Məhkəmə qərarları › İş №e-2(3-6)-2033/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2033/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2033/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədən ##.##.2019-cu il tarixli ***************/IM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, cavabdeh cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında, 10 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən, 312 kv.m ümumi, 213.80 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, *** nömrəli mənzilə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılması və həmin mənzilin satışından əldə olunan vəsaitlər hesabına borc alan cavabdeh1 MMC-nin ##.##.2019-cu il tarixli *************** №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq Bankı qarşısındakı 409 000 (dörd yüz doqquz min) ABŞ dolları məbləğində əsas borcu, ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas bore məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 66 113,16 (altmış altı min bir yüz on üç ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində cərimə faizləri, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 59 820,52 (əlli doqquz min səkkiz yüz iyirmi ABŞ dolları 52 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 534 933,68 (beş yüz otuz dörd min doqquz yüz otuz üç ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində borc va ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərclər İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçı ASC «Xalq Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 1 199,39 (bir min yüz doxsan doqquz manat 39 qəpik) manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdeh cavabdeh2 İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçıəhmdar Cəmı yyəti "Xalq" Bankın nümayəndəsi vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçıəhmdar Cəmı yyəti "Xalq" Bankın cavabdeh cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra ##.##.2026-cı il tarixində cavabdeh cavabdeh1 MMCnin nümayəndəsi (vəkili) vəkil3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bankın cavabdeh cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bankın nümayəndəsi vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiadan imtina etmiş və həmin imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4. madəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar