Məhkəmə qərarları › İş №e-2(3-6)-1877/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1877/2026

12.05.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1877/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

3. Cavabdehin nümayəndəsi nümayəndə1 tərəfindən Xətai Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və qərardaddan şikayət verilmişdir.

4. Xətai Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə ##.##.2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuş, ##.##.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilmiş və mülki iş üzrə icraatın mahiyyəti üzrə baxılması təzələnmişdir.

5. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, iddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır.

6. Həmin qərardaddan cavabdehin nümayəndəsi nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi məhkəmənin ##.##.2026-cı il tarixli baxış iclasında çıxış edərək iddianı qəbul etdiyini, iddia tələbindən 1000 manatı məhkəmənin ##.##.2025 il iclasında iddiaçıya təqdim etdiyini, həmin məbləğin qəbul edilməsi və iddia tələbindən çıxarılması barədə iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 həmin tarixli ərizəsinin və iddiaçı İddiaçı həmin məbləği qəbul etməsi barədə qəbzin işə əlavə edildiyini, iddianın mənəvi ziyana görə 1000 manatı, hüquqi yardıma görə 400 manatı və dövlət rusumu kimi 124 manat istisna olmaqla 9000 manat olmaqla iddia tələbini qəbul etdiyini, işə mahiyyəti üzrə baxılıb həmin məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmə Xətai rayon məhkəməsinin icraatında olan *(***)-***-/**** saylı cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsi alınanadək iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı cavabdehdən maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə bilə-bilə əsassız, qanunsuz, ədalətsiz qərardad qəbul edilmişdir. Bu işdə mübahisənin həll olunması üçün baxılmasına müvəqqəti də olsa mane olan elə bir hal, məsələ yoxdur ki, A.Şirvanzadə haqqında olan cinayət işi üzrə icraatda onlara aydınlıq gətirilsin və bu hal və məsələ həmin iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraatın dayandırılması üçün əsas olsun. Məhkəmənin hökmü ilə müəyyən edilən hər hansı hərəkətin kim tərəfindən edilməsi haqqında məsələ cinayət işi üzrə araşdırma predmeti olmadıqda həmin cinayət işinin məhkəmənin icraatında olması mülki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Məhkəmə bu mülki iş üzrə İddiaçı iddiası ilə bağlı məsələnin müqavilə öhdəliklərindən yaranmış mülki mübahisə hesab edib icraata qəbul etməsi, iş üzrə qeyd edilən əsassız, qanunsuz, ədalətsiz qərarlar qəbul etməsinə baxmayaraq, bu qərardadlar İddiaçı “xxxx” MMC ilə bağladığı müqavilə A.Şirvanzadə haqqında olan cinayət işində şikayətçilərin də həmin MMC ilə eyni məzmun və xarakterli xidmət göstərilməsi ilə bağlı müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməməsi, gecikdirilməsi ilə bağlı şikayətlərində göstərdikləri halların cinayət hadisəsi deyil, mülki hüquq münasibətləri olduğunu və onların mülki məhkəmə icraatında həll olunmasını təsdiq edir. Əks halda məhkəmə bu iddia üzrə məsələdə “xxxx” MMC-nin əməlində dələduzluq cinayətinin əlamətlərinin olması barədə MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxararıb bu barədə prokurora xəbər verərdi. Bunun edilməməsi cavabdehin əməlində cinayət tərkibinin olmadığını və həm də bu iş üzrə iddia ilə bağlı eyni məzmunlu müqavilələr üzrə cinayət işində müqavilə tərəflərinin şikayətlərində göstərilən halların da cinayət olmadığını təsdiq edir. İddiaçı iradəsinə zidd olaraq işin istintaqını aparan müstəntiqin və nümayəndəsi olan vəkilin təhrik və təzyiqi ilə şikayət etməsi həmin əməlin cinayət olduğuna dəlalət etmir. Odur ki, rayon məhkəməsinin işin dayandırılması barədə qərardadı əsassız, qanunsuzdur.

8. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Cavabdeh tərəf vəsatət verərək şikayətə məhkəmə iclasında baxılmasını xahiş etsə də, Məhkəmə bunun üçün əsaslar müəyyən etməmişdir.

11. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

12. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır.

14. Məhkəmə cavabdehin şikayətinin dəlilləri üzrə qeyd edir ki, MPM iş üzrə icraatın dayandırılması əsaslarını 2 qrupa bölüb: 1) Məhkəmənin icraatı dayandırmaq vəzifəsi ilə əlaqədar olan əsaslar; 2) Məhkəmənin icraatı dayandırmaq hüququ ilə əlaqədar olan əsaslar.

15. Birinci qrup əsaslar MPM-in 254-cü maddəsində müəyyən edilmişdir. Bu əsaslar mövcud olduqda, məhkəmə işin icraatını dayandırmağa borcludur.

16. Konstitusiya icraatı, mülki, cinayət və ya inzibati qaydada başqa işin həll edilməsi o hallarda icraatın dayandırılması üçün əsas sayıla bilər ki, həmin işlərdə müəyyən edilməli olan faktların icraatı dayandırılan iş üçün preyuridisial əhəmiyyəti olsun. Məsələn, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ilk növbədə təqsirkar şəxsin cinayətə görə məsuliyyət məsələsinin həll olunması tələb olunur. Bundan sonra isə ziyanın ödənilməsi tələbinə baxıla bilər.

17. MPM-in 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində, mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

19. Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumata əsasən ##.##.2025-ci il tarixdə İddiaçı və digər zərərçəkmiş şəxslərin şikayəti əsasında başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs “xxxx” MMC direktoru X1 barəsində başlanılmış ********* saylı cinayət işi Xətai Rayon Məhkəməsinə icraatına daxil olmuşdur.

20. Rayon məhkəməsi hesab etmişdir ki, Xətai Rayon Məhkəməsinin icraatında olan *(***)- ***/**** saylı cinayət işi üzrə qəbul ediləcək qərarın hazırkı mülki işə baxılan zaman cinayət hadisəsinin olub-olmaması baxımından iddia tələbinin hüquqi əsasının düzgün müəyyən edilməsi və tərəflər arasında olan hüquq münasibətlərinə düzgün qiymət verilməsi üçün əhəmiyyət kəsb edir.

21. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

23. 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

24. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

25. 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

27. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar