Məhkəmə qərarları › İş №e-2(3-6)-1888/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1888/2026

08.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1888/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı İbrahim oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair, iddiaçı Cavabdeh cavabdeh İddiaçı İbrahim oğluna qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair ilk və qarşılıqlı tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı İbrahim oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2383 cü məhəllə, Bəhruz Nuriyev küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin sərhəddində əkilmiş və tikintintisinə 5 metr məsəfədən yaxın olan ağacların cavabdeh X1 tərəfindən öz hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh cavabdeh İddiaçı İbrahim oğluna qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ** saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr təşkil edən icarəsində olan torpaq sahəsinə cavabdeh İddiaçı İbrahim oğlu tərəfindən müdaxilənin, torpaq səhəsində yaranmış maneələrin aradan qaldırılması və bunula bağlı cavabehin qanunsuz hərəkətlərinə son qoyulması, qonşu sərhədində cavabdeh tərəfindən sökülmüş hasarın onun öz hesabına bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən e-*(***)-****/**** saylı mülki işin e-*(***)-****/**** saylı mülki işlər bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş e-*(***)-****/**** saylı mülki iş saxlanılmaqla, e-*(***)- ****/**** saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Qətnamədən Cavabdeh şikayət vermiş və apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsin qismən ikinci iddianın təmin edilməməsi hissəsində ləğv edərək Cavabdeh “torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və qonşu sərhədində cavabdeh tərəfindən sökülmüş hasarın onun öz hesabına bərpa edilməsi” barədə iddiasının təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası ##.##.2026-cı il saat 11:00-a təyin edilmişdir. Apellyasiya icraatı zamanı elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İbrahim oğlu ##.##.2026-cı il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil1 işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı İddiaçı İbrahim oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya iddianın həcmini və məhkəmə kollegiyasında baxışın mümkünlüyü baxımından onun hədlərinin müəyyən edilməsi zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İbrahim oğlunun şikayət vermək hüququ və məhz onun buna yönəlik iradə ifadəsinin mövcudluğu nəzərə alınaraq, cavabdeh Cavabdeh apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı İddiaçı İbrahim oğlunun şikayət vermək hüququ üzrə mülki-prosessual hüquqlarına dair gözləntilər təmin edildikdən sonra iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: (384.0.6) apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. (402.1.) Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.2.5.) bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd edilən müddəaların əhatə dairəsinə aid olmadığından hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 398-400, 402, 409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İbrahim oğlunun şikayət vermək hüququnun təmin edilməsi mümkünlüyünün yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar