşısında ya “imtina” qeyd edilmiş, ya da ümumiyyətlə imza yeri boşdur. Habelə, iddiaçı məhkəmə iclasında cavabdehin müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotşəkil əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olduğu sübut olunmur.

10. Digər tərəfdən, cavabdeh barəsində iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlarda abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii X4nın pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii X4n pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə iddiaçı qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir.

11. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı IB tərəfindən ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək tərtib edilmiş 7 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz.

12. Iddiaçı qurum tərəfindən ##.##.2022-ci il tarixindən etibarən tərtib edilmiş aktlara münasibətdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək təbii X4nın pozulması ilə bağlı 19 (on doqquz) Akt və tələbnamə tərtib edilmiş, lakin yalnız sonuncu ##.##.2024-cü il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, iddiaçı İddiaçı IB cavabdeh barəsində ##.##.2024-cü il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X8 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız ##.##.2024-cü il tarixli akt və tələbnamə əsasında hesablanmış 711.90 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.

14. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (14.732,46 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 711,90 manat hissəsində təmin edilmişdir. Bu səbəbdən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 448, 1096.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4, 11.6, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 3.1.3, 4.8, 4.9, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 119.1, 217.2, 217.4, 218.3, 222.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xə tinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbi X4nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkiləri çəkilmiş və qeyri qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materialarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materialarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçı IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı IB tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi X8 Agentliyinə də rəsmi müraciət edilmişdir. Başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materialarında olan digər sübutlar (fotoşəkilər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəki lərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xətinə qoşulma mövcuddur. Belə olan halda Iddiaçının ona vurulmuş maddi tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xətinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Xəzər rayon məhkəməsi tərəfindən 2022-ci ilin may ayına qədər olan dövr ərzində tərtib edilmiş aktların obyektiv araşdırılması məqsədilə mülki işi Azərbaycan Respublikası Energetika Nazirliyinə tədqiq edilməsi üçün göndərməmiş və 2022-ci ilin may ayından sonrakı dövrə dair Agentlik tərəfindən təsdiq edilmiş aktı dəyərləndirməklə kifayətlənmişdir. Bu hal iddiaçının hüquqlarının pozulması və mülki işin obyektiv araşdırılmamasıdır. İddiaçı IB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xətə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbi qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Iddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təb i qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbi qazı sayğacdan kənar əlavə xət vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təb i qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apelyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını xahiş etdi.

20. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “X4”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.

28. Işdən müəyyən olunur ki, cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə iddiaçının əməkdaşları tərəfindən aktlar tərtib olunmuş və dəymiş ziyan hesablanaraq abonent saldosuna daxil edilmişdir.

29. Birinci instansiya məhkəməsi ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək tərtib edilmiş 7 ədəd akta və ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmiş 18 ədəd akta münasibətdə iddia tələbini təmin etməmiş, iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmişdir.

30. Məhkəmə kollegiyası ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmiş 18 ədəd akta münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq iddiaçı sayğaca müdaxilə, habelə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

31. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Lakin həmin dövr üzrə cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğv edilməsi üçün əsas deyil.

34. Kollegiya ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək tərtib edilmiş 7 ədəd akta münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

35. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ##.##.2020-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Qeyri standart su qızdırıcısı üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3 olmaqla, cəmi: 972 m3. Itirilmiş qazın dəyəri 972 m3x 0,10 manat, (972 x 0,10 = 97,2 manat), 97,2 manat təşkil edə bilər. ##.##.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-2 qaz plitəsi üçün - 0,6 m3 x 12 saat x 30 gün = 216 m3, Qənaətli su qızdırıcısı üçün - 1,4 m3 x 12 saat x 30 gün = 504 m3, Iran sobası üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3; ##.##.2021-ci il tarixli 0325508 №-!i akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Iran sobası üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3, Qeyri standart su qızdırıcısı üçün - 2 m3 x 12 saat x 30 gün = 720 m3, Dəmir soba üçün - 2 x 1,4 m3 x 12 saat x 30 gün = 1008 m3 olmaqla, cəmi: 3960 m3 Itirilmiş qazın dəyəri 1200 m3x 0,12 manat, (1200 x 0,12 = 144 manat), 1300 m3 x 0.20 manat, (1300 x 0,20 = 260 manat) qalan 1460 m3x 0,25 manat, (1460 x 0,25 = 365 manat) olmaqla ümumi 144+260+365=769 manat təşkil edə bilər. ##.##.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Iran sobası üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3, Qeyri standart su qızdırıcısı üçün - 2 m3 x 12 saat x 30 gün = 720 m3, Dəmir soba üçün - 2 x 1,4 m3 x 12 saat x 30 gün = 1008 m3; ##.##.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 28 gün = 403.2 m3, Iran sobası üçün - 1,5 m3 x 12 saat x 28 gün = 504 m3, Qeyri standart su qızdırıcısı üçün - 2 m3 x 12 saat x 28 gün = 672 m3, Dəmir soba üçün - 2 x 1,4 m3 x 12 saat x 28 gün = 940,8 m3; ##.##.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Iran sobası üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3, Qeyri standart su qızdırıcısı üçün - 2 m3 x 12 saat x 30 gün = 720 m3, Dəmir soba üçün - 2 x 1,4 m3 x 12 saat x 30 gün = 1008 m3, ##.##.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 30 gün - 432 m3 Iran sobası üçün - 1,5 m3 x 12 saat x 30 gün = 540 m3, Qeyri standart su qızdırıcısı üçün - 2 m3 x 12 saat x 30 gün = 720 m3, Dəmir soba üçün - 2 x 1,4 m3 x 12 saat x 30 gün = 1008 m3 olmaqla, cəmi: 10620 m3, Itirilmiş qazın dəyəri 1200 m3x 0,12 manat, (1200x 0,12 = 144 manat), 1300 m3 x 0.20 manat, (1300 x 0,20 = 260) qalan 8120 m3x 0,25 manat, (8120 x 0,25 = 2030 manat) olmaq ümumi 144+260+2030=2434 manat təşkil edə bilər. Ümumi 2020-2022ci illər üzrə itirilmiş qazın dəyəri 3.300,2 manat təşkil edə bilər.

36. Mütəxəssis rəyinə əsasən ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr üzrə iddiaçı tərəfindən qazdan istifadəyə görə hər hansı ödəniş edilməmişdir. Bu hal isə iddiaçı tərəfindən həmin dövr təbii qazdan qeyri-qanuni istifadə edilməsi qənaətinə gəlməyə əsas verir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 3.300,2 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı Istehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək tərtib edilmiş aktlarla bağlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 3.300,2 manat məbləğində pul iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 60,12 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar